Uşaqların ədəbsiz olmaması üçün nə edək?


Belə valideynlərə demək lazımdır ki, bəs siz özünüz nəfsinizin qarşısında nə qədər mübarizə nümayiş etdirmisiniz? Yaxşı insan olmaq bu məsələdə yardım etmir. Övladınız sizi nəfsinizlə necə mübarizə apardığınızın şahidi olmalıdır. Əgər siz təbiətən mülayim və mehriban insansınızsa, bu övlad tərbiyəsində bir qədər çətinliklər yarada bilər. Çünki bəzi anlarda övladlarınıza qarşı sərt olub başa salmalısınız ki, onların bu davranışı nələrə gətirib çıxaracaq. Əgər bu işi görməsəniz, həll yolunu tapmaq sizin üçün çətin olacaqdır. Uşaqlar evimizin sevincidir. Ancaq bu, o demək deyildir ki, hər istəklərinə hə demək lazımdır. Yaxşı valideyn həm sevməyi bacarmalıdır, həm də lazım olanda sərt olmağı. Əslində biz özümüz övladlarımızın tərbiyəsini xarab edirik. Onların xarab olmasını cəmiyyətin üstünə atmaq lazım deyildir. Ən yaxşı ailə - o ailədir ki, ən pis cəmiyyətdə belə yaxşı övladlar yetişdirə bilsin.


Hz Zəhra (ə.s) həyat yoldaşla rəftar haqda nə öyrədir?


Fatimə (s.ə)-nin həyat yoldaşı ilə davranışından bir nümunə. Əbu Səid Xudradan nəql olunur: Bir gün həzrəti-Əli(ə.s) acımışdı. Evə gəlib xanımından yemək istədi. Fatimə (s.ə) ərz etdi: –Atamı Peyğəmbər, səni isə onun vəlisi qərar verən Allaha and olsun ki, evdə yeməyə bir şey yoxdur. İki gündür, yeməyimiz qurtarıb. Əgər olsaydı, onu özümdən və oğullarım Həsənlə Hüseyndən qabaq sənin üçün saxlayardım. Əli(ə.s) buyurdu:
– Fatimə, bəs niyə mənə xəbər verməmisən ki, sizin üçün yemək tapım? Fatimə (s.ə) belə cavab verdi: – Ey Əbülhəsən, mən Allahımdan utanıram ki, səndən qüdrətində olmayan bir şeyi tələb edim.


Fatimə (s.ə) Peyğəmbərdən(s)-dən sonra nə qədər yaşadı?


Fatimə(s.ə)-nin Peyğəmbər(s)-dən sonra nə qədər yaşaması barədə tarixçilər arasında fikir ayrılığı vardır. Onların əksəriyyəti bu müddətin altı ay olması fikri üzərində dayanırlar. Bir qism tarixçi isə bu müddətin qırx günə bərabər olmasını iddia edir. Bizim nəzərimizcə, həzrəti- Fatimə(s.ə) Atası(s)-nın vəfatından 95 gün sonra, cəmadiyul-axir ayının 3-də (hicrətin 11-ci ili) dünyadan getmişdir... Həzrəti-Zəhra(s.ə) sağlamlığını itirmiş, ağır zərbədən aldığı xəstəliyə tutulmuşdu. O, xəstəlik yatağında yatarkən ona zülm edən kəslərin heç birinə onunla görüşə icazə vermədi.


Seyid Mürtəza və dərsə gecikən şagirdin əhvalatı \"Bismillahın\" təsirini necə bəyan edir?


Seyid Mürtəzanın şagirdi dərsə gecikir! Müəllim soruşur nə üçün gecikmisən? Şagird dedi: - Mən çayın o tərəfindən gəlirəm. Bəzi vaxtlar orada qayıq olmadığı üçün gözləməli oluram. Seyyid ona bir kağızda nəsə yazıb verir!! Şagird dedi: - Sizin dediyiniz kimi çaya çatdıqda kağızı əlimə götürüb çaydan keçirdim. Bu dəfə fikrimə gəldi ki, kağızı açım və orada nə yazdığınızı bilim. Əgər bir gün kağızı itirsəm, ondan istifadə edim. Kağızı açdıqda gördüm ki, orada yazılıb: “Bismillahir-rəhmanir-rəhim”. Öz-özümə dedim: -Elə bu?! Çayın qırağına gəldim və həmişəki kimi ayağımı suya qoydum. Gördüm, ayağım suya batır. Seyid dedi: - Mənim onu yazdığım etiqad sənin çaydan keçməyinə səbəb olurdu. Sənin “elə bu” deməyin, suda batmağına bais olub...


İmam Zaman (əc) müasir texnologiya qarşısında nə edə bilər?-Arif Noxudəkinin cavabı


Mıxın qarşı hissəsinə çatan hər bir maşın dayanırdı və onu işə sala bilmirdilər! İmam Zaman (əc) müasir texnologiya qarşısında nə edə bilər?-Arif Noxudəkinin suala cavabı: Şeyx heç nə demədi. Sonra bağdan çıxıb divarın yanında oturduq. Yoldan xarici ölkənin maşın karvanı keçirdi. Şeyx əlindəki iri mıxı yerə vurdu. Mıxın qarşısına çatan birinci maşın dayandı və söndü. Maşındakılar yerə endilər, amma nə qədər çalışsalar da, maşını işə sala bilmədilər. Ora çatan ikinci maşın, üçüncü maşın da dayandı. Mıxın qarşı hissəsinə çatan hər bir maşın dayanırdı və onu işə sala bilmirdilər.
Sonra Şeyx Həsənəli mıxı yerdən çıxartdı. Birinci maşın işə düşdü. Beləliklə o biri maşınlar da işə düşüb, öz yollarına davam etdilər. Şeyx burada mənim sualımın cavabını verib dedi: - Mən İmam Zamanın (əc) kiçik bir əsgəri olduğum halda belə iş görə bilirəmsə, gör indi İmam Zaman (əc) hansı işləri bacarar!


Həzrəti peyğəmbərin (s) bezar olduğu axirəzzaman valideynlər kimlərdir?


Allah Rəsulu da (s) övlad tərbiyəsində valideynin əvəzsiz roluna işarə edərək buyurub: “Mən övladlarının üzünə səadət qapılarını bağlayan, onların xoşbətliklərinə mane olan valideynlərdən bezaram.” Həçminin peyğəmbər buyurur: “Vay olsun axirəzzaman valideynlərinə!”
Soruşurlar: Ey Allahın peyğəmbəri (s): Müşrik, kafir valideynlərdən? Peyğəmbər (s) buyurdu: Xeyr! İnanan valideynlərdən. O valideynlər ki, Allahın vacib buyurduqlarından övladlarına heçnə öyrətmirlər. Hətta uşaqlar özləri bir şey öyrənəndə onlara mane olurlar. Onlar üçün keçici dünyanı düşünürlər. Mən onlardan, onlar da məndən uzaqdırlar...


Ayət namazını vaxtında qılmayanlar hansı niyyətə qılmalıdır?


Ayət namazı hadisə baş verdiyi vaxtda qılınmalıdır. Məsələn zəlzələ baş verdikdən sonar, yaxud günəş və ay tutulmağa başladığı andan açılan vaxta kimi. Bu zaman ayət namazı əda niyyəti ilə qılınır.
Sual: Əgər ayət namazı günəş, ay tutlması ilə, yaxud zəlzələ və digər səbələr vasitəsi ilə vacib ola, amma zamanında qılınmaya. Biz öhdəmizdə olan bu namazı hansı niyyətlə qılmalıyıq?
Cavab: Suala əsasən ayət namazı günəş və ay tutulması üçün qəza, zəlzələ üçün əda niyyəti ilə qılınacaq. /Xamenei, Sistani -
Qeyd edək ki, hadisə vaxtı şəri üzrü olan qadınlara bu namazın qəzası vacib deyil.


İnsan dünyada etdiyi bu əməllərin cəzasını çəkmədən heç vaxt ölməz?!


“ Allahın peyğəmbəri (s) belə buyurdu: Bir neçə günah əməl vardır ki, cəzası axirətə qalmadan nəticəsi bu dünyada öz sahibinə yetişər. Bunlar:
-Valideyni incitmək və onun üzünə aq olamq,
-İnsanlara qarşı zülm və sitəmkar olmaq,
-Nemətə və yaxşılığa küfür (nankorluq).”(Əmali Şeyx Mufid- 237)



Günahlardan xilas olmaq üçün Hz Əli (ə) hansı tövsiyəni edir?


Həzrət Əli (ə) öz kəlamında insanın öz gücünü, enerjisini xeyrili işlərə sərf edib, günahlar müqabilində əzmlə dayanması üçün insanın öz “səyinə” nəzarəti vacib bilir və bu nəzarəti günahlar qarşısında sipr, qalxan adlandırır.

İmam (ə) buyurur: “Əgər sən nəfsini məşğul etməsən, o səni özü ilə məşğul edər.”

İnsan bütün güc və səyini xeyir işlərə sərf etməlidir. Əgər öz güc və enerjisini xeyrə işlətməsə, bu enerji xeyirsiz yerlərə sərf olar. Bu xeyirsiz, faydasız işlər onu Allahın rizasından məhrum edib, İlahi xeyir bərəkətdən nəsibsiz edər.

Özünü, nəfsini günah və faydasız işlərdən qorumağın ən yaxşı yolu faydalı və savab işlərlə məşğul olmaqdır.


Dini maariflərə görə hansı insanlarla görüşmək belə ibadət və savabdır?


... İbadət Allaha bəndəçilik mənasındadır. Niyyətində, qəlbində Allahın olmasıdır. İbadətdə Allahın rizası, xeyr bərəkəti vardır. Bir neçə şəxs vardır ki, Həzrət Peyğəmbər (s) onların üzünə baxmağı, ibadət, Allahın rizası, xeyir bərəkəti hesab etmişdir: 1- “Alimin üzünə baxmaq ibadətdir, 2-Ədalətli rəhbərin üzünə baxmaq ibadətdir, 3-Valideynlərin üzünə rəhmət və şəfqətlə baxmaq ibadətdir, 4Allah yolunda sevdiyi qardaşının (mömin) üzünə baxmaq ibadətdir”(Əmali Tusi 454) Bunlar insanlığın həyat əhəmiyyətli məsələləridir. Bir cəmiyyət və toplumda bunlar olmasa, hətta biri olmasa belə, həmin cəmiyyət davamlı olmaz, məhvə və fəsada məhkum olar...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter