Bütün bədbəxtliklərin açarı hansı günah əməldir?


Bütün bədbəxtliklərin açarı hansı günah əməldir? Məkkədə Həzrət İmam Baqiri (ə) bir dəstə görür və deyirlər: “Bu kimdir ki, bu cür ibadət edir?”. Bir nəfər onlara deyir: “O, Muhəmməd ibn Əlidir (ə), İraq xalqının İmamıdır”. Onlardan biri deyir: “Bir nəfəri onun yanına göndərin ki, ona sual versin”. Bir cavan könüllü olur və İmamın (ə) yanına gedib deyir: “Ən böyük günah hansıdır?”. İmam (ə) buyurur: “Şərab içmək”. Cavan qayıdır və bu cavabı onlara söyləyir. Dostları ona deyirlər ki, onun yanına qayıt və bu sualı ikinci dəfə ver. Cavan yenə İmamın (ə) yanına qayıdır və bu sualı təkrar edir.
İmam (ə) buyurur: “Məgər demədimmi ki, şərab içmək ən böyük günahdır. Şərab insanın ağlını və iradəsini zəiflədər, bəlkə məhv edər. O zaman ki, ağıl məhv olar, insan bir çox əmələ düçar olar: zinaya, oğurluğa, insan öldürməyə, Allaha şərik qoşmağa... Xülasə şərab içmək bütün bədbəxtliklərin və şərin açarıdır. Fəsadı hər günahdan daha böyükdür”.


Bir növ ləhv ilə kеçirilən tоy məclislərində iştirаk еtməmək аilə və qоhumlаr аrаsındа düşmənçiliyə səbəb оlur


Bir növ ləhv ilə kеçirilən tоy məclislərində iştirаk еtməmək аilə və qоhumlаr аrаsındа düşmənçiliyə səbəb оlur Suаl: Bir növ ləhv (еyş-işrət, kеf, şəriət tərəfindən yаsаq еdilən əyləncə) ilə kеçirilən tоy məclislərində iştirаk еtməmək аilə və qоhumlаr аrаsındа düşmənçiliyə səbəb оlur. Bu hаldа vəzifəmiz nədir?
-Həzrət Аyətullаh Хаmеnеyi: Hаrаmlаrа məhəl qоyulmаyаn məclislərdə iştirаk еtmək istənilən hаldа cаiz dеyil və əmr bе məruf və nəhy əz munkər hаmıyа vаcibdir.
-Həzrət Аyətullаh Bəhcət (Allahın rəhməti olsun Ona!): Bu cür bəhаnələr ilаhi hаrаmı hаlаlа çеvirməz.
-Həzrət Аyətullаh Sаfi Gülpаyqаni: Günаh məclislərində iştirаk еtmək cаiz dеyildir.
-Həzrət Аyətullаh Məkаrim Şirаzi: Оnlаrı pisliklərdən, günаh və yаnlış hərəkətlərdən çəkindirə bilməyəcəyiniz təqdirdə iştirаk еtməməlisiniz.
-Həzrət Аyətullаh Sistаni: Günаhа düşəcəyi hаldа cаiz dеyildir.


İmam Əli (ə) qulağına bismillah dedi, dərsləri başa düşməkdə dərki artdı?


İmam Əli (ə) qulağına bismillah dedi, dərsləri başa düşməkdə dərki artdı? Bismillah. \'Həzrət İmam Əli (ə) qulağına Fatihə surəsini oxuyan Alim və Arif Şeyx Ənsari.\'
\"Şeyx Ənsarinin şagirdlərindən biri belə deyir: İbtidai dini təhsilimi başa vurduqdan sonra elmimi təkmilləşdirmək üçün Nəcəfi-Əşrəf şəhərinə yollandım və Şeyxin dərslərində iştirak etməyə başladım. İlk vaxtlar onun dərslərindən bir şey anlaya bilmirdim. Nə qədər çalışsamda faydası olmurdu. Nəhayət bir gün Həzrət İmam Əlinin (ə) ziyarətinə getdim və çoxlu dua edib dedim Ağacan (ə) Allahdan istəyinki zehnim yaxşı olsun. Axşam yuxuda gördüm ki, Həzrət İmam Əlinin (ə) hüzurundayam. Həzrət Əli (ə) mənim qulağıma \'Bismillahir rəhmanir rəhim\' dedi. Səhəri gün dərsə gələndə artıq dərsi başa düşürdüm. Yavaş-yavaş dərslərimdə irəliləyiş olmağa başladı. Bir neçə gündən sonra artıq sinifdə mən də mövzu haqqında öz fikrimi söyləyirdim. Bir gün dərsdə Şeyx Ənsari ağa ilə çoxlu bəhs edib ona iradlar tutdum.
Həmin gün dərs qurtarandan sonra Şeyxin hüzuruna getdim. O, mənə baxıb təbəssüm edərək yavaşca qulağıma pıçıldayıb dedi Sənin qulağına \'Bismillah\' oxuyan mənim qulağıma Vəladdallinə (Fatihə surəsi ) kimi oxuyub. Ağa bunu deyib getdi...


Sehr-cadunu batil etmək üçün hansı duanı oxumaq lazımdır?


Sehr-cadunu batil etmək üçün hansı duanı oxumaq lazımdır? \"Bismillahir-rəhmanir-rəhim\" Atilli batil edirəm qürbətən iləllah.
Fəulqi sehrətil sacidin qalu amənna birəbbil aləmin. Rəbbi Musa və harun ə-uzu bi-izzətəllahu vikib ria-əhuvə min şərri şəytani
in-nəhu yəkdunə kəydən və əkidən gəydən fəmihill kafirun əmhilihum ruvəydən. Summə bəkun ummuyun la yətə-kəlləmun.
Summə bəkun ummuyyun la yubsirun. Summə bəkun ummuyyun la yəqilun.
Bu duanı 3 və 7 dəfə oxu, üflə suyu iç. Cadunu batil edir.


Günahlardan paklanmaq üçün xüsusi namaz varmı?


Günahlardan paklanmaq üçün xüsusi namaz varmı? TÖVBE namazı bu cür qılınır:
1)“Qüsl (tövbə qüslü) alın.2)Dəstəmaz (tövbə dəstəmazı) alın. 3)Sonra dörd rükətli namaz qılın. (TÖVBE namazı niyyeti ile)4)Hər rükətdə 1 dəfə “Həmd”, 3 dəfə “Ixlas”, 1 dəfə “Fələq” və 1 dəfə də “Nas” surələrini deyin. Sonda 70 dəfə istiğfar edin və onu “Lə həvlə və lə quvvətə illə billahil-əliyyil-azim” cümləsi ilə tamamlayın.Sonra isə bu duanı oxuyun: “Ya Əzizu, ya Ğəffar. İğfirli zunubi və zunubə cəmiyəl-muminin və muminat. Fəinnəhu lə yəğfiruz-zunubi illa ənt””. Həzrət Peyğəmbər (s) buyurur: Elə bir müsəlman yoxdur ki, bu namazı qılsın və ona səmadan nida edilməsin ki:“Ey Allahın bəndəsi! Sənin tövbən qəbul olmuşdur. Günahların bağışlanmışdır.


Mömin şəxsin qəbrinin üstündə 7 dəfə qədr surəsini oxumağın nə belə savabı var?


Mömin şəxsin qəbrinin üstündə 7 dəfə qədr surəsini oxumağın nə belə savabı var? Hәr kim möminin qәbri üstündә \"Qәdir\" surәsini yеddi dәfә охusа...
Pеyğәmbәr (s) buyurub: «Hәr kim mömini хоşhаl еtsә, mәni хоşhаl еdib. Mәni хоşhаl еdәn, Аllаhı хоşhаl еdәr». «Möminin möminә mәhәbbәtlә bахışı ibаdәtdir».
İmаm Sаdiq (ә) buyurub: مَنْ زَارَ قَبْرَ الْمُؤْمِنِ فَقَرَأَ عِنْدَهُ إِنَّا أَنْزَلْنَاهُ سَبْعَ مَرَّاتٍ غَفَرَ اللَّهُ لَهُ وَ لِصَاحِبِ الْقَبْرِ
«Hәr kim möminin qәbrin ziyаrәt еtsә vә оnun qәbrinin üstündә «Qәdir» surәsini yеddi dәfә охusа, Аllаh оnu vә qәbir sаhibini bаğışlаyаr».


Məsumların tapşırıqlarında ruzini artıracaq xüsusi namaz və ya əməl vardırmı?


Məsumların tapşırıqlarında ruzini artıracaq xüsusi namaz və ya əməl vardırmı? Var-dövlət və sərvətin artması üçün dan yeri sökülməmişdən qabaq, sübh azanına yaxın vaxtda bu keyfiyyətlə iki rəkət namaz qılsın:
Birinci rəkətdə \"Həmd\" dən sonra on yeddi dəfə \"Kafirun\" surəsini, ikinci rəkətdə \"Həmd\" dən sonra on yeddi dəfə \"Tovhid\", hər rəkətin rukusunda on yeddi dəfə (sübhanə rəbiyyəl-əzimi və bihəmdih), hər səcdədə on yeddi dəfə (subhanə rəbbiyəl-ə\'la və bihəmdih) və namazı qurtarandan sonra on yeddi dəfə \"Ayətul-kürsü\"nü oxusun.
Bu namaz təcrübə olunmuşdur. Belə nəql olunub ki, bu əməl gizli xəzinələrdəndir və naəhllərə öyrədilməsin.


İnsan canı alındıqda mələyi görərmi?


İnsan canı alındıqda mələyi görərmi? Ölüm bir aləmdən digər aləmə keçməkdir. Ölən insanın ruhu ilə dünyadakı bədəni arasındakı əlaqə kəsilir. İnsan ölüm anından etibarən ölüm mələkləri olan aləmə keçid edir. Bu keçid insanın sonsuz həyatının da başlanğıcıdır. Başqa aləmə keçidlə birlikdə insanlar canlarını almağa gələn ölüm mələklərini görürlər, hətta gələn mələklər onlarla danışır. Ancaq hər kəsin canı eyni şəkildə alınmır. Möminlərin canını almağa gələn mələklər ilə kafirlərin canını alan mələklər fərqli davranırlar.
Möminlərin canını alan mələklər onlara: \"Salam\", - deyərək canlarını rahatlıqla alırlar. Bu əsnada onları gedəcəkləri cənnətlə müjdələyirlər. (Nəhl surəsi, 32)
İnkarçıların canını alan mələklər isə heç gözləmədikləri anda onların üzünə və arxasına vurmağa başlayar (Muhəmməd surəsi, 27), canını ən dərindən əzabla çəkər və bu zaman inkarçının ayaqları bir-birinə dolaşar (Qiyamət surəsi, 29). Mələklər əllərini onlara doğru uzadarkən əbədi davam edən, alçaldıcı və yandırıcı əzabla müjdələyirlər. (Ənam surəsi, 93)/


Yorğunluğu əmələ gətirən 14 səbəb hansılardır?


Yorğunluğu əmələ gətirən 14 səbəb hansılardır? İnsan vücudunda yorxunluq və zəiflik yaradan 14 səbəblər:
1. Oturaq həyat tərzi. İdmanla məşğul olmaq əzələlərin gücünü və dözümlülüyünü artırır, ürəyin işini stimulyasiya edir, toxumalara oksigenin daşınmasına yardım edir.
2. Az maye qəbulu. Texas Universitetinin dietoloqu Emi Qudson kifayət qədər maye qəbul edilmədikdə orqanizmdə yorğunluq hissinin əmələ gəldiyini söyləyir. Onun dediklərinə görə az miqdarda su içən adamların qanı laxtalanmaya meyilli olur. Laxtalanma qabiliyyəti çox olan adamlar özlərini daima yorğun hiss edirlər.
3. Dəmir çatışmazlığı. Orqanizmdə yetərincə dəmir olmadıqda insanda halsızlıq, zəiflik, yorğunluq hissi olur. Dəmir çatışmazlığı olan xəstələrin orqan və toxumaları yetərincə oksigenlə qidalanmır. Həkimə müraciət etməklə dəmir çatışmazlığını aradan qaldırmaq olur.
4 . Xəyalpərəstlik. Daima mümkün olmayan işlərə girişmək, həmin işdən ötrü vaxtını, zamanını sərf eləmək insanı yorur. Həyata keçməsi mümkün olmayan işlərə itirilən vaxtı siz daha faydalı və asan proyektlərə həsr edib yorulmaya bilərsiniz...


Quranın hansı ayəsini oxumamaq insana ölüm zamanı həsrət və peşmanlıq gətirər?


Quranın hansı ayəsini oxumamaq insana ölüm zamanı həsrət və peşmanlıq gətirər? İmam Riza (ə) buyurur: Cəbrail (ə) Peyğəmbərə (s) nazil olaraq dedi: Ey Allahın rəsulu! Allah sənə salam yetirir və sənə buyurur:
“Oxu! Bağışlayan və Mehriban Allahın adı ilə. Bəzi zümrələri sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! Rəbbinin ruzisi həm daha xeyirli, həm də daha baqidir (əbədidir).” (“Taha” surəsi, ayə 131)
Bu ayə nazil olduqdan sonra Peyğəmbər (s) səhabələrdən birinə buyurdu ki, bu xəbəri hər yerə yaysın: Hər kəs (bu ayəyə əməl etməklə) özünü Allahın ədəbi ilə zinətləndirməsə, ruhu həsrətlə dünyadan ayrılar. / Mənbə: “Fiqhur-Rza”, səh. 364.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter