Kərbəla hadisəsi ilə bağlı İmam Səccaddan (ə) bir hekayə!


Mərhum Əllamə Mircahani yazır: Hədisdə gəlmişdir ki, Kərbəla hadisəsindən sonra Mədinə şəhərində şiələrdən biri izdivac məclisi təşkil etmişdi və həzrət Zeynül-Abidindən (ə) xahiş etdilər ki, məclisdə iştirak edərək, məclisi zinətləndirsin. Lakin İmam (ə) (Kərbəla hadisəsinə görə hüzünlü olduğu üçün) məclisə getməkdən boyun qaçırırdı. Çox isrardan sonra İmam (ə) onlara buyurdu ki, əgər məclisdə atam Seyyidüş-şühədanın (ə) müsibətindən mərsiyə oxumaq üçün rövzəxan gətirsəniz, sizin dəvətinizi qəbul edərəm. İmamın (ə) şərti qəbul edildikdən sonra İmam (ə) məclisdə iştirak etdi. Məclis başladıqdan sonra mərsiyyə oxundu, İmam (ə) və digər qonaqlar İmam Hüseynin (ə) müsibətlərinə çox ağladılar. Məclis qurtardıqdan sonra qonaqlar evlərinə yollandılar. Bu zaman məclisin sahibi görür ki, İmam Səccad (ə) qapının ağzında dayanıb və qonaqların ayaqları qarşısında onların ayaqqabılarını cütləyir. \"Qaynaq: Hamid Fədəvi Ərdistani, “Əl-buka lil-Huseyn (ə)”, səh. 430.\"


Loğman Həkimin həyatın ağrı-acıları barədə hansı hikmətli kəlamlar söyləmişdir?


Loğman Həkimin həyatın ağrı-acıları barədə hansı hikmətli kəlamlar söyləmişdir? İslaminSesi əxlaq ustadı Haşiminejadın Loğmanın hikmətli baxışı ilə bağlı çıxışını təqdim edir:
\"Hikmət sahibi olan Loğman gənclik zamanında qul idi. Bu Loğmanın çox qəribə və gözəl möizələri var. Loğmanın Ağası da bir zamanlar qul olduğu üçün, Loğmanın vəziyyətini daha yaxşı anlayır və onun xətrini istəyirdi. Loğmanın Ağası bir yemişi bölüb, onun qarşısına qoydu ki yesin. Loğman iştahla onu yeməyə başladı. Ağası bunu görüb fikirləşdi ki, yemiş yaxşı şirin çıxıb bu da yeyib mənə vermir. Yemişdən bir dilim qalmışdı. O, bir dilimi götürüb ağzına qoydu. Gördü ki yemiş zəhər kimi və acıdır.
Dedi ey Loğman sən bu acı yemişi necə iştaha ilə yeyirsən? Loğman dedi: Ey ağam bir ömrdür ki sənin əlindən yalnız şirin yeyirəm. İndi bir dəfə acı yeyim, nə olar?! Bir şey olmaz ki! Allah da insanları bəzən 50 il xəstəliklərdən uzaq, sağlıqda saxlayır. Daha yaxşı tərbiyələnmək üçün iki gündə də onu xəstələndirir. Ey İnsan niyə bu qədər ahu-zar edirsən?! Niyə bu qədər naşükürlük edirsən?! Niyə bu qədər söyürsən?! Allah deyir ki ey insan səni 50 il ehtiyacsızlıqda saxladım. İndi istəyirəm iki günlük sənə qulaqburması verəm və əlində olanı alam. Bunu səni tərbiyələndirmək üçün edirəm. Niyə bu qədər ahuzar edirsən?!...


Din baxımdan riya ilə həyata keçirilən hansı əməllər düzdür?


Din baxımdan riya ilə həyata keçirilən hansı əməllər düzdür? İslaminSesi – Əməlləri həyata keçirilməsi zamanı niyyətin xalis olması vacibdir. Bunun əksi əməllərin riyakarlıq və saxtakarlıqla həyata keçirilməsidir. Alimlər riya əməlinin kiçik şirk bilirlər. Riyakarlıq ibadətlərdə olarsa o əməl batil olar və qəbul olunmaz. Çünki ibadətlərdə məsələn namaz və oruc kimi niyyət olunur ki Allah üçün həyata keçirilir. Bəs riya üzündən həyata keçirilən hansı əməllər batil olmaz və Allah dərgahında da qəbul edilər?
1- İnsan öz əmlakını vəqf edərsə və bu zaman riyakarlıq edərək bu işi görərsə onun vəqfi düzdür. Çünki vəqfdə “Qürbətən iləllah” niyyəti lazım deyil.
2- Salamın cavabını almaq vacibdir. Amma bu cavab riya üzündən alınarsa belə səhih və düzdür.
3- Nəcis əşyalar və paltarların yuyulması zamanı da riyakarlıq etməz, yuyulanı əşyanın nəcisliyində qalmasına səbəb olmaz.
4- Borcun ödənməsi: Borc riyakarlıqla ödənilsə belə şəriət baxımından ödənilmiş hesab edilir.


Həzrət Yusif (ə) hakimiyyətə çatan zaman nə arzu etmişdi?


Həzrət Yusif (ə) hakimiyyətə çatan zaman nə arzu etmişdi? Həzrət Yusif (ə) o zaman ki, hakimiyyətə çatır, belə bir dua edir: “Ey Rəbbimiz, biz(im qəlblərimiz)ə (bolluca) səbir endir və bizi müsəlman olaraq öldür”. (“Əraf” 126).
Həzrət Yusif (ə) o zaman ki, hakimiyyətə çatı,r Allaha dua edir ki, İlahi əmrlərə təslim olsun və müsəlman olan halda ölsün. Bu yolla öz hökumətini hər bir fitnə və fəsaddan qorumuş və onu İlahi inayət sayəsində sığorta etmiş olur. Həzrət Yusifin (ə) bu duası onu göstərir ki, hökumət başında olanlar dövləti elə idarə etməlidir ki, Allahın əmrini yerinə yetirmiş olsunlar.
Dua, Allahın möminlərə əta etdiyi ən effektiv vasitədir. İnsan, dua vasitəsilə qanadlar əldə edər və bu qanadlar onu hər bir bəladan uzaqlaşdırar və Allaha yaxınlaşdırar. İnsanın ağır həyat yolunu onun üçün hamar və düz edər...


Abid Zulqərneynin təklifinə hansı 4 şərtlə cavab verdi?


Abid Zulqərneynin təklifinə hansı 4 şərtlə cavab verdi? Zulqərneyn öz ordusu ilə bir səhradan keçirdi və bir qoca kişini görür ki, namaza məşğul idi. Zulqərneynin əzəmətinə diqqət etmirdi. Zulqərneyn onun ruhunun böyüklüyünə təəccüb edir və namazı bitən kimi, ona deyir: “Mənim ordumun böyüklüyünü görən zaman niyə qorxmadın və halında dəyişiklik olmadı?”.
Abid deyir: “O kəslə münacatla məşğul idim ki, qüdrəti və ordusu sonsuzdur. Ondan ayrılıb sənə diqqət etməkdən qorxdum ki, inayətindən məhrum olaram və duamı bir daha yerinə yetirməz”. Zulqərneyn deyir: “Əgər mənimlə birlikdə olsan, bütün istəklərini yerinə yetirərəm”. Abid deyir: “Hər yerdə səninlə olmağa hazıram bir şərtlə ki, dörd şeyi mənə zəmanət edəsən. 1. Ardınca xəstəliyi olmayan sağlamlıq. 2. Məhv olmayan nemət. 3. Qocalıq və süstlük olmayan cavanlıq və qüdrət. 4. Ölüm olmayan həyat. Zulqərneyn deyir: “Mənim bu işlərə heç vaxt qüdrətim çatmır”. Abid deyir: “Ona görə də mən bütün işlərin Onun qüdrəti altında olandan əl çəkmərəm və mənim kimi bir başqasına möhtac və aciz olan şəxsə söykənmərəm”.


Hansı hədiyyələri geri almaq islam şəriətinə görə qadağandır?


Hansı hədiyyələri geri almaq islam şəriətinə görə qadağandır? Ayətullah əl-üzma Sistaninin cavabı: Başqasına hədiyyə verən kəs onu geri ala bilər. Amma beş hal müstəsnadır (yəni beş halda verdiyi hədiyyəni geri ala bilməz):
1. Hədiyyəni qürbət qəsdi ilə (Allaha yaxın olmaq niyyəti ilə) vermiş olsa.
2. Hədiyyəni qohumuna vermiş olsa. ata, ana, bacı, qardaş, əmi, dayı, bibi, xala və onların övladları kimi şəxslər.
3. Hədiyyə almış şəxs, onun hədiyyəsinin qarşısında əvəz vermiş olsa.
4. Hədiyyə digər bir şəxsin mülkiyyətinə keçmiş olsa. Məsələn, hədiyyəni almış şəxs onu satmıb və ya bağışlamışsa,
5. Hədiyyəni alan şəxs onda dəyişiklik yaranacaq bir təsərrüf etsin.


İnsan kеçmiş günаhlаrа görә tövbә еtsә, qiyаmәtdә cәzаlаnаcаqmı?


İnsan kеçmiş günаhlаrа görә tövbә еtsә, qiyаmәtdә cәzаlаnаcаqmı? Tövbә bаğışlаnmа vә günаhın mәhv оlmа sәbәbidir. Әlbәttә ki, әgәr günаh хаlqın hаqqının tаpdаnmаsı ilә bаğlıdırsа, bu hаqlаr ödәnmәlidir. Vаcib dini vәzifәlәr tәrk оlunduqdа dа оnlаrın qәzаsını yеrinә yеtirmәk lаzımdır. Әgәr bir günаh müqаbilindә kәffаrә tәyin оlunmuşdursа, imkаn hәddindә bu kәffаrәlәri ödәmәk lаzımdır. İstәnilәn bir hаldа tövbәnin şәrtlәri ödәnmәlidir. Bеlә оlduqdа qiyаmәtdә hәmin günаhlаrа görә cәzа vеrilmir. Çünki Аllаh öz lütfü ilә bu tövbәni qәbul еtmişdir. Qurаn buyurur: “(Хаlq) Tövbә еtdikdә Аllаh оnlаrа әzаb vеrmәz.” (“Әnfаl”, 33.)


Əli Əsğərin qəbri haradadır? Seyyid Kəşmirinin yuxusu


Əli Əsğərin qəbri haradadır? Seyyid Kəşmirinin yuxusu Kərbəla zəvvarlarından bir dəstəsi böyük alim Seyid Mürtəza Kəşmirnin (rh) görüşünə gedirlər. Görüşdə onlar alimdən həzrət Əli Əsğərin (ə) qəbrinin harada yerləşdiyini soruşurlar. Alim bu sualı eşidəndə göz yaşlarını saxlaya bilmir, çoxlu ağlayır və deyir ki, bilmirəm. Səhər sübh vaxtı gəlin, sizə qaneedici cavab tapım. Həmin gecə alim yuxuda həzrət Seyyidüş-şühədanı (ə) görür. İmam (ə) ona buyurur: Seyid Mürtəza! Nə üçün zəvvarlara cavab vermədin? Seyid deyir: Ya Əba Əbdillah! Mən onlara nə deyəydim?! O əzizin qəbrinin harada olmasını bilmirəm. İmam Hüseyn (ə) buyurdu: Bil! Və onlara de! Əzizimin cənazəsi mənim sinəmin üstündədir. Qaynaq: “Məqtəli Şeyxur-rəis” (Şahkari afərineş), səh. 263. (“Məqtəli Came”dən nəql etməklə: c. 1, səh. 450)


\"Ya Əli\" demək şirkdirmi? Ayətullah Sistanidən tutarlı cavab


\"Ya Əli\", - demək şirkdirmi? Əgər deyilsə, bu cür sualları necə cavablandıraq\" sualına Ayətullah Sistani belə cavab verib:
\"\"Ya Əli mədəd!\" deməyimiz, Əmirəlmöminin (ə) - nəyazu billah - Allah olduğuna və ya Allahın istəmədiyi bir işi edəcəyinə inandığımız mənasını vermir. Əksinə, biz İmam Əlinin (ə) dindar, Allahdan çəkinən təqva əhli, Allah yolunda cihad edən və bütün işlərini Allah rizası üçün edən biri kimi gördüyümüzdən onun Allahdan ehtiyaclarımızın yerinə yetirməsi üçün dua etməsini istəyirik. Bu şirk olmamaqla birlikdə tövhid və Allaha inancın da özüdür. Uca Allah bizə Peyğəmbəri Əkrəmə və Allah dostlarına təvəssül etməyimizi (vasitəçi qərar vermək) əmr etmişdir. \"Maidə\" surəsinin 35-ci ayəsində \"Ey iman gətirənlər, Allahdan qorxun, Ona tərəf vasitə axtarın\" buyurmuşdur. \"Nisa\" surəsinin 64-cü ayəsində, \"Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik...


Ağıllı insan dünya haqqında hansı 3 məsələni unutmamalıdır?


Ağıllı insan dünya haqqında hansı 3 məsələni unutmamalıdır? Dünyа ilаn kimidir. Zаhiri yumşаq vә аldаdıcıdır: \"Əlbәttә, biz sizi qоrхu, аclıq, mаl аzlığı, nәfslәrlә vә әkinә dәyәn ziyаnlа imtаhаn еdirik. Sәbir еdәnlәrә müjdә vеr.” (“Bәqәrә” surәsi, аyә: 155.)
1-İm. Sаdiq (ә) buyurub: “Dünyа ilаn kimidir. Zаhiri yumşаq vә аldаdıcıdır. Bаtini isә öldürücü zәhәrlә dоludur. Uşаqlаr оnunlа оynаyır. Аqillәr isә оndаn qаçırlаr.”
2-Әli (ә) buyurub: “Dünyаyа hәris оlаn dünyаdаn kаsıb gеdәr.” (“Qurәrul-hikәm”, sәh. 130.)
3-“Hәr kim dünyаyа yеtişmәk üçün çаlışsа, dünyа оnu özünә хаdim еdәr. Аmmа hәr kim bәndәlik еdib dünyаyа rәğbәt göstәrmәsә, Аllаh dünyаnı оnа хаdim еdәr.”
4-İmam Sadiq (ə) buyurur: “Аğıllı insаn gәrәk üç şеyi unutmаsın: 1. Dünyаnın fаniliyini; 2. Dünyаdа оlаn dәyişikliklәri; 3. Çаrәsi оlmаyаn çәtinliklәri.”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter