Əgər izdivacdan sonra kişi zövcəsinin mehriyyəsini verməyibsə, ər öldükdən sonra qadın ərinin malından mehriyyəsini götürməyə haqqı varmı?


Əgər izdivacdan sonra kişi zövcəsinin mehriyyəsini verməyibsə, ər öldükdən sonra qadın ərinin malından mehriyyəsini götürməyə haqqı varmı? Cavab: Bismillahir-rəhmanır-rəhim.
Əgər ər həyatda olarkən mehriyyəni ödəməyibsə, qadın da mehriyyəsindən keçməyibsə, ər öldükdən sonra varisləri əvvəl onun borclarını, o cümlədən arvadının mehriyyəsi ödənilməlidir. Bundan sonra qalan irsi bölə bölməlidirlər.


İnsan surətində görünməyən 8 dəstə kimlərdir?


İnsan surətində görünməyən 8 dəstə kimlərdir? Belə kəslər barədə Allah-təala buyurur: “Onlar heyvan kimidirlər, bəlkə ondan da aşağıdırlar”. (“Əraf” surəsi, ayə 179.)
Bir nəfər həzrət İmam Sadiqə (ə) dedi: Siz bütün insanları adam surətində görürsünüzmü? Həzrət (ə) cavab buyurdu: Səkkiz dəstə insanı kənara at. Həmin kəslər bunlardır:
1. Dişlərini yumayan.
2. Dar yerdə bardaş qurub oturan.
3. Lazımsız və heç bir faydası olmayan işlərə girişən.
4. Heç bir məlumatı olmadan mübahisə edən.
5. Heç bir ağrısı olmayıb nalə edən.
6. Heç bir bəla üz verməmiş pərişan olan...


O hansı 8 dəstə rəftar və əməllərdir ki insanın təhqir olunmasına səbəb olar?


O hansı 8 dəstə rəftar və əməllərdir ki insanın təhqir olunmasına səbəb olar? Həzrət Əmir əl-möminin Əli (ə) buyurub: Əgər səkkiz kəs özünə hörmətsizlik və təhqir görsə, özündən başqa heç kəsi qınamasın:
1. Dəvətsiz gəlib süfrə arxasında oturan.
2. Ev yiyəsinə ağalıq edən (göstəriş verən).
3. Düşmənlərdən xeyir gözləyən.
4. Alçaqlardan alicənablıq intizarında olan.
5. Camaatın məhrəm və gizli söhbətlərinə soxulan.
6. Sultanların ünvanına pis sözlər deyən...


Dаvаnı tәrk еtmәyin sаvаbı haqda hədislərdə nə buyurulmuşdur?


Dаvаnı tәrk еtmәyin sаvаbı haqda hədislərdə nə buyurulmuşdur? Аlimlәrlә cаhilcәsinә mübаhisә vә dаvа еtmәyin ki, sizi özlәrindәn uzаqlаşdırmаsınlаr!
-Pеyğәmbәr (s) buyurub: “Hәr kәs dаvаnı tәrk еtsә, (özü hаqlı оlsа dа bеlә) cәnnәtin әn yахşı yеrindә оnun üçün bir еv tikilәr.”
-İmаm Rzа (ә) buyurmuşdur: “Аlimlәrlә cаhilcәsinә mübаhisә vә dаvа еtmәyin ki, sizi özlәrindәn uzаqlаşdırmаsınlаr. Nаdаnlа dа dаvа еtmәyin ki, оnlаrın cаhil hücumlаrınа mәruz qаlmаyаsınız.”
-Hz. Әli (ә) buyurub: “Düşmәnçilik vә kindәn uzаqlаşın ki, şәkk-şübhә yаrаdаr vә sаlеh әmәli mәhv еdәr.”
İmаm Sаdiq (ә) buyurub: “Hәr kәs müsәlmаnın üzünә vә bаşınа әtir vursа, Аllаh оnun hәr bir tükünün müqаbilindә qiyаmәtdә hәmin әtir vurаn üçün bir nur yаzаr.”


“Bütün insanlar cəhənnəmə daxil olar” ayəsindən məqsəd nədir?


“Bütün insanlar cəhənnəmə daxil olar” ayəsindən məqsəd nədir? “Bütün insanlar cəhənnəmə daxil olar” ayəsindən məqsəd nədir? İslaminSesi - Quranın buyurduğuna görə, hər birimiz bir gün cəhənnəmdən daxil olarıq:
“Sizdən(insanlardan) cəhənnəmə girmək astanasında olmayan və ya ona daxil olmayan bir kəs yoxdur. Bu iş sənin Rəbbinin öhdəsində qəti və (Onun əzəli istəyinə əsasən)labüddür. Sonra (etiqad və əməllərində) təqvalı olmuş kəsləri (ora düşməkdən və ya daxil olduqdan sonra)qurtaracaq, zalımları isə(əzabın çoxluğundan) diz üstə düşdükləri halda orada boşlayacağıq”. (“Məryəm” 71-72).
Əllamə Həsənzadə Amuli buyurur: “Həzrət Peyğəmbər (s) öz səhabələri ilə məsciddə əyləşmişdi. Qorxulu səs eşidirlər, onlar qorxurlar. Həzrət (s) buyurur: \"Bilirsinizmi ki, bu nə səsdir?”. Deyirlər ki, Allah və Rəsulu (s) daha yaxşı bilir. Həzrət Peyğəmbər (s) buyurur: “70 il qabaq cəhənnəmin yuxarısından bir daş atılmışdı, indi onun dibinə çatır. Onun enməsindən bu səs meydana gəlir”...


Şeytan tarixin hansı 9 hadisəsində ağladı?


Şeytan tarixin hansı 9 hadisəsində ağladı? Şeytanın nalə çəkib, ağladığı zamanlar: Hədsiz imkanlarına baxmayaraq bəzən Allah dostlarını azdıra bilmir və o məğlub olur. Hədislərə əsasən şeytan bu yerlərdə ah-fəryad çəkərək ağlayar
1. O zaman ki, Həzrət Adəm (ə) tövbə edir və Allah da tövbəsini qəbul edir,
2. O gün ki, Həzrət Yusif (ə) Züleyxanın əlindən qaçır, şeytan ürəkdən nalə çəkir,
3. Qədir-Xumda Həzrət Peyğəmbər (s) Həzrət Əlini (ə) xəlifə elan edən zaman şeytan nalə çəkir və deyir: “İndi mən nə edim?! Çarəm yoxdur!”.
4. Aşura günü min bir oyun çıxarır və İmamı (ə) şəhid edəndən sonra bütün şeytanlar (lən) şadlıq edirlər. Şeytan deyir: “Alahın xəlqini yolundan azdırdım və məqsədimə çatdım”. O zaman ki, şeytan İmam Hüseyn (ə) ziyarətinin savab və məqamından agah olur, etdiklərindən peşman olur. Nalə çəkir və bütün mələklər onu lənətləyir. İnsanlar daha çox behiştə daxil olmağa başlayırlar...


Bəzi günahkarlara davamlı nemətlərin verilməsi nə deməkdir?


Bəzi günahkarlara davamlı nemətlərin verilməsi nə deməkdir? Allahın insanların həyatı və müqəddəratı ilə bağlı nəzərdə tutduğu və icra etdiyi sünnətlərindən biri də İstidrac sünnətidir.
İslaminSesi – İstidrac lüğətdə hər hansı bir məqsədə, hədəfə və pilləyə tədrici şəkildə çatmağa deyilir. Terminoloji olaraq daha çox Allahın günahkar və naşükür bəndələrini tədrici şəkildə özündən uzaqlaşdırmaq və onları sonda məhvə aparması sünnətidir.
İmam Hüseyn buyurub: “Allahın bəndəsinə etdiyi istidrac budur ki ona ard-arda nemətlər versin və şükr etmək qabiliyyətini ondan alsın”.
Hz Əli buyurur: “Əgər görsən ki günah edə-edə Allah sənə davamlı nemət verir, bil ki, bu istidracdır”
İm. Əli buyurub: “Allahın sünnəti budur ki dünya zalımlarını sındırmadan öncə onlara möhlətlər və çoxlu rifah versin. Digər tərəfdən də O, ümmətlərin sınıq sümüklərini imtahanlarla və çətinliklərlə sağaldır”
“Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə məhvə yaxınlaşdıracağıq! (dərəcə-dərəcə aşağı endirəcəyik)” Əraf/182 ...


Əncir yemək üçün hansı 8 səbəb vardır?


Əncir yemək üçün hansı 8 səbəb vardır? Əncir vitaminlər, minerallar, aminturşuları, antioksidantlar, qidalı liflər və s. faydalı maddələrlə olduqca zəngindir. Əncirin ən mühüm faydaları bunlardır:
1. Əncir kaliumla zəngindir. Bu mineral ürəyin sağlamlığı və normal fəaliyyəti üçün çox vacibdir. Kalium təzyiqi normada saxlamağa kömək edir.
2. Əncir qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır.
3. Əncirin tərkibində \"benzaldegid\" adlı maddə var. Elmi araşdırmalar sübut edib ki, bu maddə xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır.
4. Əncir dəmirlə zəngindir və bu səbəbdən qanazlığı zamanı və qanazlığının profilaktikası üçün çox faydalıdır.
5. Əncirin tərkibində \"fisin\" adlı maddə aşkar olunub. Bu maddə damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.
6. Əncir zəif, xəstəlik, əməliyyat keçirmiş insanlar üçün çox faydalıdır - orqanizmi möhkəmləndirir və bərpanı sürətləndirir...


Niyə Peyğəmbərimizin adı Muhəmməd (s) idi?


Niyə Peyğəmbərimizin adı Muhəmməd (s) idi? Həzrət Peyğəmbər (s) anadan olduqdan 7 gün sonra babası Əbdülmüttəlib bir qoyun kəsib, ehsan verir. Bütün Queryşin iştirak etdiyi qonaqlıqda o, nəvəsinin adını Muhəmməd (s) qoyur. Ondan soruşurlar ki, ərəblər arasında Muhəmməd adı çox az işlədildiyi halda, nəyə görə uşağın adını Muhəmməd qoydun? Cavab olaraq bildirir ki, onun göydə və yerdə təriflənməsini istədiyim üçün belə ad qoydum.
Həzrət Peyğəmbərin (s) şairi olmuş Həssam ibn Sabit bu haqda deyir: “Allah Öz adından Peyğəmbəri (s) üçün bir ad seçdi: Allah Özü Mahmud idi, onu da Muhəmməd adlandırdı”. Hər iki sözün kökü də, mənası da eynidir. Sözsüz ki, Peyğəmbərin Muhəmməd (s) adlandırilmasında İlahi ilhamın təsiri olmuşdur. Bəzi tarixçilərin verdiyi statistik məlumata görə, o vaxtacan cəmi on alti nəfər Muhəmməd adlandırılıbmiş. Bir addan nə qədər az olsa, onun haqqında səhvə yol vermək bir o qədər azalar...


İmаnı mәhv еdәn günаh hansıdır?


İmаnı mәhv еdәn günаh hansıdır? Töhmət imanı məhv edər, qonaqpərvərlik isə günahı!
İmаm Sаdiq (ә) buyurub: “Su duzu әritdiyi kimi, mömin qаrdаşınа töhmәt vurаn şәхsin dә imаnı аrаdаn gеdәr.” (“Üsuli-kаfi”, c. 2 sәh. 361.)
Pеyğәmbәr (s) buyurmuşdur: “Mömin mömin qаrdаşındаn üzr istәyәndә qәbul еtmәsә, hәmin şәхs Kövsәr hоvuzundа mәnimlә görüşmәz.” (“Nәhcül-fәsаhә”, sәh. 610.)
Qоnаq günаhlаrı mәhv еdәr:
Pеyğәmbәr (s) buyurub: “Әgәr qоnаq bir еvә dахil оlsа, еv sаhibinin günаhlаrı bаğışlаnаr.” (“Nәhcül-fәsаhә”, sәh. 610.)
Pеyğәmbәr (s) buyurub: “Qоnаq kаfir оlsа dа, оnа hörmәt еt.” (“Cаmiül-әхbаr”, sәh. 214.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter