Kumeyl soruşur: “Bəs istiğfarın həqiqəti nədir?”.


Kumeyl soruşur: “Bəs istiğfarın həqiqəti nədir?”. Hz Əli (ə) buyurur: “İstiğfarın həqiqəti odur ki, onu qəlbində təsdiq edəsən. İradə edər ki, istiğfar etdiyi günaha bir daha geri qayıtmayacaqdır”.
1. Ən pis günah – o günahdır ki, onu kiçik hesab edəsən, çünki Allah Təala ilə müxalifətlik etmisən.
2. Tövbə edən zaman yaxşı düşünmək lazımdır və qərara gəlmək lazımdır ki, həmin günaha bir daha qayıtmayacaqsan.
3. Bunu yadda saxlayaq ki, hər bir günahdan sonra bəzən tövbə etmək üçün fürsət qalmır.


İnsana verilən nemətləri dilə gətirmək lazımdırmı?


İnsana verilən nemətləri dilə gətirmək lazımdırmı? -İlahi nemətləri dilə gətirmək nəinki bəyənilməz deyil, hətta əksinə - vacibdir. Hər kim neməti dilinə gətirər, onun şükrünü də yerinə yetirər. “Və Rəbbinin (sənə əta etdiyi) nemətindən söhbət aç! (De ki, sən özün Allahın varlıq aləminə olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən, ən kamil insaniyyətə, ən kamil ağıla, əzəmətli əxlaqa, peyğəmbərliyin xətm olunmasına, ən dolğun bir dinə, əbədilik Qur’ana, zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən)”. (“Zuha” 11).
İmam Sadiq (ə) buyurur: “O şeyi ki, Allah sənə əta etmişdir, ruzi vermişdir, yaxşılıq etmişdir, hidayət etmişdir – dilinə gətir”...


Məsum İmamın (ə) 5 ağır vəzifəsi nələrdir?


Məsum İmamın (ə) 5 ağır vəzifəsi nələrdir? İmam Riza (ə) İmamın vəzifələri haqda buyurur:
1. İmam – Allahın xəzinadarı və vəhyinin əminidir. Bütün dini əhkam və maarifin hafizidir.
2. İmam – Allah dininin aydın şahidi və canlı dəlilidir.
3. İmam – insanlar arasında Allahın rəhbəri və canişinidir.
4. İmam – əmr-be-məruf və nəhy-əz-minkərin, ümumilikdədinin təbliğçisidir...


Üç Məsum İmamın (ə) müştərək vəsiyyəti nə haqda olmuşdur?


Üç Məsum İmamın (ə) müştərək vəsiyyəti nə haqda olmuşdur? İmam Baqir (ə) buyurur: “O zaman ki, atam İmam Səccadın (ə) şəhadəti yaxınlaşdı, məni sinəsinə sıxdı və sonra buyurdu: “Oğlum! Sənə o vəsiyyəti edirəm ki, atam İmam Hüseyn (ə) şəhadəti zamanı mənə buyurmuşdu. Atası Əmirəl-möminin (ə) də ona etmişdi”. Buyurdu: “Allahdan savayı yavəri olmayan insana zülm etməkdən çəkin”.


Hz Peyğəmbər (s) hansı əməllərlə qiyamətə gələnə şəfaət edəcəyini buyurmuşdur?


Hz Peyğəmbər (s) hansı əməllərlə qiyamətə gələnə şəfaət edəcəyini buyurmuşdur?Həzrəti Peyğəmbər (s) buyurub: “Mənə (qiyamətdə) 6 şeyi gətirin ki, mən də sizə cənnəti verim (şəfaətçi olum)
1-Danışarkən yalan danışmayın,
2- Vədə verdiyiniz zaman xilaf çıxmayın,
3- Sizə bir şey əmanət edildikdə xəyanət etməyin,
4- Gözlərinizi yumun (harama),...


Zəruri hallarda hicab əvəzinə süni saçlardan istifadə etmək nə dərəcədə düzgündür?


Zəruri hallarda hicab əvəzinə süni saçlardan istifadə etmək nə dərəcədə düzgündür? Bəzi cəmiyyətlərdə hicabla bağlı maneələrə rast gəlininr. Bu kimi halları xüsusən bəzi təhsil ocaqlarında, iş yerlərində, sənədlər üçün şəkil çəkdirildikdə və sair müşahidə etmək olur. Təəssüf ki, dinsiz və materialis dünyagörüşlü müəssisə rəhbərləri humaniz, torelatlıq, insan haqları və bu kimi baxışlara sahib olduqlarını iddia etmələrinə baxmayaraq hicaba menə yaradırlar. Lakin bəzi zəruri hallarda, məcbur olduğu hallarda süni saçların örtülməməsinə də icazə verilir. Baxmayaraq süni saçlar özü də bir örtükdür, lakin cazibə və təbii saçlara oxşarlıq xüsusiyyətləri olduğu üçün örtülməlidir. (Ayətullah Məkarim və Mehdi Tehrani) Süni saçlar da təbi saçlar kimidir, gərək örtülsün. (Ayətullah Sistani)...


Çətinliklərdə Ayətullah Kəşmiri İmam Cavada (ə) necə təvəssül etməyi tövsiyə edib?!


Çətinliklərdə Ayətullah Kəşmiri İmam Cavada (ə) necə təvəssül etməyi tövsiyə edib?! İmam Rzadan (ə) nəql olunan bir hədisdə çətinlik zamanı, xüsusəndə dolanışıq və maddi çətinlik zamanı İmam Cavada (ə) təvəssül etmək tövsiyə olunub. Mənbələrdə İmam Cavada (ə) təvəssül edib, Allahdan onun (ə) adı ilə istəməyin bir neçə qaydası qeyd edilib. O cümlədən bunlardan biri də Ayətullah Kəşmirinin (r) buyurduğu qaydadır. Ustad buyurur: “Maddı çətinliklərinizi həll etmək üçün İmam Cavada (ə) təvəssül edin. Yasin surəsini tilavət edin və onu İmama (ə) hədiyyə edin”


Həzrət Zəhranın (s.ə) məsum olmasının hikməti və səbəbi nədir?


Həzrət Zəhranın (s.ə) məsum olmasının hikməti və səbəbi nədir? Ayətullah Seyyid Sistaninin dəftərxanasından cavab olara deyilib:
Cavab: Xanım Zəhranın (s.ə) ismət məqamına gəlincə, burada ismət peyğəmbərliyin və ya İmamətin dövr alınması deyil ki, Xanım Zəhra (s.ə) İmam və yaxud peyğəmbər olsun. İsmət ilahi, mənəvi bir məqamdır. İnsan bunu Allaha yaxınlıq fəzilətiilə əldə edir. İsmət yalnız Allaha itaət və bəndəçiliklə əldə edilir.


Sual: Ölümdən sonra bədən üzvlərinin elmi təhqiqatlarda istifadə edilməsinin hökmü nədir?


Sual: Ölümdən sonra bədən üzvlərinin elmi təhqiqatlarda istifadə edilməsinin hökmü nədir? Cavab: Ayətullah uzma Xamenei: Əgər insan həyatının xilası, cəmiyyətin ehtiyac duyduğu elmi təhqiqatlar və bəşər övladının mübtəla olduğu xəstəliklərin aşkara çıxardılması və mübarizəsi üçün meyyitin bədən üzvlərinə ehtiyac duyularsa bu yolda istifadə edilməsi caizdir. Şəxsin belə bir vəsiyyət etməsinin də heç bir maneəsi yoxdur. Lakin bir şərtlə ki, meyyitin üzvlərini çıxartmaq camaat arasında hörmətsizlik və meyyitə qarşı təhqir hesab olunmasın. Hər bir halda mümkün olduğu qədər qeyri müsəlman meyyiti olduğu halda müsəlman meyyitin üzvlərindən istifadə edilməsin...


Hədiyyə vermək bəzən savab, bəzən isə haramdır?!


Hədiyyə vermək bəzən savab, bəzən isə haramdır?!Haram və savablı hədiyyələr hədislər güzgüsündə:
-Hz Peyğəmbər (s) buyurur: \"Bir-birinizə hədiyyə verin ki, qəlbləriniz bir-birinə qarşı məhəbbətli olsun. Bir-birinizə hədiyyə verin. Çünki hədiyyə kin-küdurəti aradan götürür\".
-Hz Peyğəmbər (s) buyurur: «Hədiyyə vermək məhəbbət gətirir, qardaşlığı qoruyur, kin və düşmənçiliyi aradan götürür. Bir-birinizə hədiyyə verin ki, bir-birinizi sevəsiniz.»
-Dövlət məmurlarına hədiyyə etmək haramdır - Muhəmməd (s) peyğəmbər (s) bu haqda buyurur: \"Məmurlara verilən bütün hədiyyələr haramdır\".


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter