Hz Peyğəmbər (s) yatandan öncə Hz Zəhraya (ə.s) hansı əməlləri etməyi tövsiyə etdi?


Hz Peyğəmbər (s) yatandan öncə Hz Zəhraya (ə.s) hansı əməlləri etməyi tövsiyə etdi? Hz. Xanım Zəhra (s.ə) buyurur: «Yаtmаğа hаzırlаşdığım vахt Pеyğәmbәr (s) оtаğımа dахil оlub buyurdu: Еy Fаtimә! Dörd işi görmәmiş yаtmа! Qurаn хәtm еt, pеyğәmbәrlәri öz şәfаәtçin qәrаr vеr, möminlәri özündәn rаzı еt, hәcc vә ümrәni yеrinә yеtir!! Dеdim: Yа Rәsulullаh! Mәnә dörd işi yеrinә yеtirmәyi әmr еtdin. Аmmа mәn оnlаrı еtmәyә qаdir dеyilәm. Hәzrәt buyurdu: Әgәr «İхlаs» surәsini üç dәfә охusаn, Qurаn хәtm еtmisәn. Әgәr mәnә və pеyğәmbәrlәrә sаlаvаt göndәrsәn, оnlаr şәfаәtçi olarlar.Möminlәr üçün istiğfаr еtsәn, оnlаr rаzı оlаcаqlаr. Әgәr: «Subhаnәllаhi, vәlhәmdulillаhi vә lа ilаhә illәllаhu, vәllаhu әkbәr!» - dеsәn, hәcc vә ümrәni yеrinә yеtirmiş оlаcаqsаn».


Məsumların hədisinə əsasən həyatı korlayan amillər nələrdir?


Məsumların hədisinə əsasən həyatı korlayan amillər nələrdir? Həyatı korlayan amillər. 1- İmam Sadiq (ə): «Üç şey həyatı korlayır: zalım hökmdar, pis qonşu və acıdil həyasız arvad.»
2- İmam Sadiq: «Hər kimdə bu beş şeydən biri olmasa həmişə həyatı ləng, ağlı mə‘yus, fikri məşğul olar: birincisi sağlamlıq, ikincisi təhlükəsizlik, üçüncüsü ruzinin böyüklüyü, dördüncüsü həmdəm.» Rəvayətçi deyir ki, uyğun həmdəmin nə olduğunu soruşdum. Buyurdu: «Yaxşı arvad, yaxşı övlad və yaxşı yoldaş. Beşincisi, bunların cəmi olan asayiş.»- Mizanul – hikmət (xülasəsi) 2-ci cild


Məsumların hədisində var-dövlətdə qənaətçiliyin meyvəsi nələrdir?


Məsumların hədisində var-dövlətdə qənaətçiliyin meyvəsi nələrdir? Qənaətin meyvəsi.
1- Allahın Peyğəmbəri (s): «Sənə verilənə qane ol ki, sorğu-sualın yüngül keçsin.»
2- İmam Əli (ə): «Özünü islah etmək üçün ən yaxşı köməkçi qənaətdir.» - «Qənaətcil olan, qəmgin olmaz.» «Baş ucalığı qənaətin hesabına əldə olunur.»
3- İmam Əli (ə): «Ən gözəl həyatı, Allah-taalanın qənaətcillik verdiyi və pak, ləyaqətli həyat yoldaşı nəsib etdiyi bəndələri yaşayır.»
4- İmam Sadiq (ə): «Kim Allahın verdiyi az güzərana (və ruziyə) qane olsa, Allah onun az əməlinə şad olar.»/ehliwie-samux


Məsumların hədislərinə əsasən möminə hansı davranış yaraşmaz?


Məsumların hədislərinə əsasən möminə hansı davranış yaraşmaz? Özünü xar etmək möminə yaraşmaz:
1- Allahın Peyğəmbəri (s): «Kim itaətkarcasına xarlığı və zəlilliyi qəbul edərsə, biz Əhli-Beytdən deyil.»
2- İmam Sadiq (ə): «Allah-taala möminə, özünü xar etməyin ixtiyarından başqa, hər bir işin ixtiyarını vermişdir.»
3- İmam Sadiq (ə): «Möminə özünü xar etmək yaraşmaz.» Ərz etdilər:«Mömin özünü necə xar edər?» Buyurdu:«Bacarmadığı bir işə baş qoşar və bununla da, özünü xar və başıaşağı edər.» Mizanul – hikmət (xülasəsi) 1-cild


Qocalara hörmətin vacibliyi haqda məsumlar nə buyurmuşlar?


Qocalara hörmətin vacibliyi haqda məsumlar nə buyurmuşlar? Qocalara hörmət hədislər baxımından:
1-Allahın Peyğəmbəri (s):«Yaşlı müsəlmana ehtiram Allaha ehtiramdır.»
2-Allahın Peyğəmbəri (s):«Ümmətimin qocasına hörmət etmək, mənə hörmət etməkdir.»
3-İmam Sadiq (ə):«Ahıllarımıza hörmət qoymayan və uşaqlarımızla mehriban olmayan bizdən deyil.» Mizanul – hikmət (xülasəsi) 1-cild


İmam Cavad (ə) insan üçün nələri 4 fəzilət olaraq tanıtdırır?


İmam Cavad (ə) insan üçün nələri 4 fəzilət olaraq tanıtdırır? İmam Cavad (ə) buyurur :\"Fəzilətlər dörd cürdür. Birincisi hikmətdir, hikmətin də canı düşünməkdir. İkincisi iffətdir, iffətində canı şəhvətdir. Üçüncüsü qüdrətdir, onun da canı qəzəbdir. Dördüncüsü ədalətdir. Onun möhkəmliyi nəfsani qüvvələri tənzimləməkdədir.\"
Kitabın adı: Məsumlardan 3333 hədis


Necə ola bilər ki, İmam Həsən və İmam Hüseyn (ə) Həzrət Peyğəmbərin (s) övladları sayılsın?


Necə ola bilər ki, İmam Həsən və İmam Hüseyn (ə) Həzrət Peyğəmbərin (s) övladları sayılsın? “Bir gün Həccac Yəhya ibni Muəmmərə sual verir: “Mən eşitmişəm ki, sən Həsənlə (ə) Hüseyni (ə) Peyğəmbərin (s) övladları hesab edirsən? Bunu Quranla necə sübut edirsiniz? Yəhya onun cavabında deyir: “Ənam” surəsində bu ayəyə rast gəlmisənmi ki, deyir: “Və ona İshaqı və Yəqubu əta etdik. \"Nuhu da onlardan öncə hidayət etdik və onun övladlarından Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı, Harunu. Biz yaxşıları və yaxşılıq edənləri bu cür mükafatlandırırıq. Həmçinin Zəkəriyya, Yəhya, İsa və İlyası (da hidayət etdik). Onların hamısı salehlərdən idilər”. (Ənam/84-85). Deyir: “Bəli oxumuşam”. Yəha deyir: “Məgər bu ayədə İsa (ə) İbrahimin (ə) övladı hesab olunmamışdır? Halbuki, ata tərəfdən ona çatmırdı?”.


Axirətdə behişt və cəhənnəmdən başqa yer vardırmı?


Axirətdə behişt və cəhənnəmdən başqa yer vardırmı? Behişt yolunda olan çətin bir keçiddir. Səadət və bədbəxtlik qütblərini bir-birindən ayırır. Uzun bir dağ kimi hər ikisinin arasına fasilə salır. Bu yerin adı Ərafdır. Bəs kimlər bu məkanda olacaqlar? Mərhum Əllamə Təbatəbainin nəzərinə görə, “O kəslər ki, Ərafda olacaqlar, Allahın muxlis bəndələri də onların arasında olacaqdır – onlar da bu keçiddə olacaqlar. Ərafilərin nişanələri məhz bu İlahi insanlara aid edilir, onların ali məqamı vardır. Həm xoşbəxt olanları və həm də bədbəxt olanları tanıyırlar. Onlarla söhbət etmək icazəsinə malikdirlər. Şəfaət verə bilirlər”...


Xalq arasında işlənən “öncə Allaha sonra sənə” ifadəsi nə dərəcədə doğrudur?


Xalq arasında işlənən “öncə Allaha sonra sənə” ifadəsi nə dərəcədə doğrudur? Mübarək ayədə “Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar.” deyə buyurulur!? Peyğəmbər (s) cavab verdi: “ Necəki deyərlər: Filankəs olmasaydı mənim filan işim həll olmazdı. Onlar bu sözləri cahillik (bilməməzlik) üzündən deyirlər. Cəhalət onlar üçün bir üzrdür. Əgər bizdən eşitsəniz biz desək ki: “əvvəl Allah sonra filan şəxs” o zaman siz də deyin! Soruşdular: Bəs necə deyək?Peyğəmbər (s) buyurdu: Deyin Allaha şükr edirəm ki, Allah filan kəsin vasitəsi (əli) ilə mənim çətinliyimi aradan aparı. Tohid (tək Allahlı olmaq) budur!”...


Xanım Zəhra (s) hansı ismət məqamına sahibdir?


Xanım Zəhra (s) hansı ismət məqamına sahibdir? Sual: Həqiqətən Xanım Zəhra (s.ə) tam ismət məqamına sahibdirmi? Cavab:Bəli Xanım Zəhra (s.ə) günah və xətalardan uzaq olaraq tam ismətə sahibdir və məsumədir. Bunun üçün kifayət qədər dəlillərimiz vardır. Bütün alimlərin Təthir ayəsi (paklığ) və “Kisa” hədisi barəsində fikir birliyi vardır və bu şəxslərin Hz. Peyğəmbər (s), Hz. Əli, Hz. Zəhra və İmam Həsən, İmam Hüseyn (ə.s) olduqları bildirilir.
إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
Bu ayədəki لِيُذْهِبَ kəlməsi (lamul-əmr) qeyd-şərtsiz bütün günahların olmamasını və bütün günahlardan uzaqlığı bildirir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter