Hədiyyənin xumsunu vermək vacibdirmi?
Xums (beşdə bir) zəmanə İmamının (ə.f) və fəqir, kasıb seyidlərin haqqıdır. Xums, xums yığmaq səlahiyyətləri olan kəslərə verilməlidir. Həmin pul müsəlmanların rifahı yolunda xərclənməlidir.
Sual -1: Elə isə hədiyyə və mükafatların da xumsu varmı?
Cavab: Hədiyyə və mükafatların xumsu yoxdur. Hərçənd ehtiyat budur ki, həmin hədyyə illik xərclərdən artıq olarsa xumsu verilsin. (Ayətullah Xamenei)
Sual 2- Xums verməyən bir kəs hədiyyə verərsə, o hədiyyəni qəbul edənə həmin hədiyyənin xumsu vacibdirmi?
Cavab: Bəli alana vacibdir xumsu versin. (Bütün müctəhidlər) (Yalnız Ayətullah Sistani və Təbrizi buyurur belə halda hədiyyəni qəbul edənə xums vermək vacib deyi, hədiyyə edənə vacibdir)
Quranın bizə nümunə gətirdiyi “Ulul-əzm” kimlərdir?
İmam Sadiq (ə) Quranda zikr olunan “Ulul-əzm” ifadəsinə belə aydınlıq gətirir: “Onların (ə) Ulul-əzm adlanmalarının səbəbi şəriətə sahib olmalarıdır. Beləki Hz.Nuhdan (ə) sonra bütün nəbilər o Həzrətin (ə) şəriətinə tabe idilər. Bu, Hz. İbrahimin (ə) zamanına qədər davam etdi.
Hz.İbrahim (ə) zamanında və ondan (ə) sonrakı vaxtlarda gələn bütün nəbilər o Həzrətin (ə) şəriətinə tabe idilər. Bu Hz.Musanın (ə) zamanına qədər davam etdi.
Hz. Musa (ə) ilə eyni zamanda olan və ondan (ə) sonrakı bütün nəbilər o Həzrətin(ə) şəriətinə tabe oldular. Bu hal Hz.İsanın (ə) zamanına qədər davam etdi.
Hz.İsanın (ə) zamanında yaşayan və sonra gələn bütün nəbilər o Həzrətin (ə) gətirdiyi şəriətə tabe oldular. Bu sonuncu peyğəmbər Hz. Muhəmmədə (s) qədər davam etdi...
Qurani-Kərim barədə bir neçə sual: Quranın ən əzəmətli ayəsi hansıdır?...
Sual: Quranın neçə surəsi var və ayələrinin sayına görə ən böyük və ən kiçik surələr hansıdır?
Cavab: Quranın 114 surəsi var və ayələrinin sayına görə ən kiçik surə “Bismillah”-ı ilə dörd ayəsi olan “Kovsər” surəsi, ən böyük surə isə 286 ayədən ibarət olan “Bəqərə” surəsidir.
Sual: Peyğəmbərə nazil olan birinci və axırıncı ayə hansıdır? Cavab: Birinci nazil olan ayə “Ələq” surəsinin ilk ayəsi, axırıncı nazil olan ayə isə “Maidə” surəsinin 3-cü ayəsidir.
Sual: Quranın ən əzəmətli ayəsi hansıdır? Cavab: Quranın ən əzəmətli ayəsi “Bismillahir-rəhmanir-rəhim”dir.
Sual: Quranın ən ali ayəsi hansıdır? Cavab: Quranın ən ali ayəsi “Ayətəl-Kürsi”dir...
Məcazi fəzada (internet) naməhrəmlə söhbət etmək olar? Ayətullah Cavadi Amulinin cavabı
Ayətullah Cavadi Amuli: Biz düşmənin caynağından, onun əhrimən planlarından qurtulmaq üçün böyük baha ödəmişik. Bu yolda:
Böyük Peyğəmbərlər (ə) çox əzab çəkib... Məsum İmamlar (ə) çox əzab çəkib... Pak insanlar, təqvalı insanlar, iffətli-hicablı xanımlar çox əzab çəkib... Təqvalı alimlər, ariflər, Əhli-beyt təbliğatçıları çox əzab çəkib... İslam mücahidləri, yüksək məqamlı şəhidlər çox əzab çəkib... Belə rabitələr barədə hədislər çoxdur... Ləzzət məqsədi olmasa belə naməhrəmlə söhbətə kimsə icazə verməyib. Qadınlarımız və qızlarımız özlərini naməhrəmdən qorumalı, iffət gövhərini puça çıxarmamalıdır...
Nə üçün namazda bizi doğru yola hidayət et deyilir?!
Cаvаb: Vаrlıq аlәмindә оlаn hәr bir маddi vә мәnәvi şеy dәyişkәnliyә мәruz qаlır. İstәnilәn bir hаdisә hаnsısа şәrаitdә bаş vеrir. Hәr hаnsı bir hаlın dаvам еtмәsi üçün мüәyyәn şәrаit lаzıмdır. Мәsәlәn, оtаqdа еlеktrik lамpаsı yаndırılırsа, bu о dемәk dеyil ki, bu lамpа sönә bilмәz.
Dоğru yоlа hidаyәt мövzusu dа uyğun qаnunа әsаslаnır. Dоğru yоldа оlаn fәrdin vә yа cәмiyyәtin bu yоldа qаlмаsı üçün хüsusi şәrtlәr ödәnмәlidir. Әks tәqdirdә, dоğru yоlu tаpмış şәхs gәlәcәkdә bu yоldаn çıха bilәr. Dемәk, dоğru yоlu tаpdıqdаn sоnrа bu yоlu itirмәk tәbii bir hаldır.
Bu gün dоğru yоldа оlаn fәrdin vә yа cәмiyyәtin gәlәcәkdә hаnsı yоldа оlаcаğı hаqqındа bir söz dемәk оlмаz. Sаdәcә, fәrd әldә еtdiyi vәziyyәtdәn fаydаlаnаrаq, Аllаh dәrgаhınа üz tutub bu мisilsiz nемәtdәn мәhruм оlмамаğını istәмәlidir...
Məsumların söyüş söyməni tərk etmək üçün hansı göstərişləri buyurmuşlar?
Söyüş söymək rəzilə əxlaqından xilas olmaq üçün göstərişlər:
1. İnsan qəzəbini kontol etməyi öyrənməlidir ki, söyüş kimi pis sözlərin dilindən çıxmasını da kontrol edə bilsin.
2. Bu rəzil sifətin nə qədər çirkin bir əməl olduğunu anlamağa çalışmalıdır. Ondan əl çəkmək üçün səylər göstərməlidir.
3. Rəzil və alçaq insanlarla yoldaş olmaq yerinə, alimlər və elm əhli ilə oturub-durar ki, onların fəzilətli sifətlərinə özü də yiyələnə bilsin və bu pis adəti aradan apara bilsin. Bəs bu rəzil sifətin günahı nə dərəcədədir?
-- Həzrət Peyğəmbər (s) buyurur: “Allah behişti haram etmişdir o söyüş söyənə ki, abırsız və həyasız halda dediklərinə və ona deyilənlərə qarşı qorxusu olmaz, ondan təsirlənməz və narahat olmaz”.
Tövbənin qəbul olunmasını hansı nişanə və əlamətlərlə hiss etmək olar?
Tövbənin qəbul olunmasını hiss etmək üçün insan özündə 4 məsələni görməlidir:
1. Tövbə etdikdən sonra xüsusi hüzur və rahatlıq hiss etmək.
2. İnsan hər nə qədər çox günahına görə peşman olarsa və ağlayaraq tövbə edərsə, Allah tövbəsini o qədər rahat qəbul edər.
3. Allahın Təvvab olduğuna inanaraq, tövbə etmək. Yəni, İlahi vədəyə iman bəsləyərək tövbə edilərsə, bu tövbə qəbul olar.
4. Tövbənin təsirini əməllər və rəftarlarımızda görə bilərik. Əgər günaha rəğbətimiz azalarsa və İlahi itaətdə daha mətanətli olarıqsa, tövbəmizin qəbul olduğunu göstərər.
“Ey oğul, bu 4 mətləbə diqqət etsən həkim və dərmandan ehtiyacsız olarsan” – İmam Əli (ə)!
İmam (ə) buyurdu:“Ey oğul sənə 4 elə mühüm xisləti öyrədim ki, tibbdən (həkimdən) ehtiyacsız olasan:
Hec vaxt, acmadıqca yemək yemə!
Süfrədən doymamış, yeməyə meylin olduğu halda qalx!
Yeməyi yaxşı-yaxşı çeynəyib sonra ud!
Yatmamışdan öncə ayaqyoluna get!
Bu 4 mətləbə diqqət etsən tibb (həkim) və dərmandan ehtiyacsız olarsan.”
“Ya Əli (ə) mənə tövsiyə ver!” - deyən şəxsə heyrətamiz nəsihəti nə haqda oldu?
Nouf adlı bir şəxs deyir möminlərin əmiri (ə) Kufə məscidinin qarşısında idi. O Həzrətə (ə) yaxınlaşıb salam verdim və dedim:
-Ey Əmirəl-möminin mənə nəsihət et! Buyurdu: -“Allahın salamı və bərəkəti olsun sənə ey Nouf! Gözəl şəkildə davran ki, səninlə də gözəl şəkildə davransınlar.”
Nouf: -Əlavə et, ey möminlərin əmiri! İmam (ə): -Rəhm et ki, rəhm olunasan ey Nouf!
Nouf: -Əlavə et, ey möminlərin əmiri! İmam (ə): -Xeyirli sözlər danış ki, xeyirlə yad ediləsən ey Nouf!
Nouf: -Əlavə et, ey möminlərin əmiri! İmam (ə): -Qeybətdən çəkin ey Nouf! Həqiqətən qeybət edən cəhənnəm itlərinin yağlı tikəsidir...
Quranda vacib səcdə ayələri və bununla bağlı mühüm şəri məsələlər!
Səcdə namazda vacib olur, bir də yalnız Quran Kərimdə 4 ədəd vacibi səcdə ayələrini oxuduqdan və ya eşitdikdən sonra vacib olur. Beləki insan bu ayələri oxuduqda və eşitdikdə gərək səcdəyə getsin. Bunlar: Ələq/19 Səcdə/15 Fussilət/37 və Nəcm- 62 Bu barədə bir neçə mətləb:
1-İnsan bu ayələri oxuyub, yaxud dinlədikdə səcdə vacib olur, eşitdikdə isə ehtiyata görə vacibdir.
2- Səcdənin vacib olması üçün insan gərək ayəni tam dinləsin. Bir qismini dinlədiyi halda səcdə ehtiyata görə vacib olur.
3- İnsan gərək ayəni eşidən kimi dərhal səcdə etsin. Əgər təxirə salınarsa ilk fürsətdə yerinə yetirməlidir.
4- Gərək yeyilməsi və geyilməsi mümkün olmayan şeylərin üzərinə səcdə etsin. (Namazda olduğu kimi)...