Niyə insan Məsumların (ə) yanında bir halətdə, onlarsız isə başqa halətdə ola bilir?


Səlam ibni Mustənir nəql edir ki, İmam Baqirin (ə) xidmətində idim. Həmran ibni Əyin İmamın (ə) yanına gəldi və Həzrətdən (ə) bir neçə məsələ ilə bağlı suallar soruşdu.
O zaman ki, qalxıb getmək istədi, dedi: “Niyə biz sizin xidmətinizə gələn zaman sizinlə söhbət etmək bizə elə təsir qoyur ki, ürəklərimiz yumşalır və canımız dünyanı unudur? Zəngin insanların əlində olan sərvət bizim üçün dəyərsiz olur? Ancaq elə ki, sizin xidmətinizdən çıxırıq – insanların və tacirlərin həmdəmi oluruq. Dünyaya qarşı əlaqəli oluruq?”. İmam (ə) buyurur: “Bu, qəlb xüsusiyyətləridir ki, bəzi şəraitdə sərt və bəzi şəraitdə yumşaq olur. Peyğəmbərin (s) səhabələri də Həzrətə (s) buna bənzər bir sual vermişdilər. Həzrətə (s) demişdilər: “Ey Allahın Rəsulu! Qorxuram ki, münafiq olam”...


Xəlifənin nökəri hansı səbəbdən Dəclədə ac qalmadı?


Orta əsr xəlifələrindən birinin Fəth adlı bir nökəri vardı. O, müxtəlif sənət növlərindən agah idi. O zaman ki, Fəth üzməyi öyrənir, Dəclə çayı qaynamağa başlayır və onu özü ilə aparır. Xəlifə bu xəbəri eşidən zaman çox qəmgin olur. Elan edir ki, əgər onu tapmasanız, mən yemək yeməyəcəyəm. Mahir üzgüçülər axtarışa başlayırlar. Ancaq ondan bir əsər tapmırlar. Bir həftə sonra onu Dəclə çayının kənarında olan yarıqların birində salamat halda tapırlar. Onu götürüb xəlifənin yanına gətirirlər. Xəlifə çox sevinir və əmr edir ki, çoxlu yemək bişirsinlər. Çünki elə bilirdi ki, Fəth yeddi gündür ki, heç nə yeməmişdir. Fəth deyir ki, toxdur.
Xəlifə deyir: “Məgər Dəclə suyundan doymaq olur?”. Fəth deyir: “Xeyr, mən bu yeddi günü ac qalmamışam. Hər gün suyun üzərində bir qab çörək tapırdım və onu götürüb yeyirdim. O çörəyə görə sağ qalmışam. Hər çörəyin üzərində belə sözlər yazılmışdı: “Muhəmməd ibni Hüseyn Əskafdan”...


İnsan hansı 7 xüsusiyyəti aradan aparsa, Allaha yaxınlaşar?!


Əgər Allaha yaxınlaşmağa mane olan amilləri tanımaq istəyiriksə, bizə bu yolda Quran yolgöstərən ola bilər. Qurani-Kərim Allaha yaxın olmağın yollarını bəyan etdiyi kimi, onun maneələrini də bizə tanıtmışdır.Bu amillər ilə tanış olaq.
1. Quran ayələrindən üz çevirib, onları inkar etmək. “Həqiqətən, Allahın ayələrini inkar edənləri, peyğəmbərləri nahaq yerə öldürənləri və camaat içərisindən ədalətə dəvət edənləri qətlə yetirənləri ağrılı bir əzabla müjdələ”. (“Ali-İmran” 21).
2. Şeytanın (lən) davamçısı olmaq. “Onlar iman gətirənlərlə görüşdükləri zaman «iman gətirdik» deyərlər, öz şeytanları (azğın dostları) ilə xəlvətə çəkildikləri zaman isə «şübhəsiz, biz sizinləyik, biz (özümüzü iman gətirmiş kimi göstərməklə onları) yalnız ələ salırıq» deyərlər”. (“Bəqərə” 14)...


Allaha ən üstün ibadət etmək, hansı amildən keçir?!


Bir nəfər İmam Baqirin (ə) xidmətinə gəlir və deyir: “Mən ibadətdə çox da səy göstərmirəm. Müstəhəb namaz və oruc əhlindən deyiləm. Ancaq vacibatlarla kifayətlənirəm. Haram tikədən əl çəkmişəm”. İmam (ə) ona buyurur: “Hansı səy qarın və şəhvət iffətini qorumaqdan daha üstündür”.
Ona görə də deyə bilərik ki, qarını haram tikədən qorumaq və haram qazanca yol verməmək böyük əhəmiyyətə malik olan əməllərdəndir. Ona görədir ki, İmam Baqir (ə) buyurur: “Ən üstün ibadət – qarın və şəhvəti haramdan qorumaqdır”. Həzrət Baqir (ə) başqa yerdə buyurur: “Allah, qarın və şəhvəti haramdan qorumaq kimi üstün ibadətlə ibadət olunmamışdır”.


Allahın əzəmətli adı Bələm Bauradan necə alındı?


... Əli ibni İbrahim Qumi bu ayənin təfsirindən sonra yazmışdır ki, atam İmam Rzadan (ə) nəql edirdi ki, o Həzrət (ə) buyurmuşdur: “Bələm Baura Allahın əzəmətli adına malik idi. Əzəmətli adın vasitəsilə dua edərdi və Allah da duasını yerinə yetirərdi. Sonda Firona tərəf meyil etdi. Onun saray əhlindən oldu. Firon Musanı (ə) və tərəfdaşlarını tutmaq üçün ona müraciət etdi. Ona dedi: “Allahdan istə ki, Musanı (ə) və səhabələrini bizim tələmizə salsın”. Bələm uzunqulağa minir ki, Musanı (ə) axtarmağa getsin. Uzunqulaq yol getməkdən imtina edir və Bələm heyvanı döyməyə başlayır. Allah Təala uzunqulağın dilində olan qıfılı açır və uzunqulaq deyir: “Vay olsun sənə! Məni nə üçün döyürsən?! İstəyirsən ki, mən səninlə gəlim və sən də Allahın peyğəmbərini (ə) və iman əhlini nifrin edəsən?!”. Bələm bu sözlərdən sonra heyvanı o qədər döyür ki, nəhayət heyvan can verir. O andan sonra Allahın əzəmətli adı onun dilindən götürülür. Quran onun haqqında buyurur: “Beləliklə şeytan təqibinə məruz qalan və nəhayət yolunu azanlardan olan şəxsin(Musanın (ə) zamanında yaşamış alim Bəl’əm Bauranın) hekayətini oxu. Əgər istəsəydik, həmin ayələrin vasitəsi ilə onu mütləq ucaldardıq”.


Qibtənin, həsədin və həsrətin -əxlaqi xasiyyətlərin fərqi nədədir?


Qibtənin lüğətdəki mənası sevinmək deməkdir. O zaman ki, insan özündən üstün sifətlərə malik olan birini görər, səy göstərər ki, onun kimi olsun. Bu amil onun kamala
doğru hərəkət etməsinə təkan verər.Ancaq həmin şəxsi məhv etmək heç bir zaman onun niyyətində olmaz. Qibtə fəzilət sifətlərindən hesab olunur və möminlərə xas sifətlərdəndir. Möminlər bir-birinə qibtə apararlar, ancaq həsəd etməzlər. Bəs həsəd nədir? Həsədin lüğətdəki mənası özünü xar görməkdir. Ona görə çalışar ki, nemətə sahib olan başqa biri həmin nemətdən məhrum olsun və o da özünü xar hesab etsin. Beləliklə məlum olur ki, qibtə nədir, həsəd nədir? Qibtə insanı kamala doğru hərəkət etdirər, həsəd isə əksinə – insanın inkişafdan dayanmasına və o cümlədən, aşağı səviyyəyə süqut etməsinə gətirib çıxardar...


Şeytan (lən) insandan nə zaman əl çəkir?


İnsan doğulan zaman pak və təmiz olmasına baxmayaraq, şeytan (lən) onun bu cür qalmasına razı olmaz. Çünki əsil vəzifəsi – insanı Allahın yolundan sapdırmaqdır. Bütün səy və cəhdləri insanı günaha tərəf çəkmək yolunda olar. Bu yolda heç bir şeyi əsirgəməz. Qoşununun ən mahir nökərlərini səfərbər edər və insana tərəf hücum edər.
Bu mübarizə insanın ömrünün sonuna qədər davam edər. Haqla batilin mübarizəsi olaraq. O zaman ki, insan can verər, şeytan (lən) yenə insandan əl çəkməz və onu cəhənnəmə salmaq üçün son cəhdlərini edər. Yalnız o zaman ki, insanın ruhu artıq bədənini tərk edər, bu zaman şeytan həmin insandan əl çəkər. Çünki artıq öz rəzil vəzifəsini yerinə yetirmişdir, səylərinin yaxşı və ya pis nəticələnməsi isə insanın iradəsindən və imanının səviyyəsindən asılıdır.


Qibtə olunmağa layiq olan insanlar hansı əməl sahibləridir?!


Qibtə – fəzilətli sifətlərdən olub, möminlərə nisbət verilir. Bu sifət haqqında Məsumların (ə) fikirlərini öyrənək. İmam Sadiq (ə) buyurur: “Mömin qibtə edər və (amma) həsəd aparmaq. Münafiq həsəd aparar və qibtə etməz”. Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “O kəsin ki, bu günü dünənindən daha yaxşı olubdur, qibtə olunmağa layiqlidir”.
İmam Əli (ə) buyurur: “Qibtə olunmağa layiqli olan kəs odur ki, yaxşı iş görmək üçün irəlidə olar”. Həzrət Peyğəmbər (s) buyurur: “Həzrət Musa (ə) ərşin yaxınlığında bir kişini görür və onun məqamına qibtə aparır. Onun haqqında sual verir və ona cavab verirlər ki, o, Allahın insanlara verdiyi fəzlə həsəd aparmır”.
İmam Əli (ə) buyurur: “Həqiqətən ziyankar o kəsdir ki, ömrünü yersiz yerə tələf edər. O kəs ki, ömrünü Allaha itaət yolunda sərf edər – qibtə olunmağa layiqlidir”.


Bu cümləni deməklə, İmam Əli (ə) düşmənlərə qalib gəlirdi?!


İmam Hüseyn (ə) buyurur: “Atam nəql edir: “Bədr döyüşünə bir gecə qalmış Xızr peyğəmbəri (ə) yuxuda gördüm və ona dedim: “Mənə elə şey öyrət ki, onunla düşmənə qalib gəlim”. O, mənə dedi: “De: یا هُوَ یا مَن لا هُوَ إلاّ هُوَ، ”
O zaman ki, səhər açıldı, onu Peyğəmbərə (s) danışdım. Buyurdu: “Ey Əli! Allahın əzəmətli adı sənə öyrədilmişdir”. Bədr günü bu cümlə davamlı olaraq dilimdə idi””.
İmam Əli (ə) bu cümlələrdən sonra “Tövhid” surəsini oxuyurdu. Sonra yenə həmin cümləni deyir və buyururdu: “Məni bağışla və kafir dəstəyə qalib et!”...


İnsanın varlığının kamalı harada gizlənmişdir?


İnsanın Allaha yaxınlaşmaq hədəfi – xilqətin ən ali hədəfidir. Hədəf – insanın qürb məqamına çatmasıdır. Məqsəd – məkan baxımından deyildir, çünki Allahın məkanı yoxdur. Məqsəd – Allahın bizə yaxın olması da deyildir, çünki Allah həmişə bəndələrinəyaxındır. Əsil hədəf – bizim Allaha yaxın olmağımızdır.
O zamana qədər ki, insan Allaha yaxınlaşmaq istəməz – qürb məqamını əldə etmək mümkünsüzdür. İlk olaraq insan gərək bu hədəfə doğru can atsın və məqsədini tanısın.
Onun da yolu məkarim əxlaq, fəzilətlər libasına bürünməklədir. Bəndəlik, itaət, ixlas və təqva – bizi İlahi qürb məqamına çatdıran amillərdir.
Bundan başqa, İlahi övliyalara yaxın olmaq – insanı Allaha bir addım daha yaxın edər. Çünki onlar Siratın vasitələri, hidayət məşəlidirlər. Hər kim onlara yaxın olar – Allaha yaxın olar...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter