Məsumların (ə) məadı fərqlidirmi?!


“Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir”. (“Zəlzələ” 7-8).
İmam Sadiq (ə) bu ayənin: “Hər bir canlı (mütləq) ölümü dadacaqdır. Qiyamət günü sizin mükafatlarınız tam şəkildə veriləcəkdir. Odur ki, oddan uzaqlaşdırılan və Cənnətə daxil edilən kəs doğrudan da kama çatmışdır. Bu dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir”. (“Ali-İmran” 185) təfsirində buyurmuşdur: “Qiyamət bərpa olan zaman Peyğəmbəri (s) çağırarlar və ona gül yarpağına bənzəyən behişt paltarı geyindirərlər. O, Allah ərşinin sağ tərəfində dayanar. Ondan sonra Həzrət İbrahimi (ə) çağırarlar və ona ağ rəngli behişt paltarı geyindirərlər. O, Allah ərşinin sol tərəfində qərar tutar. Ondan sonra Əli İbni Əbutalibi (ə) çağırarlar və ona gül yarpağına bənzər gözəl paltar geyindirərlər...


Qurani Kərimə əsasən Əbədi əzaba səbəb olan 13 günah hansılardır?!


Günahkar insan ona bənzəyir ki, özü öz əli ilə gözünə iynə batırır. Nəticədə isə kor olur. Bəzi günahlar insanın həqiqət görən gözünü kor edər. Qoymaz ki, insan dünyada həqiqətləri görə bilsin. “(Qəlbi) bu dünyada kor olan kəs axirətdə də kordur və o, (səadət) yolu(nu) çox azmışdır”. (“İsra” 72).
Quran əbədi əzaba səbəb olan günahları sayır ki, onlardan bəzisinə işarə edək:
1. Küfr. “Doğrudan da kafir olub küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!”. (“Bəqərə” 161).
2. Zülm. ”Həqiqətən Allah kafir olub (özlərinə və başqalarına) zülm etmiş kəsləri bağışlayan və (doğru) bir yola hidayət edən deyildir”. (“Nisa” 168)...


İnsanın hansı 2 qanadı onu cəhənnəmdən xilas edər?!


Allah insanı xəlq edən zaman mələklərə əmr edir ki, onun qarşısında səcdə etsinlər və bu kamil insanı yer üzünün xəlifəsi seçir. Allah – Ərhəmər-Rahimindir. İnsan isə çox zəif bir varlıqdır. Ona görə də insanın əbədi səadətə çatması üçün ona iki hüccət və yol göstərən vermişdir. Biri – daxili hüccət olan ağıldır. Biri isə zahiri hüccət olan peyğəmbər (ə) və vəsilər. Hər kimin bu iki qanadı olar, behiştə tərəf uça bilər.
Allah Təala Quranda buyurur: “Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir”. (“Zəlzələ” 7-8)...


Niyə cəza və mükafat bu dünyada verilmir, axirətə saxlanılır?


Ustad Qiraəti buyurur: “Dünyada kamil şəkildə cəza və mükafat vermək – naqis mövzudur və lütfdən uzaq bir əməldir. Çünki həmin insanın son taleyi hələ məlum deyildir. Elə günahkarlar vardır ki, savab yoluna addım atarlar. Elə möminlər vardır ki, ömürlərinin sonunda şeytan (lən) onların imanlarını əllərindən alar. Bu səbəbdən insana kamil şəkildə cəza və ya mükafatın verilməsi öləndən sonra mümkünlüdür. Misal üçün, bir nəfər çox insan olan yerdə yeğanə işıq mənbəyi olan lampanı sındırarsa, onu tez cəzalandırmaq – ancaq döymək yolu ilə olar. Ancaq halbuki, onun vurduğu ziyanlar və törətdiyi fəsadlar nəzərə alındıqdan sonra, kamil şəkildə cəzalandırmalıdırlar. Kimə xəsarət yetirmişdir və ya kimə maddi ziyan vurmuşdur – bunlar nəzərə alınmalıdır. Həmçinin o kəs ki, xəstəxana inşa edər və cəmiyyətə təhvil verər, o kəsə tez bir zamanda mükafat vermək – ona təşəkkür etməkdən ibarət olar. Ancaq kamil mükafatı o zaman almalıdır ki, bu xəstəxananın neçə insan həyatına nicat verdiyi hesaba alınsın”...


Əgər insanlar bir kəsin dilindən qorxarlarsa, o, cəhənnəmdə yanar?!


Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü Allah yanında ən pis insanlar o kəslərdir ki, şər və pis əməllərinə görə onlara ehtiram edərlər”.
İmam Sadiq (ə) buyurur: “Həqiqətən, Allahın ən mənfur bəndəsi o kəsdir ki, insanlar onun dilindən çəkinərlər”. İmam Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “O kəs ki, insanlar onun dilindən qorxarlar – o, atəşdə olar”. Həzrət Peyğəmbər (s) buyurur: “Allah əfv etsin o bəndəsini ki, danışığından fayda aparar və ya sükut edər ki, salamat qalsın. Dilin hər şeydən daha çox insana hakimiyyəti vardır.
Agah olun ki, insandan çıxan hər bir söz zərərinə olar, məgər Allah zikri və yada salınması, əmr-be-məruf və nəhy-əz-munkər, möminlərin arasını islah etməkdən başqası olsun. Hər kim salamat qalmaq istəyirsə, gərək dilinə və dediklərinə nəzarət etsin”...



Həzrət Peyğəmbər (s) qızı Fatiməyə (ə.s) yatmaqdan əvvəl hansı əməlləri tövsiyə etdi?


Övladın xoşbəxt olması hər bir ata və ananın arzusudur. Xüsusilə də o zaman valideyn özünü xoşbəxt hiss edir ki, övladı mənəvi kamala çatır.
Həzrət Fatimə (s.ə) nəql edir: “Yatağımı sərən zaman Rəsullah (ə) mənə buyurdu: “Ey Fatimə! Gecə dörd əməli görməmiş yatma!
1. Quranı xətm et! 2. Bütün peyğəmbərləri (ə) öz şəfaətçin qərar ver. 3. Bütün möminləri özündən razı sal. 4. Həcc və ümrəni yerin yetir”.
Çox təəccübləndim. Həzrət (s) bunu buyurdu və namaz qılmağa başladı. Səbir etdim ki, namazı bitsin. Dedim: “Ya Rəsulallah! Mənə dörd şeyi əmr etmisən, ancaq mən onlara qadir deyiləm”. Həzrət (s) gülümsədi və buyurdu:
-“İxlas” surəsini üç dəfə oxusan, Quranı xətm etmiş kimi olarsan. -Mənə və məndən əvvəlki peyğəmbərlərə (ə) salavat göndərsən, Qiyamət günü sənin şəfaətçin olarıq. -Möminlər üçün istiğfar etsən, onların hamısı səndən razı olarlar. - “Təsbihati-ərbəəni” desən, həcc və ümrəni yerinə yetirmiş olarsan”.


Qiyamətə inanmaq insana nə verir?


Səy etmək və çalışmaq – hərəkət etməyin həqiqətini təşkil edir. Belə ki, hər bir hərəkət üçün altı şeyin olması zəruridir. Onlardan birincisi – hədəfdir. İnsan çalışar ki, malik olmadığı şeyi özünə hədəf qoyaraq, onu əldə etsin. Bu səbəbdəndir ki, bəşər yarandığı ilk gündən bəri kamala doğru can atır. Bir hüceyrə nütfədən qan topasına və sonra da insana çevrilir. Sonra da bu insan böyük bir eşqlə kamala doğru hərəkət etməyə başlayır. Həyatı sabit və dayanaqlı deyildir, əslində davamlı olaraq hərəkətdədir. Həyatın hadisələri onu bir haldan başqa hala salır. Dəmir kimi əridir və formadan-formaya salır. \"Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur. Onun səy və təlaşı(nın nəticəsi) tezliklə (ölən kimi və Qiyamətdə) görünəcəkdir. Sonra onun müqabilində ona kamil əvəz veriləcəkdir. (Varlıq aləmində hər bir əməl sahibinin əməlinin və hər bir canlının hərəkətinin) son(u) sənin Rəbbinə tərəfdir”. (“Nəcm” 39-42)...


Əl-Muraqibat kitabı: Rəcəb ayında oruc tutmağın fəziləti haqda nə demək olar?!


Rəcəb ayının orucu haqqında heyrətləndirici savab: Rəcəb ayında oruc tutmaq haqqında çoxlu rəvayətlər gəlmişdir, Rəcəb ayının bir, iki, ya üç gününü oruc tutana, yaxud ayı bütünlüklə oruc tutana çoxlu və dəyərli savablar vədi verilmişdir. Ona görə də bütün səyini işə salmaq istəyən kəs bütün ayı oruc tutmalıdır ki, hər günün bütün savablarının səadətinə yetişsin. Rəcəb ayı isti aylara düşsə, onun əhvalı və vəziyyəti də oruc tutmaq üçün uyğun olmasa, yaxud səfərə çıxmaq kimi şəri üzrü olsa, ya onun orucu olmağının qonaq üçün çətin olan bir qonaqlıq, ya bunlardan qeyri məsələlər kimi işlər qarşıya çıxsa, Peyğəmbərdən (s) rəvayət olmuş orucu əvəz edəcək əməli yetirsin. Səduq “Səvabul-əmal” və “Əmali” kitablarında öz sənədi ilə nəql edir ki, Peyğəmbər (s) buyurdu: “Hər kim Rəcəb ayının otuz gününü oruc tutsa, səmadan bir carçı belə səslənər: “Ey Allahın bəndəsi! Keçmiş günahların bağışlandı, ömrünün qalan hissəsində əməllərini təzədən başla...


Üstünlük nədədir? Qədimlikdə, məhəbbətdə, yoxsa...?


Qurani-Kərim buyurur: “(Axirətdə mükafat və cəzanın verilməsi) nə (sonuncu peyğəmbərin ümməti olduğunuza görə)sizin arzunuzladır və nə də (ki, özlərini Allahın dostu və övladları hesab edən) kitab əhlinin arzusuyla. Kim pis bir iş görsə, cəzalandırılacaqdır və özü üçün Allahdan başqa bir dost və kömək edən tapmayacaqdır.
Kişi və ya qadınlardan mömin olaraq yaxşı işlərdən (bir şey) yerinə yetirən kəslər, cənnətə daxil olacaqlar və onlar hətta xurma çərdəyinin arxasındakı nöqtə qədər zülmə məruz qalmayacaq və haqlarından kəsilməyəcəkdir”. (“Nisa” 123-124).
Bu gün ancaq Əhli-Beytə (ə) olan məhəbbətlərinə ümid bəsləyənlərin sayı az deyildir. Onların şəfaəti niyyəti və arzusu ilə yaşayırlar. Ancaq bu yolda ən kiçik əməl belə, yerinə yetirmirlər. Əlbəttə, Əhli-Beyti (ə) sevmək – çox dəyərli bir əməldir. Ancaq əgər bu arzu əməllə birlikdə olmazsa, səmərə verməz.






Həzrət Xızr (ə) sağ olduğu üçün, insanlara hüccət sayıla bilərmi?


Allahın hüccəti mövzusunda gərək deyək ki, Allah Məsumu (ə) müəyyən zaman üçün təyin edər. Həmin zaman bitəndən sonra Məsumun (ə) hüccətliyi də sona çatar.
İndiki zamanda Allah yer üzünün hüccəti kimi İmam Zaman ağanı (ə.f) bizlərə tanıtmışdır, Həzrət Xızr (ə) peyğəmbəri deyil. Çünki, sağ olmasına baxmayara, onun bəzi şərtləri hal-hazırda mövcud deyildir, O cümlədən: 1. Din təbliğindəki hərtərəflilik. Hədislərə əsasən, Həzrət Xızr (ə) xüsusi bir qövm üçün məbus olmuş peyğəmbər idi. Onun vəzifəsi ancaq həmin qövmün islahına aid idi. Amma İslam Peyğəmbərinin (s) dini bütün bəşər üçün gəlmişdir. Ona görə də o Həzrətin (s) canişinləri də eyni vəzifəyə malikdirlər. Bu səbəbdən Həzrət Xızr (ə) hal-hazırda insanlar üçün hüccət ola bilməz.
2. Fərdi xüsusiyyətlər. Məsum İmamların (ə) xüsusi sifətləri vardır ki, onları Həzrət Xızrdan (ə) üstün edir. Məntiq deyir ki, bilikdə ən üstün şəxs gərək Allahın hüccəti olsun...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter