Allah-Taala (c.c) Qurani Kərimdə nələrin olacağını vədə vermişdir?!
İndiyə qədər kimə vədələr vermisiniz və ya kimsə sizə vədə veribdirmi? Biz insanlar arasında verilən bu vədələrə nə qədər inanmaq olar? Onların neçə faizi həyata keçəndir? Allahın nurani kitabı olan Quranda bizlərə çoxlu vədələr verilmişdir. Bu vədələri Sübhan Allah vermişdir. Əlbəttə Allahın verdiyi vədələr hara, bizim verdiklərimiz hara?! Quranda vədə sözü 151 dəfə işlənmişdir. Bu vədələrin 91-ni Allah vermişdir. Allahın verdiyi bəzi vədələrə nəzər salaq.
-Bağışlanma və əcr vədəsi. Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat olacağını vəd etmişdir”. (“Maidə” 9).
-Məad və Qiyamət vədəsi. Allahın Quranda insana ən çox verdiyi vədələr Qiyamət və məadla bağlıdır. “Sizin hamınızın dönüşü Ona tərəfdir. (Bu,) Allahın haqq və sabit olan vədidir”. (“Yunus” 4).
Qurani-Kərimin nazil olmasının əsas hədəfi nədir?!
Quran, cəhalət və xurafat zülmətlərini yaran parlaq bir çıraqdır! \"Biz Quranda möminlər üçün şəfa və mərhəmət (olan ayələr) nazil edirik. (Bu ayələr) zalımların ancaq ziyanını artırır.\" (İsra, 82).
İzah: Quran insanı daxildən silkəyən bir öyüddür. Ürəkləri günaha aludəlikdən və şirkə bulaşmaqdan təmizləyən şəfaverici bir dərmandır. Cəhalət və xurafat zülmətlərini yaran parlaq bir çıraqdır. Möminlər üçün rəhmət səbəbi, kafir və könlü kor olanlar üçün daha çox uzaqlaşma vasitəsidir. Bəli, kim Quran ayələrinə əməl edib, onun məfhumlarına can-dildən inansa, Allahın mərhəməti ona nazil olacaq, ruhi və fiziki ağrıları dincələcəkdir. Digər tərəfdən, kim bu geniş nemət süfrəsindən faydalanmasa, onun hökmlərinə və maarifinə laqeyd yanaşsa, onun azğınlığı artacaqdır...
Möminlər əməllərinin qarşılığında nəyi arzulasalar az qarşılıq olar?!
Maddi imkanlar onların əməllərinin mükafatı olmağa layiq deyil Dünya rifahının keçici olması
\"Qoy kafirlərin diyarbədiyar gəzib dolaşması səni aldatmasın! Bu, az bir mənfəətdir. Sonra isə onların yeri Cəhənnəmdir. Ora nə pis yataqdır!\" (Ali-İmran, 196-197).
İzah: Kafirlərin dünyada daha çox rifah içində yaşamasında diqqət olunası mühüm bir məqam budur ki, Quran əsas etibarilə dünya həzlərini çox aşağı və dəyərsiz hesab edir. Belə ki, möminlərə layiq bilmir və böyük axirət nemətləri ilə müqayisə olunmamasını bildirir...
Hədis: İmam Səccad (ə): “Ey Allahın bəndələri! Bilin ki, Allah, övliyaları üçün keçici dünya zinətini sevmir.” (Kafi, c. 8, səh. 29).
Təvqalı olmaq üçün lazım olan hansı 6 müqəddimə lazımdır?!
Allah Təala Quranda təqva əhli olmaq üçün 6 yolu bəyan edir ki, onlarla tanış olaq: “O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə) inanır, namaz qılır (haqqın müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) xərcləyirlər.
O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub keçmiş peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət(Qiyamət) gününə yəqinlikləri vardır. O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub keçmiş peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət (Qiyamət) gününə yəqinlikləri vardır”. (“Bəqərə” 3-4).
Bəndəlik hissini dərk etmək üçün nə etmək lazımdır?!
Günümüz – səhəri axşam və axşamı səhər etməkdən ibarətdir. Səhərdən axşama qədər iş görürük, dərs oxuyuruq, ruzi qazanmaqla məşğul oluruq... Axşamdan səhərə qədər də yatırıq ki, səhərki işləri görmək üçün gücümüz və taqətimiz olsun. Bu,bizim həyat tərzimizdir. Kitab oxuyuruq, dostlarımızla danışırıq, internetdə axtarışlar edirik, telefonun düymələri ilə oynayırıq... Fəqət bunlar. Bəs başqalarına yardım etmək, dua və münacat, bəs Allahı yada salmaq və Onu zikr etmək necə? Biz adətən o işlərlə məşğul oluruq ki, dünya ilə bağlı olar. Yaxşı, gündüzü belə keçirtdik, bəs axşam? Heç olmasa axşamı ki, yatağa uzanırıq, bir qədər təfəkkür üçün vaxt ayıraq. Özümüz, Allahımız, əməllərimiz, bəndəliyimiz barəsində düşünək. Hər kim bu qızıl saatlardan bəhrələnərsə, qalib olar. Mən demirəm ki, mütləq gecəni gedib məsciddə ibadətlə məşğul olaq. Xeyr.
Hansı zikri 100 dəfə demək çətinliyi həll, çatışmazlığı doldurar?!
Böyük ustad ayətullah Behcət buyurur: “Nə zaman çatışmazlığın oldu, hövsələn daraldı, giriftar oldun, pulun olmadı – təsbehi götür və 100 dəfə de: “Əstəğfirullahə Rabbi və ətubu iləyh”. İstiğfar ancaq tövbə və günahların bağışlanması üçün deyildir”. İstiğfar zikrinin faydaları çoxdur və bu böyük alimin buyurduğu kimi, ancaq tövbə etmək niyyətilə yerinə yetirilməz. İstiğfar zikrinin bərəkətləri:
1. Sərvəti, qüdrəti və İlahi nemətləri artırar. «Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud və yağış göndərsin, sizin (cismani və maddi) gücünüzə bir güc də artırsın və (Ondan) günahkar kimi üz çevirməyin». (“Hud” 52).
Bu insanın əxlaqını İmam Hüseyn (ə) islah etdi!
Hədislərimiz buyurur ki, insanı başqaları yanında sevimli və məhbub edən sifətlərdən ən mühüm olanı – xoş əxlaqa və xoş xasiyyətə malik olmaqdır. Xoş əxlaqlı insan başqalarını özünə maqnit kimi çəkər. Əbul-Qasim Şəhbaz adlı bir yazar, öz dostu haqqında yazır: “Dostum o qədər gözəl əxlaqa malikdir ki, onun nuraniliyini bütün insanlar hiss edirlər. O yerdə ki, əyləşir, insanlar onu dövrəyə alırlar. Ona görə də adını “İmamzadəyi-səyyar” qoyublar. Bütün bu ehtirama baxmayaraq, çox sadə insandır.
Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır ki, buyurur: “Həqiqətən də xoş xasiyyət – dostluq və məhəbbəti təmin edəndir. Xoş üzlü olmaq – kini aradan aparandır”...
Qurani Kərimdə ailənin dörd növü haqda!
Qurani-Kərimdə ailənin dörd növü bəyan olunmuşdur ki, onlarla tanış olaq:
1. O qadın və kişilər ki, xeyir işlərində həmfikir və həmrəydirlər. Həzrət Zəhra (s.ə) ilə Həzrət Əli (ə) kimi.
2. O qadın və kişilər ki, xəbis işlərdə həmfikir və həmrəydirlər. Əbu Ləhəb (lən) ilə həyat yoldaşı kimi.
3. O ailədə ki, kişi yaxşıdır, qadın pisdir. Həzrət Lutun (ə) və Həzrət Nuhun (ə) ailəsi kimi.
4. O ailədə ki, kişi pis, qadın isə yaxşıdır. Fironun ailəsi kimi. (İslami saytlara istinadən)
Yaşadığımız evləri necə nurani edə bilərik?
Hədislərin birində oxuyuruq: “Evlərinizi qəbirlər kimi qərar verməyin. Çünki qəbir – torpaq kimidir ki, səhrada buraxılmışdır”.
Bəs evlərimizi necə nurlandıra bilərik? Hədislərimiz buyurur ki, evlərinizi, yaşadığınız məkanları Quran tilavəti və “Kisa” hədisi oxuyaraq, mərsiyə məclisləri təşkil edərək nurlandırın. Alimlərin bir çoxu bəzi məkanlara daxil olan zaman deyərlər ki, bu məkanlar qaranlıq və zülmətlidir. Ona görə də tövsiyə edərlər ki, həmin yerlərdə çoxlu Quran tilavət olunsun, “Kisa” hədisi oxunsun. Əgər “Kisa” hədisinə nəzər salsaq, görərik ki, bu hədisin faydalarından biri – bərəkəti, rəhmət və nuraniliyi nazil etməkdir. (Rəzəvi)
Əgər dünya pis yerdirsə, niyə xəlq olunmuşdur?
Əgər “Nəhcul-bəlağə”yə və bəzi hədislərə nəzər salsaq görərik ki, dünya çox zaman məzəmmət olunur. Amma, burada düzgün fəlsəfi yanaşma olmalıdır.
Belə ki, bir nəfər İmam Əlinin (ə) yanına gəlir və dünya haqqında pis sözlər danışır. Həzrət Əli (ə) ona buyurur: “Ey dünyanı məzəmmət edən! Sən özün dünyaya giriftar olmusan və onun batillərinə aldanmısan. Özün dünya tərəfindən aldanmısan və özün də onu məzəmmət edirsən? Dünya səni nə zaman aldatmışdır? Viran olmuş atanın qəbri ilə, yoxsa torpağın altında olan anan ilə? Nə qədər xəstənin xidmətində olmusan, onlara qulluq etmisən və onların şəfa tapması üçün dua etmisən. O zamanlar sənin bu əməlinin onların halına faydası olmamışdır. Ağlamağının və qəmginliyinin onların halına faydası olmamışdır. Səylərin nəticəsiz qalmışdır və sən giriftarlıqları onlardan dəf etməyə qadir olmamısan.