Namaza etinasız yanaşanlar bilsinlər...
“Xalq arasında ən oğru şəxs namazını azaldan şəxsdir.” (“Bihar”, 84-cü cild, səh.242.) “Namaza yüngül yanaşanlar və onu zay edənlər namaz qılmayanlardan daha çox ziyan görəcəklər.” (“Vəsailuş-şiə”, 3-cü cild, səh.19.) İmam Sadiq (ə) buyurur: “Namaza yüngül yanaşanlar bizim şəfaətimizə nail olmazlar.”
İslam Peyğəmbəri (s) buyurur: “Namazını puç edən şəxs qiyamətdə Qarun və Hamanın yanında olacaq. Vay olsun öz namazını qorumayan şəxsə...” (“Vəsailuş-şiə”, 3-cü cild, səh.19.) “Allah namaza yüngül yanaşan şəxsin ömür və malından bərəkəti, xeyri kəsər. Onun işlərinin mükafatı məhv olar, duaları qəbul olunmaz, ölüm zamanı aclıq, susuzluq və xüsusi bir zillət hiss edər, bərzəxdə işgəncə, zülmət, sıxıntı dadar və qiyamətdə ciddi hesaba çəkilər.” (“Səfinətul-bihar”, 2-ci cild, səh.43.)
Kimlər əbədi olaraq cəhənnəmdə qalmağa məhkumdurlar?! Quran ayələri
Müsəlman şəxs günahları qədər cəhənnəmdə qaldıqdan sonra, nəhayət, bir gün behiştə yollanacaq. Amma səkkiz zümrə istisnadır və Behişt əhli Behiştdə əbədi qalacağı kimi, onlar da Cəhənnəmdə əbədi qalacaqlar. Həmin zümrə aşağıdakılardır:
1. Kafirlər: “Kafir olan və Bizim nişanələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər və onlar orada əbədi qalacaqlar.” (“Bəqərə” surəsi, ayə 39.)
2. Münafiqlər:“Allah münafiq kişilərə və qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Onlara bu bəsdir və onlara Allah lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır.” (Tövbə- 68.)
3. Zinakarlar: “O kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şəri cəza tədbiri və s. kimi) haqq (qətllər) istisna olmaqla öldürmür və zina etmirlər. Kim bunları etsə, cəza ilə qarşılaşar. Qiyamət günü onun əzabı ikiqat olar və xarlıqla həmişəlik həmin əzabda qalar.” (“Furqan” surəsi, ayə 68-69.)
4. Sələmçilər: “Sələm yeyənlər şeytanla təmas təsirindən pərişan və divanə olmuş kəs kimi qalxarlar... Hər kəs Rəbbindən ona çatan moizəni eşidib çəkinsə, keçmişdəki mal onundur. Onun işi Allahın ixtiyarındadır. Amma yenidən qayıdanlar od əhli olacaqlar və onlar orada əbədi qalacaqlar.” (“Bəqərə” surəsi, ayə 275.)
Hansı dəstə insanların namazı qəbul olunmaz?! Əhli Beytdən (ə) hədislər
Hədislərdə bəzi şəxslərin namazlarının dəyərsiz olduğu və qəbul edilmədiyi bildirilir:
1. Etinasızlar: İmam Sadiq (ə) buyurur: “Cəmiyyətin yoxsullarına etina göstərməyənlərin namazı qəbul deyil.” (“Biharul-ənvar”, 84-cü cild, səh.242.)
2. Haramxorlar: Həzrət Peyğəmbər (s) buyurur: “Haramxorların namazı çınqıl üzərində tikilmiş bina kimidir.” (“Biharul-ənvar”, 84-cü cild, səh.258.)
3. Evdə məsuliyyətsizlik edənlər: Allahın Rəsulu (s) buyurur: “Ərinin qazancından faydalanan, lakin öz ilahi göstərişlərinə əməl etməyən qadının namazı qəbul deyil.” (“Nəhcül-fəsahə”, 54-cü kəlam...
İmam Sadiqin (ə) hədisinə əsasən Şeytan beş dəstəni aldada bilmir?!
Şeyx Səduq öz silsilə sənədləri ilə İmam Sadiqdən (ə) Şeytanın belə dediyini nəql edir: Beş zümrə mənim ixtiyarımdan (hiyləmdən) kənardır və qalanları isə mənim çəngimdədirlər:
1. Pak və saf niyyətlə Allahdan yapışan və bütün işlərində Ona təvəkkül edən;
2. Gecə-gündüz çox zikr deyən (Allahı çox yad edən);
3. Özünə istədiyini mömin qardaşına da istəyən;
4. Bəla və müsibətə düçar olduqda taqətsizlik etməyən;
5. Allahın qismətinə razı olan və öz ruzisinin qəm-qüssəsini çəkməyən.” (“Xisal”, Şeyx Səduq, 1-ci cild, səh. 285.)
Allah-Taala (c.c) dərgahından ən yaxşı namaz hansıdır?!
Allah-Taala (c.c) dərgahında ən yaxşı namaz az olmasına baxmayaraq davamlı olmasıdır! İbadətlə yanaşı bütün işlərdə ardıcıllıq və davamiyyət bəyənilmişdir. İslamın nəzərincə, davamlı kiçik ibadətlər davamsız böyük əməllərdən dəyərlidir. Qurani-Kərimdə buyurulur: “Allaha pərəstiş et, Ona ibadətdə səbirli ol!” (“Məryəm” surəsi, ayə 65.)
Allahın Rəsulu (s) buyurur: “İbadətin bəlası süstlük, bəzən əməl edib, bəzən tərk etməkdir.” (“Biharul-ənvar”, 77-ci cild, səh.68.)
Bir çox hədislərdə deyilir: “Allahın yanında ən gözəl iş az olmasına baxmayaraq, davamlı olan işdir!” (“Nəhcül-fəsahə”.)
Demək, insanda ibadət və bəndəlik ruhiyyəsinin davamlı olması mühüm şərtdir. (“Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.20-21.) -Maide.az
Müsəlman şəxs gərək ömrünün bir qismini ibadətə ayırsın?!
İslamda ömür sərmayəsindən layiqincə bəhrələnmək və doğru-düzgün proqram üzrə hərəkət etməyə xüsusi əhəmiyyət verilir. Mövla Əmirəlmöminin Əli (ə) buyurur:
“Mömin öz həyatını üç qismə bölməlidir: bir qismini Allahla raz-niyaz və münacata, bir qismini məişətə, bir qismini isə halal və bəyənilən ləzzətlərə həsr etməlidir.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 390.)
Əgər bəzi şəraitlərdə ibadət imkanı azdırsa, imkan daxilində daha azad mühitə gedib Allaha pərəstiş etmək lazımdır. Çünki məkan və zaman darlığı Allaha pərəstişdən uzaqlaşmaq üçün bəhanə deyil: “Ey iman gətirən bəndələrim, şübhəsiz ki, mənim yerim genişdir. Buna görə də mənə ibadət edin!” (“Ənkəbut” surəsi, ayə 56; “Namazın sirləri” əsərindən, Ustad Möhsün Qəraəti, səh.21.)
İbadətə çağırış hər bir möminin vəzifəsidirmi?!
Allahpərəst mömin öz namaz və ibadəti ilə kifayətlənməyib, başqalarını da Allaha pərəstişlə tanış etməli, ibadət mədəniyyətinin genişlənməsi üçün çalışmalıdır. Haqqa çağırış və təbliğ hər bir möminin vəzifəsidir. Allah iman və saleh əməldən sonra insanı haqqa və səbrə dəvət edir: “Həqiqətən, insan ziyan içindədir? Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!” (“Əsr” surəsi, ayə 3.)
On nəfər siqaret çəkən bir yerə daxil olsa, az vaxt ərzində bir çox insanları tüstü ilə tanış edəcəkdir. Bir neçə günahkar bütöv bir şəhəri fəsada bürüyür. Nə üçün bir dəstə ibadət və namaz əhli xalqa Allahı tanıtdırıb, mühiti Allaha pərəstiş məkanına çevirməsin?! Bütün qüvvəmizlə evdə, küçədə, məktəbdə, idarədə, şəhər və kəndlərdə ilahi hədəflərimizi təbliğ etməli, bacarığımızı göstərməliyik. (“Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.22.)
İbadətin düzlük şərtləri: iKİDİR: Düzgün hədəf və şəkilə əməl etmək!
İbadətin dəyəri onun düzlüyündədir. Düzgün ibadət isə iki mühüm amilə bağlıdır: 1. Düzgün hədəf; 2. Düzgün şəkildə ibadət.
1. Doğru hədəf -- İnsanın ibadətdə məqsədi vəzifələri yerinə yetirmək və Allahın razılığını qazanmaq olmalıdır. Buna görə riyakarlıqla, məqam kəsb etmək və xalqın hörmətini qazanmaq üçün edilən ibadət şirkdir. Əlbəttə, Allaha xatir ibadət edən şəxsin əməllərindən xalqın xəbər tutmasının eybi yoxdur. İbadət zamanı riyakarlıq həm haramdır, həm də ibadəti batil edir. Xalis niyyətin qeyri-ilahi məqsədlərə bulaşmaması üçün çalışmaq lazımdır. İmam Sadiq (ə) ixlaslı əməl barəsində buyurur: “Xalis əməl odur ki, Allahdan savay heç kəsdən tərif və hörmət gözləməyəsən.” Allahın Rəsulu (s) ixlasın təsirləri barəsində belə buyurur: “40 gün xaliscəsinə əməl edən hər bir bəndənin ruhundan dilinə hikmət və ağıl bulaqları axar.” İxlas 40 gün ərzində alim və həkimlər (hikmət sahibləri) yetişdirən məktəbdir...
DİGƏR DİNLƏRDƏ DƏ NAMAZA ƏMR OLUNUBMU?
Bütün dinlərdə namaz olub. İslam Peyğəmbərindən (s) öncə həzrət İsa-Məsihin (ə) dinində də namaz olub. Qurani-Kərimdə onun dili ilə belə nəql olunur: “O, mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu.” (“Məryəm” surəsi, ayə 31.)
Ondan qabaq həzrət Musanın (ə) dönəmində də namaz olub. Allah-Taala ona xutabən buyurub: “Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni yad etmək üçün namaz qıl!” (“Taha” surəsi ayə 14.)
Həzrət Musadan (ə) qabaq həzrət Şüeyb (ə) yaşayıb və o da namaz qılıb. Bu haqda Qurani-Kərimdə belə buyurulur: “Onlar (istehza ilə) dedilər: “Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir?...” (“Hud” surəsi, ayə 87.)
İnsanlığa yaraşmayan bütün çirkinliklərin açarı yalançılıqdırmı?!
Şübhəsiz, Allah-Taalanın qəzəbinə səbəb olan çirkin və yaramaz işlərdən biri yalan danışmaqdır. İmam Həsən Əskəri (ə) ibrətamiz və təkanverici bir kəlamında yalanın çirkinliyi haqda belə buyurmuşdur: “Bütün çirkinliklər bir evdə toplanıb və açarı da yalandır.” (“Biharul-ənvar”, 72-ci cild, səh.263.)
Bəziləri yanlış düşüncə və mühasibələr əsasında belə qənaətə gəlirlər ki, yalan, yalnız ciddi olduğu təqdirdə haram və günah sayılır, yoxsa, əyləncə, zarafat və deyib-gülmək xarakteri daşıyarsa, haram və günah hesab edilməz. Bir halda ki, bu təfəkkkür tərzi olduqca yanlışdır, həqiqətdən uzaqdır. Yalanın çirkinliyi o qədərdir ki, Allah və mələklərinin lənət və nifrətinə səbəb olur, yalançı lənətlənir, nifrin olunur. Qurani-Kərimin “Nur” surəsinin 7-ci ayəsində belə buyurur: “Zövcələrinə zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri özünün doğru danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə (Allahı şahid gətirirəm – deyə) şəhadət verməlidir. (O, dörd dəfə belə deməlidir: “Allahı dediklərimdə doğruçu olduğuma şahid gətirirəm.”) Beşinci dəfə (belə deməlidir:) “Əgər yalan danışanlardandırsa, Allah ona lənət etsin!”