Hz Peyğəmbərin (s) hədisinə əsasən elmin insan boynundakı haqqı nələrdir?!
Elm – nurani bir həqiqətdir. Ona görə də bizim üzərimizdə haqqı vardır. Əgər biz elmin buyurduqlarına əməl etsək, haqqını əda etmiş olarıq. Əgər elmin haqqına riayət etməsək, Qiyamət günü sorğu-sual olunacağıq. İmam Sadiq (ə) nəql edir ki, atası buyurmuşdur: “Bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Elmin haqqı nədir?”.
Həzrət (s) buyurur: “Elm qarşısında kamil sükut etməkdir”. Soruşur: “Başqa hansı haqqı vardır?”. Həzrət (s) buyurur: “Yaxşı qulaq asmaq”.
Soruşur: “Ondan sonra nədir?”. Həzrət (s) buyurur: “Onu öyrənmək”. Soruşur: “Başqa nədir?”. Həzrət (s) buyurur: “Ona əməl etmək”. Soruşur: “Başqa nədir?”. Həzrət (s) buyurur: “Onu yaymaq””.
Hansı günahdır ki, Şeytan belə onu etməyi istəməzdi?!
Töhmət vurmaq və böhtan atmaq – o qədər çirkin sifətlərdir ki, hətta şeytan (lən) belə bu cür insanlardan qaçır. Halbuki, şeytan həmişə insanların rəzil işləri görməsindən sevinir. Ancaq bəzi əməllər o qədər çirkindir ki, hətta şeytan belə onun ağırlığını hiss edib, ondan uzaq olmağa çalışır. Töhmət və böhtanın ziyanları:
1. Töhmət və böhtan insan mənəviyyatına təsir edər. İmam Sadiq (ə) buyurur: “O zaman ki, mömin, mömin qardaşına töhmət vurar – iman onun qəlbində əriyər. Necə ki, duz suda əriyər”.
2. İnsan rabitələrinə mənfi təsir edər. İmam Sadiq (ə) buyurur: “O kəs ki, din qardaşına töhmət vurar, onların aralarında hörmət qalmaz”...
İmam Əli (ə) Tikаnlı sözlərlə insana əziyyət verməyin acısı haqda nə buyurmuşdur?!
Bаşqаlаrınа tənə vurmаq və tikаnlı sözlər demək xoşаgəlməz sifətlərdəndir. Tikаnlı sözlərlə insana əziyyət vermək dil yаrаsı аdlаndırılır. Bu sözləri söyləməklə dil yаrаsı vurаn şəxs çаlışır ki, bаşqаsının zəif nöqtələrini, uğursuzluqlаrını onun üzünə vursun və bununlа dа, qаrşı tərəfin qəlbini sındırsın. Yаxşı olаrdı ki, insаn bаşqаlаrının qəlbini ələ аlmаğа çаlışsın. Əgər həyаtdа kimsə uğursuzluğа düçаr olmuşsа, müvəffəqiyyət əldə edə bilməmişsə, insаn çаlışıb öz ümidverici sözləri ilə belə şəxslərin qəlbinə məlhəm qoymаlıdır. İmam Əli (ə) dil yаrаsı bаrədə buyurur: “Dilin kəsiciliyi və itiliyi nizənin itiliyindən dаhа çoxdur.” (“Qurərul-hikəm”, səh.382.)
Tikаnlı söz söyləməyin mənşəyi ədаvət, kin, bəzən də həsəddir. Bu kimi mənfi xüsusiyyətlər tənə vurаn аdаmı vаdаr edir ki, bаşqаsı ilə dаnışаndа dili ilə qаrşı tərəfi sаncsın. Mümkündür, sözün zаhiri hаqq olsun, аmmа bu hаqq sözü elə bir şəkildə deyir ki, qаrşı tərəfin inciməsi və nаrаhаtçılığınа səbəb olur.
İmam Səccad (ə) hansı beş əməli nemətlərin alınmasına səbəb olaraq tanıtdırır?!
«Kumeyl» duasında oxuyuruq: «Əllahumməğfir liyəz-zunubəl-ləti tuğəyyirun-niəm.» – «İlahi, nemətləri dəyişən günahlarımı bağışla!» İmam Səccaddan (ə) nəql olunmuş bir hədisə görə, neməti dəyişib əvəzində bəla, müsibət və əzaba salan günahlar bunlardır:
1. Əl-bəğyu ələn-nas – Xalqa zülm etmək: Xalqa zülm etmək ən böyük günah, çox çirkin və şeytani bir işdir. İnsan yol verdiyi ən kiçik zülm və haqsızlığa görə Qiyamət günü hesab verəcəkidir. «Ənbiya» surəsinin 47-ci ayəsində oxuyuruq: «Əgər sizin əməliniz xardal dənəsi ağırlıqda olsa belə ölçü üçün qiyamət səhnəsinə gətiriləcək və Biz hesab çəkəcəyik.»
2. Əz-zəvalu ənil-adəti fil-xəyr – Xeyirxahlıq ruhiyyəsini tərk etmək: Allahın yardımı ilə insanda yaranan və rəhmət qapılarını onun üzünə açan xeyirxahlıq ruhiyyəsi çox dəyərli nemətlərdəndir. İnsan bütün vücudu ilə bu neməti qorumalıdır ki, xənnaslar, şeytanlar bu dəyəri onun əlindən almasınlar. Mərifət qazanmaq, təvazökarlıq ruhiyyəsi əldə etmək, bəndələrə xidmət göstərmək yolunda bir çox təhlükələr vardır. İnsan bu ruhiyyəni özündə qorumaq üçün ayıq olmalıdır. İstənilən bir zəiflik xeyirxahlıq adətlərini süstləşdirir. Bu ruhiyyəni qoruya bilməyən insan günaha yol verir və nəticədə, ilahi nemətlərin yerini çətinliklər tutur...
Allah-Taala (c.c) hansı üç günaha görə dünyada bəla nazil edər?!
«Kumeyl» duasında oxuyuruq: «Allahumməğfirliyəz-zunubəl-ləti tunzilul-bəla.» – «İlahi, bəla nazil edən günahlarımı bağışla.» İmam Səccaddan (ə) nəql olunur ki, üç günah insana bəla nazil edər:
1. Tərku iğasətil-məlhuf – Qəlbisınıq insanın fəryadına diqqətsizlik: Maddi ziyana düşmüş, əzizlərindən birini itirmiş, hər hansı bir müsibətə düçar olmuş insanın fəryadına səs vermək istəyi fitri bir xüsusiyyətdir. Qəlbisınıq insanın səsinə səs verməmək müsəlmanlığa, insanlığa sığmayan bir işdir. İslam Peyğəmbəri (s) buyurur: «Hər kəs müsəlmanların işinə yarımadan sübhü açarsa, müsəlman deyil.» («Kafi», c.2, səh.163.)
2. Və tərku muavənətil-məzlum – Məzluma kömək etməmək: Məzluma yardım, ona kömək əli uzatmaq İslam dinində o qədər əhəmiyyətli iş hesab olunur ki, İmam Əli (ə) Ramazan ayının 21-ci gecəsi, ömrünün son dəqiqələrində övladları Həsən (ə) və Hüseynə (ə) vəsiyyətində buyurur: «Zalıma düşmən, məzluma yardımçı olun...
İmam Rza (ə): Mömini sevindirmək ibadətdir!
İnsan ictimai varlıq olduğundan, təbii ki, qarşılıqlı kömək və həmkarlığa möhtacdır və onsuz ictimai həyat mümkünsüzdür. İnsan həyatının bütün sahələrini ehtiva edən İslam dini uyğun mövzuya da xüsusi yer ayırmış, onu fitri ehtiyacla yanaşı, mənəvi ölçülərlə düyünləmişdir. Möminin qəlbini sevindirmək, qəm-qüssəsini aradan qaldırmaq başqalarına yardım məsələsində daha geniş və dolğun bir təbirdir. İmam Rza (ə) mömini sevindirmək haqda belə buyurur: “Allah-Taalanın dərgahında vacib əməllərdən sonra möminin qəlbini sevindirməkdən dəyərli əməl yoxdur.” (“Əl-fiqhul-mənsub iləl-İmamir-Riza (ə)”, səh.339.) Bu məsələnin əhatəsi uyğun zarafatdan tutmuş maddi və mənəvi yardımlar, maddi və mənəvi çətinliklərin aradan qaldırılmasına qədər genişdir. Necə ki, İmam Rza (ə) başqa bir hədisdə buyurur: “Hər kim bir möminin qəmini aradan qaldırsa, Allah-Taala qiyamət günü onun qəlbinin qəmini aradan qaldırar.” (“Əl-kafi”, 3-cü cild, səh.510.)
Nə günahdır ki, hətta Peyğəmbər (s) də günahkar üçün istiğfar etsə, təsir edə bilmir?
Allah Təala bu ayələrdə buyurur ki, ey Peyğəmbər! Əgər onlar üçün 70 dəfə istiğfar etsən də, Mən onları bağışlamayacağam. Bəs bu nə günahdır ki, hətta Peyğəmbərin (s) günahkar üçün istiğfarı da belə, ona təsir edə bilmir? Bu günah – mömini məsxərə etməkdir. Yəni, sən elə adamsan ki, əgər mömin namaz qılırsa onu məsxərə edirsən, sözlərini məsxərə edirsən, təqvasını məsxərə edirsən. Qızcığaz hicabına riayət edəndə, onu məsxərə edirsən. Ona görə də Allah buyurur ki, ey Peyğəmbər! Əgər sən bu kimi insanlar üçün tövbə istəsən də belə, Mən bu tövbəni qəbul etməyəcəyəm. Çünki onlar ən böyük günah olan mömini məsxərə etmək günahına düçar olurlar. Ona görə gərək ehtiyatlı olaq ki, bu ayənin buyurduğu kəslərdən olmayaq: “İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına”. (“Huməzə” 1).
Kafir üçün xeyir dua etmək şəriət baxımından düzdürmü?!
Əgər kafirin hidayət olması üçün ümid olarsa, onun üçün xeyir duası etmək olar. Ancaq o zaman ki, yəqinlik əldə olunar ki, bu insan geri qayıdası deyildir, hüccətin tamamlanmasından sonra belə iman gətirmir, onun üçün xeyir duası etmək məsləhət deyildir.
Allah Təala buyurur: “Peyğəmbərə və iman gətirənlərə müşriklərin Cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra onlar üçün, hətta qohumları(ndan) olsalar belə, bağışlanma istəmək yaraşmaz (və bu, şəriət baxımından caiz və ağıl baxımından düzgün olmaz)”. (”Tövbə” 113).
Qurani-Kərimin sonrakı ayəsində buyurulur: “İbrahimin atası (əmisi Azər) üçün bağışlanmaq istəməsi (istiğfar etməsi) yalnız ona verdiyi vədə (onun üçün istiğfar edəcəyini vəd etməsinə) görə idi. Buna görə də elə ki, (onun küfrdə israrlı olmasından, ya küfr halında ölməsindən) ona (İbrahimə) onun (əmisinin) Allahın düşməni olması aydın oldu, ondan uzaqlaşdı (çünki əfv diləmək Allahla düşmən olan kəs üçün deyil, Allahın düşmən olduğu kəs üçündür). Həqiqətən İbrahim haqdan qorxan, günahdan qəmgin olan, (Allah dərgahına) ürəkdən çox ah çəkən və həlim idi”. (“Tövbə” 114)...
Gözdəymədən qoruyar, ruzini artırar – “Qul” ilə başlayan 4 surənin bərəkətləri!
Əziz Peyğəmbərimiz (s) və İmamlarımız (ə) bizə “Qul” ilə başlayan 4 surəni hər gün oxumağı tövsiyə edirlər və bu surələr ibarətdir: “Kafirun”, “Nas”, “Fələq”, “Tövhid” (“İxlas”).
Adətən bu dörd surəni göz dəyməsinin və sehrin qarşısını almaq üçün oxuyurlar. Ancaq bu surələr insanı hər bir bəladan qoruduğu kimi, həm də insana çoxlu bərəkətlər gətirir. Adət üzrə hər bir tacir dükanı açmazdan əvvəl bu dörd surəni oxuyur və Allahdan bərəkət istəyir. “Kafirun” surəsi o surələrdəndir ki, hər kim Peyğəmbəri (s) yuxuda görmək istəsə, o surəni oxuyaraq görə bilər. Belə ki, İmam Sadiq (ə) buyurur: “Hər kim bu surəni cümə gecəsində yüz dəfə oxuyarsa, Peyğəmbəri (s) yuxuda görər”. \"Tövhid” surəsini “İxlas” da adlandırırlar. Çünki Allahın yeganə olmasından xəbər verir və insanı şirkdən xilas edir. “Fələq” surəsi insana sehr və cadudan nicat verir. “Nas” surəsi daha çox vəsvəsə edənlərin ziyanından qoruyur.
Qadının mirası niyə kişilərinkinin yarısı qədərdir? Möhsin Qiraətinin izahı
Bir günlük işə götürülmüş fəhlənin maaşı daimi işçi olan fəhlənin maaşından çoxdur. Bu ona görə deyildir ki, fəhlənin şəxsiyyəti işçininkindən çoxdur. Bəlkə ona görədir ki, işçi üçün pensiya, məzuniyyət, müdiriyyət haqqı və başqa haqlar nəzərdə tutulmuşdur. Əgər bütün bunlar hesablansalar, onun maaşı fəhləninkindən çox olar.
İslam qadının mirasını kişininkinin yarısı qədər qərarlaşdırmışdır. Onun yerinə gündəlik xərcləri onun çiynindən götürmüşdür. Yemək, geyinmək, qalmaq və müalicə - kişi tərəfindən təmin edilər. Qadın öz miras payını özü üçün saxlayar. Bütün xərclərini ərindən alar. Bundan başqa ondan mehriyyə də alar. Əgər mehriyyəni və gündəlik xərcləri bir yerdə hesablasaq, qadının payı çox olar.