İslam şəriətinə görə Qeybəti eşidən şəxs hansı vəzifəni daşıyır?!


Dinimizin nəzərinə görə, o kəs ki, qeybəti eşidər, qeybət edən kimi cəzaya malik olar. Məgər əgər qeybəti inkar edərsə, ya həmin şəxsin sözünü kəsərsə, ya məclisi tərk edərsə və ya qəlbində ona qəzəblənərsə – o zaman günah qazanmaz. Əgər dilində deyərsə ki, sakit ol, ancaq qəlbində ona meyil edərsə – bu halda nifaq əhlindən sayılar. Ona görə də dindar insan müsəlman qardaşının qeybətini eşidən zaman, gərək onu inkar etsin. Əks halda o da günah qazanacaq və cəza alacaqdır. Ona görə də deyə bilərik ki, qeybətə qulaq asmaq – onu etmək hökmündədir və hər kim bu qeybəti eşidən zaman onu inkar etməzsə, həmin şəxslə bu günahda şərik olar. Çünki dini təlimlərimiz buyurur:
1. Qeybətə qulaq asan, qeybət edənin günahında şərik olar. 2. Qeybətə qulaq asmaq – qeybəti etmək kimidir. 3. O kəs ki, qeybətə qulaq asar – qeybət edənlərdən sayılar.
4. Qeybəti dinləyən – qeybət edənlərdən biridir....


Cəhənnəmə daxil olacaq ilk kəslər kimdir?


İmam Sadiq (ə) buyurur: “Qiyamət günü 7 nəfərin əzabı başqalarından daha şiddətli olacaqdır: - Qardaşını öldürən Adəm (ə) övladının; - Nəmrudun ki, Həzrət İbrahimlə (ə) Allahla bağlı mübahisə edir və Allahı inkar edirdi; - Bəni-İsrayildən olan iki nəfərin ki, öz qövmlərini yəhudi və xristian etmişdilər; - Firon ki, deyirdi: “Mən sizin Allahınızdan daha ucayam”. - İki nəfər bu ümmətdən ki, onların biri o birisindən daha pisdir və şüşə tabutda cəhənnəmin alt qatında atəş dənizində qərar tutur”.
Hədisi nəql edən yazır: “İmam Baqirdən (ə) soruşdum ki, cəhənnəmə ilk daxil olan kəs kimdir? İmam (ə) buyurdu: “İblis və iki başqa nəfər ki, biri sağında və o birisi solundadırlar”. İshaq ibni Əmmar nəql edir ki, İmam Sadiqə (ə) cəhənnəmə daxil olacaq o iki nəfər barəsində sual verdim və Həzrət buyurdu: “Ey İshaq! Birincisi dana kimidir və ikincisi Samiri kimidir”. Dedim: “Lütfən daha çox məlumat verin!”. Həzrət (ə) buyurdu: “Allaha and olsun ki, onlar bir dəstəni yəhudi, xristian və zərdüşt etdilər. Allah onların bu işini bağışlamadı”.
Dedim: “Lütfən daha çox məlumat verin!”...


İnsanın günah fikri etməsi ona mənfi təsiri vardırmı?!


İnsan o zamana qədər ki, günah etməmişdir – ona günah yazılmaz. Ancaq günah fikrində olmağın insan batininə mənfi təsirləri vardır. Məsumların (ə) buyurduğu kimi, günah fikrində olmaq – ağ rəngli otaqda çıraq yandırmağa bənzəyir. Baxmayaraq ki, otağı yandırmaz, ancaq onun divarlarını qaraldar. Günah fikrində olmaq günah üçün müqəddimələr hazır edər. İnsan yavaş-yavaş elə mərhələyə çatar ki, özünü kontrol edə bilməz və həmin günahı edər. Məsumlardan (ə) soruşurlar ki, necə olur siz heç günah fikrində belə olmursunuz? Həzrət (ə) buyurur ki, heç ayaqyoluna gedib, orada olanı dadmaq istəmisənmi?
Həmin şəxs deyir ki, xeyr. İmam (ə) buyurur ki, bizim də günaha baxışımız o cürdür. Bəli, bütün kamala çatmış insanlar üçün günah fikrində olmaq – belə pisliklər kimidir. Ona görə də günaha batmırlar, çünki onun haqqında heç düşünmürlər də belə...


İslam əxlaqına görə Üzrü qəbul etməmək günah sayılırmı?!


İslamın nəzərinə görə, üzr vacib və zəruri bir əməl olduğu kimi, onu qəbul etmək də məharət istəyir. Əgər insan qarşı tərəfin üzrünü rədd edərsə, gərək bilsin ki, səhv iş görmüşdür.
Üzrü qəbul etməməyin bəzi təsirləri vardır ki, onlarla tanış olaq:
1. Şantaj edənin günahı. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimdən din qardaşı üzr istəyər və o, üzrünü qəbul etməzsə – onun günahı şantaj edənin günahı kimi olar”.
2. Kövsər hovuzuna daxil olmaz. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimin din qardaşı üzr istəmək üçün yanına gələr – gərək üzrünü qəbul etsin. Əgər qəbul etməzsə, Kövsərin kənarında mənə qovuşmaz”.
3. Şəfaətdən faydalana bilməz. Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Hər kim üzrü qəbul etməzsə – üzr istəyən istər yalan desin, istərsə də doğru – mənim şəfaətimi əldə edə bilməz”...


Yersiz ümiddən necə qurtulmaq? Loğmanın ağasına verdiyi dərs


Loğmanın bir ağası var idi ki, Allaha inanırdı, ancaq yersiz ümidə malik idi. Bir gecə yatağında yatmışdı və Loğman onu oyadıb deyir ki, ağacan, gecə namazının karvanı getməkdədir. Ayağa qalx və bu karvana qoşul. Ağası deyir: “Yuxum gəlir, Allah – rəhimlilərin ən Rəhimlisidir”. Loğman sübh açılana qədər onu ayağa qaldırmağa çalışır. Ancaq o, dediyinin üzərində dayanır ki, Allah Ərhəmər-rahimindir. Ona görə də səhərə qədər yatır. Səhər yuxudan duran zaman Loğmana bir qədər buğda verir və deyir: “Get, filan tarlada bunları ək və qayıt”.
Loğman ağasını tənbeh etmək üçün ələf və alaq toxumlarından götürür və həmin tarlada əkir. Bu hadisədən 20 gün keçmişdi. Bu ikisi həmin tarlaya gedirlər və ağası görür ki, tarlasında ələf və alaq bitmişdir. Loğmandan soruşur ki, bəs sən buğdanı əkmədim? Deyir: “Xeyr. Buğda baha idi və mən də buğda yerinə alaq toxumu əkdim. İnşəallah, Allah sənə buğda verər”...


İslam dinində üzr istəməyin hansı qayda-qanunu var?


Dinimizin nəzərinə görə, insan üzr istəməyin ədəb qaydalarını öyrənməlidir. Həm özü izr istəməyi bacarsın, həm də başqalarının üzrünü qəbul etsin.
Həzrət Peyğəmbər (s) buyurur: “Zinhar o əməldən ki, ona görə üzr istəyəsən. Çünki bu işdə gizli şirk vardır”. Əmirəl-möminin (ə) buyurur: “Üzr istəməyə ehtiyac duymamaq, üzr istəməkdən daha izzətlidir”. Üzrün qəbul olma şəraiti. Üzr istəmək üçün lazım olan şərait olmalıdır ki, qəbul oluna bilsin.
1. Niyyətin hüsn olması. ”(Qadın və uşaqlar kimi) zəiflərə, xəstələrə və xərcləməyə (yolxərci etməyə) bir şey tapa bilməyən kəslərə Allah və Onun Peyğəmbəri üçün (söz və əməldə) xeyirxahlıq edəcəkləri təqdirdə (cihadı tərk etmələrinə görə) bir günah yoxdur (onların boynuna vəzifə düşmür və buna görə də onlara təzyiq göstərilməməlidir).
2. İxlaslı olmaq. Müsəlman gərək xaliscəsinə üzr istəsin. Qarşı tərəfin razılığından başqa bir şey düşünməsin.
3. Peşman olmaq. Üzr istəyən şəxs gərək əməlindən peşman olsun.
4. Təkrar etməmək. Tövbədə olduğu kimi, üzr istəyən zaman da insan qəti qərara almalıdır ki, etdiyi xatanı bir də təkrar etməsin....


Niyə ölümdən sonrakı sirlər gizlidir?


İmam Əli (ə) “Nəhcul-bəlağə”də ölümdən sonra gizli olan sirlər barəsində buyurur: “O şeyi ki, ölülər görürlər, əgər siz görsəydiniz – səbirsiz olub, qorxardınız. Eşidib, itaət edərdiniz. Ancaq o şeyi ki, onlar müşahidə edirlər, sizlər üçün gizlidir. Pərdələrin enməsi yaxındır”.
İnsan gözü ilə ölümdən sonrakı sirləri görsə, onun iman gətirməsinin dəyəri olmaz. Necə ki, təhlükə gözünün qarşısında olan insanın bu təhlükədən qorunması kimi. Bir də var insan əqli təhlillə hansısa təhlükəni dərk edir və ondan qorunur – bu halda onun seçimi daha dəyərlidir.
İnsan əqli ilə, daxili inamı ilə iman gətirməlidir. O, ölümdən sonra olan sirlərə bələd olsa, onun imanının dəyəri çox aşağı olan. Gözü ilə görmədiyinə, əqli və şühudu ilə dərk etdiyinə iman gətirməsi isə çox dəyərlidir. İmam Əli (ə) başqa yerdə buyurur: “Dünyada həqiqəti insana nişan verərlər. Əgər doğru baxa bilsələr, haqq səsinə qulaq assalar – elə bu dünyada nəsihət verən ibrətləri bütün insanlar görərlər”.


Bu 11 səbəb şəri hökmlərin götürülməsinə səbəb olur!


Dinimiz bizlərə üzrün bəzi qəbul olma amillərini tanıtmış və onu tövsiyə etmişdir. Bu amillər ilə tanış olaq:
1. Zərurət yaranarsa. Əgər kimsə elə şəraitdə qərar tutar ki, gərək əxlaq və dinin əleyhinə əməl etsin, onun üzrü qəbul olar.
2. Məcbur olunmaq. Əgər kimsə insanı üzr istəməyə məcbur edərsə və o, da üzr istəyərsə üzrü qəbul olar.
3. Xəstəlik. İnsan əgər xəstə olduğu üçün xata edərsə üzrü qəbul olunar.
4. Təqiyyə. “Möminlər möminlərin yerinə kafirləri dost, köməkçi və başçı götürməməlidirlər. Hər kim belə etsə - onlardan bir növ təqiyyə etməyiniz istisna olmaqla – (onun) Allahla heç bir əlaqəsi yoxdur. Allah sizi Özündən (əzabından) çəkindirir. (Bütün canlıların) qayıdış(ı) Allaha tərəfdir”. (“Ali-İmran” 28)...


Haram ruzi insanın övladına nə kimi təsir edir?


Dini maarifə əsasən, mal və ruzinin insan ruhuna və canına təsiri vardır. O kəs ki, Allah deyən kimi yaşamaq istəyir – gərək ruzisini də halal yolla əldə etsin. Əks halda cəmiyyət süqut edər və haramzadələrin sayı artar. İmam Cəfər Sadiqin (ə) nəzərinə görə, haram malın insanın övladına və gələcək nəslinə mənfi təsirləri vardır. Həzrət (ə) buyurur:“Haram qazancın təsiri övladda və nəsildə zahir olar”.
Bu səbəbdəndir ki, Quran ayələri insanları halal ruzi qazanmağa dəvət edir və haram ruzini qadağan edir. “Ey iman gətirənlər, Allahdan qorxun və əgər imanınız varsa, sələmin qalanından (sərmayədən artıq aldığınız miqdardan) əl çəkin.
Və əgər belə etməsəniz (və sələmçiliyi davam etdirsəniz), onda Allah və Onun Peyğəmbəri tərəfindən olan müharibəyə yəqin edin (yəqin bilin ki, belə bir müharibə sizə üz tutacaqdır, haqq hökümət və ya partlayış həddinə çatmış cəmiyyət onu sizdən geri alacaqdır). Tövbə etsəniz isə, sərmayələriniz özünüzündür (aldığınız faizi geri qaytarın ki, belə olan surətdə) nə zülm edərsiniz, nə də zülmə məruz qalarsınız”. (“Bəqərə” 278-279)...


O kəs ki… – İmam Əlidən (ə) ayıldıcı buyuruşlar!!


İmam Əli (ə) kamil insanın sifətlərini bizə tanıtmışdır ki, onlarla tanış olaq. İmam (ə) buyurur: “O kəs ki, öz eybinə baxar və başqalarının eybini tutmaqdan geri qalar.
O kəs ki, Allahın ruzisinə razı olar – əlindən gedənlərə görə qəmlənməz. O kəs ki, zülm qılıncını çəkər – elə onunla öldürülər. O kəs ki, işində özünü əziyyətə salar – özünü həlak edər. O kəs ki, özünü bəlaya salar – qərq olar. O kəs ki, pis adı olan yerlərə addım atar – ittiham olunar. O kəs ki, çoxlu danışar – çoxlu səhv edər...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter