Müqəddəs dinimizdə tələsmək bəyənilməsə də hansı əməllərdə tələsmək yaxşıdır?!
Baxmayaraq ki, tələskənlik – bir çox hallarda bəyənilməyən əməldir, ancaq bəzi işlərdə tələsmək müsbət bir hal kimi qiymətləndirilir.
1. Xeyir işlərdə. “Hər bir dəstənin bir qibləsi vardır ki, (üzlərini) ona tərəf döndərirlər (yəhudilər Beytül-Müqəddəsə, xristianlar şərqə, müsəlmanlar Kə’bəyə). Odur ki, (bu barədə mübahisə etməyin və) xeyir işlər istiqamətində bir-birinizi ötməyə çalışın”. (“Bəqərə” 148).
2. Şər ilə mübarizə aparan zaman. İmam Əli (ə) buyurur: “Tələsmək hər bir işdə bəyənilməyəndir, məgər şəri dəf etmək məqamından başqa”.
3. Bəxşiş edən zaman. İmam Əli (ə) buyurur: “Səxavətin başı, bəxşiş edən zaman tələsməkdədir”.
4. Günahı tərk edən zaman. “Tələsmək bəyənilməyəndir, məgər günahı tərk etməkdən başqa”.
5. Meyiti dəfn edən zaman...
Fitrəs adlı mələyin tarixdə əhvalatı bu şübhəni ortaya çıxarır ki Mələklər günah edə bilərmi?
Fitrəs mələk haqqında bəzi hədislər bizə məlumat vermişdir. Həmçinin Şəban ayının üçüncü gününün duasında oxuyuruq: “Fitrəs mələk onun beşiyinə pənah apardı”.
Bəzi alimlərin nəzərinə görə, mələklərin bir hissəsi mücərrəddir, bir hissəsi isə qeyri-mücərrəd. Adətən mücərrəd olan mələklər kamala çatmış olur. Ancaq bu mələk xata işlətdiyi üçün görünür ki, mücərrəd olmamışdır. Ona görə də İmam Hüseynə (ə) təvəssül edərək, kamala çatmağa çalışmışdır. Belə bir hadisəni Həzrət Adəmin (ə) xilqətində də görmək olur. Bəzi mələklər onun xəlq olmasına qarşı çıxırlar. Ancaq onun elmini görəndən sonra, təslim olurlar. Mələklər günah işlətməzlər. Ola bilsin ki, bu mələk tərki-ulə etmişdir. Ona verilən vəzifəni yavaş yerinə yetirmiş və bir qədər səhlənkarlıq etmişdir. Ancaq bu, günah hökmündə getmir. Hədislərimiz bu mələk haqqında məlumat verən zaman, fərqli nəzərlər vermişdilər. Hədislərin nəzərinə görə, bu mələk ərşin ətrafında dövr vuran mələk idi. Allahın ona verdiyi vəzifədə səhlənkarlıq edir. Ona görə də Allah onu cəzalandırır və qanadlarını zədələyir. Onu uzaq bir diyara sürgün edir...
Müqəddəs dinimizə və hədislərə əsasən Hansı hallarda tələsmək insanın xeyrinə deyil?!
Müqəddəs dinimizin nəzərinə görə, bəzi hallarda tələsmək bəyənilir, bəzi hallarda isə əksinə – bəyənilməyən əməl sayılır. Bəs hansı işlərdə tələsməməliyik?
1. Danışıq və əməldə. İmam Əli (ə) İmam Həsənə (ə) buyurur: “Sənə danışan və əməl edən zaman tələsməyi qadağan edirəm”.
2. Namaz. Bir nəfər İmam Əlinin (ə) yanında namazını tez bir şəkildə əda etdi və Həzrət ona baxıb buyurdu: “Nə qədər zamandır belə namaz qılırsan?”.Deyir: “Bir müddətdir”.
İmam (ə) buyurur: “Allahın yanında sənin məsəlin – dimdiyini yerə vuran qarğanın məsəli kimidir. Allah qarşısındakı səcdən və mütiliyin – yerə dimdik vurmaq kimidir. Əgər belə ölsən, Peyğəmbərin (s) dinindən qeyrisində ölərsən”.
3. Yemək yeyəni gözləyən zaman. İmam Əli (ə) buyurur: “Yemək yeməklə məşğul olan insanı tələsməyə vadar etməyin, o zamana qədər ki, yeməyini bitirər”.
4. Həyat yoldaşı seçən zaman. 5. Tənqid etməyə hazırlaşan zaman...
İmam Səccadın (ə) hədisinə əsasən O kəslər ki, cəhənnəmin atəş səsini eşitməyəcəklər!!
İmam Səccad (ə) “Əbu Həmzə” duasında Qiyamət qorxusunu belə bəyan etmişdir. “Bu gün ağlayırıq o zaman üçün ki, paltarsız, zəlil və ağır əməl yükü ilə qəbirlərdən çıxacağıq. Bir dəstə insanın üzü gülərdir, razı, xoşhal və başı ucadırlar. Bunlar kimlərdirlər?
O kəslərdir ki, dünyada sirat körpüsündən ki, həqiqət və batini buradadır – keçməyi bacarıblar. Bu sirat körpüsü ubudiyyət körpüsü, təqva körpüsü və dindarların körpüsüdür. Bu dünyanın siratı cəhənnəm üzərində olan həmin siratdır. Əgər biz burada həmin siratdan diqqət edərək və büdrəmədən keçə bilsək, o biri Siratdan keçmək asan iş olar. Mömin kimi işıq sürəti ilə keçər. Onlar cəhənnəmin həmhəməsini belə eşitmirlər. İnsanın başına gələn ən çətin qorxudur. Mömin bu cismi, ruhu və nəfsi ilə orada olan ən çətin qorxuya görə qəmgin və hüznlü olmaz. (Çünki) onlar bu siratdan keçiblər”.
Quran və hədislərə əsasən Sirat körpüsündə hansı beş əməl haqda soruşulacaq?!
Qurani-Kərim və hədislərdən belə nəticəyə gəlmək olur ki, Sirat körpüsü adi körpülər kimi deyildir. Bu körpü – cəhənnəm üzərində qurulmuş və müxtəlif keçidlərə malik olan bir körpüdür ki, hər bir insan – istər mömin olsun, istərsə də kafir – ondan keçmək məcburiyyətindədir. Məgər Allahın xüsusi bəndələrindən başqa. Bu keçidlər hansılardır?
1. Vilayət keçidi. Bu keçiddə insanları saxlayıb, İmam Əli (ə) və övladlarının vilayəti barəsində sorğu-sual edərlər. Hər kim dünyada olan zaman öz İmamını (ə) tanıyarsa və buyurduqlarına əməl edərsə, bu keçiddən keçər. Əgər İmamını (ə) tanımazsa, o zaman cəhənnəmə düşər.
2. Mirsad keçidi. Allah Təala buyurur: “Həqiqətən də, sənin Rəbbin (onlara) nəzarət edir”. (“Fəcr” 14).İmam Sadiq (ə) buyurur: “Mirsad – Sirat körpüsü üzərində olan keçiddir ki, heç bir zalım bəndə oradan keçə bilməz”. Bu keçiddə Allah Təbarəkə və Təala hər bir zalımdan məzlumun haqqını alar....
Bütün vacibatlar Quranda bəyan olunmuşdur, yoxsa yox?
Vacibat dedikdə o əməllər nəzərdə tutulur ki, hər müsəlman ona riayət etməli və yerinə yetirməlidir. Əgər həmin əməlləri tərk edərsə, o zaman günah qazanar və axirətdə cəzalanar. Yəni, burada firuiddindən söhbət gedir. Qurani-Kərim haqqında deyə bilərik ki, bu Müqəddəs Kitab – hidayət və qanun kitabıdır. Ona görə də orada bəyan olunan qanunlara əməl etmək vacibdir. Cüzi mövzulardan tutmuş, nəhəng mövzulara qədər. Quran adətən cüzi mövzulara sadəcə toxunmuşdur, ancaq onun şərhini və izahını Məsumlara (ə) buraxmışdır. Quran bu müqəddəs insanları zikr əhli, alim, Ulul-əlbab və bu kimi adlandırmışdır. O vacibatlar ki, Quran sadəcə ona işarə etmişdir, Məsumlarımız (ə) onu bizlərə tanıtmış və yerinə yetirilməsini vacib etmişdilər...
Qız övladı olan evə Allah hər gün 12 rəhmət və bərəkət nazil edər!!
Qız övladları – behişt gülləridir ki, Allah Təala dünyada insanlara rəhmət kimi əta edər. Qız övladlarının insan üçün gətirdiyi dünya və axirət bərəkətləri ilə Məsumların (ə) mübarək dilindən tanış olaq. Həzrət Peyğəmbər (s) buyurur: “Qız övladları – bərəkət mənbəyidirlər”. Həzrət Rəsulallah (s) buyurur: “O kəsin ki, bir qız övladı olar, Allah Təala onun köməkçisi olar. Bərəkət və bağışlanmasını onun halına şamil edər”.
Həzrət Peyğəmbər (s) buyurur: “Qız övladı olan evə Allah hər gün 12 rəhmət və bərəkət nazil edər. O mənzil mələklərin ziyarət və görüş yeri olar. O mələklər həmin qızın atası üçün əməl dəftərinə hər gün bir ilin ibadət savabını yazarlar”. Həzrət Rəsulallah (s) buyurur: “Onlar müjdə mənbəyidirlər”. Həzrət Peyğəmbər (s) buyurur: “O kəsin ki, bir qız övladı olar, bu qız övladı onun üçün min həcdən, Allah yolunda edilən min cihaddan, min dəvə qurban etməkdən, min dəfə qonaqlıq verməkdən daha üstündür”.
Hz Peyğəmbərin (s) boynunda haqqunnası (borcu) olan şəxsə cənazə namazı qılmaması!!
Bir nəfər kişinin cənazəsini gətirirlər ki, Peyğəmbər (s) ona namaz qılsın. Həzrət (s) üzünü səhabələrinə çevirib, buyurur: “Siz ona namaz qılın, mən qılmıram”.
Səhabələri deyir: “Ya Rəsulallah! Niyə ona namaz qılmırsınız?”. Həzrət (s) buyurur: “Çünki insanlara borcu vardır”. Əbu Qətadə deyir: “Mən zamin oluram ki, onun borcunu ödəyəcəyəm”. Həzrət (s) buyurur: “Kamil şəkildə ödəyəcəksən?”. Deyir: “Bəli”. Bundan sonra Həzrət Peyğəmbər (s) həmin cənazəyə namaz qılır. Əbu Qətadə deyir ki, ölən şəxsin borcu 17 dirhəm idi. Yəni, çox az məbləğdə borcunun olmasına baxmayaraq, bu cür şiddətli şəkildə qınanmışdır. Allah Təala bizləri insanların haqqını hər zaman ödəmək durumunu nəsib etsin!
Atasına kömək etməkdən imtina edən varlı cavana Peyğəmbərin (s) cəzası!!
Əmirəl-möminin (ə) nəql edir: “Bir gün bir qoca kişi oğlu ilə bir yerdə Peyğəmbərin (s) xidmətinə gəlirlər. Qoca kişi ağlayaraq deyir ki, “Mən oğlumu min əzab və əziyyətlə böyütmüşəm. Öz mal və sərvətimdən ona yardım etmişəm ki, müstəqil olsun. Ancaq bu gün ki, mən zəif və gücsüzəm və bütün malımı əldən vermişəm, o, mənə yardım etməyi əsirgəyir. Hətta bir tikə çörək belə vermir”. Həzrət (s) üzünü onun oğluna tutub buyurur: “Sənin bununla bağlı nə cavabın vardır?”. Deyir: “Ya Rəsulallah! Mənim ailəmin xərclərindən artıq heç nəyim yoxdur”. Həzrət (ə) atasına buyurur: “İndi sən nə deyirsən?”.
Qoca deyir: “Onun bir neçə buğda, arpa, kişmiş anbarı vardır. Dirhəm və dinarla dolu kisələri vardır”. Həzrət (s) oğluna buyurur: “Cavabın vardır?”. Deyir: “O, səhv edir, mənim heç bir şeyim yoxdur”. Həzrət (s) onun oğluna xitab edərək buyurur: “İlahi əzabdan qorx və sənin üçün bu qədər zəhmət çəkən atana yaxşılıq və ehsan et”. Oğlu deyir: “Mənim heç nəyim yoxdur”...
Alimin oğlu bir kisə soğanı özü ilə niyə gəzdirirdi?
Bir gün müdrik bir alim övladına deyir: “Sabah özünlə bir kisə götür və onun içərisinə sevmədiyin insanların sayı qədər soğan qoy”. Sabahı gün oğlu bu işi görür. Atası ona deyir: “Hara getsən, bu kisəni də özünlə apar”. Oğlu bu işdən bir neçə gün sonra yorulur və atasına şikayət edir ki, soğanlar xarab olmuş və pis iy verməkdədir. Onun iyi mənə əziyyət verir. Alim deyir: “Bu, ona bənzəyir ki, sən qəlbində başqalarının kinini saxlayırsan. Bu kin sənin qəlbini və ruhunu xarab edər. Hamıdan çox özün bundan əziyyət çəkərsən.
Ona görə də heç kəsin kinini qəlbinə alma. Həmişə mehriban ol. Hətta əgər heç kəs sənin bu mehribanlığının qədrini bilməsə də belə.
Bu, sənin fitrətinə qoyulmuşdur. Sənin elə Allahın vardır ki, hamıdan çox bu işi islah edəcəkdir”.