Qurani Kərimdə gələn “Allahın məkri” deyildikdə, nə başa düşülür?


Ərəb dilində “məkr” sözünün mənası “çarə düşünmək”dir. Ona görə də məkr həm xeyir ola bilir, həm də şər. “Və onlar (Bəni-İsrail kafirləri İsanı (ə) öldürmək və onun dinini məhv etmək üçün) hiylə işlətdilər və Allah da onların hiylələrinin (məkrlərinin) cavabını verdi. Allah hiyləyə cavab verənlərin ən yaxşısıdır. (İsanın (ə) qətl planını cızanı onun, yəni Həzrət İsanın (ə) surətinə saldı və dostları İsanın (ə) əvəzinə onu dara çəkdilər. Və Allah sonra İsanın (ə) dininə rəvac verdi)”. (“Ali-İmran” 54). “(Bu, onların) Yer üzündə təkəbbür göstərmələri, məkr və hiylələri ucbatından idi. Pis əməl, məkr (hiylə) yalnız öz əhlini bürüyər. Məgər onlar keçmişdəkilər (barədə İlahi) sünnədən (qanundan) başqa bir şeymi gözləyirlər (ki, qəfil bir əzabla kökləri kəsilsin)? (Ya Peyğəmbər!) Sən Allahın sünnəsində (qoyduğu qayda-qanunda) heç bir dəyişiklik tapmazsan”. (“Fatir” 43).
O zaman ki, məkr sözü Uca Allaha nisbət verilir, şeytanın (lən) vəsvəsələri qarşısında çarə düşünmək mənasını verər. O zaman ki, Həzrət Salehi (ə) qətl etmək istəyirlər, Allah onların bu məkrinin üstünü açır və buyurur: “Və onlar böyük bir məkr işlətdilər. Biz isə özləri də bilmədən böyük məkr işlətdik (tədbir tökdük)”. (“Nəml” 50)...


İlahi məsəllərin imtahan vasitəsi olması nə məna daşıyır?


“Şübhəsiz, Allah hər hansı bir misalı çəkməkdən – ağcaqanad olsun, ondan böyüyü, ya balacası – utanmaz. İman gətirənlər (fikirləşərək məqsədi dərk etməklə və ya mütləq itaət və tabeçilik vasitəsi ilə) bilirlər ki, bu onların Rəbbi tərəfindən olan bir həqiqətdir. Kafirlər isə deyərlər: «Görəsən Allahın bu məsəldən məqsədi nədir?!». (Bəli, Allah) onunla (bir həqiqəti bəyan etməklə) çoxlarını azdırır (onların ixtiyari azğınlığa düşmələrinə səbəb olur) və çoxlarını onunla hidayət edir. (Allah) onunla ancaq fasiqləri azdırır”. (“Bəqərə” 26).
Bu ayə ilə bağlı deyirlər ki, bu sözlər – kafirlərin sözüdür. Onlar Allahın misallarına etiraz edərək, deyirlər: “Allahın bu məsəlləri çəkməkdə nə məqsədi vardır ki, nifaqa səbəb olmuşdur. Bir dəstə onun vasitəsilə hidayət olur, bir dəstə isə yolunu azır”. Bəzi təfsirçilər isə ehtimal verirlər ki, bu sözlər – Allahın kəlamıdır. Allah kafirlərə cavab olaraq bu ayəni buyurur. Allah Təala bu məsəllərdəki hədəfini açıqlayır və buyurur ki, bu məsəllər ona görə bəyan olunur ki, bir dəstə hidayət olsun, yolunu azanlar isə öz seçimini etsinlər...


Ölümdən dünyaya qayıtmaq istəyi: möminlər niyə istəyir, müşriklər niyə?


Ölən insanın bərzəx aləmindəki istəklərindən biri – yenidən dünyaya qayıtmaqdır. Günahkar insan bərzəx aləmindəki vəziyyətini görən zaman başa düşür ki, ziyan içərisindədir. Çünki gözünün önündəki pərdələr kənara çəkilər və bəsirəti açılar. “(Onlar şirk və küfr içində qalarlar və) nəhayət onlardan (müşriklərdən) birinin ölümü çatan zaman (canı mələklərin əlində olduğu halda Allaha) deyər: «Ey Rəbbim, məni (dünyaya) qaytar, bəlkə (dünyada) qoyduğum şey (dünya malı və ömür günləri) barəsində yaxşı bir iş gördüm. Xeyr, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir). Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır”. (“Muminun” 99-100).
Hacə Rəbih barəsində nəql edirlər ki, o, özü üçün qəbir düzəltmişdi və orada yatardı. Yuxarıdakı bu ayələri dəfələrlə oxuyardı. Sonra bayıra çıxar və özünə deyərdi: “Səni qaytardılar, indi söz verdiyinə əməl et”. Əlbəttə, hədislərdə oxuyuruq ki, bu istəyi nəinki günahkarlar, o cümlədən saleh insanlar da arzu edirlər. Onların geri qayıtmaqdakı məqsədi odur ki, özlərindən sonra geridə qoyduqlarını öz hallarından xəbərdar etsinlər. İstəyir ki, yaxınları onun yaxşı aqibətinə görə sevinsinlər...


İnsanlar vacibatları yerinə yetirməkdə səhlənkarlıq etməmək diqqət olunası məsələlər?!


Həzrət Peyğəmbər (s) buyurur: “Bu gün-sabaha salmaqdan çəkin”. -- Rəsuli-Əkrəm (s) buyurur: “Zamanın qədrini bil və haqqına əməl et”. Müalicəsi:
1. Zaman təyin etmək. Hər bir işi görmək üçün insan gərək əvvəldən vaxt təyin etsin. Təyin etdiyi bu vaxta dəqiq əməl etməyə çalışsın.
2. Hədəf təyin etmək. İnsanın gördüyü işdəki hədəfi aydın olmalıdır. Müvəffəq insanlar o kəslərdir ki, hədəf təyin etdikdən sonra ciddi və qəti halda ona çatmağa çalışarlar.
3. İşi yerinə yetirmək üçün stimula malik olmaq. Hər kim gördüyü işdə stimula malik olarsa, o zaman onda səhlənkarlıq etməz...
İnsan gərək ibadətə olan susuzluğunu həmişə qoruyub saxlaya bilsin. Ona görə də ibadətdə mötədil olmaq lazımdır. Nə ifrat etmək və nə də təfrit etmək olar.
İmam Əli (ə) buyurur: “O az miqdar ki, onu davamlı edirsən, o çox miqdardan ki, yorulursan – daha üstündür”.


Allahın vədəsində gizlənən 2 həqiqət nədir?!!


Nə zaman insan qəlbi, əli və dili ilə Allahın yardımı üçün ayağa qalxa və bütün səy və çalışmaları Allah qanunlarını bərpa etmək olarsa, o, Allahın yardım və nicatından faydalanar. Çünki Allah Təala Öz Kitabında buyurmuşdur: “Ey iman gətirənlər! Əgər Allaha (Onun peyğəmbərinə, dininə və kitabına) yardım etsəniz, Allah da (məqsədlərinizə çatmaqda) sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər”. (“Muhəmməd (s)” 7). Bu İlahi vədədə iki həqiqət gizlənmişdir:
1. Vədə verən Allahdır və İlahi vədə biz insanların verdiyi vədəyə bənzəməz. Bu, elə bir vədədir ki, həyata keçməsi qətidir.
2. Yardım edən Allahdır. Allahın qüdrəti sonsuzdur. Aydındır ki, sonsuz qüdrəti olan Allah məhdud qüdrəti olan insana yardım edərsə, başqa qüdrətlər onun qarşısında dayana bilməz və bir heç olar. Allah Təala bizləri Allahın yardımına ünvan qərar versin!


İslam şəriətinə görə kimlərə salam vermək haram və məkruhdurr?!


Salam vermək – o müstəhəb əməllərdəndir ki, dinimiz onu tövsiyə edir. Ancaq bəzi hallarda bu əməli yerinə yetirməyi məsləhət bilmir. O cümlədən:
1. Kişilərin cavan qadınlara salam verməsi. İmam Əli (ə) də Həzrət Peyğəmbər (s) kimi yaşlı qadınlara salam verərdi, ancaq cavan qadınlara salam verməkdən çəkinərdi.
2. Namazqılana salam vermək. Fəqihlərin nəzərinə görə, namazqılan şəxsə salam vermək – məkruh əməllərdəndir.
3. O kəsə ki, cənazənin basdırılması ilə məşğuldur.
4. O kəsə ki, cümə namazına gedən haldadır.
5. O kəsə ki, hamamdadır...


İslam şəriətinə görə İntihar etmək niyə haramdır?


Hər bir insanın həyatında acı hadisələr olur. Bu zaman dünya gözündə qaralar və yaşamağı dəyərsiz hiss edər. Belə olan halda insanları iki dəstəyə bölmək olar.
Birinci dəstə o insanlardır ki, başına müsibət gələn zaman bu müsibətə səbir edərək, Allaha təvəkkül edərək çətinlikləri aradan qaldırmağa cəhd edər.
Ancaq ikinci dəstə insanlar zəif iradəyə malik olduqları üçün, bu çətinlik qarşısında təslim olar. Bunların bəzizi isə hətta intihara da əl atarlar.
O insan ki, İslam qanunları ilə tanışdır, yaxşı bilir ki, intihar etmək qətiyyən çıxış yolu deyildir. Yəni, intihar etmək insanın bu çətinliklərini həll etməz. Bu dünyada elə bir çətinlik yoxdur ki, insan həyatından dəyərli olsun.
İslam dininin nəzərinə görə insanın həyatı – Allahın mülküdür. Allah insan həyatının nə zaman sona çatmasına Özü qərar verər. O zaman ki, insan intihar edər – Allahın iradəsi əleyhinə getmiş olar və özünü cəhənnəm əhlindən edər. İnsanın nəyi varsa – hamısı Allahdandır, istər cismi olsun, istər malik olduğu var-dövləti və nemətləri. Ona görə də insanın haqqı yoxdur ki, Allahın malik olduqlarına ziyan vursun və məhv etsin.


Haradan bilirik ki, qəbir əzabı var? Şübhə...


Bəziləri belə sual verir ki, sağ olan insanlardan hansısa qəbir əzabını çəkmişdir ki, onun olacağından xəbər verir? Bu sualn cavabında gərək deyək ki, əvvəla, axı oradan qayıdıb bunun əksini də deyən olmayıb. Əgər bir yerin insan üçün təhlükəli olmasını xəbər verirlərsə, məgər onun vəzifəsi özünü qorumaq deyilmi? Əgər bir yerə gedərkən müəyyən azuqəni götürmək tövsiyə edilirsə, ağıllı insan ehtiyatını tutmamalıdırmı?
Odur ki, Uca Allahın qəbir əzabı barədə xəbərdarlıqlarını, hər bir düşünən insan gərək çox ciddi qəbul etsin. Nəzərə alaq ki, qəbir əzabının olacağını Məsumlar (ə) bizə xəbər veriblər. Onların verdiyi xəbərlər isə ya vəhy yolu ilə olur, ya da ilham yolu ilə. Ona görə də Məsumlar (ə) nə deyirsə – hüccətdir və Allah tərəfindəndir. Bu mövzularda şəkk etmək – məntiqsizlikdir. Qurani-Kərimdə oxuyuruq: “O, (Qur’anın və İlahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır. Dedikləri yalnız, (yuxarı aləmdən) ona ilham olunan vəhydir”. (“Nəcm” 3-4). Ona görə də Həzrət Peyğəmbərin (s), Həzrət Zəhranın (s.ə) və 12 İmamın (ə) söylədiklərinin hamısı hüccətdir və Allah tərəfindən bəyan edilmişdir. Məsumlar (ə) – bərzəx aləmindən xəbərdar olan insanlardır. Ona görə də onların qəbir əzabı barəsində buyurduqları – ən dəqiq məlumatdır...


Allah-Taalanın (c.c) verdiyi nemətləri dilə gətirmək vacibdirmi?!


Allahın bizə əta etdiyi nemətləri yada salmağın həm fərd və həm də cəmiyyət üçün böyük əhəmiyyəti vardır. Hər kim Allahın nemətini yada salar – o , fitnə və fəsaddan uzaq olar və günahdan qaçar. Allah Təala insana bir çox hallarda bu nemətləri ona görə verir ki, onu imtahana çəksin. Uca Allah istəyir ki, bəndəsini nemət içində olanda təqvalı rəftar etsin. Və ancaq həqiqətən təqvalı insanlar belə imtahandan üzü ağ çıxarlar. Bu nemətləri yada salmaq insanın qəflətini aradan aparar və Allaha təsbih etməsinə səbəb olar. Bəzi insanlar Allahın nemətlərinin adını çəkməyi sevmirlər. Elə bilirlər ki, bu nemətlərin adını çəkən zaman təkəbbür göstərmiş olarlar. Halbuki, əgər insan Allahın ona verdiyi nemətlərin adını çəkərsə, bununla bu nemətin əldə edilməsinə təşviq etmiş olar....


Duanın yerinə yetirilməməsi insana xeyir gətirə bilərmi?


Bəzən insan elə dua edir ki, onun xeyirinə olmaz. O hacəti dünyada ona verməzlər. Ancaq Qiyamət günü verərlər. Bəndə deyər: “Allahım, bu nədir?”.
Allah Təala buyurar: “Bu duanı dünyada olan zaman etmişdin və Biz də onu xeyirli hesab etmədiyimiz üçün, Qiyamət günü sənə veririk”. Təəccüb edər və deyər: “Nə qəribə! Kaş ki, mənim dualarımın heç biri yerinə yetməzdi. Onların hamısını indi mənə verərdilər. Bura daha yaxşıdır”. Çox zaman övladlar valideynlərinə deyərlər ki, mənə şirin bir şey verin. Ancaq o, axşam yeməyini yemədiyi üçün ona şirin şey verməyi faydalı hesab etməzlər. Çünki onlar uşaqlarını sevirlər və hətta özləri ac qalar, amma axırıncı tikəni övladlarına yedizdirərlər. Bəzən də elə olur ki, uşaq bir şey istəyir, ancaq anası onun faydalı olmadığını görüb onu uşağına vermir. Misal üçün, fast-fud yeməklər uşaq üçün xeyirli deyildir. Ana da ona görə onu uşağa vermir. Allah da bəndəsinə elə edir. Bəzən Ondan elə şeylər istəyirik ki, həmin şey bizim xeyirimizə deyildir. Ancaq biz bunu dərk etmirik....


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter