avatar

12 Apr, 2025,

Düzəliş edildi 24 Apr, 2025

Imam Sadiq (ə) din xadimlərinin məqamı və məsuliyyəti haqda nə buyurmuşdur ?!

Vəsailuş-siə 17-ci cildinin 193-cü səhifəsindən bir hədis, hədis mətləblə dolu olan bir hədisdir.
 

«وَ [محمدُ بنُ علی بن الحسین] فِي الْأَمَالِي عَنْ مُحَمَّدِ بْنِ الْحَسَنِ[که محمد بن حسن احمد بن ولید است] عَنِ الصَّفَّارِ[محمد بن حسن صفار] عَنِ الْحَسَنِ بْنِ مُوسَى الْخَشَّابِ عَنْ عَلِيِّ بْنِ النُّعْمَانِ عَنْ عَبْدِ اللَّهِ بْنِ مُسْكَانَ[که از اصحاب اجماع است] عَنْ زَيْدٍ الشَّحَّامِ قَالَ سَمِعْتُ الصَّادِقَ جَعْفَرَ بْنَ مُحَمَّدٍ(ع) يَقُولُ مَنْ تَوَلَّى أَمْراً مِنْ أُمُورِ النَّاسِ فَعَدَلَ وَ فَتَحَ بَابَهُ وَ رَفَعَ سِتْرَهُ وَ نَظَرَ فِي أُمُورِ النَّاسِ كَانَ حَقّاً عَلَى اللَّهِ عَزَّ وَ جَلَّ أَنْ يُؤْمِنَ رَوْعَتَهُ يَوْمَ الْقِيَامَةِ وَ يُدْخِلَهُ الْجَنَّةَ

Amma bu hədisdən istifadə olunan mətləb budur ki, həzrət imam Sadiq (ə) buyurur: kim camaatın işini öhdəsinə götürərsə məsələn kisik bir toplumun işini idarə edərsə, bu idarə etmədə ədalətə riayət edərsə, qapılarını camaatın üzünə açarsa, camaatla öz arasında heç bir hicab salmazsa, camaatın istər dünyəvi

 

dünyəvi ya axirət işlərinə baxarsa, camaatın məişət, təhlükəsizlik, ictimai. əxlaqi, tərbiyəvi məsələlərinə bir sözlə hədisdə bütün işlər nəzərdə tutulur və buyurulur ki, kim bu işləri öhdəsinə götürərsə, Allah yanında olan hüquqlarından biri bu olacaq Allah onu qiyamət günün qorxusundan və məhşərdəki qovğadan, o böyük hesab-kitabdan amanda saxlayacaq və asanlıqla onu cənnətə daxil edəcəkdir.

 

  Bu rəvayəti ona görə bəyan etdim ki, ruhanilərin birinci əsas işi bundan başlayır. Elmi hövzələrin əsasən təşkili, insanın dini, Allahın hökmlərini və kitabını qavramasından ötrüdür. Belə olduqda ictimaiyyətdə, öz ehtiyacı qədər məşğuliyyət tapar, cəmiyyətin yanında olar və onlarla əlaqədə olacaqdır. Ruhanilərin cəmiyyətdən kənar olması 100% dinimizə zidd olan işlərdəndir. Bunlara etinasızlıq etmək və cəmiyyətdə nə baş verdiyini bilməmək düzgün deyil və dinimizin ziddir./https://fazellankarani.com/

We use cookies to enhance your browsing experience, serve personalized ads or content, and analyze our traffic. By clicking "Accept", you consent to our use of cookies. learn more Accept