avatar

11 Mar, 2025,

Düzəliş edildi 07 Apr, 2025

İslam dinində hər yerdə və hər şeyə and içməyi qadağanmı etmişdir ?!

AND İÇMƏK  -- Pak və müqəddəs Allaha and içməyin qadağan olunması
 

Quran:«Yaxşılıq etməkdən, təqvalı olmaqdan, xalq arasında barışıq yaratmaqdan kənar durmanız üçün Allahı öz and yerinizə çevirməyin. Allah eşidən və biləndir.»
İmam Sadiq (ə):«Allaha, doğru da olsa, yalan da olsa and içməyin. Çünki Allah-taala buyurmuşdur:«Allahı öz andlarınıza vasitə etməyin.»
 

Yalan and içmədən çəkinmək
«Səvabul-əmal» kitabından:«Allah-taala buyurmuşdur:«Mən öz rəhmətimi yalandan and içən şəxsə şamil etmərəm.»
 

Allahın Peyğəmbəri(s):«Yalandan and içməkdən çəkinin. Çünki bu iş evləri sakinsiz qoyar.»
İmam Sadiq (ə):«Hər kəs yalan olduğunu bildiyi halda and içsə Allaha qarşı müharibəyə qalxmışdır.»
 

İmam Sadiq (ə):«Məcburən yalandan and içmək özündən sonra qalan övladlara yoxsulluq gətirər.»
 

Zalıma and içdirməyin yolu
İmam Əli (ə) :«Zalıma and içdirmək istəyəndə, ona «Mən Allahın qüvvət və qüdrətindən uzaq olum» dedizdirərək and içirdin. Çünki əgər yalandan buna and içmiş olsa çox tez bir zamanda öz cəzasına çatar. Ancaq, «And olsun Allaha, Ondan başqa Allah yoxdur» desə Allah cəza verməyə tələsməz. Çünki Allah-taalanı vahidliyi ilə mədh etmişdir.»\\erfan.ir

We use cookies to enhance your browsing experience, serve personalized ads or content, and analyze our traffic. By clicking "Accept", you consent to our use of cookies. learn more Accept