
HƏYA
İmam Əli (ə):«Həya hər gözəlliyə və yaxşılığa çatmaq üçün vasitədir.»
İmam Əli (ə):«Həya bütün yaxşılıqların açarıdır.»
İmam Əli (ə):«İnsanların ən ağıllısı onların ən həyalısıdır.»
İmam Əli (ə) :«Həya pisliyə mane olar.»
İmam Əli (ə):«Həya iffətliliyin səbəbidir.»
Həya və iman
Allahın Peyğəmbəri (s):«Hər dinin öz təbiəti vardır, İslamın təbiəti də həyadır.»
İmam Sadiq (ə) :«Həyası olmayanın imanı yoxdur.»
Həyanın qınanıldığı hallar
Allahın Peyğəmbəri (s):«Həya iki növdür: əqldən doğan həya və ağılsızlıqdan törəyən həya. Əqlin həyası elmdir, axmaqlığın həyası isə cahillik.»
İmam Əli (ə):«Utancaqlıq məhrumiyyətə yaxındır.»
İmam Əli (ə):«Utancaqlıq ruzinin yolunda maneədir.»
İmam Əli (ə):«Kim haqqı deməyə utanırsa axmaqdır.»
Həyasızlığın nəticəsi
Allahın Peyğəmbəri (s):«Peyğəmbərlərin (ə) misallarından xalq arasında bu sözdən başqa bir şey qalmayıb:Həyan olmasa, istədiyin hər işi et.»
İmam Əli (ə):«Xalqdan həya etməyən kəs, Sübhan olan Allahdan da həya etməz.»
Allahın Peyğəmbəri (s):«Allahdan öz yaxşı qonşularından həya etdiyin kimi həya et. Çünki Allahdan həya etmək əminliyi artırar.»
Allahın Peyğəmbəri (s):«Hər biriniz gecə və gündüz sizin kənarınızda olan iki mehriban qonşudan həya etdiyiniz kimi, özünüzlə birgə olan iki mələkdən də həya etməlisiniz.»
İmam Kazim (ə):«Aşkarda insanlardan həya etdiyiniz kimi, gizlində də Allahdan həya edin.»
Həyanın zirvəsi
İmam Əli (ə):«Həyanın zirvəsi, insanın özü- özündən həya etməsidir.»\\erfan.ir