
Camaatla mehriban davranmaq
Allahın Peyğəmbəri (s):«Rəbbim mənə vacibləri yerinə yetirməyə fərman verdiyi kimi, xalq ilə mehriban rəftar etməyimi də əmr edib.»
Allahın Peyğəmbəri (s): «Xalqa mehribanlıq göstərmək imanın, onlarla yumşaq və xoşluqla rəftar etmək isə həyatın yarısıdır.»
Allahın Peyğəmbəri (s): «Kimdə üç şey olmasa onun heç bir əməli kamil olmaz. Bu onu Allaha itaətsizlikdən çəkindirən pəhrizkarlığ və mənəvi paklıq, insanlarla mehriban davranmağına səbəb olan gözəl əxlaq və xoş xasiyyət, onunla cahil adamların nalayiq rəftarını özündən uzaqlaşdırdığı dözüm və helmdir.»
İmam Əli (ə): «Əqlin meyvəsi insanlarla mehriban davranmaqdır.»
İmam Əli (ə): «Dinin və dünyanın salamatlığı xalqla mehriban olmaqdır.»
İmam Əli (ə): «Öz düşmənləri ilə mehriban davranan kəs, müharibələrdən amanda olar.»
İmam Əli (ə): «Əgər xoşluqla rəftar etmək bir kəsi islah etmirsə, ağır cəza vermək onu düzəldər.»
İmam Əli (ə) öz səhabələrini məzəmmət edərkən: «Nə vaxta qədər sizinlə kürəyində yara olan cavan dəvələr və köhnəlmiş paltarlarla davranılan kimi ehtiyatla rəftar edəcəm?! Bir tərəfdən tikiləndə, o biri tərəfdən sökülən paltarlar kimi... Mən bilirəm, sizi nə islah edər, sizin əyriliyinizi və azğınlığınızı nə düzəldər. Amma mən sizin islah olunmanızı, özümü xarab etmək bahasına başa gəlməsini rəva bilmirəm.»