
– “Oruc – cəhənnəm atəşindən qorunmaq üçün bir sipərdir”. – “Oruc tutan adamın yuxusu da ibadət sayılar; bu şərtlə ki, öz müsəlman qardaşının arxasınca qeybət etməsin”. – “Müsəlman şəxsin oruc tutması Şeytanın üzünü qara edər”.
– “Oruc tutan adam iki dəfə sevinər: iftar açanda və qiyamətdə – Allahın mərhəmətinin şahidi olanda”. – “Allah-təala buyurub: “Oruc mənim üçün tutulur, onun mükafatını da mən özüm verəcəyəm”.
– “Canım ixtiyarında olan Allaha and olsun ki, oruc tutan adamın ağzının iyi Allah yanında müşk ətrindən daha üstündür”. – “Oruc tutun ki, sağlam olasınız”. – “Əsil yazıq şəxs odur ki, Ramazan ayında günahlardan bağışlanma fürsətini əldən vermiş olsun”. – “Ramazan ayında qılınmış bir vacib namaz, başqa aylardakı yetmiş namazdan əfzəldir. Bu ayda hər kim mənə çoxlu salavat göndərsə, qiyamət günündə əməllər hesablananda xeyir əməlləri ağır gələr. Bu ayda Qurandan bircə ayə oxuyan şəxs, başqa aylarda bütöv Qur’anı başa vurmuş adam qədər savab qazanar”.
– Peyğəmbər iftar zamanı xurma ilə iftar açmağa çalışardı. Xurmanın təzəcə yetişdiyi vaxtlarda nübar xurma yeyərdi. – Peyğəmbər Ramazanda əsirləri azad edər, dilənçilərə pay verərdi. – Peyğəmbər Ramazanın son ongünlüyündə yatağını yığışdırıb kənara qoyardı. İyirmi üçüncü gecədə ailə üzvlərini yuxudan oyadardı ki, əhya saxlasınlar; yuxulu olanların üzünə su çiləyərdi.
İmam Əli (ə): – “Ramazan ayında çoxlu dua və istiğfar edin. Dua sizdən bəlanı uzaqlaşdırar, istiğfar isə günahlarınızı məhv edər”. – “Sizə Ramazan ayında oruc tutmağı tövsiyə edirəm, çünki bu ayın orucu günahların qarşısını kəsən möhkəm divardır”.
– “Dil orucu qarın orucundan, qəlb orucu isə dil orucundan üstündür”. – İmam Əli (ə) Ramazan ayında hər axşam ehsan süfrəsi açıb camaata iftar verərdi. Süfrə yığışdırılandan sonra camaata nəsihət verib xütbə söyləyərdi.
– İmam Əli (ə) xəlifəlik dövründə başqa günlərdə olduğu kimi, Ramazan ayında da axşamlar hava qaralandan sonra şəhərdəki kasıbların evinə, kimsəsiz qocalara, şəhid ailələrinə yemək aparardı, amma özünün kimliyini gizli saxlayardı. Yalnız Əli (ə) şəhid oduqdan sonra camaat başa düşdü ki, onlara yemək gətirən şəxs xəlifənin özü imiş.//islam.az