
Vahabilərin şirk hesab etdikləri məsələlərdən biri ölü üçün verilən sədəqə və nəzirdir. “Fəthul Məcid” kitabı bu barədə deyir:
“Ziyarət, ehsan və nəzir yığılan müqəddəs məkanlar, şərafətli abidələr və övliyaların qəbirləri şeytan yuvasıdır. Zeynəbiyyə, Rəəsul Hüseyn, Suriya, Kərbəla, Nəcəf şəhərləri kimi yerlərdə dayanmaq belə haramdır”.
Bu kitabların şərhçisi isə belə deyir: “Əvvəllər Hicazda belə məkanlar var idi. lakin, Məlik Əbdül Əziz Ali Səudun qüdrəti ilə viran oldu və qalanların da dağılmasına ümüd edirik”.[1] [1] “Fəthul Məcid”, səh. 137.
Şiənin müqəddəs məkanlarda nəzir, sədəqə paylaması yalnız Allah razılığını əldə etməkdən ötrü olub heç bir şirklə bulaşığı yoxdur. Zehnə gələn şey budur ki, nə üçün cavanların fitnə-fəsada batdıqları zaman, İslam dövlətlərinin sərvətinin qarət olunduğunu, İslam mədəniyyəti, sivilizasiyasının unudulub məhv olduğunu qulaq ardına alıb özlərini görməməzliyə vururlar, lakin daim ehsan, sədəqə, din xadimlərinin qəbirlərini ziyarət etmək xırdalıqlarına vararaq bütün müsəlmanların problemlərinin bundan mənbələndiyini təkid edirlər?!
Nə üçün onlar Avropa xadimlərinin cəsədlərinin mumiyalandıqları, ixtiraçıla-rın çürümüş sümüklərinin belə qorunub saxlanması, alimlərin xatirəsini əbədi yaşatmaq səylərini bildikləri halda belə, din xadimləri, xüsusilə hidayət və ziya çeşməsi olan Məsum İmamların (ə) məqbərə və abidələrini xarabalığa çevirməyə çalışır, onların ziyarətinin tərəqqiyə mane olduğunu söyləyirlər?!