Orucun faydaları haqda məsumların hədisində nə buyurulmuşdur?


Orucun faydaları haqda məsumların hədisində nə buyurulmuşdur? Hədislərin nəzərinə görə orucun faydaları:
1. Oruc bədəni sağlam edər. Həzrət Peyğəmbər (s) buyurur: “Oruc tutun ki, sağlam olasınız”.
2. İqtisadi tarazlıq. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, Allah orucu vacib etmişdir ki, onun vasitəsilə yoxsullar ilə zənginlər arasında bərabərlik meydana gəlsin.
3. İffətli olmaq. Oruc şəhvətin tüğyanının qarşısını ala bilən ibadətlərdəndir. Ona görə də iffət ilə oruc arasında sıx rabitə mövcuddur.
4. Qəlb hüzuru. İ. Baqir (ə) buyurur: “Oruc və həcc insan qəlbinə hüzur verər”.
5. Behiştə daxil olmaq. Peyğəmbər (s) buy: “Behiştdə Rəyyan adlı bir qapı vardır ki, oradan ancaq oruc tutanlar keçər”.
6. Mələklər dua edər. Peyğəmbər (s) buy: “Allah mələkləri vəzifələndirmişdir ki, oruc tutanlara dua etsinlər”.
7. Dualar yerinə yetər. İ. Rza (ə) buyurur: “Oruc tutanların iftar zamanı duaları yerinə yetər”.
8. İxlas. Həzrət Zəhra (s.ə) buyurur: “Allah orucu ixlası möhkəmləndirmək üçün vacib buyurmuşdur”.


İmam Zamanın dilindən (ə.c) dua bir münacat olaraq nəql olunmuşdurmu?


İmam Zamanın dilindən (ə.c) dua bir münacat olaraq nəql olunmuşdurmu? Mərhum Abbasi Qumi yazdığı çox dəyərli duallar kitabı olan Məfatihul cinan kitabında İmam Zamanın (ə.c) dili ilə Allaha müraciəti bir minacat olaraq dua kitablarında qeyd olmunmuşdur. Hər bir mömin şəxsə tövsiyə olunur ki, Allaha qarşı İmam Zamanın (ə.c) zühurunun tezliyi üçün bu duanı oxusunlar. Həzrət Mehdi(ə.f) duası :
«Əllahummə əzuməl bəlau və bərihəl xəfa vənfəşəfəl ğita və zaqətil ərzu bima vəsiətis səma və iləykə ya rəbbil muştəka və ələykəl muəvvəlu fiş şiddəti vər rəxa Əllahummə səlli əla Muhəmmədin və ali muhəmməd əlləzinə əmərtəna bitaətihim və əccillahummə fərəchum biqaimihim və əzhir i\'zazəhu ya Muhəmmədu ya Əliyyu ya Əliyyu ya Muhəmməd ikfiyani fəinnəkuma kafiyay ya Muhəmmədu ya Əliyyu ya Əliyyu ya Muhəmməd unsurani fəinnəkuma nasiray ya Muhəmmədu ya Əliyyu ya Əliyyu ya Muhəmməd ihfizani fəinnəkumma hafizay ya Məvlayə ya Sahibəz zəman ya Məvlayə ya Sahibəz zəman ya Məvlahə ya Sahibəz zəman əl ğəvs əl ğəvs əl ğəvs ədrikni ədrikni ədrikni əl əmanə əl əmanə əl əman»


Şəban ayının axırıncı gününün niyyəti necə olur?


Şəban ayının axırıncı gününün niyyəti necə olur? Cavab: Bütün müctəhidlərin rəyi:
Xeyr, o gün oruc tutmaq vacib deyil. Amma oruc tutmaq istəsəniz ramazan ayının niyyətini edə bilməzsiniz. Şəban və ya boynunuzdakı qəza orucu üçün niyyət etməlisiniz. Sonradan bilinsə ki, ramazan ayı imiş, tutduğunuz oruc ramazan ayından sayılacaq. Əgər günün yarısında bilsəniz, gərək təxirə salmadan öz niyyətinizi ramazan ayının orucuna çevirəsiniz.


Yövmüş-şəkk nədir?


Yövmüş-şəkk nədir? Yövmüş-şəkk “şəkk günü” deməkdir, əsasən ramazan orucu ilə bağlı işlədilir. İnsan şəbanın son günü yoxsa ramazanın əvvəli olmasını dəqiq bilməsə, həmin gün yövmüş-şəkk sayılar. Eləcə də, əgər orucluğun sonunda ramazanın son günü yoxsa şəvvalın ilk günü olmasında şəkk etsə, bu da yövmüş-şəkk hesab edilir. Yövmüş-şəkkin hökmü budur ki, əgər ramazanın başlayıb-başlamadığına şəkk etsə (yəni bilməsə ki, bu gün şəbanın sonudur ya ramazanın əvvəlidir), bu halda oruc tutmaya da bilər. Əgər həmin günün ramazandan olduğunu sonralar bilsə, orucu qəza etməlidir. Əgər oruc tutsa, bunu qəza və ya müstəhəb oruc niyyəti ilə tutsa daha yaxşıdır. Əgər gün ərzində ramazan ayının girdiyini öyrənsə, orucun niyyətini vacib ramazan orucu niyyətinə çevirər. Ramazanın son günü yoxsa bayram günü olmasında şəkk edən adam həmin gün oruc tutmağa davam etməlidir. Amma gün ərzində öyrənib bilsə ki, ramazan bitib – o halda gərək orucunu pozsun və bayram eləsin.


2016-cı ilin iyun ayı üçün İslam təqvimi hansılardır?


2016-cı ilin iyun ayı üçün İslam təqvimi hansılardır? Bu ilin İyun ayının dini təqvimlə baş verən hadisələrin tarixi:
3 iyun - 27 şaban - İslam İnqilabının banisi İmam Xomeyninin vəfatı 1989-ci il
16 iyun - 10 ramazan - Həzrət Xədicənin (s.ə) vəfatı
21 iyun - 15 ramazan - İmam Həsənin (ə) mövludu
24 iyun - 18 ramazan – 1-ci Qədr gecəsi
25 iyun - 19 ramazan - İmam Əlinin (ə) zərbətlənməsi
26 iyun – 20 ramazan - 2-ci Qədr gecəsi
27 iyun - 21 ramazan - İmam Əlinin (ə) şəhadəti
28 iyun - 22 ramazan – 3-cü Qədr gecəsi. Qeyd edək ki, Ramazan ayının əvvəli ay çıxmaqla bəlli olacaq.


Peyğəmbər (s) Ramazan ayında hansı əməli daha çox tövsiyə etmişdir?


Peyğəmbər (s) Ramazan ayında hansı əməli daha çox tövsiyə etmişdir? Peyğəmbərin (s) İmam Əliyə (ə) buyuruğunda Ramazan ayının ən gözəl əməli haramlardan çəkinməkdir:
İmam Əli (ə): «Bir gün Allahın Rəsulu (ə) bizə xütbə söyləyən zaman buyurdu:
«Ey insanlar! Həqiqətən bərəkət, rəhmət və bağışlanmaq ayı sizə doğru gəlməkdədir. Bu ay Allahın yanında ən üstün ay, günləri ən yaxşı günlər, saatları isə ən yaxşı saatlardır. Bu ayda siz, Allahın qonaqlığına də‘vət olunmusunuz və Allahın kəramətindən bəhrələnənlərin cərgəsində dayanmısınız. Bu ayda sizin nəfəsləriniz Allaha təsbih, yuxunuz ibadətdir, əməlləriniz qəbul, dualarınız müstəcəbdır…» Mən qalxıb ərz etdim: «Bu ayda ən yaxşı əməl nədir?»
Allahın Peyğəmbəri (s.a.a.) buyurdu: «Ey Əbəl-Həsən! Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir.»


Yüksək təzyiqdən əziyyət çəkənlərə 8 SADƏ MƏSLƏHƏT hansılardır?


Yüksək təzyiqdən əziyyət çəkənlərə 8 SADƏ MƏSLƏHƏT hansılardır? Hipertoniya xəstəliyi infarkt və insult kimi ağır pozulmaların əsas səbəbidir. Bu səbəbdən bu xəstəliyi vaxtında aşkar etmək və düzgün müalicə etmək həyati vacibdir. Hipertoniya xəstəliyinin müalicəsi tək dərman preparatların qəbulu ilə qurtarmır. Bu sadə məsləhətlər sizə təzyiqi normada saxlamağa kömək edəcək:
1. Arıqlayın. Bir çox hallarda hipertoniya artıq çəki və piylənmə fonunda inkişaf edir.
2. Qidalanmanızda duzu azaldın. Duzun tərkibində olan natrium orqanizmdə mayeni saxlayır və bu da təzyiqin qalxmasına səbəb olur.
3. Yağların qəbulunu azaldın. Yağlı ət, kolbasa-sosis, heyvan piyi qidalanmanızdan çıxarılmalıdır.
4. Tərkibində kofein olan içkiləri (tünd çay, qəhvə, koka-kola, \"enerji içkilər\") içməyin.
5. Siqaret çəkməkdən imtina edin. Siqaret çəkmək damarların sıxılmasına (spazm) səbəb olur...


İmam Səccad (ə) hədisində deyilir insanın başına hər gün 3 bəla gələr?!


İmam Səccad (ə) hədisində deyilir insanın başına hər gün 3 bəla gələr?! İmam Səccad (ə): «Zavallı insan! Hər gün başına üç müsibət gələr, amma heç birindən də ibrət götürməz. Əgər ibrət götürsəydi dünyanın çətinlikləri və işləri ona asan gələrdi.
Birinci müsibət, onun ömründən azalan bir gündür. Onun malından bir şey azalarsa qəmli olar. Halbuki, malın varisi var, ancaq ömürdən itirilənlərin yerini doldurmaq mümkün deyil.
İkinci müsibət budur ki, öz ruzisini tam şəkildə əldə edir. Əgər halal yolla olsa hesab-kitabını verəcək, haram yolla olsa cəzasını çəkəcək.
Üçüncü müsibət bunlardan böyükdür.» Ərz etdilər: «O nədir?» Buyurdu: «Keçirdiyi elə bir gecə-gündüz yoxdur ki, axirətə bir mənzil daha yaxınlaşmasın. Amma bilmir cənnətə tərəf, ya cəhənnəmə?» Biharul-Ənvar, c.78, səh.160, hədis 20


Dua və hacətlərin qəbulu üçün hansı əməl və zikri deyək?


Dua və hacətlərin qəbulu üçün hansı əməl və zikri deyək? Duanın qəbulu üçün salavat zikri: Məhəmməd və Ali-Məhəmmədə salavat zikr etmək peyğəmbər qarşısında ədəb göstəricisi və duanın qəbul olma səbəbidir. Bəzi rəvayətlərdə bildirilir ki, duanın qəbulu üçün onu Məhəmməd və Ali-Məhəmmədə salavat göndərməklə başlayın. Çünki Məhəmməd və Ali-Məhəmmədə salavat həmişə qəbul olur. Allah isə birinci duanı qəbul edib, ikinci duanı qəbul etməməkdən daha kəramətlidir. Başqa bir rəvayətdə göstərilir ki, duanızı salavatla başlayıb, onunla qurtarın. Bununla da sizin duanız iki qəbul olunmuş duanın arasında qəbul edilsin. Çünki Allah duanın əvvəlini və axırını qəbul edib, ortasını qəbul etməməkdən daha kəramətlidir. Bu böyük duanın da əvvəlində və hər hissəsindən sonra Məhəmməd və Ali-Məhəmmədə salavat zikr olunmuşdur.
İmam Kazim (ə) buyurur: \"Allahdan bir hacət isətəyəndə: Pərvərdigara! Muhəmməd və onun Əhli Beytinin haqqına Səndən istəyirəm. Çünki o ikisinin sənin yanında (ali) məqamları vardır.


Qurandan hansı ayəni oxuyaq ki insanlar qarşısında əl uzatmayaq?


Qurandan hansı ayəni oxuyaq ki insanlar qarşısında əl uzatmayaq? Hər gün bu ayəni oxumaqla insanlara möhtaclıqdan azad ola bilərsən:
Heç nəyə ehtiyacın olmaz, bütün hacətlərin yerinə yetər: “Camiul əd’iyə” kitabında rəvayət olunmuşdur ki, kim sübh namazından sonra heç bir söhbət etmədən 7 dəfə Bəqərə surəsinin 137-ci ayəsini oxusa Allah həmin gün onun bütün işlərini düzəldər. Kim bu ayəni bütün vacib namazlardan sonra oxusa heç nəyə ehtiyacı olmaz və bütün hacətləri yerinə yetər: Fə səyəkfiikəhumullaah, və huvəs səmii”ul ”aliim》
Allah sənə (tezliklə sənin intiqamını) onlardan (almağa) kifayət edər. O, (hər şeyi) eşidəndir, biləndir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter