Peyğəmbərin (s) müsəlmanlara təklifi və İmam Əlinin (ə) Allah razılığı üçün düşüncəsi nə oldu?


Peyğəmbərin (s) müsəlmanlara təklifi və İmam Əlinin (ə) Allah razılığı üçün düşüncəsi nə oldu? Əhvalat: Zahirən dünyəvi əməl Allahın razılığı üçün ola bilər!
Mənaqib kitabında Həzrət Əli (s) ilə bağlı maraqlı bir əhvalat yer alıb...
Bir gün İslam Peyğəmbərinə biri iri, biri kök olmaqla iki dəvə bağışladılar. Həzrət (s) səhabələrə buyurdu ki, kim iki rəkət namaz qılsa və namazın əvvəlindən sonuna qədər dünya barədə fikrindən nəsə ötməsə dəvənin birini ona bağışlayacağam. Kimsə dinmədi.
Əli (ə) dedi ki, mən dediyiniz kimi namaz qılaram. Namaza başladı və sona çatdırdı. Peyəmbər buyurdu: Ya Əli, namazın salamında fikrindən keçdi ki, iri dəvəni götürüm, yoxsa kök dəvəni?..” Cəbrail nazil oldu və ərz etdi: “Ey Allahın Rəsulu, dəvəni Əliyə ver. Əli dünya yox, Allahın razılığını düşünürdü. Düşünürdü ki, iri, yoxsa kök dəvəni Allah yolunda qurbanlıq edib, sədəqə versə yaxşıdır? Dəvəni Əliyə ver!


İnsanı peyğəmbərlik məqamının astanasına çatdıran xislət hansıdır?


İnsanı peyğəmbərlik məqamının astanasına çatdıran xislət hansıdır? İnsanları peyğəmbərlərdən ayıran, bu müqəddəs insanlar və möcüzə sahiblərinə Allah tərəfindən vəhyin edilməsidir. Vəhy peyğəmbərlərə məxsus bir işdir. Onlar vəhyə sahib olmaq fəziləti ilə yanaşı, cəmiyyətlərində ən üstün əxlaqi keyfiyyətlərə sahib olmaqla da seçilirlər. Onlar nümunə olmalıdırlar. Bu, amil onları kütlə içində ən fəzilətli edir. Lakin adi insalarda olan bəzi xislətlər də onları peyğəmbərlik məqamının astanasına qədər yüksəldə bilər. Hədislərə əsasən bu səbr və dözüm hissidir.
Əllamə Məclisi Bəharul-Ənvar əsərində 43-cü cilddə dözüm və səbr barədə Məhəmməd peyğəmbərdən belə bir hədis nəql edir: “Dözümlü və səbirli insan az qalıb ki peyğəmbər olsun”. Hədislərə əsasən dözüm hissi təkcə müsibətlər və bəlalar qarşısında deyil, günahları tərk edən zaman və ibadətləri yerinə yetirən zaman insanın qatlaşdığı əzab-əziyyətlər qarşısındakı səbirə də deyilir. Dözüm insanın bütün işlərinə qalib olmalıdır” Həqiqi dözüm və səbrin bütün şərtlərini nəzaərə alaraq, şahid oluruq ki yalnız həqiqi dözüm və səbr xisləti bir mömini peyğəmbərlik pilləsinin astanasına qədər apara bilər.


Mərhum Behcət (r) Ayətullah Xameneiyə (ə) hansı duanı oxumağı tövsiyə edib?


Mərhum Behcət (r) Ayətullah Xameneiyə (ə) hansı duanı oxumağı tövsiyə edib? Ayətullah Seyyid Əli Xamenei Qum hövzəsi tələbələrinin qarşısında etdiyi söhbətlərinin birində o dahi arifin və müctəhidin mənəviyyatla dolu həyatından danışarkən onun tövsiyə etdiyi duaya işarə edib.
Ayətullah Xamenei deyib: “Mərhum Behcət Ağa (Allah ondan razı olsun) buyurdu ki bu duanı çox oxuyun: Ya Allahu, Ya Rəhmanu, Ya Rəhim, Ya Muqəllibəl-qulub, Səbbit qəlbi əla dinik. (Ey Allah Ey Mərhəmətli vəRəhimli Allah, Ey qəlbləri alt-üst edə bilən Allah, Mənin qəlbimi öz dinində sabitqədəm et”
Ayətullah Xamenei söhbətini belə davam edir: “ Ayətullah Behcət bu duanı tövsiyə edib. O bununla yanaşı dua ilə bağlı fikrimizə gələn iradları da cavablandırıb. Əgər kimsə “Mənin qəlbimi öz dinində sabitqədəm et” deyirsə fikiləşə bilər ki, bəs biz hazırda dində və din yolunda deyilikmi?. Ayətullah Behcət buyurardı ki dində olanların (iman) təbəqəsi və səviyyəsi müxtəlifdir. Ona görə hər kəsə bu duanı etmək düşər. Əgər imanlı bir insan “Mənin qəlbimi öz dinində sabitqədəm et” deyirsə o Allahdan imanın yuxarı pillələrində qalmağı iltimas edir\"


Ruzini azaldan mənəvi səbəblər hansılardır?


Ruzini azaldan mənəvi səbəblər hansılardır? Bütün İnsanların ruzisi Allah Taala (c.c) tərəfindən bölünmüş və təyin olunmuşdur. Amma təəssüf olsun bəzi insanlar bəzi günah və Allahın bəyənmədiyi əməllərlə öz ruzi və qismətlərini azaldan və ya məhv edərlər. Ruzini azaldan əməllərdir bunlar:
1. Qəzayi-hacət (ayaqyoluna getmək) üçün yataqdan çılpaq durmaq,
2. Yemək zamanı əlləri yumamaq, 3. Çörək qırıntılarına ehtiramsızlıq etmək,
4. Soğan və sarımsaq qabığını yandırmaq, 5. Evin qapısının astanasında oturmaq,
6. Evi gecə süpürmək, 7. Evi paltarın bir tərəfi ilə təmizləmək,
8. Başı və üzü paltarın qolu ilə qurulamaq, 9. Çirkli qabları gecə yumamaq,...


Həqiqi möminin sifətləri hansılardır?


Həqiqi möminin sifətləri hansılardır? Həqiqi mömini səciyyələndirən bir sıra xüsusiyyətlər vardır:
1. Möminlərin yardımına tələsmək. Peyğəmbər (s) buyurur: “Hər kim qəribə qürbətində hörmət edərsə behişt onun üçündür”.
2. Başqalarına qarşı ədalətlidir. Həzrət Peyğəmbər (s) buyurur: “Bir saat ədalət 70 il ibadətdən yaxşıdır”.
3. Peyğəmbərimizə (s) salavat göndərər. Peyğəmbər (s) buyurur: “Hər kim bir dəfə mənə salavat göndərərsə, günahından bir zərrə qalmaz”.
4. Xəstələri ziyarət edər və dəfn mərasimində iştirak edər. Peyğəmbər (s) buyurur: “Hər kim din qardaşı ilə elə görüşər ki, onu sevindirər, Allah da Qiyamət günü onu sevindirər”.
5. Allahı zikr edər. Allah buyurur ki, Məni yada salın ki, Mən də sizi yada salım.
6. Sədəqə verər və infaq edər. Həzrət Peyğəmbər (s) buyurur: “Sədəqə hadisəni dəf edər; Səqədə pis ölümü dəf edər”.
7. Yerində sükut edər. Peyğəmbər (s) buyurur: “Hər kim sükut edər, nicat tapar. Allah rəhmət etsin o kəsə ki, yaxşı danışar və bəhrələnər...


Ayətullah Behcətin ölüm öncəsi vəsiyyəti nə idi ?


Ayətullah Behcətin ölüm öncəsi vəsiyyəti nə idi ? Dünya şöhrətli arif və müctəhid Ayətullah Behcətin vəsiyyəti
İslaminSesi xəbər verir ki Ayətullah Məhəmməd Təqinin vəfatından yeddi il keçir.
Milyonlarla müqəllidi və müridi olan mərhum ayətullah Behcətin ölüm öncəsi vəsiyyətində gəlib ki, o həzrət əmlakının üçdə birinin İmam Hüseynə (ə) təziyə məclislərinin qurulmasına sərf edilməsini istəyib.
28 yaşında müctəhidlik dərəcəsinə çatan Ayətullah Behcətin İmam Hüseynə eşqi o qədər böyük olub ki, o həzrət Aşura Ziyarətini gündəlik oxuyar və onu heç bir gün tərk etməzdi.
Mərhum Qərəvi İsfahani bildirir ki, “Behcət Allaha həmişə dua edərdi ki, Aşura Ziyarəti heç bir gündə onun tərəfindən tərk edilməsin. O Aşura Ziyarətini 100 lən və 100 salamla birgə hər gün oxuyardı”.


İmam Əlinin (ə) mübarək dilindən münafiqlərin 16 xüsusiyyəti hansılardır?


İmam Əlinin (ə) mübarək dilindən münafiqlərin 16 xüsusiyyəti hansılardır? İmam Əli (ə) “Nəhcul-bəlağə”də nifaq əhlinin bir çox sifətlərinin adını çəkmişdir. Bu gün münafiqləri tanımaq üçün bu çox mühüm və zəruridir:
1. Yolunu azmaq. Onlar həm özləri yolunu azıblar və həm də başqalarını həqiqi yoldan azdırırlar. “Onlar yolunu azıb və yolunu azdırandırlar”. 2. Xatakarlıq. Onlar haqq yolunda xata işlədər və başqalarını da xataya sövq edərlər. “Münafiqlər xatakar və xataya sövq edənlərdir”. 3. Cürbəcür rəngdə olmaq. Heç bir əqidəyə və məktəbə tabe deyildirlər. İ. Əli (ə): “Müxtəlif rənglərlə boyanarlar, müxtəlif fitnələr törədərlər”. 4. Yoldan azdırmaq üçün tələ qurmaq. İ. Əli (ə): “Münafiqlər hər bir aşkar və gizli vasitədən sizə zərbə vurmaq üçün istifadə edərlər...”. 5. Xəstəqəlbli və zahirə önəm verən. İ. Əli (ə): “Onların qəlbləri xəstə və zahirdə isə bəzənmişdilər”. 6. Gizli hərəkətlər. İ. Əli (ə): “Gizlində addım atarlar, xəstəlik kimi bədənə nüfuz edərlər”.
7. Danışıqları dərman, rəftarları dərddir. İ. Əli (ə): “İzahları dərman, sözləri şəfabəxş edər. Ancaq əməlləri dərman qəbul etməyən dərddir”. 8. Düşüncələri dar olar və məyusluq icad edər. İ. Əli (ə): “İnsanların rifahına paxıllıq edər, insanların ümidini naümid edərlər”...


Quranda adı çəkilən, vədinə sadiq olan İsmail kimdir?


Quranda adı çəkilən, vədinə sadiq olan İsmail kimdir? Cavab: Qurani-kərimin “Məryəm” surəsində buyurulur: “Kitabda (Quranda) İsmaili də yada sal! O öz vədinə sadiq və bir elçi, bir peyğəmbər idi. O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı” (54-55ci ayələr). Bu İsmayıl Peyğəmbərin (ə) şəxsiyyəti barədə fikirlər fərqlidir. Bəzi təfsirlərdə onun İbrahim Peyğəmbərin (ə) oğlu İsmayıl (ə) olduğu bildirilir. Amma bəzi sübutlar bunu rədd edir. Əvvəla, “Məryəm” surəsində əvvəlcə İbrahimlə İsmailin (ə), daha sonra Musa ilə Harunun (ə) adı çəkilir, ardınca İsmayıl sadiqül-vəddən (ə) danışılır. Əgər bu iki İsmayıl (ə) eyni olsaydı, bir yerdə zikr olunardılar.
Hədislərdə deyilir ki, İsmayıl sadiqül-vəd (ə) İbrahim Peyğəmbərin (ə) oğlu deyildi. Ona bu ləqəbin verilməsinin səbəbi bu idi ki, bir nəfərlə müəyyən yerdə görüşməyə söz vermişdi. Təyin olunan vaxt İsmayıl (ə) həmin yerə gəlsə də, o biri adam gəlmir. İsmayıl (ə) bir il ərzində hər gün həmin saatda o yerə gəlir və bir neçə saat o adamı gözləyir. Bir ildən sonra o adam görüşü xatırlayır, həmin yerə gələndə İsmayılın (ə) orada gözlədiyini görür.


Bütün şəhidlərin qibtə etdiyi insan kimdir?


Bütün şəhidlərin qibtə etdiyi insan kimdir? Abbasın Ulu Allah yanında elə bir məqamı vardır ki qiyamət günündə şəhidlərin hamısı onu görüb qibtə edərlər! İslaminSesi xəbər verir ki bu hədisi Şeyx Səduq əl-Əmali əsərində İmam Səccaddan (ə) nəql edibdir.
İmam buyurur ki həzrət Əbul-Fəzl Abbas Kərbəlada etdiyi şücaətlər və fədakarlığa görə Allah ona özünəməxsus dərəcə veribdir ki bu bütün şəhidlər üçün əlçatmazdır
On ikinci İmam həzrət Əbul-Fəzlə belə salam göndərir: “Salam olsun Əbəl-Fəzlə! Salam olsun Əmirəlmöminin oğlu Abbasa! Qardaşının dərdinə şərik olan böyük şəxs ki canını ona fəda etdi. O dünənki günündə sabahkı gününü təmin etdi. Qardaşına fəda olub onu qoruyan insan. Suyu çatdırmağa çalışdı, amma əlləri qələm oldu.”
İmam Sadiq buyurur: “Əmim Abbasın bəsirəti və möhkəm imanı var idi. Qardaşı Hüseynlə cihada getdi. İmtahandan çox yaxşı çıxdı. Dünyadan şəhid getdi.”...


Möminlərin duasının qəbul olmayacağı zaman hansı əmələ bağlıdır?


Möminlərin duasının qəbul olmayacağı zaman hansı əmələ bağlıdır? Bu zamanda yaxşı insanların duası belə qəbul olmaz!
Cəmiyyət və onun fərdləri arasında müəyyən bir mənfi hala qarşı ictimai qınaq olmalıdır. Fərdlərdə ictimai qınaq olmadıqda cəmiyyət də məsələyə süst yanaşar. Nəticə etibarilə öncə toplumun pis bildiyi tədricən adiləşər bəzən də dəyərə çevrilə bilər. -İslam dinində ictimai qınağı formalaşdıran vacib hökmlər və ondan irəli gələn əməllərdən biri də yaxşı işə sövq etmək, pis işdən çəkindirmək vacibidir. Bu vacib əməl cəmiyyəti mənəvi bəzən də maddi baxımdan toxunulmaz qalmasını təmin edən hökmlərdəndir.
-“əl-Əmrə bil-Məruf” və “ən-Nəhyə ənil-Munkər” Quran ayələrində ən çox təkrarlanan və təkid edilən əməllərdəndir. İslam dinində vacib əməllərin öndə gedənlərindəndir. Buyurulur ki bu əməli yerinə yetirməyən cəmiyyətdən bərəkət alınar və onlara bəlalar nazil olar. -İmam Rza belə xəbərdarlıq edibdir: “İnsanları yaxşı işlərə sövq edin və onları pislərdən çəkindirin! Yoxsa sizin ən pisləriniz sizə hakim kəsiləcək, bu zaman yaxşılarınız nə qədər dua etsə belə qəbul olmayacaq”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter