Qurani-Kərim çətinlikdən xilas olmaq üçün hansı 3 tapşırığı tövsiyə edir?!


Quran bizlərə bəladan uzaq olmaq üçün yollar tövsiyə etmiş və çətinliyə düşən hər kəsə ümid vermişdir. Buyurmuşdur ki, hər bir çətinlikdən sonra mütləq asanlıq gələcəkdir. Allah Təala çətinlikdən uzaq olmağın yollarından birini günahdan çəkinməkdə görür.
“Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar.Və ona güman etmədiyi bir yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, O ona kifayət edər; şübhəsiz, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir; həqiqətən, Allah (varlıq aləmində mahiyyət, kəmiyyət, keyfiyyət, varlıq əlamətləri, ömür müddəti baxımından) hər bir şey üçün müəyyən bir ölçü qoymuşdur”. (“Təlaq” 2-3).
Uca Allahın tövsiyə etdiyi başqa bir yol isə namaza təvəssül etməkdir. Hədislərdə oxuyuruq ki, nə zaman İmam Əli (ə) çətinliyə düşsə idi, namaz qılar və namaz vasitəsilə yardım istəyərdi...


Ramazan ayında Allah-Taala (c.c) oruc tutanlar üçün nələri verər?!


Həzrəti Peyğəmbərdən (s) nəql olunan hədislərdə buyurulur:
Ramazan ayında mənim ümmətim üçün beş üstünlük verildi ki, keçmiş ümmətlərdən heç kəsə verilməmişdir:
1-Allah-Taala (c.c) ramazan ayının birinci gecəsində kimə rəhmətlə baxarsa, heç vaxt onu əzab etməz!
2-Allah-Taala (c.c) dərgahında oruc tutanın ağızının iyisi bütün iyilərdən daha bəyəniləndir!
3-Allah-Taala (c.c) bu ayda oruc tutanlar üçün mələklər qərar verər ki, gecə-gündüz onlar üçün bağışlanma diləsinlər!
4-Allah-Taala (c.c) behiştə əmr edər ki, özünü oruc tutanlar üçün hazırlasın ki, onlar çətin olan dünyadan ayrılaraq ona tərəf gələcəklər!...


Həzrəti Əlinin (ə) hədisinə əsasən 6 dəstə insanla dostluq faydasızdır?!


Həzrəti Əli (ə) dan nəql olunan hədisdə deyilir: Hər kimdə bu xüsusiyyətlərdən olarsa onunla dostluq etməyin faydası yoxdur! Əksinə ziyan verici insanlardırlar:
1-Dostu ilə danışanda yalançılıq etmək onların adətidir!
2-İnsanlar arasında həmişə başqalarını yalançı çıxartmağa çalışanlar! (onlar özlərindən başqa heç kəsi düz bilmir və ücblü-özünüsevənlərdirlər!)
3-O dəstə insanlar ki, başqlarının əmanətinə xəyanət edərlər! Onlarla dostluq xeyir verməzdir!
4-Əmanətdar insanlara töhmət və yalan nisbəti verən şəxslər! (özlərinin yalançı və xəyanətkar olmalarını bu yolla ört-basdır etməyə çalışırlar!)...


“Axtardım...” - İmam Sadiqin (ə) kəlamında ən üstünlər


İmam Cəfər Sadiq (ə) buyurur: “Behişti axtardım və onu bağışlamaqda və alicənablıqda tapdım”.
İmam Sadiq (ə) yenə buyurur: “Sağlığı axtardım və onu (müsbət) inzivada gördüm”.
İmam (ə) buyurur: “Əməl tərəzisinin ağırlığını axtardım, onu Allahın yeganəliyinə və Peyğəmbərin (s) risalətinə şahidlik verməkdə tapdım”.
“Behiştə sürətlə girməyi axtardım, onu Allah Təalaya görə xalis işdə tapdım”.
“Ölümü sevməyin yolunu axtardım, onu Allahı razı salmaq üçün qabaqcadan göndərilmiş sərvətdə (infaqda) tapdım”.


Əhli-Beytin (ə) hədislərinə əsasən qəlbi nurani və sevindirən nələrdir?!


Qəlbin nurani olması üçün bir çox yollar vardır ki, onlarla tanış olaq:
1. Elm və hikmət. İmam Əli (ə) buyurur: “Qəlbini moizə ilə dirçəlt və onu hikmətlə aydınlat”.
2. İman. İmam Əli (ə) buyurur: “İman qəlbdə ağ nöqtə əmələ gətirər. İman hər nə qədər çox olarsa, həmin nöqtə böyüyər”.
3. Yəqin. İmam Əli (ə) buyurur: “Yəqin – nur və aydınlıqdır”.
4. Düşünmək və ağlamaq. İmam Sadiq (ə) buyurur: “Qəlb aydınlığını axtardım və onu ağlamaqda və düşünməkdə tapdım”.


Əhli-Beytən (ə) nəql olunan hədislərə əsasən qeybətin kəffarəsi nədir?!


Həzrət Peyğəmbər (s) buyurur: “Qeybətin kəffarəsi budur ki, qeybət etdiyin şəxs üçün bağışlanma istəyəsən”.
Yenə də Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, qeybətin kəffarəsi nədir? Həzrət (s) buyurur: “Qeybət etdiyin kəsi nə zaman yada salsan, Allahdan bağışlanma istəyəsən”.
Möminin abrını qorumağın mükafatı. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim möminin abrını qoruyar, şübhəsiz ki, behişt ona vacib olar”....


Səbir, alicənablıq, kəramət nədir? İmam Həsən (ə)-dan hədislər


Həzrət İmam Həsən Müctəbaya (ə) sual verirlər ki, səbir nədir? Həzrət (ə) buyurur: “Səbir – yəni qəzəbini yatızdırasan və özünə hakim olasan”.
Sual verirlər ki, bəs alicənablıq nədir? Həzrət (ə) buyurur: “Qəbilənə ehsan etmək və xəsarətlərə dözmək”.
Soruşurlar ki, bəs kəramət nədir? Buyurur: “Xahiş olunandan (istəniləndən) çoxunu bağışlamaq və qəhətlik zamanı yemək verməkdir”.


Qəza və qədər nədir? – Məsumların (ə) mübarək buyuruşları


İmam Əli (ə) buyurur: “Qədər – qaranlıq bir yoldur ki, onu başa vura bilməzsiniz. Dərin bir dənizdir ki, ora daxil olmayın. Allahın sirridir ki, onun üçün özünüzü əziyyətə salmayın”.
İmam Səccad (ə) buyurur: “İlahi qəzaya razı olmaq və səbir etmək – Allaha itaətin əsasıdır. Hər kim İlahi qəza qarşısında səbir və rizaya malik olar – onun üçün xeyirdən başqası olmayacaqdır”.
İmam Sadiq (ə) buyurur: “Həqiqətən qəza və qədər – Allahın iki məxluqudur”.
İmam Rza (ə) buyurur: “Qədərin mənası – bir şeyi uzununa və eninə ölçməkdir. Qəzanın mənası – hökm veriləndən sonra, (həmin) hökmü təsdiq etməkdir”.
İmam Əli (ə) buyurur: “Hadisələr İlahi qəza əsasında baş verir, nəinki insanların istəyi əsasında”....


İnsan Allahı sevib-sevmədiyini necə bilə bilər?


Həzrət İsaya (ə) sual verirlər ki, ən üstün əməl hansıdır?”. Buyurur: “Allahdan razı olmaq və Onu sevmək”.
İmam Sadiq (ə) buyurur: “İlahi övliyaları və onların vilayətini sevmək vacibdir. Onların düşmənlərindən bezar olmaq da lazımlıdır”.
İmam Baqir (ə) buyurur: “Bil ki, (insanlara) yaxın olmaq – Allahdandır. (İnsanlarla) düşmən olmaq – şeytandandır”.
İmam Əli (ə) buyurur: “Məbada Allahın düşmənini sevəsən və ya Allahın dostu olmayanlar üçün dostluğunu xalis edəsən. Çünki hər kəs hansı dəstəni sevər, onlarla məhşur olar”....


İmanlı qalmaq üçün kimdən dəstək almaq zəruridir?!


Allah yolunda dost və düşmən olmaq – öz təsirini həm dünyada və həm axirətdə göstərər. Xüsusilə Allah yolunda dost olanların səmərəsi dünya həyatında təcəlli edər.
Allahın Peyğəmbəri (s) buyurur: “Qiyamət günü İlahi ərşin kənarına bir dəstə insan üçün masalar düzülər. Onların üzləri 14 günlük Ay kimi parlayacaqdır.
Bütün insanlar qəmgindirlər. Ancaq onların qəmi olmaz. İnsanlar qorxarlar, ancaq onlar qorxmazlar. Onlar İlahi övliyalardır ki, heç bir qorxusu və qəmi yoxdur”.
Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, onlar kimlərdirlər? Həzrət (s) buyurur: “Onlar o kəslərdir ki, Allah yolunda dostluq edərlər”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter