Namazın salamlarının mənası və kimlərə aiddir?!


Həzrət Əli (ə) buyurur: “O zaman ki, “Əssəlamu-əleykum”u, hamıya xitab edərək deyərsiniz, mənası bu olar ki, hamınız Qiyamət günü Allahın əzabından amandasınız”.
İmam Sadiq (ə) buyurur: “Hər bir namazın sonunda deyilən salamın mənası amanda olmaq deməkdir. Yəni, o kəs ki, Allah Təalanın əmrini yerinə yetirər, müti və təvazökar halda Allahın Peyğəmbərinin (s) sünnətinə əməl edər – o dünya bəlasından və axirət əzabından amanda qalar”. Namazın salamlarının mənası:
1. Birinci salamın mənası budur ki, salam olsun sənə, ey Peyğəmbər (s), Allahın rəhmət və bərəkəti sənə olsun!
2. İkinci salamın mənası budur ki, aləmlərin Allahı tərəfindən namazqılanlara və Onun bütün yaxşı bəndələrinə salam olsun.
3. Üçüncü salamın mənası budur ki, Allahın salamı, rəhməti və bərəkəti siz möminlərə olsun!...


Niyə namazın sonu birinci salamda özümüzə salam göndəririk?


Bəzi hədislərdə isə oxuyuruq ki, namazın sonunda verilən salamlar dünya və axirət bəlalarından amanda olmaq vasitələridir. İmam Sadiq (ə) bu haqda buyurur: “Hər bir namazın sonunda verilən salamlar – əmin-amanlıqdır. Yəni, hər kim İlahi əmri və Peyğəmbərin (s) sünnətini Allah qarşısında müti və təvazökar halda yerinə yetirərsə, onun üçün dünya bəlasından pənah yeri və əmin məqam olar. Axirətdə İlahi əzaba görə bəraət və xilas olmaq olar”.
Salam özü – Rəhim və Rəhman olan Allah tərəfindən deyilən sözdür. Ona görə də hər kəsə, eləcə də özümüzə salam vermək rəhmət və bərəkətin nazil olmasına səbəb olar. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Nə zaman evinə daxil olsan, de: “Bismilləh və Billəh”. Sonra ev əhlinə salam ver və əgər evdə kimsə olmasa, de:
\"Bismilləh və səlamun alə Rasulilləh və alə Əhli-Beytihi vəs-səlamu aleynə və alə ibədis-salihin\". Nə zaman bu kəlmələri desən, şeytan sizin evdən qaçar”.
Beləliklə deyə bilərik ki, namazda özümüzə salam vermək – İlahi rəhmət və bərəkətə səbəb olar və bizi dünya və axirət bəlalarından qoruyan vasitə olar. Bundan əlavə, salam Allah tərəfindən deyilən söz olduğu üçün onu hər kəsə, eləcə də özümüzə vermək bizə bərəkətlər nazil edər və salehlərin zümrəsinə qoşulmağımıza yardım edər...


Quran və hədislərə əsasən namazın qəbul olunması üçün lazım olan 6 şərt hansılardır?!


Hədislərdə oxuyuruq ki, bəzi günahlar, o cümlədən: şərab içmək, qeybət etmək, zina kimi iyrənc işlər namazın qəbul olmasına mane olar. Hədislərimizdə saleh əməllərin və namazın qəbul olmasının şərtləri vardır ki, onlara nəzər salaq.
Birinci şərt: Allaha iman bəsləmək. İmana malik olmamaq əməli məhv edər. “Kim iman gətirməli olduğu şeyə kafir olsa, həqiqətən onun əməli puç olub və o, axirətdə ziyana uğrayanlardan olacaqdır”. (“Maidə” 5).
İkinci şərt: Vilayət. Düzgün vilayət insanların ibadətlərini doğru cığıra salar və onlara düzgün yolu göstərər. İmam Baqir (ə) buyurur: “Hər kimin Allaha imanı vardır və taqəti çatan ibadətləri də yerinə yetirir, ancaq Allah tərəfindən İmamı olmazsa - səyləri faydasızdır”. Bir nəfər İmam Səccaddan (ə) soruşur ki, hansı şey namazın qəbul olmasına səbəb olar? İmam buyurur: “Biz Əhli-beytin (ə) vilayəti”. Deməli, namaz vilayət olmadan qəbul olmaz. İmam Baqir (ə) buyurur: “Bizim rəhbərlik xəttində deyildir, məgər o kəslər ki, əməl və təqva əhli olsunlar”.....


Ayətullah Ğiyasələddin Taha Muhəmmədinin oruc tutanlara tövsiyəsi!!


Ayətullah Ğiyasələddin Taha Muhəmmədinin dəyərli fikirlərinə diqqət edək. Alim demişdir: “Ramazan ayı – Allah qonaqlığı və Quran nazil olduğu aydır ki, onda əməllər haqqında düşünmək üçün münasib zaman vardır. Özünütərbiyə və qəflətdən uzaq olmaq üçün ən yaxşı fürsətdir.
“Rəməz” sözünün mənası “yandırmaq” deməkdir. Həmin ayda Böyük Allah, bəndələrinin günahını yandırar. İnsan bu ayda elə rəftar etməlidir ki, əməl və rəftarı oruc olduğundan xəbər versin.
Bu ayın orucundakı aclıq və susuzluq gərək Qiyamət günündəki aclıq və susuzluğu xatırlamağa yardım etsin. Hədislərə görə, əgər kimsə Ramazan ayında bağışlanılmazsa, gərək gözləsin ki, həcdə, Ərəfat çölündə İlahi rəhmət mehi ona tərəf əssin...


Ramazan ayında yeganə düşmən ola nəfslə hansı yollarla mübarizə aparaq?!


Rəhmətlik İmam (r) “Ərbəin” kitabında nəfslə mübarizə aparmağın səkkiz yolunu bizlərə tanıtmışdır ki, onlara işarə edək:
1. Yəqzə, yəni ayılmaq, qəflətdən çıxmaq. İnsan əgər qəflətdə olarsa, heç bir zaman nəfsini tərbiyə etmək istəməz. Ona görə də ilk addımda insan özünü tanımalı və qəflətdən ayılmalıdır. İmam Əli (ə) buyurur: “Ayılmaq – nurdur, ayılmaq – görmək və bəsirətdir. Dində ayılmaq və agahlıq o kəs üçün nemətdir ki, (ayılmaq) onun ruzisi olmuşdur”.
2. Təfəkkür etmək və düşünmək. Nəfslə mübarizənin ikinci addımı – təfəkkürdür. Allah haqqında, Onun yaratdıqları haqqında, öz taleyin və Allah qarşısındakı vəzifələrin haqqında düşünməkdir. Yəni, bu dünyaya haradan gəlmisən, niyə gəlmisən və hara gedəcəksən – o haqda düşünməkdir. İmam Əli (ə) buyurur: “Təfəkkür vasitəsilə qəlbini ayılt”. İmam Sadiq (ə) buyurur ki, Peyğəmbər (s) buyurub: “İnsan təfəkkür vasitəsilə Qiyamət günündən və işinin sonundan agah olar, elm və biliyi artar və heç bir ibadət təfəkkürdən yüksək deyildir”....


Xoş əxlaq və pis əxlaqlı olmağın insan həyatına təsirləri nələrdir?! İmam Sadiqin (ə) cavabı


Məsum İmamlarımız (ə) ömürləri boyu öz davamçılarını gözəl əxlaqa dəvət edib, pis əxlaqdan çəkindirmişdilər.
Bu İmamlardan (ə) biri də İmam Sadiqdir (ə). İmamın (ə) nəzərində gözəl əxlaqın gətirdiyi nəticələr:
1. Ruzini artırar. İmam Sadiq (ə) buyurur: “Gözəl əxlaq ruzinin artmasına səbəb olar”.
2. Abadlıq və uzun ömür. İmam Sadiq (ə) buyurur: “Həqiqətən də gözəl əxlaq torpağın abadlığına və ömürlərin çoxalmasına səbəb olur”.
3. Günahları pak olar. İmam (ə) buyurur: “Gözəl əxlaq günahları əridər, necə ki, Günəş buzu suya çevirər”.
4. Dünyanın və axirətin zinəti olar. İmam (ə) buyurur: “Yaxşı əxlaq dünyada gözəlliyə, axirətdə isə genişliyə səbəb olar. Dində kamala çatmağın və Allaha yaxınlaşmağın mənbəyidir”....


Qurani Kərimin ayələrinə əsasən hansı 8 dəstə insanlar nicat tapanlar olacaqlar?!


İslam dini nicatı insanın öz cövhərində axtarır və buyurur ki, əgər insanın Allahla aşiqcəsinə rabitəsi olarsa, ehtiyaclı insanlara zəkat verərsə, cəmiyyətdə əhdinə vəfa edər və əmanətdar olarsa, öz istək və meyillərini kontrol edə bilərsə – bu insan nicat tapanlardan olar. Həqiqi nicat tapanları tanıyaq:
1. Onlar ibadət əhli və saleh əməl sahibidirlər. “Ey (Bizim peyğəmbərimiz Muhəmmədə (s)) iman gətirənlər, rüku və səcdə edin, Rəbbinizə ibadət edin və xeyir iş görün ki, bəlkə nicat tapasınız. (Bu ayə bütün şəriətlərin və ictimai xeyir əməllərin xülasəsidir)”. (“Həcc” 77).
2. Simiclikdən uzaqdırlar. “Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapanlardır”. (“Həşr” 9).
3. Qafil deyildirlər və Allahı çoxlu zikr edirlər. “Ey iman gətirənlər, (düşmən ordusundan olan) bir dəstə ilə qarşılaşarkən möhkəm durun və Allahı (dildə və qəlbdə) çox zikr edin, bəlkə nicat tapdınız”. (“Ənfal” 45)....


Hansı zaman və məkanlarda dua və zikr etmək insanın ziyanlardan amanda saxlayar?!


Ariflərin nəzərinə görə, zikr qəflət meydanından çıxıb məhəbbətin çox olduğu səhnəyə daxil olmaqdır. Zikr və dua etmək bu zaman və məkanlarda tövsiyə olunur:
1-Qəm qərar verən zaman. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman qəmgin olsan, Allahı öz qəminin yadına sal. Nə zaman hökm vermək istəsən, Allahı dilinin yadına sal. Nə zaman bir şeyi bölmək istəsən, Allahı əlinin yadına sal”. Bu 3 hal insanı büdrədə bilən hallardır və insan Allahı yada salaraq, həmin büdrəmələrdən xilas ola bilər. İnsan Allahı yada salaraq ümidsizlikdən xilas olar, rahatlıq tapar.
2- Qəzəblənən zaman. Həzrət Peyğəmbər (s) buyurur: “Allah peyğəmbərlərindən (ə) birinə vəyh edir ki: “Ey Adəm övladı! Qəzəblənən zaman Məni xatırla ki, Mən də qəzəblənən zaman səni xatırlayım və səni başqaları ilə həlak etməyəm””...


Allah-Taala (c.c) dərgahında ən çox nifrət olunan şəxs kimdir?!


İmam Sadiqdən (ə) Soruşurlar: “Allah yanında nifrət olunan kəs kimdir?”.İmam (ə) buyurur: “O kəs ki, Allahı ittiham edər”.
Soruşurlar: “Allahı ittiham edən kimsə vardırmı?”.İmam (ə) buyurur: “Bəli, o kəs ki, Allahdan xeyir istəyər və ona çatan xeyirdən xoşu gəlməzsə və qəzəblənərsə, ona görə Allahı ittiham edər”.
“Başqa kim ittiham edər?”. İmam (ə) buyurur: “O kəs ki, Allahdan şikayət edər”. Soruşurlar: “Allahdan şikayət edən kimsə vardırmı?”. İmam (ə) buyurur: “Bəli, o kəs ki, bəla görən zaman ona çatmamış şikayət edər və insanlara deyər”.
Soruşurlar: “Başqa kim?”.İmam (ə) buyurur: “O kəs ki, ona əta olunan zaman şükür etməz. Bəla görən zaman səbir etməz”...


Mömin bu dünyada niyə bəla çəkər? İmam Baqirin (ə) cavabı


Müxtəlif hədislərdən belə nəticəyə gəlmək olur ki, iman əhli üçün nazil olan bəlaların əksər hissəsi – günahlarının kəffarəsidir.
Məsumlardan (ə) gələn hədislərə nəzər salaq:
1. İmam Baqir (ə) buyurur: “Əgər Allah Təala bəndəsini günahına görə cəzalandırmaq istəsə, onu xəstə edər. Əgər bu işi görməzsə, yoxsulluğa düçar edər. Əgər onunla bu işi də görməsə, ölümü onun üçün çətin edər ki, onun vasitəsilə günahının əvəzini alsın”.
2. İmam Sadiq (ə) buyurur: “O zaman ki, bəndənin günahı çox olar və Allah onu pak etmək istəyər – onu elə qəmə düçar edər ki, günahlarının kəffarəsi olar”.
3. Əziz Peyğəmbərimiz (s) buyurur: “Qəm və qüssə davamlı olaraq möminin ardınca olar, o zamana qədər ki, onun üçün günah qoymaz”.
4. İmam Sadiq (ə) buyurur: “Həqiqətən mömin dünyada qəmgin olar o zamana qədər ki, dünyadan o halda xaric olar ki, günahı qalmaz”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter