Şeytan Lənətullahın dilindən sədəqə verməyin hansı 6 faydası sadalanmışdır?!


Həzrət Peyğəmbər (s) bir gün şeytanı görür və ona bir neçə sual verir ki, onlardan biri də bu idi: “Ey məlun! Ümmətimin sədəqə verməsi sənin üçün necədir?
Sədəqənin mənfəəti nədir?”. Şeytan Həzrət Peyğəmbərin (s) cavabında deyir:
“Ya Rəsulallah! Sənin ümmətinin sədəqə verməsində 6 mənfəət vardır: əvvəl budur ki,
= sədəqə verməklə mal nəinki azalar, bəlkə hər gün artar.
=İkincisi budur ki, sədəqə verənin ömrü uzanar və anidən gələn ölüm aradan qalxar.
=Üçüncüsü budur ki, sədəqə verməklə insan zəngin olar və yoxsulluq aradan gedər...


Müqəddəs İslam dinində sədəqə verməyin 6 qaydası hansılardır?!


Deyerler.org: Müqəddəs İslam dinində sədəqə verməyin xüsusi əhəmiyyəti və yeri vardır. Quran bizlərə sədəqə verməyin ədəbini və keyfiyyətini tanıdır. İslam dinində iki cür sədəqə vardır: vacib sədəqə: zəkat kimi və müstəhəb sədəqə: infaq kimi. Müstəhəb sədəqənin ədəbi ilə tanış olaq:
1. Ən pak maldan olmalıdır. Hədislərimiz buyurur ki, verdiyin sədəqə ən pak və ən sevimli malından olmalıdır. “Ey iman gətirənlər, kəsb etdiklərinizin və sizin üçün yerdən çıxardığımız şeylərin pak və halallarından xərcləyin (infaq edin) və pak olmayan malı xərcləmək fikrinə düşməyin”. (“Bəqərə” 267). “Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla yaxşılığa nail ola bilməzsiniz”. (“Ali-İmran” 92).
2. İlk olaraq yaxın qohumlara vermək. Həzrət Peyğəmbər (s) buyurur: “İnsanın yaxın qohumları möhtac olan halda başqalarına sədəqə verməyə yer yoxdur”. Başqa bir hədisdə oxuyuruq: “Yaxın qohumlara sədəqə vermək sədəqənin savabını ikiqat edər”....


Əhli-Beyt (ə) bəlanı uzaqlaşdırmaq üçün hansı 6 əməli tapşırıblar?!


Özünə və ailəyə gələn bəlaları uzaqlaşdırmaq üçün bu əməllərdən bəhrələnmək lazımdır:
1. Dua. İmam Əli (ə) buyurur: “Bəla dalğalarını daxil olmazdan əvvəl dua ilə dəf edin”. İmam (ə) yenə buyurur: “Həqiqətən də dua və bəla Qiyamət gününə qədər bir-biri ilə rəfiqdirlər və dua möhkəm bəlaları geri qaytarar”. İmam Səccad (ə) buyurur: “Dua nazil olan və nazil olmayan bəlaları dəf edər”.
2. Sədəqə. Həzrət Peyğəmbər (s) buyurur: “Sədəqə bəlanı aradan aparar və ən təsirli dərmanlardandır. Həmçinin qəti qəzanı geri qaytarar. Dərd və xəstəlikləri dua və sədəqədən başqası aradan aparmaz”.
3. Sileyi-rəhm. İmam Əli (ə) buyurur: “Sədəqə və sileyi-rəhm ilə günahlarınızı pak edin və özünüzü Allahın məhbubu edin”.
“Sileyi-rəhm evləri abad, ömürləri uzun, Qiyamət hesabını asan edər və pis, vaxtsız ölümü uzaqlaşdırar”...


Allah-Taala (c.c) günahları qəflətdən oyatmaq üçün birinci hansı bəlanı verər?!


Möminlərin başına gələn bəlaların əksər hissəsi insanların günahına görədir. Ona görə də əgər insan bəladan xilas olmaq istəyirsə, gərək tövbə və istiğfar etsin. İmam Səccad (ə) dua edən zaman buyurur: “Allahım! Məni cəzanla ədəbləndirmə!”. İnsanı bəla vasitəsilə ədəbləndirmək ən ağır cəzadır.
İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Əgər bir dəstənin içində uşaq olarsa və etdiyi günahlarına görə ona təzəkkür verilməzsə ki, ədəblənsin – Allahın onu ədəbləndirəcəyi ilk şey odur ki, ruzisini azaldar”.
Bəla – peyğəmbərlər (ə) üçün dərəcə və övliyalar üçün isə kəramətdir. Belə deyildir ki, peyğəmbərlər (ə) bəla görməsinlər. Xeyr. Bu dünyada ən ağır bəlaları məhz peyğəmbərlər (ə) və övliyalar görmüşdülər. Ancaq bəla onlar üçün nemət olduğu halda, bizim üçün cəzadır...


Günah məclisində iştirak etmək olarmı? İmam Sadiqin (ə) cavabı


İmam Sadiq (ə) buyurur: “Layiqli deyildir ki, imanlı insan elə məclisdə əyləşsin ki, orada günah olur və onu dəyişdirməyə qüdrəti yoxdur”.
Günah məclisində iştirak etmək günahdır, baxmayaraq ki, insan özü günah etməsə belə. Belə məclisdə iştirak etmək artıq insanın özünə günah damğasını vurar.
Əgər insan bu məclisdəki ab-havanı dəyişməyə qadir olsa, gərək əmr-be-məruf və nəhy-əz-munkər etsin. Günahın qarşısını alsın. Əks halda, belə məclisdə iştirak etməkdən çəkinmək lazımdır.
Əgər insan günah mənzərələrini müşahidə etməkdən laqeyd olarsa, ruhu çirklənər və günahın çirkinliyi gözündə azalar. Belə insan günaha adət edər.


Xəta edəndə, 7 saat ərzində hansı zikri deyənə günah yazılmaz?!


Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, tövbə edər, ancaq pis dostlarını dəyişdirməz – tövbə etməmiş olar”. İmam Əli (ə) buyurur: “O kəs ki, tövbə edər, gərək cismi itaətin çətinliyini dadsın, necə ki, bu cisim günahın şirinliyini dadmışdır”. İmam Sadiq (ə) buyurur: “Tövbənin şəraiti budur ki, tərk etdiyin vacibatın qəzasını yerinə yetirirsən”.
İmam Əli (ə) buyurur: استغفر و الله ربي و اتوب اليه \"Əstəğfirullahə Rabbi və ətubu iləyh\" zikri ilə batininizi xoş ətirli edin ki, günahın pis iyi sizi rüsvay etməsin”.
İmam Sadiq (ə) buyurur: “Hər kim günah edər, gündüzdən 7 saat ona möhlət verilər ki, (tövbə etsin). Əgər 3 dəfə desə:
استغفر الله الذي لا اله الا هو الحي القيوم \"Əstəğfirullahəl-ləzi lə iləhə illə huvəl-həyyul-qayyum\" Həmin günah onun üçün yazılmaz”....


Hansı şəraitdə tövbə qəbul olunmaz? Quranın baxışı


Baxmayaraq ki, tövbə qapısı hamının üzünə açıqdır, ancaq bu fürsətdən sui-istifadə etmək olmaz. O insanlar ki, həyatları boyu günah və fəsad edirlər, ancaq ölüm anı gəlib çatan zaman tövbə etməyə çalışırlar – bu cür insanların tövbəsi faydasız olar. Çünki tövbənin özünəməxsus ədəb və şəraitləri vardır ki, onlara riayət olunmalıdır.
“Həqiqətən imanlarından sonra kafir olan, sonra öz küfrlərini artıran kəslərin tövbələri əsla qəbul olunmaz. (Çünki onların tövbəsi ya nifaq üzündəndir, ya da ki, ölümü müşahidə edən zamandır). Onlardır doğru yoldan azanlar”. (“Ali-İmran” 90).
Bu ayə bizə nələri çatdırmaq istəyir?
1. İmanın dəyəri çoxdur, bir şərtlə ki, ömrün sonuna qədər davam etsin. Əgər küfrlə sonlanarsa, işə yaramaz.
2. İnsan – ixtiyar sahibidir. İstəsə iman gətirər, istəsə də küfr edər. İstəsə imanında qalar, ya küfr edər. İstəsə tövbə edər, ya da günahına davam edər...


Hədislərə əsasən tövbənin qəbul olunmasının 6 şərti hansılardır?!


Tövbənin qəbul olmasının bir çox şərtləri vardır. O cümlədən ən əsasları bunlardır:
1. İnsan günahı cahillik, nadanlıq üzündən yerinə yetirərsə, tövbəsi var. Əgər üsyan üzündən olarsa – tam ayrı vəziyyətdir. Belə ki, əgər İlahi hökmlərə düşmənçilik üzündən edərsə, bu əməl küfr hesab olunar. Belə bir əməlin tövbəsi o zaman qəbul olar ki, həmin küfr halından geri dönsün və peşman olsun. Üsyan etməsin və inadını əldən versin.
2. İnsan əgər günah edən kimi tövbə edərsə, yəni çox zaman keçməmiş peşman olub tövbə edərsə, Allah tövbəsini qəbul edər. Çünki bu günahın çirki hələ ruhuna hopmamışdır.
3. İmam Əli (ə) buyurur: “İsitğfarın dərəcə və məqamı vardır və 6 mənaya malikdir: 1). Keçmişinə görə peşman olmaq. 2). Günaha qayıtmamağa görə qərara gəlmək....


Etdiyimiz duaların bəlalardan qorunmağa təsiri nə qədərdir?


Elmi tədqiqatlar göstərir ki, insanın mənəvi halının cisminə təsiri çoxdur. Allahın insan və xilqət üçün həmişə proqramı vardır. Əgər insan bu proqramdan xaric olarsa, Allah onun qarşısını alar və bəla nazil edər. Əgər əksinə, insan Allahın buyurduqlarına əməl edərək yaşayarsa, Allah ona nemətlər nazil edər və savab yazar.
Ona görə də deyə bilərik ki, insanın maddi və mənəvi həyatı arasında sıx rabitə vardır. Bu səbəbdən etdiyimiz duaların və zikrlərin hər bir bəlanın qarşısını almağa çox böyük təsirləri vardır. Dindar insan bu dualar vasitəsilə Allaha üz tutar və Ondan yardım diləyər, Allah da Rəhim olduğu üçün onun dualarını yerinə yetirər.
Ancaq bu, o demək deyildir ki, insan sadəcə dua etməlidir. Xeyr. Dinimiz buyurur ki, əgər sağlam qalmaq istəyirsənsə, əvvəl Allahı xatırla, dua et və sonra həkimlərin dediklərinə əməl et. Bu zaman amanda qala bilərsən. Həm dua və həm də gigiyena qaydalarına əməl etmək insanı xəstəliklərdən qoruya bilər...


Hədislər dünyada rahat yaşamaq üçün hansı 5 məsələyə diqqət etməyə dəvət edir?!


Bu dünya fanidir və bir gün gələcəkdir ki, əbədi dünyaya köç edəcəyik. Ona görə də bu həqiqəti qəbul etməli və necə daha rahat yaşaya biləcəyimizin yollarını axtarmalıyıq. Həyatda rahat yaşamaq üçün yaxşı olar ki:
1. Özümüzü bir qonaq hesab edək ki, bir gün öz evimizə qayıdacağıq. Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən insanlar dünyada qonaqdırlar. O şey ki, əllərindədir – əmanətdir. Həqiqətən də qonaq – köçəndir. Əmanət geri qaytarılar”.
2. Özünüzü qərib və yoldan keçən hesab edin. İnsanın arzusu budur ki, daimi olan məkanını abadlaşdırsın və gözəlləşdirsin. Ancaq əgər yaşadığı yer müvəqqətidirsə, onun üçün bəzi narahatçılıqlar heç də çox mühüm olmaz. Çünki müsafir çətinliklərə səbir etməyi bacarır.
Həzrət Peyğəmbər (s) buyurur: “Dünyada elə ol ki, sanki qəribsən və yoldan keçənsən. Özünü qəbir əhlinin zümrəsindən qərar ver!”....


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter