ŞÜbhə-4 Deyək ki, Allah var. Bəs niyə sadəcə bizə görə bu qədər zəhmətə girib bu böyüklükdə kainatı yaratdı?


Cavab: Bunu belə açıqlamaq olar: Günəş işıq saçdığı üçün, günəş adlanır. Yəni Allah ən gözəl yaradılışa sahib olduğu üçün, Allah adlanır.
Məsələn: Bülbül oxusada, oxumasada bülbüldür. Amma oxumağı, onun bülbül olmasına məna gətirir. Yəni Allah, yaratmaq qabiliyyəti olduğu üçün yaradar. Əgər yaratmasa idi, qabiliyyətinin mənası qalmazdı.
Nəticə etibarı ilə deyə bilərik ki, ateistlər irrasional inanclarında təkid edirlərsə, Firon kimi qarşısında əsanı əjdahaya çevirən Musanın təbliği kimi teistlərin açıqlamalarıda faydasızdır. Yəni bütün iddialara cavab verilsə belə, iman gətirməyə qarşı olan zehinə sahib insanın özü bunları görmək istəmirsə, iman gətirməsidə mümkün deyil...


Şübhə-3: Kainatın indiki formada olması tamamilə təsadüf nəticəsidir və təkamül nəzəriyyəsi Allahın yoxluğunu isbat edir?


Cavab: Kainatın indiki dizayn və nizama sahib olmasını təsadüfə bağlamaq, fəlsəfi baxımdan irrasionaldır. Bunu yalnız Allaha qarşı qapalı zehinlə düşünən insanlar iddia edir. Elm bunun təsadüfən var olmayacaq qədər kiçik ehtimal olduğunu deyir. Və bizim Təkamül nəzəriyyəsinə uyğun olaraq piratlardan gəlməyimizi iddia etmək, heç də Allahı inkar etmək üçün lazımi zəmin yaratmır. Çünki təbiətdəki qanunlar Allahın yoxluğunu göstərməz. Əksinə bir qanun varsa bu qanun qoyanı tələb edər. Çünki ağılsız və şüursuz atomlar öz-özünə həm iş görən, həm də işi gördürən ola bilməzlər. Bu “Yaradılanın yaradacısı öz cinsindən ola bilməz” düşüncəsinə zidddir. Yəni Təkamül doğru olsa belə, Allahı inkar etməyə yox, Allahın qoyduğu qanun kimi qiymətləndirilməyə yönləndirilməlidir. Çünki rasional olan budur.


Şübhə 2: Allah varsa, kainatda niyə xaos var?


Cavab: Kainatda xaos olduğu danılmır. Amma xaosla birgə həssas nizamlanmalarda vardır. Məsələn bizim kainatımızın indiki halda olması, çox dəqiq tənzimlənmələrə bağlıdır. Və xaosun olması, Allahın olmadığı nəticəsini verməz. Çünki Allah xaos ehtiva edən kainat, dizayn edə bilər. Və bu heçdə pis görünmür.
Nəticə etibarı ilə deyə bilərik ki, Allah kainatda xaosla yanaşı mükəmməl tarazlıq yaratmışdır. Və var olan elmi həssas nizamlanmalara dair elmi faktlar, Allahın varlığını məcbur qılır.


Şübhə 1: Hər şeyi Allah yaradıbsa, Allahı kim yaradıb?


Cavab: Bu sual “Gülün qoxusu neçə litrdir?” yaxud “Hər şeyi su isladırsa, suyu nə isladır?” sualı kimi yanlışdır.
Çünki Allah yaradılan deyil, yaradandır. O yaradılma özəlliyinin var olma səbəbidir. Allahın Yaradan olduğunu qəbul edirsiniz, sonra da soruşursunuz: Kim Onu yaradıb? Eyni zamanda Onu həm Yaradan, həm də Yaradanın yaratdığını soruşursunuz . Bu zidd və uyğunsuzdur. Sualın mənasızlığının digər tərəfi, Yaradanın özünün yaratmaq qanunlarına tabe etmək istəyirsiniz .Nəyinsə nəticəsində ortaya çıxan şeylərin bir yaradıcıya (niyə var oldu açıqlamasına) ehtiyacı vardır. Kainat “Big Bang” nəticəsində yarandığı üçün yaradıcıya ehtiyacı vardır. Allah isə zaman və məkanı yaradandır...


Allah-Təalanı (c.c) insanlara necə sevdirmək olar?! Hz Davud Peyğəmbərin (ə) hədisi


...Həzrət Peyğəmbər (s) buyurur: “Allah Davuda (ə) buyurur: “Məni sev və Məni xəlqimin məhbubu et”.
Davud (ə) deyir: “Pərvərdigara! Mən səni sevirəm, ancaq Səni necə xəlqinin məhbubu edim?”.
Buyurur: “Nemətlərimi onların yadına sal. Çünki o zaman ki, nemətlərimi onlara sayarsan, Məni sevəcəklər””.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah sevgisinin nişanəsi – Allahı yada salmağı sevməklədir. Allahla düşmən olmağın əlaməti – Allahı yada salmağı düşmən bilməklədir”.
Həzrət Peyğəmbər (s) buyurur: “İman kamil olmaz, məgər biz Əhli-Beytin (ə) sevgisi ilə”.
Həzrət Peyğəmbər (s) buyurur: “Agah olun, hər kimin dostluğu Allah və düşmənçiliyi Allah üçün olarsa, ətası Allah üçün və qadağası Allah üçün olarsa – Allahın seçilmişlərindəndir”...


Niyə İmamların (ə) nəsli Peyğəmbərdən (s) aparılır? – İmam Kazımın (ə) Haruna cavabı


İmam Musa ibn Cəfər (ə) səhabələrinin yanında buyurur: “Bir gün Harun əl-Rəşid məni yanına çağırmışdı. Daxil olan zaman salam verdim və o, da salamın cavabını verdi. Sonra soruşdu: “Məgər mümkündürmü ki, iki xəlifə insanlardan fidyə tələb etsin?”. Dedim: “Ehtiyatlı ol və İlahi təqvaya riayət et. Məbada düşmənlərimizin yersiz sözlərini qəbul edəsən”.
Harun dedi: “Sənə bir sual verəcəyəm, əgər cavabını düzgün versən, səni azad edəcəyəm və bundan sonra heç kəsin sənin əleyhinə olan sözünə əhəmiyyət verməyəcəyəm. Hansı səbəblə siz bizdən üstünsünüz? Halbuki, bizlər və sizlər Əbdülmüttəlibin nəslindənik. Əmioğlanlarıyıq?”.
İmam (ə) buyurdu: “Ona görədir ki, Abdullah və Əbu Talib bir ata və anadan olmuşdular. Ancaq Abbasın anası bu ikisinin anasından qeyrisi olmuşdur”...


İmam Hüseynin (ə) ərəbə sualları və hədiyyəsi...


Bir gün İmam Hüseyn (ə) Peyğəmbər (s) məscidinin bir küncündə əyləşmişdi. Bir ərəb ona yaxınlaşıb dedi: ”Ey Allah Rəsulunun oğlu! Mən gərək diyə verəm, ancaq onu verməyə gücüm çatmır. Öz-özümə dedim ki, ən kərim insandan bu pulu istəyəcəyəm. Səndən kərim olanını tapa bilmədim”. İmam (ə) buyurur: “Ey ərəb qardaş! Mənim sənə 3 sualım olacaqdır. Əgər onun birinə cavab versən, həmin pulun üçdə birini sənə verəcəyəm. Əgər ikisinə cavab versən, yarısını verəcəyəm. Əgər üç sualın üçünə də cavab versən, həmin pulun hamısını sənə verəcəyəm”. Ərəb deyir: “Sizin kimi bir insan mənə sual verəcəkdir? Siz ki, elm, şərafət əhlisiniz.
Sual verin. Əgər bilsəm, cavab verəcəyəm, yox, əgər bilməsəm, sizdən cavabını öyrənəcəyəm”. İmam (ə) buyurur: “Hansı əməl daha üstündür?”. Ərəb deyir: “Allaha iman bəsləmək”...



İmam Kazim (ə): Dünyaya yenidən gəlsəydin, nəyi istəyərdin? – yaxşı cavabın mükafatı


İmam Kazim (ə) soruşdu: “Əgər dünyada nəyisə arzu etməli olsan, nəyi arzu edərsən?”.
Yoxsul şəxs deyir: “Arzu edərəm ki, din qardaşlarımın haqqını əda etmək tövfiqinə nail olum, dini və din qardaşlarımı qorumaq üçün təqiyyəyə riayət edim”.
İmam (ə) buyurur: “Niyə bizimlə dost olmağı arzu etmirsən?”. Yoxsul şəxs deyir: “Bu sifət məndə vardır. Allaha bu neməti məndən aldığı üçün şükür edirəm. Dərgahından istəyirəm ki, malik olmadığım bu yaxşı sifəti mənə (yenidən) əta etsin”.İmam (ə) ona pul verir və buyurur ki, quru malların satışı ilə məşğul olsun. (Çünki daha az ziyan görər).


İmam Həsənin (ə) romalı alimin 5 məchul sualına verdiyi cavablar


Bir gün Romadan İmam Əlinin (ə) yanına bir nəfər gəlir və suallar verir: İmam Həsən (ə) buyurur: “Bu sualları soruşmaq üçün gəlmisən:
- Haqla batil arasındakı fasilə nədir?
- Yerlə səma arasında nə qədər fasilə vardır?
- Şərqdən qərbə qədər nə qədər məsafə vardır?
- Göy qurşağı nədir?
- O on şey nədir ki, biri o birisindən daha möhkəmdir?”.
Romalı kişi təəccüblə halda deyir: “Bəli, mənim suallarım bunlardır”...


İmanla yəqin arasında nə qədər fasilə vardır? – İmam Hüseynin (ə) 6 suala cavabı


Bir nəfər İmam Hüseynin (ə) xidmətinə gəlir və deyir: “Ey Peyğəmbər (s) övladı! Sualım vardır”. İmam (ə) buyurur: “Soruş”. Həmin şəxs deyir: “İmanla yəqin arasında nə qədər fasilə vardır?”. İmam (ə) buyurur: “Dörd barmaq qədər. İman o şeydir ki, eşidəsən, yəqin o şeydir ki, görəsən. Gözlə qulaq arasında dörd barmaq fasilə vardır”.
Soruşur: “Yerlə göy arasında nə qədər fasilə vardır?. İmam (ə) buyurur: “Bir duanın yerinə yetməsi qədər”.
Soruşur: “Şərqlə qərb arasında nə qədər fasilə vardır?”. İmam (ə) buyurur: “Günəşin bir gün seyr etməsi qədər”.
Soruşur: “İnsanın izzəti nədədir?”. İmam (ə) buyurur: “İnsanlardan ehtiyacsız olmaqda”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter