Quran oxuyarkən hansı beş mühüm tövsiyəyə əməl etmək tapşırılır?!


Qurani-kərim möminlərə Quran oxumaq ilə əlaqədar beş mühüm tapşırıq verir.
1- Təmizlik və paklıq Qurani-kərim Vaqiə surəsinin 79-cu ayəsində buyurur: لَّا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ “Ona (qurana) yalnız pak olanlar toxuna bilər.”
Paklıq iki növdür, zahiri və batini. Zahiri paklıq budur ki, insan boynunda qüsl qolduğu halda Qurana toxuna bilməz. Həmçinin dəstəmazsız halda Quranın yazılarına toxunmaq və al vurmaq olmaz. Batini paklıqdan isə məqsəd budur ki, fikri (əqidəsi) və qəlbi (əxlaqı) pak və saf olmayan insan Quranın batininə toxuna bilməz, Quranı düzügn dərk edə bilməz, Quranın batininə və sirrinə vaqif ola bilməz. Quranın batini, dərinliyi, sirri və incəlikləri ilə ünsiyyətdə olanlar yalnız fikri (əqidəsi) və qəlbi (əxlaqı) pak və saf olan insanlardırlar.
2- Allaha sığınmaq== Qurani-kərim Nəhl surəsinin 98-ci ayəsində buyurur: فَإِذَا قَرَأْتَ الْقُرْءَانَ فَاسْتَعِذْ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ “Quran oxuduğun zaman (itaətsizliyə görə Allah dərgahından) qovulmuş şeytandan Allaha sığın.”...


İslamda dünya işlərində qəmlənmək olmaz amma dünyada Bəyənilən qəmlər də var – 10 nümunə


Qəm və qüssə biz insanlar arasında çox vaxt bəyənilməyən və həyatı daha ağır edən əməllərdəndir. Bəzən bu qəm elə həddə çatır ki, insanı işdən və həyatdan ləzzət almaqdan saxlayar. Bu ifrat qəm adətən dünyaya aid olan mövzulara görə baş verər. Dinimizin nəzərinə görə bəyənilən qəmlər də vardır ki, onlarla tanış olaq:
1. Axirət ehtiyatının az olması qəmi. İmam Sadiq (ə) bir kişini görür ki, oğlunu əldən verdiyi üçün çox taqətsizlik edir. Ona buyurur: “Ey qəm görmüş insan! Kiçik müsibətlərə görə taqətsizlik edirsən. Böyük müsibətdən qəflətdəsən. Əgər oğlunun getdiyi yola hazır olsaydın, heç bir zaman onun üçün bu qədər taqətsizlik etməzdin. Sənin bu səfər üçün hazır olmamağının müsibəti, övladını əldən verməyin müsibətindən daha böyükdür”.
2. Təkamül edə bilməməyin qəmi. İmam Əli (ə) buyurur: “Hər kimin hümməti böyük olar, qəmi uzun olar”...


Həzrət Adəmin (ə) üstün olmasını bəyan edən ayənin verdiyi 6 dərs


Quran buyurur: “Və o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Beləliklə, İblisdən başqa onların hamısı səcdə etdi. O, «palçıqdan yaratdığın bir kəsə səcdə edim?!» dedi. (Sonra) dedi: «Mənə de (görüm): Məndən üstün və şərafətli etdiyin bu kəs? And olsun ki, əgər mənə Qiyamət gününədək möhlət versən, onun az bir qismi istisna olmaqla, bütün övladlarına cilov vuracağam»”. (“İsra” 61-62).
Quranın bir çox ayələrində bu hadisəyə işarə edilmişdir. Belə ki, mələklər Adəmin (ə) üstünlüyünü qəbul edib, Allahın əmri ilə səcdə etmişdilər, ancaq İblis (lən) boyun qaçırtmışdır. Səcdə etməməyinin səbəbini isə Adəmin gildən, özünün isə atəşdən xəlq olduğunda görür.
Bu ayələrdən bir neçə dəyərli nəticələr çıxartmaq olar. O cümlədən: 1. İrqçilik İblisin qovulmasına və lənətlənməsinə səbəb olur. 2. İblis özü daxilində qəbul edir ki, Allah ondan üstün varlıq xəlq etmişdir. Ancaq təkəbbürü üzündən bunu dildə deyə bilmir...


“Bismillah”ı niyə demək lazımdır? İmam Əlinin (ə) hədisi


Abdullah ibni Yəhya, Əmirəl-möminin (ə) yanındakı kürsüdə əyləşir. “Bismillah” deməmiş sözünə başlayır. Bu zaman stuldan yerə yıxılır və başı yarılır. Qan axmağa başlayır.
İmam Əli (ə) buyurur: “Bilirsənmi ki, Peyğəmbər (s) mənə Allah Təala tərəfindən olan belə bir hədis demişdir: “O iş ki, Allahın adı orada zikr olunmaz – əbtərdir, yəni aqibəti xeyirli deyildir”. Abdullah deyir: “Ata və anam sənə fəda olsun, bir daha \"Bismillah\"ı tərk etməyəcəyəm”. Həzrət (ə) buyurur: “Bu zaman bəhrə apararsan”.
Abdullah deyir: “Ya Əmirəl-möminin! “Bismilləhir-Rahmənir-Rahim”in təfsiri nədir?”.Həzrət (ə) buyurur: “Bəndə Quran oxuyan zaman və ya hansısa iş görmək istəyən zaman bu adı deyərsə, yəni o deməkdir ki, bu adın bərəkətinə görə həmin işi yerinə yetirir....


Cənab Salmanın ölən zaman hansı 3 tövsiyəni etmişdir?!


Salman Peyğəmbərin (s) ən yaxın səhabələrindən olmuşdur və imanı, təqvası, iffəti və başqa fəzilətləri başqa səhabələrin dilində əzbər idi. Peyğəmbər (s) onu çox sevərdi. O da Peyğəmbəri (s) hər bir şeydən üstün tutardı və onun əmrlərini sorğu-sualsız yerinə yetirərdi.Nəql olunur ki, Salman can verən zaman müsəlmanlara üç tövsiyə vermişdir:
Üç yerdə Allahı yada salın: 1. Nə zaman bir işdə qərar vermək istəsəniz. 2. Nə zaman bir məsələdə hökm vermək istəsəniz. 3. Nə zaman bir şeyi bölmək istəyərkən”. (Beytutə)




Çirkin sözlər və söyüş insana birinci hansı pislikləri gətirər?!


Çirkin sözlər çirkin insanları cəzb edər! Söyüş söymək və dilə pis söz gətirmək – rəzil sifətlərdəndir ki, möminin şəninə yaraşmır və onun məqamını aşağı salır.
Və əgər hansısa cahil pis sözü Məsumların (ə) ünvanına söyləyirsə, bu, artıq ağır cinayətdir, küfrdür. Dinizmiz buyurur ki, Məsumların (ə) ünvanına layiq olmayan sözü demək – Allaha pis söz deməyə bərabər edilir. Hər kim Allaha pis söz deyər – şirk edər, hər kim Peyğəmbərə (s) pis söz deyər – Allaha küfr edər. Bu səbəbdəndir ki, Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Əlini (ə) söyər – məni söymüş olar. Hər kim məni söyər – Allahı söymüş olar”.
Dinimiz ölülərə belə pis söz deməyi qadağan edir. Belə ki, Peyğəmbərimiz (s) buyurur: “Ölülərinizə söyməyin. Çünki onlar qabaqcadan göndərdiklərinə çatıblar. Əgər mömindirsə, dirilər kimi ona söyüş söymək caiz deyildir...


ŞÜBHƏ-17: Tarix boyu heç vaxt dünyəvi tufan olmamışdır. Nuhun tufanı deyə bir şey olmadığı elmi sübutdur.


Tarix boyu heç vaxt dünyəvi tufan olmamışdır. Nuhun tufanı deyə bir şey olmadığı elmi sübutdur. Deməli Quranda səhv var və Quranı insan yazmışdır.
Cavab: Quranda 25-Furqan s. 37-ci ayədə Nuh peyğəmbərin qövmünün həlak edildiyi bildirilir. Sadəcə Hz. Nuh qövmünün həlak edilməsi üçün bütün dünyanı tufan basması və başqa ərazilərdəki adamların səbəbsiz yerə ölməsi, Allahın ədalətsiz olacağını (peyğəmbər göndərmədən həlak etdiyinə görə) göstərəcəyi üçün, Hz. Nuhun tufanının dünyəvi ola biləcəyi məntiqsizdir. İslam alimləridə Hz. Nuh tufanının regional olduğunu bildirmişlərdir....


ŞÜBHƏ VƏ İDDİA 16: İslamda iman sorğu-sualsız itaətdir. Sorğulamağa icazə yoxdur.


Cavab: Burda Quranın düşünməyə, sorğu-sual etməyə, ağlımızı işlətməyə təşviq etdiyi 35 ayəni qeyd edirəm.
İstəsəz baxa bilərsiniz. Bunu dahada artırmaq olar:
Bəqərə s.: 219, 231, 242, 266, 269-cu ayələr.
Ali-İmran s.: 7, 65, 103, 118, 191-ci ayələr.
Ənam s.: 50, 80, 151, 152-ci ayələr.
Əraf s.: 26, 57, 136, 176-cı ayələr.
Ənfal s.: 22-ci ayə...


ŞÜBHƏ 15: Allah niyə göndərdiyi kitabları qorumadı? Niyə tək peyğəmbər və kitab gəlmədi?


Cavab: Allah göndərdiyi kitabı qorumaması, qoruya bilməyəcəyi mənasına gəlməz. Və Qurandan öncə göndərilən kitablar, Quran kimi bütün dünyaya yox, müəyyən topluma gəlmişdir. Çünki, İsa peyğəmbərin dövründə müharibə baş vermədiyini fərz etsək, İsa peyğəmbərə müharibə ilə bağlı ayə gələ bilməz. Bunu belə misal göstərməklə aydınlaşdırmaq istəyirəm: Tələbənin “Ali riyaziyyat” fənnindən dərs alması üçün öncə ən azı rəqəmlərdən xəbəri olmalıdır. Mərhələli şəkildə “Ali riyaziyyat”ı öyrənməyə başlamalıdır. Bu kitablar üçündə belədir. İnsanların Məhəmməd peyğəmbərin dövrünə 6-cı əsrə qədər inkişaf etməsi lazım idi ki, dünyaya xitab edə biləcək kitab gəlsin. Əks halda bu mənasız olardı...


ŞÜBHƏ VƏ İDDİA -14 : Elm adamlarının çoxu ateistdir və din adamları axmaqdır.


Cavab: Bu iddianın əslində, ciddiyə alınmaması lazımdır amma sıx təkrarlandığı üçün toxunmaq istədim. “Pew Research Center” (Pew Araşdırma Mərkəzi)
araşdırmalarının nəticələrinə görə dünyada: 1. Ateist elm insanları – 41% 2. Tanrı yaxud bir növ üstün gücə inanan elm adamları – 51%-dir.
Yekun olaraq çağdaş elmin ortaya çıxmasına töhfə vermiş adamlarından tut, son yüz il içində Nobel mükafatı alan elm adamlarına qədər inanca sahib elm adamları həmişə olmuşdur. İndi isə məşhur teist alimlərdən bir neçəsinin adını qeyd etmək istəyirəm: 1. Albert Eynşteyn 2. İsaak Nyuton 3. Çarlz Darvin 4. Rene Dekart.............


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter