ŞÜBHƏ 13: İsa və Məhəmməd peyğəmbərin yaşadığına dair heç bir dəlil yoxdur və uydurmadır.


Cavab: Bu iddia çox cılız və gülüncdür. ‘Zeitgeist və Religulous’ kimi populyar nonteist filmlərin yaydığı bu boş iddialar sadəcə gülüş doğura bilər. Bunu deməklə onların necə bir fakt tələb etdiklərini öncə bilmək lazımdır: video rolik, doğum haqqında şəhadətnamə yaxud başqa bir şeymi? Bu iddiaların sahibləri həvəskar
ateist tarixçilər olur ki, bunuda ciddiyə almaq mənasızdır. İsa peyğəmbər barəsində xristian olmayan Takitus və İosif tarixçilərin əsərlərini incələmək, hətta xristianlıqdan
nifrət edən Takitusun İsanın Tiberiyus zamanında Ponti Pilat deyilən tarixi şəxs tərəfindən cəzalandırıldığını qeyd etdiyini görmək fakt olaraq bəs edər...


ŞÜBHƏ - 12: Bəs ömrü boyunca İslamla tanış olmayanın günahı nədir?


Cavab: Buna Quranda Musa peyğəmbər ilə Fironun dialoquna nəzər yetirməklə açıqlıq gətirmək istəyirəm: \"Firon dedi: “Bəs əvvəlki (peyğəmbər görməyən) nəsillərin halı necə olacaq?” Musa dedi: “Onlar haqqındakı bilgi Rəbbimin yanında olan bir Kitabdadır. Rəbbim nə xəta edir, nə də unudur!””:Ta Ha surəsi 51-52-ci ayələr. Əgər bir insan Qiyamətdə əzab görəcəksə, bunun üçün 2 şey olmalıdır: 1. Allahın mesajından xəbəri. 2. Bu mesajın üzərində təfəkkür edib, dərk edə biləcəyi qədər zaman.
Əgər insanın dindən xəbəri varsa və əhəmiyyət vermirsə, qiyamət günü cəhənnəmlik olması ədalətlidir.


şübhə11: Qismətimiz yazılıbsa, müstəqil iradəmiz varmı?


Cavab: Quranda İsra surəsi 13-cü ayədə və Nəcm surəsi 39-cu ayədə insanın talehinin öz səylərinə bağlı olduğu bildirilir. Yəni İslam dinində sənin səylərin qismətinə
bağlıdır düşüncəsi yanlışdır. Əgər bizim qismətimiz öncədən, bizdən ayrı yazılmış olsaydı bizim müstəqil iradəmizin varlığının mənası olmazdı. Allah bizi bizdən
yaxşı tanıdığı və zamandan asılı olmadığı üçün, hər an hər şeydən xəbərdardır. Və bunu (bizim nə edəcəyimizi) öz əzəli elmi ilə bilir. Yəni Allah yazdı deyə olmur.
Allah bilir deyə yazır. Qiyamətə qədər nələr olacağı bəlli idi...


Vacib namazda hansı hallarda niyyəti dəyişmək vacib və müstəhəbdir?!


Cavab: Aşağıdakı hallarda namazın niyyətini dəyişmək vacibdir:
1) Niyyəti əsr namazından zöhr namazına dəyişmək: belə ki, namaz qılan şəxs əsr namazını qıldığı əsnada zöhr namazını qılmadığını başa düşür.
2) Niyyəti işa namazından məğrib namazına dəyişmək: belə ki, işa namazını qıldığı əsnada məğrib namazını qılmadığını başa düşür və niyyəti dəyişmək yeri də ötməmişdir (yəni dördüncü rəkətin rükusunu hələ etməmişdir).
3) Əgər namaz qılan şəxsin boynunda iki namazın qəzası vardırsa və bu namazları öz vaxtında tərtib ilə qılmaq şərt idisə, bu halda əgər unutqanlıq nəticəsində birinci namazın qəzasını qılmamışdan qabaq ikinci namazın qəzasını qılmağa başlamışdırsa, niyyəti birinci namaza dəyişməlidir...


Şübhə 10: Yaxşı əməlləri olan ateist cəhənnəmə niyə getməlidir?


Cavab: Kimin cənnətə yada cəhənnəmə gedəcəyini tam əminliklə deməyə bizim səlahiyyətimiz çatmaz. Amma Quranda (Nisa s. 116-cı ayə) Allahın bağışlamayacağı tək günah sadəcə şirk olduğu bildirilir. Yəni Allaha şərik qoşan şəxs cənnətə gedə bilməz deyə bilərik.
Sual: Niyə? Cavab: Təsəvvür edin ki, siz kiməsə hotelinizi əmanət edib gedirsiniz. Deyirsiz ki:“Bu gün gələcək qonaqlara hotelin mənə məxsus olduğunu de, sonra isə hoteldən istifadə edə bilmələri üçün, icazə və izahat ver. Hotelin sahibi mən olduğumu onlara mütləq bildir. Çünki, bu mənim üçün önəmlidir.”
Amma həmin adam, bunu bilərəkdən demir. Hoteli öz mülkü kimi təqdim edib, yaxşılıqları öz adına çıxarır. Bu insan yaxşı əməl sahibi kimi görünə bilər, əslində riyakar və yalançıdır...


Şübhə-9: Sən müsəlman bir ölkədə doğulduğun üçün müsəlmansan. Başqalarının günahı nədir bəs?


Cavab: Allah bizlərə peyğəmbərlər göndərmişdir. Və həmin peyğəmbərlər, insanları düşünə biləcəyi qədər zaman ərzində doğru yola dəvət etmişdirlər. İndi də, internetin və texnologiyanın bu qədər inkişaf etdiyi dövrdə insanların sorğulamaq üçün yetərincə şəraiti vardır. Və bu şəraiti olub, buna vaxtı olan insanlar Allah və din barəsində sorğulama aparmırlarsa bu artıq onların öz günahı sayılır. Hər halda hər kəs özü Allaha cavab verəcək. Yəni obyektiv sorğulamaq lazımdır sadəcə.


Şübhə-8 Allah varsa, pisliklər niyə var? Uşaqlar təcavüzə uğrayır? Allah niyə buna qarşı çıxmır?


Cavab: Bu tipli suallar çox sıx rastlanan suallardandır. Qısa cavab vermək lazım gələrsə, Allah bu dünya kimi axirətidə yaradacaq olandır. Bu dünyada edilən pis əməllərin cəzasını Qiyamət saatında verəcək deyə, Allahın bu dünyada pisliklərə yol verməsi, Allahın varlığı iddiasını aradan götürmədiyi üçün boş və mənasız iddiadır. Çünki Allah, bizə pis əməllər etmək üçün seçim haqqı verməklə müstəqil iradəmizi işlətməyimizə icazə vermişdir. Və göndərdiyi dinə uyğun həyat keçirdərək pis əməlləri qadağan, yaxşı əməlləri tövsiyə etməyimizi istəyib...


Şübhə-7: Allah özünə həmd (şükr və tərif) edilməsini istəyir deyə eqoistdir.


Cavab: Əgər seçim olarsa, şəxsin mən deyə cümləyə başlaması eqoizm əlaməti olaraq qəbul edilə bilər. Amma Allah tək olduğu üçün, həmd edilməsini istəməsi eqoizm
yox, doğrunu söyləməyimizi istəməsidir. Yəni Allah biz 1000 dəfədə “Allahu Əkbər” desək də, Allah ən ucadır. Bunun ona təsiri olmaz. Amma bizə psixoloji təsiri olar ki, buda gündəlik həyatımıza yansıyar. Və bizim passiv yaxşıdan, aktiv yaxşıya çevrilməyimizə səbəbiyyət verər.


Şübhə-6: Allah edəcəyimiz hər şeyi bilirsə, niyə bizi yaratdı?


Cavab: “Anadan gəlmə görmə əngəlli olan bir insanın rənglər haqqında doğru məlumatı ola bilməyəcəyi kimi, bizimdə hər şeyi bilən Tanrı barəsində tam dəqiq və doğru fikrimiz ola bilməz”: İsaak Nyuton Demək istəyirəm ki, bu sual “Allah və Zaman”
kateqoriyasına daxil edilə biləcək suallardandır. Yəni bizim sonsuzluğu bilib dərk etmədiyimiz kimi, Allahı bilsək də, olduğu kimi tam təfərrüatı ilə dərk etməyimiz, zehnimizə görə mümkün deyil. Bu suala müxtəlif fərziyyələrlə cavab vermək olar. (Ətraflı cavab üçün Enis Dokonun videolarına baxmağınızı tövsiyə edirəm.)...


Şübhə-5: Dini və şəxsi həyatda İnanmaq yox, bilmək istəyirəm?!


Cavab: Ruhların, cinlərin, əxlaqın və gözəlliyin elmi şəkildə isbatı olmaması bunların yoxluğunu qəbul etməyə səbəbiyyət vermədiyi kimi, Allahın varlığınıda elmi şəkildə isbat edə bilməmək, Allahın yox olduğu mənasını vermir. Bu kainatın sonu olmadığı üçün kainatın sonu olmayacağına inanmaq kimidir. Biz √2=1.4 etdiyini təbiətdə nəyəsə baxaraq, müşahidə apararaq yaxud laboratoriyada sınaq keçirdərək sübut edə bilmərik. Bu onda √2=1.4 olmadığı mənasınımı verir bizə? Əlbəttə ki, xeyr.
Enis Doko: “Elm səbəbləndirilmiş inancdır”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter