Cəfəri (Şiə) məzhəbi haqqında nə deyə bilərsiniz?


On iki İmam şiələri (tərəfdarları, ardıcılları) altıncı İmam Cəfər Sadiq(ə) –ın adıyla bağlı və Peyğəmbərimiz Muhəmməd(s) tərəfindən ilahi vəhyə əsasən ardıcıl olaraq təyin olunan on iki İmama tabe olanlar əqidə və inanclarında, daha doğrusu, dinin üsul və fürusunda Qurana və İslam Peyğəmbərinin sünnəsinə əsaslanırlar və onların ardınca gedirlər. Cəfərilər və ya şiələr Peyğəmbər(s)-in sünnəsini və Quran hökmlərini bəyan edən Peyğəmbər(s)-in və Əhli-Beytinin topladığı hədisləri və rəvayətləri daha üstün sayırlar. On iki İmam şiələri adlananlar bu inancdadırlar ki, müqəddəs İslam dinini qəbul edib müsəlman olmaq istəyən şəhadət verməlidir - əşhədü ənla ilahə illəllah və əşhədü ənnə Mühəmmədən əbduhu və rəsuluh. Əgər bir nəfər dili olduğu halda bu kəlmeyi-şəhadəti söyləməzsə, həmin şəxs müsəlman sayılmaz. Cəfəri məzhəbi kəlmeyi-şəhadəti sidq ürəkdən deyən hər bir kəsi müsəlman olaraq tanıyır. Məzhəbindən asılı olmayaraq bu hamıya aiddir. Bir şərtlə ki, İslam dininin zəruri hökümlərini inkar etməsin...


Şiə əgər haqdırsa bəs niyə görə müsəlman aləmində azlıq təşkil edir?


Dünya statistikasına nəzər salsaq görərik ki, dünyada təqribən altı milyard yarım əhali var. Onun cəmi bir milyarda yaxını (15-18 %) müsəlman, 40 % kafir (qeyri səmavi dinlərə itaət edənlər və ya dinsizlər), 42-45%-i isə kitab əhli yəni xristian və yəhudilərdir. Belə məlum olur ki, dünyada müsəlman hamıdan azdır.
Ancaq biz yəqin bilirik ki, haqq müsəlmanlarladır və bunda heç kəsin şübhəsi ola bilməz. Elə buradan da aydın olur ki, haqqı çoxluqda axtarmaq lazım deyil.
Necə ki, Qurani-Kərim buyurur: \'\'Bəndələrimdən şükür edəni azdır.\'\' (\'\'Səba\'\' surəsi, ayə-13) Bu ayədən açıq-aydın görünür ki, haqq çoxluqda deyil və bütün bəndələr şükür edən deyillər.... İmam Əli(ə) buyurur: \'\'Haqq və batil qoşunun sayı ilə tanınmaz. Əgər haqq ilə batili tanısan, onların əhlini də tanıyacaqsan.\'\' Quran ayələri, hədis və məntiqlə düşüncədən aydın olur ki, haqq-ədaləti heç də çoxluqda axtarmaq düzgün deyil.


Peyğəmbər (s.ə.v.s) meracda ümmətinin kişilərini necə halda gördü ?


Peyğəmbərimiz (s.ə.v.s) ümmətindən bir neçə dəstəni də görmüşdür. Qarınlarının böyüklüyündən ayağa qalxa bilməyən kişilər görmüşdür ki, onlar faiz yeyənlərdir.
Bir dəstə insan gördü ki, yanındaki ləziz yeməkləri qoyub üfunətli yeməklər yeyirdilər. Onlar halal mümkün oldüğü halda haram yeyənlərdir.
Bir dəstə şəxsin yerə uzanıb daşla başlarını əzdiklərini gördüm, bunlar xiftən namazını qılmayanlardır.
Bir dəstənin boğazından atəş gırıb,arxasından çıxanları gördüm. Onlar yetim malı yeyənlərdir...


Mahir Şəkərovun araşdırması: Musiqi haram deyil, haram olan musiqi var!


İstəyirik qısa şəkildə musiqi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirək. Bir çox musiqilər İslam şəriətinə əsasən haram sayılır. Həm onu ifa etmək, həm onu dinləmək və həm də o növ məclislərdə iştirak etmək haram sayılır. Musiqi barədə əsasən, iki mövqenin şahidi oluruq. Bir dəstə istisnasız olaraq, bütün musiqilərin dini terminlə desək, “ğina” və “haram” olduğunu söyləyir və hər cür musiqini ifa etməyi, dinləməyi günah sayır. Digər bir dəstə bəzi müsiqilərin halal, bəzilərinin isə haram olduğunu söyləyir və bunlar arasında fərq qoyulmasının zəruriliyini vurğulayır. Etdiyimiz mütaliə və araşdırmaya əsasən, biz də musiqinin tamamən haram olmasını dəstəkləmirik. Biz demirik ki, musiqi tamamilə haramdır, biz əksinə deyirik ki; Haram olan musiqilər var. Başqa sözlə deyirik ki, o musiqilərdə ki, “ğina” var, onlar haramdır. Elə isə ilk öncə öyrənək görək, ğina nədir?
Ğina nədir? Ğinanın nədən ibarət olduğu barədə dəqiq təsəvvür əldə etmək üçün əvvəlcə klassik lüğətlərdə bu sözə verilən mənalarla tanış olmaq lazımdır...


Qurbanlıq ətini necə bölüşdürmək və hansı üzvlərini yemək olmaz?!


Qurbanlıq sahibi əti üç hissəyə bölüb birini özü və ailəsi üçün götürə bilər. Yerdə qalan iki hissədən birini də öz qonşularına və dostlarına (ehtiyaclı olmasalar belə) verə bilər. Bir hissəni isə mütləq ehtiyacı olanlara (özü də qohum olmayan yad adamlara) paylamalıdır. Hədislərdən məlum olur ki, İmam Zeynül-abidin (ə) və İmam Mühəmməd Baqir (ə) qurbanlıq ətini məhz bu şəkildə bölüşdürürmüşlər (Əllamə Məclisi. Biharül-ənvar, 99-cu cild, səh. 296, 16-cı hədis).
Lakin qurban sahibi istəsə, ətdən özünə pay götürmədən, hamısını ehtiyaclılara yaxud yaxın adamlara paylaya bilər. Həzrət Mühəmməd Peyğəmbər (s) vida həcci zamanı kəsdiyi dəvələrin ətini bütünlükdə paylamış, hətta dərisini və yəhər-ovsarını da sədəqə vermişdi. Özü isə həmin ətdən bişirilmiş xörəkdən bir az dadmaqla kifayətlənmişdi...


Qurban kəsərkən hansı duaları oxumaq tələb olunur?


Qurban kəsərkən yalnız Allahın adını çəkmək (məsələn, «bismillah» demək) vacibdir. Hər hansı başqa duanı oxumaq vacib deyil, müstəhəbdir. Qurban kəsərkən oxunan geniş yayılmış müstəhəb dua belədir:
«Vəccəhtü vəchiyə lilləzi fətərəs-səmavati vəl-ərzə hənifən müslimən və ma əna minəl-müşrikin. İnnə səlati və nüsüki və məhyayə və məmati lillahi rəbbil-aləmin. La şərikə ləhü və bizalikə ümirtü və əna minəl-müslimin. Allahümmə minkə və lək. Bismillahi vəllahü əkbər». Tərcüməsi: «Tək tanrıya inanan müsəlman şəxs kimi göyləri və yeri yaradana (Allaha) üzümü tuturam. Mən müşriklərdən deyiləm. Mənim namazım, qurbanlığım, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür. Onun şəriki yoxdur...


Qurbanı şəriət hökmləri baxımından necə kəsmək lazımdır?


Qurbanlıq heyvan üzü qibləyə yerə uzadılır. Boğazındakı 4 iri damar (qida borusu, nəfəs borusu və daha iki damar) iti kəsən dəmir (polad) bıçaqla birdəfəyə kəsilir. Damarların bəzisini kəsib gözləmək, sonra o birilərini kəsmək olmaz . Qurbanlıq heyvanı müsəlman olan şəxs kəsməlidir. Heyvan üzü və ayaqları qibləyə sarı olmaqlayatırılır. Qurbanı kəsən zaman Allahın adı çəkilməlidir. Yəni qurban kəsən adam heyvanın boğaz damarlarını üzəndə «bismillah» və ya buna bənzər Allah adı olan zikrlərdən birini deməlidir. Qəsdən Allahın adı çəkilmədən kəsilmiş heyvan murdar sayılır və əti yeyilməz. Heyvanın boğazından kifayət qədər qan gəlməlidir. Bəzi müctəhidlər boğazı üzüldükdən sonra heyvanın hərəkət etməsini (gözünü qırpması, ayağını ya quyruğunu tərpətməsi və s.) lazım bilmişlər. Müasir müctəhidlər bunu yalnız heyvanın boğazı kəsilməzdən əvvəl diri olub-olmaması məsələsi şübhəli olduğu hallarda şərt bilirlər...


Qurban yalnız Qurban bayramı günü kəsilməlidirmi və şərikli kəsmək olarmı?!


Əlbəttə, qurbanlıq heyvanı Qurban bayramı günü (eydül-əzha) kəsmək daha yaxşıdır. Amma Qurban bayramından sonrakı iki gün ərzində də kəsməyin eybi yoxdur.
Əhli-sünnə məzhəbinə görə, qoyun və keçini başqası ilə şərikli halda kəsmək olmaz və bu heyvanlar bir nəfərin tərəfindən qurban edilməlidir. Amma inək və dəvə qurbanında 7 nəfərə kimi adam şərik ola bilər. Şiə məzhəbinə görə, hər kəsin müstəqil surətdə qurban kəsməsi (kəsdirməsi) lazımdır. Yalnız həcc zamanı son dərəcə zəruri hallarda bir neçə adamın şərikli olaraq qurban kəsməsinə icazə verilir ki, onlar da ehtiyata görə, qurban kəsməyən adam kimi kəffarə orucu tutmalıdırlar...


Qurban kəsilən heyvan üçün şəriətdə tələb edilən şərtlər hansılardır?


Qurbanlıq heyvan hər şeydən əvvəl sağlam və nöqsansız olmalıdır. Kor, buynuzsuz, şikəst, axtalanmış, hər hansı bədən üzvündə eyib olan heyvanı Allah yolnda qurban kəsmək ədəbsizlikdir və günahdır. Heyvan xəstə və zəif olmamalıdır, qocalıb əldən düşmüş sayılmamalıdır. Dəvənin ən azı 5 yaşı bitib 6-cı ilə keçməlidir. İnəyin və keçinin 2 yaşı bitib 3-cü ilə keçməsi kifayət edər. Qoyun isə ən azı 7 ayını başa vurub 8-ci aya keçməlidir; amma ehtiyata görə, qoyunun bir ilinin tamam olması daha yaxşıdır. Bunlar cəfəri fiqhinə aid olan hökmlərdir. Əhli-sünnə məzhəbinə görə, qoyun və keçinin bir yaşına dolması şərtdir. Amma əgər bir yaşından kiçik olan quzu ölçülərinə görə bir yaşlı qoyun kimi görünərsə, kəsilməsinə icazə verilir. Əhli-sünnəyə görə. inəyin ən azı 2, dəvənin ən azı 5 yaşı tamam olmalıdır.


Hansı heyvan növlərindən qurban kəsmək olar və kəsilən heyvan mütləq erkək olmalıdır?!


İslam şəriətinə görə, dəvə, inək, keçi və qoyun cinsindən qurban kəsmək olar. Bunun sübutu Qurani-kərimin Həcc surəsinin 28-ci və 34-cü ayələridir. Həmin ayələrdə qurbanlığın «ənam» adlanan ev heyvanlarından olması şərt sayılıb. Quranın Ənam surəsinin 143-144-cü ayələrində isə «ənam» qisminə aid olan heyvanların yuxarıda aı çəkilən dörd cinsdən olduğu vurğulanıb.
Buna görə də bir çoxlarının təsəvvür etdiyi kimi, «Qurban bayramı günü mütləq qan axıtmaq lazımdır» düşüncəsi ilə adı çəkilən heyvanları kəsməyə imkanı olmayan şəxsin toyuq, xoruz və sairə kəsməsi qurban sayılmaz...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter