İmam Əli (ə) hz Peyğəmbərdən (s) sonra haqqında keçərək nə üçün səbr edirdi?


«Nəhcul-bəlağə» kitabından oxuduğumuz «Şiqşiqiyyə» xütbəsi Әli (ə)-ın necə səbr etməsi, bu səbrin ilahi bir məsləhət olduğunu açıq şəkildə bəyan edirdi.
Bəzi təəssübkeş alimlər bu xütbənin bir iftira olduğunu və məşhur şiə alimi Seyyid Rəzi (Nəhcül-bəlağəni toplayıb yazan) tərəfindən qondarıldığını deyirlər. Lakin insaf və imanı hər şeydən üstün tutan əhli-sünnə alimlərinin kitabları bu iddianı təkzib edir. Uzun illər Misirin müftisi olmuş Şeyx Məhəmməd Әbduh «Tarixul-uməmil-islamiyyə» kitabında bu xütbənin mötəbər olduğunu etiraf etmiş və ona geniş şərh vermişdir. İbni Xişab ləqəbi ilə məşhurlaşan Şeyx Әbu Әbdillah ibni Әhməd yazır:
«Mən bu xütbəni Seyyid Rəzi dünyaya gəlməmişdən 200 il öncə yazılan kitablarda görmüşəm»...


İmam Zaman (ə.c) h.q 255 ci ildə dünyaya gəlib və diridir! Bir insan min ildən artıq yaşaya bilərmi?!


Təbiətşünasların nəzərincə, qocalığın və ölümün əsas səbəbi insanın düçar olduğu cismi xəstəliklərdir. Bə`zi təbiətşünaslar belə deyirlər: \"İnsan üç yüz il yaşamalıdır, lakin onun bədən üzvlərinin zəifləməsi və bunun başqa üzvlərə sirayət etməsi nəticəsində yetmiş, yaxud səksən il ömür sürür\". Alimlər bitki və həşəratlar üzərində apardıqları təc-rübələr nəticəsində, bə`zən onların ömrünü yüzillik ömür səviyyəsinə çatdırmışlar. Buna görə də, elm baxımından müstəsna insanların uzun ömür sürməsinin inkarına bir dəlil yoxdur. Dini baxımdan da, bu məsələnin sübutu çox aydındır. Necə ki, məzhəbi tarixlər və dinlər İlyas (ə), Xızır (ə) və İsa (ə) kimi şəxslərin indiyə qədər yaşa-masını, Loğman və Nuh kimi şəxslərin uzun ömür sürdüyünü bizə göstərir. Qur`anın aşkar bəyanına uyğun olaraq, həzrət Nuh (ə) təkcə 950 il peyğəmbərlik etmişdir. Rəvayətlərə görə, Süleyman (ə) 712 il, Loğman (ə) 4 min, yaxud 400 il, Ad (ə) 3500 il, Adəm (ə) 930 il və Nuh (ə) isə 2500 il yaşamışlar...


Həzrət Mehdinin (əc.) mübarək adını çəkmək olarmı?!


Cavab: Bu, fiqhi bir məsələdir. Alim və fəqihlərin bə`ziləri rəvayətləri araşdırarkən belə nəticəyə gəlmişlər ki, İmamlar o həzrətin adını çəkməyi yalnız çox sıxıntılı və xətərli dövrdə, onun düşmənlərdən qorunması üçün qadağan etmişlər. Lakin indiki dövrdə buna ehtiyac yox-dur.
Buna əsasən, naiblərdən biri həmin sualı müqəddəs nahiyədən soruşarkən, həzrət Mehdi (əc.) tərəfindən belə cavab gəldi: \"Əgər onlara adı söyləsəniz, onu yayar, yerini biləndən sonra (qətlə yetirmək üçün-red.) onun əleyhinə qalxarlar\".
Buna görə də, hətta İmam Həsən Əsgəri (ə) özü də, təqiyyəyə (ehtiyata) ehtiyac olmadığı zaman həzrətin mübarək adını dilə gətirərdi. O cümlədən, rəvayətlərdə qeyd olunduğu kimi, İmam Həsən Əsgəri (ə) səhabə-lərindən bə`ziləri üçün qurbanlıq bir qoyun göndərərkən buyurardı: \"Bu, oğlum Məhəmmədin qurbanlığıdır\"...


On İkinci imam = Beş yaşlı uşaq necə imam ola bilər?


Cavab: Biz bu sualın cavabını izahlı şəkildə azyaşlı İmam ünvanında \"İmam Cavadın (ə) həyatına baxış” kitabında vermişik. Sözün qısası budur ki, sonsuz qüdrət və hikmət sahibi olan Allah, İmamət ləyaqətini azyaşlı bir uşağın vücudunda da yerləşdirə bilər. Bəzən dünyada, adi xalq arasında İbn Sina və Tomas Yonq kimi qeyri-adi fitri iste`dada malik olan azyaşlı uşaqlar da vardır ki, onların bir aydakı fikri inkişafı, başqalarının on ildəki fikri inkişafına bərabərdir. Buna görə də, bu iş qeyri-mümkün işlərdən sayılmır.
Həzrət Mehdidən (əc.) də əvvəl İmam Cavad (ə) və İmam Hadi (ə) də uşaq yaşlarında İmamət məqamına yetişmişdilər. Peyğəmbərlər arasında isə, həzrət İsa (ə) və Yəhya (ə) uşaq yaşlarında peyğəmbərlik məqamını əldə etmişdilər. Məryəm surəsinin 12-ci və 30-cu ayələrində bu mətləbə işarə olunmuşdur.


Zühura etiqad (Xilaskarın gəlişi) yalnız şiələrəmi məxsusdur?


Cavab: Xeyr. Demək olar ki, bütün dinlərdə, axırüz-zamanda zühur edərək dünyaya nicat verəcək bir islahe-diciyə etiqad mövcuddur.
Quranda da bir çox ayələrdə bu mətləbə işarə olun-muşdur. Ənbiya surəsinin 105-ci ayəsində oxuyuruq: \"Tövrat kitabından sonra Zəburda yazdıq ki, ləyaqətli bəndələrim yer üzünün hakimi olacaqlar\". Bu əqidə hətta Tövratda, İncildə, hindu və zərdüştlük kitablarında, o cümlədən çinlilərin, qədim misirlilərin və qərb əhalisinin arasında da mövcuddur.
Rəvayət olunduğu kimi, həzrət İsanın (ə) tərəfdar-larından bir qrupu o həzrətin hüzurunda ikən, ondan dün-yanın axırının necə olacağı barədə soruşdular.
Həzrət İsa (ə) onların cavabında buyurdu \"Məndən sonra Allah tərəfindən Əhməd (ə) adlı bir peyğəmbər gələcək ki, onun övladlarından biri insanlara Allahın höccəti olacaq...


Quranda İmam Mehdi Sahibəzzamanla (əc.) bağlı ayələr varmı?


Cavab: Bəli. Qur`anda bir çox ayələrdə buna işarə edilmişdir. Mə`sum İmamlardan bizə yetişən çoxsaylı rəvayətlərə əsasən, o ayələrin tə`vili, yə`ni batini mə`nası İmamın (əc.) hökumətinə işarə edir. Qəsəs surəsinin 5-6-cı, Nur surəsinin 56- cı və Ənbiya surəsinin 9-cu ayələrini buna misal gətirmək olar.
= Nümunə üçün, Qəsəs surəsinin 5-ci ayəsində oxuyu-ruq: \"Biz zəiflədilmiş kəslərə ne`mət bəxş etməyi və onları yer üzünün sahibi etməyi iradə etdik\".
Bu ayənin zahiri mə`nası həzrət Musanın (ə) qövmü ilə əlaqədar olsa da, batini mə`nası həzrətin (əc.) höku-mətinə işarədir.
Həzrət Əli (ə) buyurmuşdur: \"Bu ayədə Allahın xalqa rəhbər edəcəyi zəiflədil-mişlərdən məqsəd biz Əhli-beytik. Allah bu nəslin Meh-disini (əc.) göndərərək, onlara izzət, düşmənlərinə isə zil-lət bəxş edəcək\".


On ikinci imam qeybdədir yoxsa hələ bundan sonra dünyaya gələcək?


Hələ on iki İmam dünyaya gəlməmişdən öncə ülamə və səhabə bu əqidədə idi ki, Peyğəmbərimizdən sonra ümmətə on iki şəxs rəhbər olacaq. Məşhur sünnü alimi Buxari \'\'Səhihi Buxari\'\' c. 9, səh.101-də yazır: \'\'Həzrət Peyğəmbər buyurmuşdur ki, sizin on iki əmiriniz olacaq və onların hamısı Qüreyşdəndir.\'\' Tirmizi \'\'Səhih\'\'ində (c. 2) və Əhməd ibni Hənbəl \'\'Müsnəd\'\'ində (c. 1 səh.9, c. 2 səh.101, c. 5 səh.92) Cabirdən nəqlən yazırlar: \'\'Peyğəmbər buyurdu ki, İslam dini, hamısı Qüreyş qəbiləsindən olan və sizə xəlifəlik edəcək on iki şəxsiyyətlə sabit və daimi qalacaqdır.\'\' Şiə məzhəbi Qüreyş qəbiləsindən ümmətə rəhbər olan on iki şəxsi məhz Peyğəmbərin öz nəslindən, qüreyşlilərdən olan on iki İmamı qəbul edir. On ikinci İmamın qeybdə olması haqqında da şiələrin əlində dəlillər və sübutlar vardır. Peyğəmbəri Əkrəmdən bütün zamanlar üçün bir hədis nəql olunub: \'\'Hər kəs ölə və öz zamanının İmamını tanımaya, cahiliyyət dövrünün insanları kimi ölmüşdür.\'\' Bu hədisi görkəmli Əhli-sünnə alimləri öz kitablarında yazmışlar, belə ki, 1-\'\'Səhihi Müslüm\'\' c. 12, səh.440, 2-\'\'Səhihi Buxari\'\' c. 5, səh.13, 3-\'\'Kənzül Ümmal\'\' c. 1, səh.103, 4-\'\'Müsnədi Əhməd\'\' c. 4, səh.96 buna sübutdur...


Matəm mərasimlərinin və İmam Hüseynə əzadarlığın səbəbi nədir?


Yüz illərdir ki, hər Məhərrəm ayında bütün dünyada bir çox müsəlmanlar, Peyğəmbər(s) və Əhli-beytini sevənlər qəmli göz yaşları ilə Aşura mərasimi qeyd edirlər. Aşura günü bildiyimiz kimi İslam Peyğəmbəri(s)-in nəvəsi, Cənnət gənclərinin ağası, İmam Hüseyn(ə) qəddar Yezidlə mübarizədə Yezid və onun köməkçiləri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş və İmam ailəsi dəhşətli günlər yaşamışdır. Həmin gün Yezid və onun qəddar ordusu Peyğəmbər(s)-in nəvələrini, körpə uşaqları qətlə yetirmiş, İmamın başını kəsib, şəhər-şəhər gəzdirib o mübarək başı nümayiş etdirmişdilər. Onlar bu hərəkətləri ilə İmama qalib gəldiklərini nümayiş etdirmək istəyiblər, lakin dərk etməyiblər ki, onlar artıq uduzublar və bu hərəkətləri onlara qarşı ancaq nifrəti artırır və buna sübut 13 əsr ərzində əksər müsəlmanların onlara lənət yağdırmasıdır. İmam Hüseyn(ə) hərəkatı bütün müsəlmanlara böyük bir dərs oldu ki, onun da uğurlu nəticələri oldu. Ən əsası isə İslam dini qorunub saxlandı, məlun Yezid qətlə yetirildi, müsəlmanlar münafiqləri tanıdı və İmam Hüseyn məktəbi yaradıldı. Hüseyn məktəbi tək müsəlmanlara deyil, qeyri müsəlman olan xalqlara da nümunə olmuşdur. Məsələn, Hindistanın azadlıq hərəkatının lideri Maxatma Qandi öz diskusiyalarından birində \'\'Biz öz azadlıq hərəkatımızda müsəlman Hüseyndən nümunə götürdük\'\' deyə qeyd etmişdir...


Nə üçün şiələr Allahdan başqasına and içirlər?! Bu günah deyilmi!


Qurana nəzər salaq və görək səmavi kitabımız bizə Allahdan qeyrisinə and içməyi haram bilirmi?! Lakin biz Allah kitabına baxdıqda görürük ki, Allah-təala təkcə \'\'Şəms\'\' surəsində doqquz məxluqa and içir. Ancaq bir ayədə rast gəlmirik ki, Allah-təala bunu bizə haram bilsin. Allah-təala buyurur: \'\'And olsun əncirə və zeytuna. And olsun Tur Sinaya. And olsun bu əmin şəhərə (Məkkəyə).\'\' (\'\'Tin\'\' surəsi) \'\'Ey Peyğəmbər! Sənin canına and olsun ki, onlar öz şəhvət sərxoşluqlarında sərgərdandırlar.\'\' (\'\'Hicr\'\' surəsi, ayə-72) \'\'And olsun qələmə və mələklərin yazdığına.\'\' (\'\'Qələm\'\' surəsi, ayə-1) Yox əgər deyilsə ki, ancaq Allah-təala and içə bilər. Cavab olaraq demək lazımdır ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur, o cümlədən and içməyə də. Quran bəşərə ona görə göndərilib ki, biz ondan ibrət götürək və ona uyğun hərəkət edək. Hədislərə baxsaq görərik ki, Peyğəmbər(s) də məxluqa and içir. Peyğəmbər(s)-in and içməyinə dair məhşur sünnə aliminin öz kitabında qeyd etdiyi hədis var, \'\'Səhihi Müslüm\'\' Zəkat kitabı 3-cü c. səh.93-94 Misir çapı. Peyğəmbər(s) öz səhabələrinə atalarının canına and içməyi həqiqətən də qadağan etmişdi. Çünki onların ataları müşrük kimi dünyadan köçmüşdür...


Nə üçün şiələr qəbirləri pir edirlər? Məgər bu günah deyil?


Allah, müqəddəs şəxslərin qəbirlərini pir qərar verməyi, orada məscid tikməyi, namaz qılmağı bizlərə qadağan etməyib, Peyğəmbər(s) və Əhli-Beytin məzarlarının üstündə məscid tikməyin İslama heç bir ziyanı yoxdur. Məlumat üçün qeyd edək ki, təkcə şiələr yox, Əhli-Sünnə məzhəbləri də övliyaların qəbirlərinin üstündə məscid tikiblər. İstər şiələr, istərsə də sünnülər bunu özbaşına yox, Quran ayəsinə və Quran ayəsinin təfsirinə əsasən ediblər: \'\'Onların qəbirlərinin üstündə bina düzəltdik. Bu işdə qalib gəlmiş başqa dəstə (möminlər) dedilər. Onların qəbirlərini məscid qərar verəcəyik.\'\' yəni orada məscid tikəcəyik, \'\'Kəhf\'\' surəsi, ayə-21 də belə buyurulur. Bu ayədən açıq-aydın görünür ki, qəbri pir etmək (üzərində məscid tikmək) heç də haram deyil və bunu növbəti hədisdən də başa düşmək olar: \'\'Peyğəmbərimizin qızı Həzrət Fatimeyi Zəhra(s.ə.) cümə günləri əmisi şəhid Həmzənin qəbrinin yanına gedib namaz qılır və ona gözyaşı tökürdü. (\'\'Səhihi Müslüm\'\' c. 3 və \'\'Sünəni Beyhəqi\'\' c. 4, səh.78)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter