Qurani-Kərimdə \"Fəhşa\" kəlməsi dedikdə nə başa düşülür?


\"Möminlər arasında iyrənc işlərin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah (onları) tanıyır, siz isə tanımırsınız.\" (Nur, 19).
İzah: “Fəhşa”nın yayılması bu gün – kütləvi informasiya vasitələrinin inkişaf etməsi ilə – təəssüf ki, daha çox rast gəlinən günahlardandır. “Fəhşa” dedikdə hər növ aşkar və böyük günah nəzərdə tutulur. Başqalarının sirlərini və gizli eyiblərini ifşa etmək nəinki onların şəxsi toxunulmazlıq hüququnu pozmaq, hətta günaha ümumi (ictimai) yön verməkdir. Yəni cəmiyyətdə bədbinliyi yayır, bir çox günahların qəbahətini aradan qaldırır və cəmiyyəti əxlaqi təhlükə və həyasızlıqla üz-üzə qoyur. Əslində “Fəhşa”nı yaymaq qeyri-müstəqim olaraq əxlaq normalarını hədəfə alır...


Nə üçün Şeytandan (lən) Allah-Taalaya sığınmaq vacibdir?!


\"De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!”\" (Muminun, 97-98).
İzah: Şeytanın vəsvəsələrindən xilas olmaq üçün Allaha sığınmaqdan başqa bir yol yoxdur. Şeytan insanların aşkar düşmənidir və onları doğru yoldan azdırmağa and içmişdir. Bu qatı düşmən həm güclü vasitələrə və orduya, həm görünməmək və s. kimi xüsusi bacarığa malikdir, həm də hamını aldatmaq yollarını mükəmməl bilir. Bütün bunlara nəzərən insanın belə bir düşmənə məğlub olması mütləqdir...


Ərbəin günü oxumaq istəyənlər üçün Ərbəin ziyarətnaməsi!


Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və Ərbəin ziyarətnaməsini oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) Ərbəin ziyarətnaməsini oxumağı möminin 5 əlamətindən biri kimi təqdim etmişdir. Həmin günü Kərbəlada qeyd edə bilməyənlər ziyarətnaməni öz evlərində də oxuya bilərlər. Tusi “Təhzib” və “Misbah” kitablarında Səffan Cəmmaldan belə nəql edir: “Mövlam Həzrət Sadiq (ə) Ərbəin ziyarətnaməsi barəsində mənə buyurdu ki, bu ziyarətnaməni, günəş üfüqdən bir qədər qalxandan sonra bu qaydada oxu: Ərbəin ziyarətnaməsi: Ərəbcə transkripsiya və tərcümə
“Əssəlamu əla vəliyyillahi və həbibih, əssəlamu əla xəlilillahi və nəcibih, əssəlamu əla səfiyyillahi vəbni səfiyyih, əssəlamu ələl Husəynil məzlumiş-şəhid, ...


Sübh namazı niyə bəzən qəzaya gedir?


Bunun həm maddi və həm də mənəvi səbəbləri vardır. Maddi amillər:
1. Həyatında proqramsızlıq. Sübh namazını dərk etməyə mane olan amillərdən biri – həyatında proqramsız olmasıdır. Bu cür insan nə yuxusunu və nə də gördüyü işlərini tənzim edə bilməz. Ona görə də sübh namazına qalxmaq onun üçün çətin olar.
2. Gecəni çox yemək yemək. Gecə ağır yatmağa səbəb olan amillərdən biri yatmazdan əvvəl çoxlu yemək yeməkdir. Həzrət İsa (ə) Bəni-İsrayilə buyurur: “Ey Bəni-İsrayil! Yeməyinizi çox etməyin! Hər kim yeməyini artırarsa, yuxusunu da artırmış olar. Hər kim yuxusunu artırar, namazını azaldar. (Nəticədə) qafillərin zümrəsindən olar”.
3-Maddi və dünyəvi məsələlərə qərq olmaq. Həzrət İsa (ə) buyurur ki, dünyaya bağlanmaq insanı ibadətə qarşı hövsələsiz edər. O, buyurur: “Necə ki, xəstə yeməyə baxır və ağrının şiddətindən onun ləzzətini hiss etməz, həmçinin dünyaya bağlı olan insan mal-dövlətə olan sevgisinə görə ibadətdən ləzzət almaz”.


“Dünyada bir xüsusiyyət vardır ki, axirət ilə müqayisə edilə bilməz…” – Ayətullah Misbah Yəzdidən dərslər


Dünyada bir xüsusiyyət vardır ki, axirət ilə müqayisə edilə bilməz. Əgər dünyada heç bir əziyyət olmasaydı belə, bu dünya məhduddur. Ləzzətlərini axirətdə olanlarla müqayisə etmək olmaz. Bu dünyanın 100 ili, axirət üçün bir an kimidir. Əslində dünya həyatına, həyat adını vermək olmaz. Qurani-Kərim buyurur ki, bu dünya həyatı oyun-oyuncaqdan və əyləncədən başqa bir şey deyildir. Heç həyat deyildir. Həqiqi həyat – axirətdədir. Quran dilində dünya həyatı əyləncə, lovğalanmaq, mal və övlad artırmaqdır. Əgər dünya ləzzəti ən ali hədəflərin müqəddiməsi olarsa, özü məqsəd olar. Cavan özünü bəzəyər ki, başqaları onu görən zaman xoşları gəlsin və ona görə də bu ləzzət ardınca olar. Bundan ali hədəfləri yoxdur. Əgər qadınla kişi axirət hədəfi üçün bəzənərsə, o zaman axirət hədəfinə malik olar.


Qəflətdə olmaq nədir? Məsumların (ə) mübarək izahı


İmam Əli (ə) buyurur: “Vay olsun o kəsə ki, yuxudadır (qəflətdədir)! Necə də ziyandadır. Onun ömrü qısalmış və savabı azdır”.
İmam Sadiq (ə) buyurur: “Ölümü yada salmaq – nəfsin xahişlərini öldürər və qəflətin köklərini kəsər. Qəlbi Allah vədəsi ilə gücləndirər və həvəsin bayraqlarını məhv edər. Hərislik atəşini söndürər, dünyanı nəzərində kiçik göstərər”.
İmam Əli (ə) buyurur: “Bilin ki, arzu, ağlı qəflətə salar və Allahı yada salmağı unutdurar”.
İmam Baqir (ə) buyurur: “Namazından ancaq o qədərindən bəhrə aparırsan ki, qəlb diqqəti ilə birlikdə olmuşdur. Ona görə də əgər kimsə bütün namazında səhv edərsə və ya onu əda etməkdən qafil olarsa – o namaz büzüşər və sahibinin üzünə vurular”...


Hz Peyğəmbərin (s) hədisinə əsasən hansı məsələdə xəsislik vacibdir?!


Peyğəmbərimiz (s) buyurub: “Öz ömrünə qarşı dinar-dirhəmindən daha xəsis ol” “Allah sizi torpaqdan sonra nütfədən xəlq etmiş, sonra da sizi cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və doğmaz. Ahılın ömrünün uzadılması da, kimsənin ömrünün qısaldılması da, ancaq kitabda yazılmışdır. Həqiqətən, bu Allah üçün çox asandır.” [1] İmam Əli (ə) buyurub: “Sənin ömrün çəkdiyin nəfəslərin sayıdır və bu nəfəsləri bir gözətçi sayır.” [2]
Məhəmməd peyğəmbər (s) buyurub: “Sizlərdən heç biri ömrünüzün bir gününü arxada qoymadan, ömrünüzün növbəti gününün pişvazına çıxmır.” [3]
“Öz ömrünə qarşı dinar-dirhəmindən daha xəsis ol.” [4] “Həyatın müddəti məhduddur və heç kəs, onun üçün müəyyən edilmiş ömürdən çoxuna çata bilməz. Buna görə də ömür başa çatmamış tələsin.” [5]


Həyatda əzabdan amanda qalmaq üçün Təvəssül və istiğfarın nə təsiri vardır?


Bəşəri cəmiyyətlər yalnız Allaha qayıtdıqları və həqiqi mənada tövbə və istiğfar etdikləri zaman ilahi rəhmət altına alınarlar. \"Sən onların arasında olduğun halda Allah onlara əzab verməyəcək. Bağışlanmalarını dilədikləri zaman da Allah onlara əzab verən deyildir.\" (Ənfal, 33).
İzah: Quran ayələrinin böyük bir hissəsi keçmiş qövmlərin asi olmasına və Allahın onları cəzalandırmasına həsr olunmuşdur. Bu, müsəlmanlara və bütün bəşəri cəmiyyətlərə xatırlatmadır ki, əgər günah və pozğunluq cəmiyyətə hakim kəsilsə, təqva tərk olunsa, Allahın gizli və aşkar əzabları onlara da nazil olacaqdır. Demək, bəşəri cəmiyyətlər yalnız Allaha qayıtdıqları və həqiqi mənada tövbə və istiğfar etdikləri zaman ilahi rəhmət altına alınarlar... Hədis: İmam Əli (ə): “Yerdə Allah əzabından amanda saxlayan iki şey var idi. Onlardan biri (Peyğəmbər) götürüldü. Elə isə ikincisindən (istiğfardan) yapışın.” (Nəhcül-bəlağə, qısa kəlamlar: 88).


Quran oxuyan zaman birinci vəzifə nədən ibarətdir?!


Qiraətçi tilavətin başlanğıcından sonuna qədər Allaha sığınsın... \"Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın!\" (Nəhl, 97).
İzah: Quran oxumaq Allahla ünsiyyətdir. Məlumdur ki, Allahla ünsiyyətdə olmaq və dərin Quran ayələrinə qulaq vermək üçün ruhun təmizliyinə və nəfsani aludəliklərdən uzaq olmağa ehtiyac var. Digər tərəfdən əxlaqi qəbahətlərdən uzaq olmaq və Quran mənəviyyatını qəbul etməyə hazır olmaq üçün Allahın lütf və mərhəmətinə ehtiyac var. Buna görə də yaxşı olar ki, qiraətçi tilavətin başlanğıcından sonuna qədər Allaha sığınsın və bununla da nəfsin vəsvəsə hədəfindən, İblisin gizli və aşkar hiylələrindən amanda qalsın. Ucb, qürur, təkəbbür və qəflət insana Allahı və layiqli Quran tilavətini unutduran ən mühüm amillərdir.


Qadının istmətli geyiminin fəlsəfəsi və ona nə faydası nələrdir?


Hicablı qadınlar cəmiyyətdə iffət və ismətlə tanınır... \"Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhimlidir.\" (Əhzab, 59).
İzah: Quranda hicab və naməhrəmə baxmağın haram olması haqqında ondan çox ayə vardır. “جلباب” (cəlbab) – çadra kimi – bütün bədəni örtən geyimdir. Qadının şəxsiyyətinin qorunması, onun cəmiyyətdə layiqli şəkildə hazır olması üçün uyğun zəmin yaradılması, ... hicaba riayət etməyin nəticələrindəndir.
Hədis: İmam Əli (ə): “Qadının örtünməsi və qorunması onun daha çox asayişdə olmasına və gözəlliyinin davamlı olmasına səbəb olur.” (Qürərul-hikəm, c. 4, səh. 200, hədis: 5820)./nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter