“Allahın rəhməti olsun bizim sözlərimizi diri tutanlara” – İmam Sadiq (ə)


Əhli-Beyt (ə) İmamların sözü Quranın və peyğəmbərin (s) sözüdür. İmam Rza (ə)-dan nəql olunan hədisdə deyilir, İmam (ə) buyurdu: \"Allah rəhmət eləsin bizim əmrimizi diri tutanlara”. Soruşdular ey peyğəmbər övladı sizin əmrlərinizi diri tutmaq nə deməkdir? İmam (ə) buyurdu: Bizim kəlamlarımızı, sözlərimizi öyrənmək və onu başqalarına çatdırmaq . Əgər insanlar bizim sözlərimizi gözəlliklə eşidib, bilsələr bizi özlərinə öndər bilərlər. Yaxud Muaviyyə bin Əmmar nəql edir ki, mən İmam Sadiqdən (ə) soruşdum: İnsanlardan eləsi vardır ki, sizin sözlərinizi öyrənir və bunu başqalarına da nəql edirlər. Bunula onlar insanların qəlbinə fərahlıq bəxş edir, qəlbləri diri tuturlar. Elə kəslər də vardır ki, abiddirlər lakin sizin sözlərinizdən qəflətdədirlər. Bu kəslərdən hansi daha fəzilətlidir? İmam (ə) buyurdu: “Bizim kəlamlarımızı bilən və bunu insanlara çatdıran, bununla da insanların qəlbinə həyat bəxş edən kəslər min abiddən üstündür.” (Usul-kafi)


Qadınların tək başına müqəddəs məkanları ziyarətə getməsinin şərii hökmü nədir? – Ayətullah Sistani


Qadınların yanlarında həyat yoldaşları və ya yaxın məhrəmləri olmadan müqəddəs məkanları ziyarətə getməsinin hökmü nədir?
Cavab: Bu kimi məsələlərdən məqsəd özlərini haramlardan qorumalarıdır. Gərək harama düşməyəcəklərindən əmin olsunlar.
Bəli, əgər qadın evli olarsa, yaxud, ata və babası sağ olarsa və onlar da (ər, ata, baba) qadının səfərə çıxmasını təhlükəli bilib icazə verməsələr, gərək onlarla müxalifət etməsin.


İnsanda neçə sifət cəm olsa, kifayətdir? Loqman (ə)-ın cavabı


Loğman Həkimin oğlu ondan soruşur: “Atacan! İnsanda hansı xüsusiyyət daha üstündür?”.
Loğman deyir: “Din”. Oğlu deyir: “Əgər iki dənə olsa, necə?”. Deyir: “Din və mal”.
Soruşur: “Əgər üç dənə olsa, necə?”. Deyir: “Din, mal, həya”. Soruşur: “Əgər dörd dənə olsa, necə?”.
Deyir: “Din, mal, həya və gözəl xasiyyət”. Soruşur: “Əgər beş dənə olsa, necə?”. Deyir: “Din, mal, həya, gözəl xasiyyət, səxavət”.


Allah yanında xoşagəlməz əməllər hansılardır?!


Allah yanında ən mənfur əməlin nə olduğunu Məsumların (ə) dilindən eşidək. “Kafi” kitabında Abdullah ibni Muhəmməd İmam Sadiqdən (ə) nəql edir: “Xəsəm qəbiləsindən olan bir kişi Peyğəmbərin (s) yanına gəlir və deyir: “Allah yanında ən mənfur əməl hansıdır?” Həzrət (ə) buyurur: “Allaha şirk etmək”. Soruşdu: “Bəs ondan sonra nədir?” Buyurur: “Qohumluq əlaqəsini kəsmək”. Soruşur: “Bəs ondan sonra?” Buyurur: “Əmr be-mərufu və nəhy-əz-munkəri tərk etmək”. İmam Səccad (ə) səcdə duasında buyurur: “Allahım! Sənin yanında ən mənfur əməl olan Sənə şərik və ya övlad qərar verməmişəm. Sənə itaətszilik etməmişəm”...


“Axtardım...” - İmam Sadiqin (ə) kəlamında ən üstünlər!


Deyerler.org: “Ölümü sevməyin yolunu axtardım, onu Allahı razı salmaq üçün qabaqcadan göndərilmiş sərvətdə (infaqda) tapdım”.
“İbadətin şirinliyini axtardım, onu günahı tərk etməkdə tapdım”.
“Qəlb riqqətini axtardım, onu aclıqda və susuzluqda tapdım”.
“Qəlb nurunu axtardım, onu düşünməkdə və ağlamaqda tapdım”.
“Allah Təalanın dostluğunu axtardım, onu günahkarlarla düşmənçilikdə tapdım”.
“Sərvərlik və böyüklüyü axtardım, onu Allah bəndələrinə xeyirxahlıqda tapdım”.
“Qəlb rahatlığını axtardım, onu sərvətin azlığında tapdım”...


Həzrəti Peyğəmbərin (s) hədisinə əsasən tövbə namazının qılınma qaydası necədir?!


Həzrət Peyğəmbər (s) buyurdu: “Qüsl (tövbə qüslü) və dəstəmaz (tövbə dəstəmazı) alın. Sonra dörd rükətli namaz qılın. Hər rükətdə 1 dəfə “Həmd”, 3 dəfə “Tövhid”, 1 dəfə “Fələq” və 1 dəfə də “Nas” surələrini deyin. Sonda 70 dəfə istiğfar edin və onu “Lə həvlə və lə quvvətə illə billahil-əliyyil-azim” cümləsi ilə tamamlayın. Sonra isə bu duanı oxuyun: “Ya Əzizu, ya Ğəffar. İğfirli zunubi və zunubə cəmiyəl-muminin və muminat. Fəinnəhu lə yəğfiruz-zunubi illa ənt””. (“Ey Əziz, ey Bağışlayan! Ey Mehriban! Mənim günahlarımı, bütün mömin qadın və kişilərin günahlarını bağışla. Çünki Səndən başqa heç kim günahları bağışlamaz”)
Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir müsəlman yoxdur ki, bu namazı qılsın və ona səmadan nida edilməsin ki: “Ey Allahın bəndəsi! Sənin tövbən qəbul olmuşdur...


Həzrət Peyğəmbərin (s) bir ərəbin həyati suallarına xilasedici cavabı nələr oldu?!


Bir gün Allahın Rəsulu (s) məsciddə oturmuşdu. Təsadüfən bir ərəb daxil oldu və Peyğəmbərə (s) salam verdi. Həzrət (s) salama cavab verib, sual etdi: “Haradan gəlirsən, ərəb?”. Ərəb dedi: “Uzaq yoldan gəlirəm və sizə bir neçə sualım var”. Həzrət (s) buyurdu: “Soruş, cavab eşidərsən”. Ərz etdi:
“İstəyirəm xalqın alimi olam”. Həzrət (s) buyurdu: “Allahdan qorx”.
“İstəyirəm Allah dərgahına yaxınlardan olam”. Həzrət (s) buyurdu: “Gecə və gündüz Quran oxu”.
“İstəyirəm həmişə ürəyim işıqlı olsun”. Həzrət (s) buyurdu: “Ölümünü yaddan çıxarma”.
“İstəyirəm Haqqın rəhmətində olam”. Həzrət (s) buyurdu: “Allahın xəlqinə yaxşılıq et”.
“İstəyirəm düşməndən mənə zərər yetişməsin”. Həzrət (s) buyurdu: “Həmişə Allaha təvəkkül et”...


Peyğəmbər (s) səhabəsi Hz Səlman necə hidayət oldu! Əhvalat


Peyğəmbərin (s) gəlməsi xəbərini eşidir, bir boşqab xurma götürüb, Peyğəmbərin (s) qarşısına çıxır. Hz Peyğəmbər (s) soruşur: “Bunlar nədir? Səlman deyir: “Xurmaların sədəqəsidir. Bu şəhərə təzə gəlmisiniz və qəribsiniz. İstədim ki, sizi bu sədəqə ilə qarşılayam”. Hz Peyğəmbər (s) yanındakılara buyurur: ““Bismillah” deyin və yeyin”. Ancaq Həzrət özü ondan yemir. Səlman bir boşqab da xurma gətirir, Peyğəmbər (s) soruşur ki, bu nədir? Deyir: “Gördüm ki, sədəqə kimi gətirdiyim xurmadan yemədiniz. Bunları hədiyyə kimi hüzurunuza gətirdim”. Bu zaman Həzrət yanındakılara buyurur: ““Bismillah” deyin və yeyin”. Özü də yeməyə başlayır. Sonra Səlman yenə özünə bir işarə edir və deyir ki, bu da ikinci əlamət. Sonra Həzrətin (s) ətrafında fırlanmağa başlayır. Peyğəmbər (s) çiyninə atdığı parçanı götürür və Səlmanın gözü Həzrətin çiynində olan nübuvvət xalına dəyir, onu öpür. Peyğəmbər (s) soruşur: Sən kimsən? Deyir: “Mən əcəm əhalisindənəm”. Sonra da özü haqqında danışır. İslam dinini qəbul edir və Peyğəmbər (s) ona xoşbəxtlik müjdəsini verir.


Qiyamət günü insanın məqamını müəyyən edən amillər hansılardır?


Qiyamət günü həmin şəxsin dünyada malik olduğu təqvası müəyyən olunacaq və ona əsasən hesab verəcəkdir.
Əlbəttə Allah – adil Allahdır. İnsan istər əkinçi olsun, istər müəllim və ya həkim olsun – əgər öz vəzifəsinə və dini vəzifələrinə düzgün əməl edərsə, heç bir əməli zay olmayacaqdır. Necə ki, Quran bu həqiqəti təsdiq edir: “Çünki, kim təqvalı olsa və səbir etsə (mükafatlandırılar). Həqiqətən Allah yaxşı əməl sahiblərinin mükafatını zay etməz”. (“Yusif” 90). İmam Baqir (ə) buyurur: “O alim ki, öz elminə əməl edər, 70 min abiddən daha üstündür”.
Bu barədə İmam Səccad (ə) buyurur: “Çox təəccüblüdür o kəsdən ki, tez keçən və fani olan bu dünya üçün iş görər, ancaq əbədi olan axirətini unudar və yaddan çıxardar”.
Beləliklə deyə bilərik ki, Qiyamət günü insanları üstün edən amillər: din, iman, təqva, vilayət, elm, əxlaq və ixlas olacaqdır.


Bərzəx aləminin əzabı Qiyamətə qədər davam edəcəkmi? Əhvalat


Həzrət İsa (ə) bir qəbrin kənarından keçir ki, əzab çəkir. Ancaq bir il keçəndən sonra yenə həmin qəbrin kənarından keçən zaman görür ki, qəbir sahibi əzab çəkmir. Allah Təaladan istəyir ki, bunun səbəbini ona agah etsin. Vəhy gəlir ki, onun saleh övladı vardır ki, bu müddət ərzində həddi-büluğa çatmış və iki saleh əməl yerinə yetirmişdir. Biri budur ki, bir yolu insanlar üçün səliqəyə salmışdır. O biri əməli isə odur ki, bir yetimə məskən vermişdir. “Mən də bu saleh övladın əməllərinə görə atasının əzabını aradan qaldırmışam”. Ona görə də insan hər nə qədər bərzəx aləmində olarsa-olsun, o demək deyildir ki, o müddətin hamısında əzab çəkər. Onun əzabının qarşısını alan əməllər vardır ki, varisləri onu yerinə yetirməklə onu həmin əzabdan xilas edə bilərlər. Ona görə də Məsumlarımızın (ə) buyurduğu kimi, qəbirdə yatan yaxınlarımızı yaddan çıxartmayaq və saleh əməllərimizə onları da şərik edək. Onlar üçün xeyir duası edib, bağışlanma istəyək.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter