Allah-Taala (c.c) cəhənnəmi niyə yaradıb?


Allah Təalanın müdrik yaradılışında behiştin xəlq olması nə qədər faydalıdırsa, cəhənnəmin yaradılması da o qədər səmərəlidir. Allah Təbarəkə və Təala Quranda öz nemətlərini sayan zaman cəhənnəm əzablarını da onlarla eyni sırada bəyan edir və buyurur: “Bu, günahkarların təkzib və inkar etdikləri həmin cəhənnəmdir. Onlar həmin od və qaynar suyun içərisində (susuzluqdan və ardı-arası kəsilməyən dəhşətdən) fırlanacaqlar. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! Rəbbinin hökmranlığından və (hər şeyi) əhatə etməsindən və ya özünün Rəbbinin hüzurunda dayanmasından qorxan kəs üçün iki Cənnət vardır”. (“Rəhman” 43-46). Əgər Allah cəhənnəmi xəlq etməsəydi, insan təkamül etməzdi. Çünki məhz cəhənnəm qorxusu və əzab perspektivi bir çox insanları günahdan çəkindirər və gözəl əməllər yerinə yetirməyə tərəf dəvət edər...



Qiyamətdə Acıdil insanı nə gözləyir?!


Mərhum Kuleyninin “Kafi” kitabında bəhs etdiyi mövzulardan biri də acıdilli insanların aqibəti barəsindədir. Bu dəyərli kitabda acıdilli insanlarla bağlı gələn iki hədisə işarə edəcəyik. Hər iki hədisi İmam Sadiq (ə) buyurmuşdur. İmam Sadiq (ə) buyurur: “Ən mənfur insan o kəsdir ki, insanlar onun dilindən qorxsunlar”. Misal üçün xanım və uşaqları atalarının dilindən qorxsunlar. Ya dostlar hansısa dostunun acı dilindən çəkinsin. İmam Cəfər Sadiq (ə) sonrakı hədisdə buyurur: “O kəs ki, insanlar onun dilindən qorxarlar – atəşdə olar”. Bu iki hədis qəlblərimizi titrədir və acıdilli olmağın dünya və axirət ziyanlarından qısa da olsa, bizə xəbər verir. Buyurur ki, əgər acı dilli olsan, insanlar səndən qorxacaq və qaçacaqlar. Çalışacaqlar ki, səninlə əlaqə saxlamasınlar. Hər cür rabitə qurmaqdan qorxacaqlar. Çünki acı dilin onlara əziyyət verər...


İnsanlar arasında əlaqənin kəsilməsinə səbəb olan 3 amil hansılardır?!


İmam Sadiq (ə) buyurur: “Qardaşlar öz aralarında üç şeyə ehtiyac duyurlar. Əgər istifadə etsələr, dostluq yaranar, əks halda bir-birindən ayrılar və düşmən də olarlar. Bu üç şey bunlardır: bir-birinə qarşı insaflı olmaq, bir-biri ilə mehriban olmaq, bir-birinə həsəd aparmamaq”. Deməli, əlaqənin kəsilməsinə səbəb olan birinci amil: bir-birinə qarşı insaflı olmamaq. İkinci amil: bir-birinə qarşı mehriban olmamaq. Üçüncü amil: həsəd aparmaqdır. Hədisin söylədiyinə görə, bu üç amil insanı başqalarından uzaq salar və hətta düşmən belə edə bilər. Bəs insaf nədir? İnsaf - əxlaqın gözəl sifətlərindən biridir ki, ədalətli olmaq, insanların haqqını vermək, özün üçün istədiyi xeyri başqası üçün də istəyəsən, özün üçün bəyənmədiyin ziyanı başqası üçün də bəyənməyəsən mənasını verir. İnsaf - yəni ədaləti iki yerə bölürsən, özünlə başqaları arasında. Özünü başqalarından üstün bilmirsən...


İslam dininə əsasən Bəxtin gətirməsi vardırmı?


İslam dini bizə öyrədir ki, bəxtin gətirməsi mövcud deyildir. Hər bir hadisənin nəticəsi onun səbəbindən asılıdır. Bu dünyada səbəb olmadan nəticə olmaz. Hər kim bəxt olduğunu iddia edirsə, Allahın varlığına inanmır deməkdir. Bu dünyada hər bir şey Allahın əlindədir və Onun qüdrətinə tabedir. Bu mövzu fəlsəfə elmində sübut olmuşdur. Lakin bəziləri deyir ki, adətən həsəd aparan insanın bəxti başqalarından daha çox olur. Baxaq görək, həsəd aparmaq nədir? Həsəd odur ki, insan başqasının əlində olanın aradan getməsini arzu edər. İstər bu nemət ona çatsın, istərsə də çatmasın. Həsəd aparının əqidəsinə görə bu nemətin həmin şəxsin əlində olması adil deyildir. Adətən həsəd aparan şəxs həmişə istəyər ki, nemət sahibi həmin nemətdən məhrum olsun...


Həsəd aparan insanla necə rəftar etməliyik? Məsumlardan hədis


İslam dini həsəd aparan insanlarla necə rəftar etməyimizi bizə tövsiyələr və nəsihətlər şəklində öyrətmişdir ki, onlarla tanış olaq.
1. Həsəd aparan insanla yola getmək lazımdır. İmam Sadiq (ə) buyurur: “İnsan üç şeydən qaça bilməz: ürəyi yanan insanlarla məsləhət etməkdən, həsəd aparan insanla yola getməkdən, insanlarla dostluq etməkdən”. Yola getmək deyildikdə, həmin insana qarşı mülayim olmaq və mehribanlıq nəzərdə tutulur. Hədislərimiz bizi ətrafımızda olanlarlamehriban olmağa dəvət edir və belə rəftarın dünya və axirət faydalarından xəbər verir.
2. Həsəd aparan insanın gözünün önündən nemətləri yığışdırmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Hacətlərinizin həyata keçməsi üçün gizlilikdən yardım alın. Çünki hər nemət sahibi həsəd oluna bilər”.
3. Allaha pənah aparın. Quran bizə öyrədir ki, hər bir həsəd aparanın şərindən Ona pənah aparaq. “Və paxıllıq etdiyi zaman paxılın şərindən”. (“Fələq” 5).




Ömrün son nə cürə dua etmək lazımdır?! Peyğəmbərin (s) hədisi


Həzrət Peyğəmbər (s) bu mənzərəni görən zaman narahat olur və üzünü Əzrayilə (ə) tutub buyurur: “Ey Əzrayil! Bu kişiyə fürsət ver, onunla söhbət edim”.
Həzrətin (s) Əzrayil (ə) ilə söhbəti bitəndən sonra hamı gördü ki, xəstə yavaş-yavaş özünə gəlir və adi halına dönür. Həmin kişi gözlərini açır və görür ki, Peyğəmbər (s) kənarında əyləşmişdir və Həzrətə (s) salam verir. Peyğəmbər (s) dodaqlarında təbəssüm ilə ona buyurur: “Nə xəbər? O halda nələri gördün?”. Kişi deyir: “Ey Allahın Rəsulu! Qəribə bir səhnə idi. O halda qaranlıqları görürdüm ki, mənə tərəf gəlir”. Bu kişinin günahları çox idi və ölüm anında qaranlıqlar kimi qarşısında zahir olmuşdu.
Həzrət (s) bu cavabı eşidən kimi üzünü ona çevirib, buyurur: “Mənim oxuduğum bu duanı oxu: “Allahım! Mənim çoxlu günahlarımı bağışla və az olan yaxşı əməllərimi qəbul et!”.Həmin kişi bu duanı zümzümə etdi və yenə də huşdan getdi. Həzrət Peyğəmbər (s) gözləyir ki, bu şəxs yenə huşa gəlsin. Kişi özünə gələn zaman Həzrət (s) soruşur ki, indi nə gördün? Kişi deyir: “Ey Allahın Rəsulu! Gördüm ki, mənə tərəf ağ rəngli nur gəlir”...


Üç il təxirə düşən dua nə idi?


Həzrət İmam Sadiq (ə) nəql edir: “Bir gün İbrahim Xəlil Beytul-müqəddəsin ətrafında qoyunlarını otarmaq üçün yer axtarırdı. Bir insan səsi eşidir və bu səsin dalınca gedir. Qoca bir kişini namaz qılan halda görür. Soruşur ki, ey Allahın bəndəsi, kimin üçün dua edirsən? Cavab verdi ki, Allah üçün. Soruşur ki, qohumlarından, ailəndən kimsə varmı? Cavab verir ki, yox. Həzrət İbrahim (ə) soruşur ki, bəs yeməyi harada yeyirsən? Bir ağac göstərir və deyir ki, bu ağacın meyvəsindən. Qış üçün isə yığıb, saxlayıram. Həzrət İbrahim (ə) soruşur ki, bəs məskənin haradadır? Bir dağı göstərir və deyir ki, məskənim oradadır. Deyir: “Məni evinə apara bilərsən?” Qoca cavab verir: “Evimin qarşısında böyük bir su var və sən oradan keçə bilməzsən?” Soruşur: “Bəs sən necə keçirsən? “Cavab verir: “Suyun üzəri ilə”. Soruşur: “Mənim də əlimi tut və ümid var ki, Allah mənə də sudan keçmək üçün qabiliyyət verər”...


Bəs Əzrayil (ə) kimlərin canını alan zaman özünü bəzəyər qorxunu azaldar?!


Bir gün Əzrayil (ə) İbrahimin (ə) yanına gəlir ki, onun canını alsın. Ancaq İbrahim (ə) ölümü seçmir. Əzrayil (ə) də Allaha nəzər salır və deyir: “İbrahim (ə) ölümü xoş qarşılamır”. Allah da Əzrayilə (ə) vəhy edir: “İbrahimi (ə) azad burax, çünki sağ qalmağını istəyir. Mənə ibadət et”. Bu macəradan bir müddət keçir və bir gün İbrahim (ə) qoca bir kişini görür ki, hər nə yeyir, həzm edə bilmir. O yemək ağzından bayıra tökülür. Bu mənzərəni görən zaman çox təsirlənir və həyatı davam etdirməyi acı görür. Ona görə də ölümə qarşı əlaqəsi yaranır. Elə bu zaman evinə qayıdır və evində nurani və gözəl bir insan görür ki, onun kimisini indiyə qədər görməmişdi. Soruşur ki, sən kimsən? O, deyir: “Mən ölüm mələyiyəm”. Həzrət İbrahim (ə) deyir: “Kim sənə yaxın olmaqdan və səninlə görüşməkdən əlaqəsi olar, baxmayaraq ki, bu cür qəlbləri alan camala maliksən?”. Əzrayil (ə) deyir: “Ey Allahın Xəlili! Nə zaman Allah kiminsə xeyirini istəyirsə, məni bu halda onun yanına göndərir. Əgər onun şərini və pisliyini istəyirsə, məni başqa simada onun yanına göndərir”.


Sual olunur: Həzrət Əli (ə) niyə üç oğlunun adını üç xəlifənin adlarından qoyub?


Qısa cavab: Əbubəkr adlandırması: I. Əgər həzrət Əli (ə) öz oğluna Əbubəkrin adını qoyurdusa, gərək onun künyəsini deyil, əsl adını qoyaydı
II. Əbubəkr həzrət Əli (ə)-ın oğlunun künyəsi idi. Oğulun künyəsi də atanın ixtiyarında deyil. Onu şəxsin özü özünə verir, ya da həyatında baş vermiş hadisələr nəticəsində insana verilir.
III. Bir nəzəriyyəyə görə həzrətin bu oğlunun adı Abdullah olub və Kərbəla hadisəsində 25 yaşında şəhadətə yetişib.
Əbül Fərəc İsfahani yazır: “Əli (ə)-ın oğlu Abdullah 25-yaşında Kərbəlada şəhid olub və heç bir övladı da olmayıb” (“Məqatilut-talibin”, 1-ci cild, səh. 22).
Bunu nəzərə aldıqda məlum olur ki, Abdullah həzrətin xilafətinin əvvəllərində dünyaya gəlib. Məhz o dövrlərdə həzrət özündən əvvəlki xəlifələrdən kəskin intiqad edirdi.
Ömər adlandırması: I. Ömərin adətlərindən biri də insanların adını dəyişmək idi. Tarixçilərin dediklərinə istinadən Ömər özü bu adı ona qoymuşdur. Sonralar da elə bu adla da tanındı. Bəlazəri “Ənsabul-əşraf” kitabında yazır: “Ömər İbn Xəttab Əlinin (ə) oğluna öz adını qoyaraq Ömər adlandırdı” (“Ənsabul-əşraf”, 1-ci cild, səh. 297)...


Qiyamət necə də yaxın imiş. Amma biz ondan qafil olmuşuq!!


\"Onları ürəklərin xirtdəyə çatacağı, (özləri də) qəm-qüssə içində olacaqları Yaxınlaşan günlə qorxut. zalımların nə bir yaxın dostu, nə də sözü keçən bir şəfaətçisi olar. gözlərin xaincəsinə baxışını və kökslərin gizlətdiyini bilir.\" (Ğafir, 18-19).
İzah: Dünya həyatı – nə qədər uzun olsa da – əbədi Axirət həyatı qarşısında dəyərsizdir. Buna görə də Allah dəfələrlə Qiyamət gününün yaxın olmasını bildirmişdir. Bəli, insan məhşər səhrasına addım atıb, o uzun günü görəndə öz-özünə deyəcək ki, dünya necə də qısa, Qiyamət necə də yaxın imiş. Amma biz ondan qafil olmuşuq.
İmam Səccad (ə): “Ey Adəm oğlu! Bil ki, bu gündən sonra daha böyük, daha qorxulu və ürəklər üçün daha ağrılı bir gün var və o, Qiyamət günüdür. O gün insanlar bir yerə toplanarlar, hamı orada olar və o gün yaxındır.” (Kafi, c. 8, səh. 773, hədis: 29).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter