Orucun savab və dəyərini zəiflədən 5 amil hansılardır?!


Bəzi amillər vardır ki, orucun dəyərini və məqamını aşağı salar və onu zəiflədər. Bu amilləri tanıyaq ki, onları aradan qaldıra bilək:
1. Nalayiq fikirlər. Zahiri oruc dedikdə, yemək və içməkdən müticəsinə çəkinmək nəzərdə tutulur. Ancaq nəfsin orucu dedikdə 5 hiss orqanını nalayiq işlərdən saxlamaq və qəlbi çirkin niyyətlərdən çəkindirməkdir. Oruc tutan insanın qəlbi, zahiri kimi oruc olmalıdır. Ürək də gərək çirkin və nalayiq fikirlərdən və niyyətlərdən uzaq olsun. Əmirəl-möminin (ə) buyurur: “Qəlbin orucu dil orucundan üstündür. Dil orucu də qarın orucundan üstündür”.
2. Napak tikə yemək. Oruc tutan insan gərək napak və şübhəli tikələrdən uzaq olsun. Əgər insan bu mövzuya diqqət etməzsə və şübhəli yeməklərlə iftar açarsa, orucun dəyərindən bəhrələnməz. Oruc tutan hər bir insan haramdan və napak şeylərdən uzaq olmalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Vay olsun o kəsin halına ki, orucunu haram yeməklə iftar edər”...


Bir kəs valideynini incidibsə və o, rəhmətə gedibsə, necə razı salsın?


Ağvalideyn olmaq dedikdə, övladın ata və anasına əziyyət verməsi, onları dili və rəftarı ilə incitməsi nəzərdə tutulur. Ağvalideyn olmaq “uquq” sözündən götürülmüşdür ki, mənası “kəsilmək” deməkdir. Yəni, ağvalideyn olmaq – onlarla qohumluq əlaqələrinin mənəvi baxımdan kəsilməsi deməkdir. Ona görə də sileyi-rəhmi qət edənlərin aqibəti, artıqlaması ilə ağvalideyn olanlara da şamil edilir. Əgər ağvalideynlik etdiyiniz əziz insan vəfat edibsə:
1. Sağ olan zaman ona vacib qəza namaz, oruc və zəkatlarını yerinə yetirməyə çalışın.
2. Vəsiyyət etdiklərinə əməl edin.
3. Onları heç bir zaman unutmayın. Onlar üçün çoxlu bağışlanma və rəhmət istəyin.


İmam ƏLi (ə) buyurub: Dörd səma kitabından dörd nəsihət!


İmam Əli (ə) buyurur: “Tövrat, İncil, Zəbur və Furqanı (Qurani-Kərimi) oxudum və hər kitabdan bir kəlmə seçdim.
Tövratdan: “Hər kim sükut edər, bəlalardan nicat tapar”.
İncildən: “Hər kim qane olar, tox olar”.
Zəburdan: “Hər kim şəhvəti (meyilləri) tərk edər, bəladan amanda olar”.
Qurani-Kərimdən: “Hər kim Allaha təvəkkül edər, Allah ona kifayət edər”.


Müsəlman Dörd əməlindən hansı dörd bəhrəni qazanar?! İmam Əli (ə) hədisi


İmam Əli (ə) buyurur: “Hər kim dörd şeyin tövfiqini əldə edər, dörd şeydən məhrum olmaz:
1. O kəsin ki, dua etmək tövfiqi olar, duanın yerinə yetməsindən məhrum olmaz.
2. O kəsin ki, tövbə etmək tövfiqi halına şamil olar, tövbənin qəbul olmasından məhrum olmaz.
3. O kəs ki, istiğfar etmək tövfiqi əldə edər, bağışlanmaqdan bəhrəsiz qalmaz.
4. O kəs ki, şükür etmək tövfiqi əldə edər, ruzisinin artmasından məhrum olmaz”./Deyerler.


Dörd fəslin faydası və hikməti nədir? – İmam Sadiqin (ə) mübarək izahı


İmam Sadiq (ə) yaxın səhabəsi olan Mufəzzələ yerin və göyün bəzi sirlərini açıqlamışdır ki, biz də onlarla tanış olaq. “Günəşin qalxması və düşməsi və ilin dörd zamanı barəsində təfəkkür et. Qış fəslində hərarət ağacların daxilinə qayıdar və ondan meyvə meydana gələr. Hava dəyişkən olar. Havanın belə dəyişkən olmasından bulud və yağış bir-birinə çatar. Heyvanların bədəni güclənər. Baharda isə həmin hərarət (ki, ağacda və bitkilərdə gizlənmişdi) hərəkət edər. Qışda əmələ gələn maddələr doğulub üzə çıxar. Bitkilər cücərər, ağaclar qönçələyər. Heyvanlar nəsillərini artırmaq üçün həyəcana düşərlər...




Qiyamət günü insana daha yaxın olanlar onun yaxşı və pis əməllərinə şahidlik edəcəklər!!


Allaha yağı kəsilənlər Cəhənnəmə (sürüklənib) toplanılacaqları günə qədər (bir yerdə) saxlanacaqlar. Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir.\" (Fussilət, 19-20).
İzah: Qiyamət məhkəməsinin xüsusiyyətlərindən biri odur ki, günahkar həm məhkumdur, həm hakimdir, həm də öz əleyhinə şahiddir. Quran Qiyamət günü çox sayda şahidlərin olacağını bildirir. Onlara nümunə olaraq, başda İslam peyğəmbəri (s) olmaqla peyğəmbərləri, İmamları, ilahi övliyaları, yeri, əməlləri yazan mələkləri göstərmək olar. Bu ayələrdə də bu mövzuda başqa bir şahiddən söhbət açılır və o insanın öz bədən üzvləridir. Bir gün günah etdiyi bədən üzvləri onun əleyhinə şahidlik edəcəklər. Günahkar heyrətlə onlardan soruşacaq ki, nə üçün onları əzaba düçar edəcək şeyə şahidlik edirlər? Bədən üzvləri cavab olaraq deyəcəklər: “Allah bizi danışmağa vadar edir və o hər şeyə qadir və hər şeydən xəbərdardır.


Bu 5 nemət – Allahın insana verdiyi ən dəyərli hədiyyələrdir!


Allah Təala insana çox sayda nemət vermişdir. Bəs bu nemətlər içərisində ən dəyərli olanları hansılardır?
1. İnsanın hidayət olması. “Rəhman (dünyada maddi və mənəvi nemətləri həm möminlərə, həm də kafirlərə şamil olan, axirətdə isə yalnız möminləri əhatə edəcək geniş mərhəmət sahibi) olan Allah! (Onun nemətlərinin bəziləri ibarətdir:). (Əzəli elmindən Lövhi-Məhfuza nazil olmuş) Qur\'anı (əvvəlcə yuxarı aləmin məxsus sakinlərinə təlim verdi, oradan Cəbrail vasitəsi ilə Peyğəmbərin (s) qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə) öyrətdi. (Yaradılmışların ən heyrətamizi, varlığın şah əsəri, ən gözəl vücud, ruhi və cismi baxımdan yaradılış aləminin ən kamil varlığı olan) insanı yaratdı. Ona (ən heyrətamiz nemətlərdən olub insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi)”. (“Rəhman” 1-4)...


Allah-Taalaya (c.c) hansı zikrlərlə şükür edək?


Allah Təalanın biz bəndələrə inayət etdiyi nemətlərinə görə şükrünü yerinə yetirmək üçün bir çox zikrlər təqdim edilmişdir ki, onların bəzisi isə tanış olaq.
1. الحمدلله (\"Əlhəmdulilləh\") İmam Sadiq (ə) buyurur: “Hər bir nemətin şükrü üçün – baxmayaraq ki, böyük belə olsa, “Əlhəmdulilləh” demək kifayətdir”.
2. «الحمدلله رب العالمین» (\"Əlhəmdulilləhi Rabbil-aləmin\") Hədislərdə oxuyuruq: “Əgər insan hər səhər 4 dəfə bu zikri deyərsə, o gecənin şükrünü yerinə yetirər. Əgər gecə deyərsə, o gündüzün şükrünü yerinə yetirər”.
3. «و الحمدلله علی کل نعمة» (\"Vəlhəmdulilləh alə kulli ni\'mət\") Hədislərdə oxuyuruq ki, Həzrət Peyğəmbər (s) nə zaman bir hadisəyə sevinərdi, bu zikri dilinə gətirərdi.
4. «الْحَمْدُ لِلَّهِ کمَا هُوَ أَهْلُهُ» (\"Əlhəmdulilləhi kəmə huvə əhluhu\") İmam Sadiq (ə) buyurur: “Əgər kimsə bu cümlə ilə Alalha həmd edərsə, səmadakı mələklər bu cümlənin savabını yazmaqla məşğul olarlar. Hər nə qədər yazarlar, görərlər ki, bacarmırlar”. Yəni, bu şükrün savabını yazmaqda aciz qalarlar.


Kasıbların haqqı olan zəkatı ödəməməyin ibadətlərə ne belə təsiri vardır?!


İmam Rza (ə) buyurur: “Allah namazla zəkatı bir yerdə əmr etmişdir. Ona görə də o kəs ki, namaz qılar və zəkatını verməz, namazı qəbul olmayacaqdır”.
İmam Əli (ə) buyurur: “Həqiqətən, zəkatı (vermək) Allah qəzəbinin (atəşini) söndürər”. İmam Baqir (ə) buyurur: “Allah zəkatı namazla birlikdə vacib etmişdir”.
İmam Sadiq (ə) buyurur: “Zəkat sizə vacib olmuşdur, necə ki, namaz sizə vacib olmuşdur. Ona görə də malınızın zəkatını verin ki, namazınız qəbul olunsun”.
Həzrət Peyğəmbər (s) buyurur: “Bu insanlar içərisindən on dəstəsi Allaha küfr etmişdir... (Onlardan biri o) kəsdir ki, zəkatı ödəməyə mane olar”...


İslam Peyğəmbəri (s) borclu səhabəsinin cənazə namazını qılmaqdan imtina etdi?!


Bir nəfər kişinin cənazəsini gətirirlər ki, Peyğəmbər (s) ona namaz qılsın. Həzrət (s) üzünü səhabələrinə çevirib, buyurur: “Siz ona namaz qılın, mən qılmıram”. Səhabələri deyir: “Ya Rəsulallah! Niyə ona namaz qılmırsınız?”. Həzrət (s) buyurur: “Çünki insanlara borcu vardır”. Əbu Qətadə deyir: “Mən zamin oluram ki, onun borcunu ödəyəcəyəm”. Həzrət (s) buyurur: “Kamil şəkildə ödəyəcəksən?”. Deyir: “Bəli”. Bundan sonra Həzrət Peyğəmbər (s) həmin cənazəyə namaz qılır. Əbu Qətadə deyir ki, ölən şəxsin borcu 17 dirhəm idi. Yəni, çox az məbləğdə borcunun olmasına baxmayaraq, bu cür şiddətli şəkildə qınanmışdır. Allah Təala bizləri insanların haqqını hər zaman ödəmək durumunu nəsib etsin!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter