Ölümün ağrısız olması üçün nə etməli? İmam Cavadın (ə) hədisi


Ravəndi öz kitabında İmam Cavaddan (ə) nəql edir ki, buyurub: “İmam Rzanın (ə) səhabələrindən biri xəstələnir və xəstə yatağına düşür. Bir gün Həzrət (ə) onu ziyarət edir və ona buyurur: “Halın necədir?”. Deyir: “Ölümü çox qorxulu və ağrılı görürəm”. İmam (ə) buyurur: “Bu narahatlıq ki, hiss edirsən, ölümün ən kiçik əlamətlərindəndir ki, indiyə qədər sənə hakim olmuşdur. Əgər ölümün bütün halı sənə hakim olsa, nə edəcəksən?”. İmam (ə) davam edərək buyurur: “İnsanlar iki dəstədirlər. Bir dəstə üçün ölüm – rahatlıq və aramlıq mənbəyidir. Bir dəstə üçün isə ölüm o qədər ağırdır ki, ondan sonra rahatlıq hiss edərlər. Əgər ölümün sənin üçün ləzzətli olmasını istəyirsənsə, Allah Təalaya, Peyğəmbərin (s) risalətinə və biz Məsum İmamların (ə) vilayətinə qarşı iman və etiqadını təzələ və şəhadətlərini dilində və qəlbində de”...


Yatandan öncə ixlas surəsini üç və ... dəfə oxumağın faydası haqda hədislər!


Məhrum Ayətullah Əli Səadət Pərvər öz axırıncı dərsində şagirdlərinə belə buyurmuşdur: “Ölməyimi mənə göstəriblər. Çox aydın idi. İndinin özündə həmin zamanı xatırlayıram. Gördüm ki, peyğəmbərlər (ə) və İlahi övliyalar cənazə mərasimimdə iştirak edirlər. Bu, ona görədir ki, bəndə 40 il səhər çağında 100 dəfə “Tövhid” surəsini oxuyur və onu 124 min peyğəmbərin (ə) ruhuna hədiyyə edirdim”. ]“Tövhid” surəsini oxumağın fəzilətləri barəsində çox sayda hədislərimiz vardır. O cümlədən:
Hz Peyğəmbər (s) buyurur: “Hər kim yatan zaman “Tövhid” (“İxlas”) surəsini 3 dəfə oxuyarsa, Allah 50 min mələyi onun üçün vəzifələndirər ki, həmin gecə onu qorusunlar”.
Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, sübh namazından sonra “Tövhid” surəsini 11 dəfə oxuyarsa, həmin gün günah etməz. Baxmyaraq ki, xar olmuş şeytan nə qədər çalışar, insanı günaha tərəf çəkə bilməz və bu yolla xar olar”.


Duanın yerinə yetməsi üçün İmam Zaman ağa (ə.f) hansı mübarək tövsiyə etmişdir?!


İmam Zaman ağa (ə.f) buyurur: “Hər kimin Allah Təaladan istəyi və hacəti olarsa, cümə günü gecə yarısı qüsl alsın və Allaha münacat etmək üçün namaz yerində qərar tutsun”. Hədisin şərhi.
Əbu Abdullah Hüseyn ibni Muhəmməd Bəzrufi deyir: “İmam Zaman ağa (ə.f) bir məktub yazır ki, orada deyilirdi: “Hər kimin Allahdan hacəti olarsa, gərək cümə gecəsi, gecə yarısından sonra qüsl alsın və namaz yerinə gəlsin. İki rükət namaz qılsın və o zaman ki, “iyyəkə nəbudu və iyyəkə nəstəin”ə çatır, onu 100 dəfə təkrar etsin. Sonra “Həmdi” tamamlasın və bir dəfə “Tövhid” surəsini oxusun. Sonra rüku və səcdə yerinə yetirsin və hər birində yeddi dəfə təkbir desin...


İnsanların hacətini yerinə yetirməklə Allah-Taala (c.c) insana nəyi bağışlayar?!


Hər kim insanların hacətini yerinə yetirər, Allah da onun hacətini yerinə yetirər! İmam Zaman ağa (ə.f) Əbi Həlisin hacətinə görə ümumi olaraq bəzi əxlaqi mövzulara işarə edərək buyurmuşdur: “Hər kim Allahın hacətinin yerinə yetirmək ardınca olar, Allah da onun hacətinin ardınca olar. İstəyini yerinə yetirər”. Bu hədisdə Həzrət (ə.f) Allahın hacəti dedikdə İmam Hüseynin (ə) ziyarətini nəzərdə tutmuşdur. Ancaq ümumi bir mövzuya toxunmuşdur və İmam Hüseynin (ə) ziyarətini o mövzulardan biri kimi göstərmişdir. Yəni, insan elə iş görər ki, əcri Allahın istədiyi olsun, bu işi Allahın hacəti və istəyi adlandırmaq olar. Allah da onun işini islah edər...


Niyə İmam Hüseyn (ə) İmam Həsəndən (ə) kasıba kömək edərkən 1 dinar az ehsan etdi?


İbni Qətiyyə nəql edir: “Bir nəfər İmam Həsənin (ə) yanına gəlir və Həzrətdən (ə) yardım istəyir. Həzrət (ə) buyurur: “(Verməli olduğum yardım) Məgər ağır borc, ya xar edən yoxsulluq və ya əda etməli olduğun diyədir ki, rüsvaylığa səbəb olar?”. Həmin şəxs deyir: “Onlardan biri üçün sizin xidmətinizə gəlmişəm”. İmam (ə) əmr edir ki, ona yüz dinar pul versinlər. Həmin şəxs sonra İmam Hüseynin (ə) xidmətinə gedir və yardım istəyir. İmam (ə) da qardaşının dediyi sözləri təkrar edir, həmin cavabı eşidir. İmamHüseyn (ə) həmin şəxsdən soruşur: “Qardaşım sənə nə qədər (pul) vermişdir?”. Həmin şəxs deyir: “Yüz dinar”. İmam Hüseyn (ə) əmr edir ki, ona 99 dinar versinlər. Çünki ehtiram qoymaq baxımından, qardaşıilə bərabərlik etmək istəmirdi”.


Əhli-Beyt (ə) davamçıları son nəfəslərində kimləri görərlər?


Nəql edilir ki, bir dəstə İmam Sadiqin (ə) xidmətində idilər. Söhbət Əhli-Beyt (ə) davamçılarından düşdü. İmam Sadiq (ə) buyurdu:“Bizim davamçılarımız ömürlərinin sonunda elə şeyləri görürlər ki, gözləri o şeyləri görməklə aydın olur və şad olurlar”. Orada olanlardan biri soruşur: “Hansı şeyi görərlər?”, Bu sualı bir neçə dəfə təkrar edir, ancaq İmam (ə) hər dəfəsində buyurur: “Görərlər”. Nəhayət İmam (ə) həmin sual verən şəxsi yanına çağırır və buyurur: “Sanki nə gördüklərini bilmək üçün təkid edirsən?”. O, dedi: “Bəli”. Sonra ağladı. İmam (ə) onun halına diqqət etdi və buyurdu: “O, iki nəfəri görər”. Həmin adam yenə soruşur: “Hansı iki nəfəri?”...


Əhli-Beytə (ə) münasibətdə ifrat və təfrit nədir?


İmam Zaman ağa (ə.f) buyurur: “Əhli-Beyt (ə) ardıcıllarının nadanları və az ağıllı olanları və o kəslər ki, ağcaqanadın qanadı onların dindarlığından daha möhkəm və daha üstündür – bizə əziyyət verərlər”... Hədislərimizin bir çoxunda İmamların (ə) risalətinin hədəfləri aydın şəkildə bəyan edilmişdir. Onlara müraciət edərək, İmamlarla (ə) bağlı təfəkkürümüzü dəyişdirməliyik. Ğulatların (İmamları (ə) qüdrət baxımından Allaha yaxın tutan azğın firqə) etiqadı o qədər yanlışdır ki, müxalifləri ona görə Əhli-Beyt (ə) məktəbini təkfir etdilər. Hətta onların bir dəstəsini vacibul-qətl elan etdilər. Əmirəl-möminin (ə) buyurur: “İki kəs mənim barəmdə həlak olacaqdır: biri o kəsdir ki, məni sevməkdə ifrat yolunu gedər və o birisi o kəs ki, mənimlə düşmənçilikdə təfritə düşər”.


İmam Zaman ağa (ə.f) kimləri əziyyət verən adlandırır?


İmam Zaman ağa (ə) buyurur: “Əhli-Beyt (ə) davamçılarının nadanları və ağılsızları və o kəslər ki, ağcağanadın qanadları onun dindarlığından daha möhkəm və üstündür – bizə əziyyət verərlər”. İmam Məhdi (ə.f) bu nurani sözləri Muhəmməd ibni Əli ibni Hilalın məktubuna cavab olaraq bəyan etmişdir.
Əhli-Beyt (ə) davamçısının vəzifələrindən biri budur ki, İmamlarını (ə) olduqları kimi tanımalıdırlar. Yəni, nə onları adi insanların səviyyəsinə salmalıdırlar, nə də qüdrətdə Allaha şərik qoşmalıdırlar. Əmirəl-möminin İmam Əli (ə) “Nəhcul-bəlağə”də buyurur: “İki kəs mənim barəmdə həlak olacaqdır: biri o kəsdir ki, məni sevməkdə ifrat yolunu gedər. Biri də odur ki, mənimlə düşmənçilikdə təfritə düşər”.


Rəcəb ayında oruc tuta bilməyənlər üçün xüsusi zikr


Hər kim mübarək Rəcəb ayında oruc tuta bilmirsə, ancaq onun savabına malik olmaq istəyirsə, bu zikri desin:
سبْحَانَ الْإِلَهِ الْجَلِیلِ. سُبْحَانَ مَنْ لَا یَنْبَغِی
التَّسْبِیحُ إِلَّا لَهُ .سُبْحَانَ الْأَعَزِّ الْأَکْرَمِ .سُبْحَانَ
مَنْ لَبِسَ الْعِزَّ وَ هُوَ لَهُ أَهْل
Bu zikri 100 dəfə demək lazımdır. (Hədənə) Allah Təala cəmi iman əhlinə bu ayın fəzilətlərini nəsib etsin! /Deyerler.


Bütün gözlər Qiyamət günü ağlayacaqlar. Üç gözdən başqa…


İmam Əli (ə) buyurur: “Bədəndə göz qədər naşükür şey yoxdur. İstədiyini ona verməyin ki, sizi Allahı yada salmaqdan saxlamasın”. Bütün gözlər Qiyamət günü ağlayacaqlar. Üç gözdən başqa:
1. O göz ki, Allah qorxusundan ağlayar.
2. O göz ki, naməhrəmə baxmaqdan aşağı salınmışdır.
3. O göz ki, Allah yolunda gecə oyaq qalmışdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter