On ikinci İmamın adından sonra yazılan (ə.f) hərflərinin mənası nədir?


Müqəddəs adları yazdıqdan və söylədikdən sonra onlara olan hörmətimizi göstərməliyik. Məsələn, İmamların adlarından sonra “əleyhissalam” deyilir, yaxud bunun qısaldılmış şəkli olan (əs) və ya (ə) yazılır. Həzrət Mühəmməd Peyğəmbərin adı çəkiləndə və ya yazılanda isə salavat söyləmək, həzrətin özünə və nəslinə salam göndərmək az qala vacib səviyyəsində təkid edilən müstəhəb əməldir. On ikinci İmamın zühurunu gözləmək və buna hazırlaşmaq hər bir müsəlmanın vəzifəsidir. O həzrətin adı çəkilərkən ərəb dilində “Allah onun zühurunu tezləşdirsin” mənasını verən “əccəlallahu fərəcəhu” ifadəsi deyilir. Yazıda bunu qısa şəkildə baş hərfləri ilə (ə.f) formasında ifadə edirlər.


İmam Sadiq (ə): İnsana misilsiz sayda savab gətirən sadə zikr!!


İmam Cəfər Sadiq (ə) buyurur: “Hər kim hər gün 25 dəfə bu zikri deyərsə, Allah keçmişdə yaşamış və Qiyamətə qədər yaşayacaq bütün möminlərin sayı qədər ona həsənə yazar, günahını məhv edər və onun dərəcəsini qaldırar: اَللّهُمَّ اِغْفِر لِلْمؤمِنینَ وَالموْمِناتِ وَالْمُسْلِمینَ وَالْمُسْلِماتِ
(“Əllahum-məğfirlil-mu’mininə vəl-mu’minət vəl-musliminə vəl muslimət”(Deyerler.


Dünya məhəbbətini qəlbimizdən çıxartmaq üçün əsasən hansı məsələyə diqqət yetirək?!


İmam Əlinin (ə) “Nəhcul-bəlağə”də belə buyuruşu var: “Bu dünyanın alçaqlığı üçün elə bu kifayətdir ki, Allahın günahı edilən tək məkandır. İlahi mükafata çatmaq üçün onu tərk etməkdən başqa yol yoxdur”. Qurani-Kərim dünyanın nə qədər alçaq və dəyərsiz olduğunu bizə dəfələrlə xəbər vermişdir. “Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, axirət evi əbədi həyatdır (onun yeri, göyü, cəmadat və nəbatatı belə) əbədilik diridir (və elə bil ki, həyatın özüdür). Kaş biləydilər!”. (“Ənkəbut” 64). Əgər hədislərə nəzər salsaq görərik ki, dünyanı cəyitkənin ağzında yarım çeynənmiş yarpağa bənzətmişdilər.
İmam Əlinin (ə) nurani buyuruşunda iki mühüm nöqtə vardır: 1. Birincisi budur ki, Allahın günahının edildiyi tək məkan – Yer kürəsidir. 2. Hər kim civadan səadətə çatmaq istəyirsə, gərək onu tərk etsin...


Oğurluq edib, böhtan atan nökərləri Həzrət Loğman necə ifşa etdi?


Bir zamanlar Loğman Xəvacəyə xidmət edirdi. Xəvacənin çoxlu nökərləri var idi. Loğman aqil olduğu üçün, Xəvacə həmişə ona xüsusi diqqət göstərərdi. Başqa nökərlər də buna görə ona həsəd aparardılar. Loğmanı bədnam etmək üçün səy göstərirdilər. Bir gün Xəvacə Loğmana və bir neçə nökərinə əmr edir ki, bağa gedib meyvə dərsinlər. Onlar meyvələri dərib evə qayıtdılar. Yol gedən zaman nökərlər meyvələri bir-bir yeməyə başladılar. Evə çatan zaman meyvələrin hamısı artıq bitmişdi. Səbəti boş halda evə gətirdilər. Xəvacə meyvələr haqqında soruşanda nökərlər dedilər ki, meyvələrin hamısını Loğman yemişdir. Xəvacə çox əsəbiləşir və soruşur: “Ey Loğman! Niyə meyvələri yemisən? Məgər bilmirsən ki, mənim bu axşam qonağım vardır? Mənə de görüm, bu qədər meyvəni necə yeyə bilmisən?”. Loğman cavab verir: “Mən ağzımı bu meyvələrə vurmamışam, çünki bu, sizə qarşı xəyanət olardı”. Xəvacə deyir: “Necə sübut edə bilərsən ki, meyvələri sən yeməmisən? Halbuki, nökərlərin hamısı deyir ki, sən yemisən?”. Loğman: “Ey Xəvacə! Bizi imtahan et və görəcəksən ki, meyvələri kim yemişdir”...


İmamlarımız (ə) son nəfəslərində bizlərə nə haqda vəsiyyət ediblər?!


Ayətullah Məzahiri insanları zülm etməkdən çəkinməyə dəvət edərək, onun aqibətlərindən danışmışdır. Alim buyurur: “Əgər Məsum İmamların (ə) həyatına nəzər salsaq – xüsusilə də İmam Səccadın (ə), İmam Hüseynin (ə), Əmirəl-möminin (ə) – görərik ki, şəhid olan zaman son vəsiyyətləri insanları zülmdən çəkindirmək olmuşdur. Halbuki, onlar özləri ən böyük zülmlərə məruz qalmışdırlar. Bu dünyadakı ən məzlum insan – İmam Hüseyn (ə) və o Həzrətin (ə) tərəfdaşları idi. Lakin, buna baxmayaraq, İmam (ə) son nəfəsini verən zaman vəsiyyəti bu idi ki, Allahdan başqa pənahı olmayan heç kəsə zülm edilməsin...


Hansı xüsusiyyət insana cəmiyyətdə güc və hörmət qazandırar?!


Ədəb həqiqətən də insanı kamala çatdıran amillərdəndir. Belə ki, İmam Əli (ə) buyurur: “Bu, ədəbdir ki, insanı kamala çatdırar”. Müsəlman gərək başqa insanlarla ədəb və ehtirama riayət edərək, danışsın. Özünə qoyduğu hörməti, başqalarına da qoysun. İmam Əli (ə) buyurur: “Mömin insanın həyatının əsas hissəsi – ağıldır. Doğruluq və düzlük onu yoluna hidayət edər. Ədəbi səbəb olar ki, cəmiyyətdə güc əldə etsin. Əgər İlahi nemətlərin şakiri olarsa, həyatı məntiqli və doğru olar”. Müsəlman şəxsi təhqir etmək haramdır. Hətta ədəbsiz insanla belə, ədəblə rəftar etmək lazımdır ki, onun üçün örnək olsun.Bəzi insanlar düşünür ki, ədəbsiz insanla gərək onun səviyyəsində rəftar edəsən. Amma mübarək dinimiz buyurur ki, insana güc verən – onun ədəbidir. Qaba və sərt rəftar, insanı güclü edə bilməz – zahirən kiməsə başqa cür görünsə belə...


Qurani Kərimə əsasən Borcu necə vermək lazımdır ki, Allah-Taala (c.c) bəyənsin?


Qurani-Kərimdə borc sözü 13 dəfə işlənmişdir ki, daha çox həsənə mənasını verir. Quran buyurur ki, borc verməyin də ədəb və qaydaları vardır və müsəlman gərək onlara əməl etsin.
1. Abırı saxlayaraq verilsin.
2. Minnətsiz olsun.
3. Qarşı tərəfdən mənfəət gözləmək niyyətindən uzaq şəkildə olmalıdır.
4. Allahın razılığını əldə etmək üçün olmalıdır.
5. Meyil və əlaqə ilə olmalıdır, yəni insan özü bu işi görməyə könüllü olmalıdır...


Mömində hansı 3 sifət olsa, Qiyamət günü rəhmət kölgəsində olar?


İmam Səccad (ə) buyurur: “Bu üç sifət hansı mömində olarsa, Allahın pənahında olar, Qiyamət günü İlahi ərşin rəhmət kölgəsində olar və məhşər səhrasının çətinliklərindən amanda olar: 1. Yoxsullara və yardım istəyənlərə köməyini əsirgəməsin.
2. Hər bir hərəkət etməzdən əvvəl düşünsün. O işi ki, görmək istəyir və ya o sözü ki, demək istəyir – Allahın onda razılığı vardır, yoxsa qəzəbi.
3. Başqalarının eybini tutmazdan və deməzdən əvvəl, öz eyiblərini aradan qaldırmaq üçün səy göstərsin”. (İslami saytlara istinadən)/Deyerler.


İmam Sadiq (ə) səhabəsi Cündəb oğluna hansı iki əməli şeytanın tələsi olaraq tanıtdırmışdır?!


ŞEYTANIN İKİ TƏLƏSİ! Ey Rəbbimiz, bizi vəzifələrimizlə tanış et və şeytanın şərindən amanda saxla! Möminlərə, xüsusi ilə də Əhli-beyt dostlarına yardımçı olmaq dini vəzifəmizdir. İmam Sadiq (ə) buyurur: «Ey Cündəb oğlu, insanları ovlamaq üçün şeytanın tələləri vardır. Ən böyük tələlərdən biri insanı öz din qardaşlarına yardımdan məhrum etməkdir. Şeytanın ikinci tələsi isə insanları namazı vaxtında qılmaqdan çəkindirməkdir.
Vacib dini vəzifələrinə əməl edən insan bəzən işini bitmiş hesab edir. Hansı ki, din qardaşlarının ehtiyacını ödəmək böyük dini vəzifədir. Təhsil, tədris, jurnalistika və s. sahələrdə çalışanlar qohum-əqrabanı, qonşuları, din qardaşlarını unutmamalıdırlar. Diqqətini bir sahəyə yönəldib digər sahələri nəzərdən qaçırmaq düzgün deyil. Bu diqqətsizliyin bünövrəsini qoyan şeytan qulağımıza pıçıldayır ki, axı sənin nəyin var ki, başqalarına kömək edəsən. Axı başqalarından sənə nə var...


Tövbə surəsi 118 ayəyə əsasən tövbənin neçə mərhələsi vardır?!


\"Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhimlidir.\" (Tövbə, 118).
İzah: Tövbənin üç mərhələsi vardır: 1. Allah tərəfindən tövbə imkanı verilməsi; Birinci mərhələdə Allah bəndələrinin bəzi ləyaqətlərini müşahidə edərək onları tövbəyə və Özünə tərəf qayıtmağa hazırlayır. “تَابَ عَلَيْهِمْ” ibarəsi bu mənaya işarə edir. 2. Bəndənin tövbəsi; Bu mərhələ günahı tərk etməyə və keçmişi düzəltməyə ciddi qərar vermək mərhələsidir. Bu mərhələdə “تاب” (tabə) feili “إلی” (ilə) önqoşması ilə təsirli feilə çevrilmişdir. 3. Allah tərəfindən tövbənin qəbul olunması. Demək, bəndənin tövbəsi hər zaman Allahın iki tövbəsinin arasındadır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter