Məsumların hədislərinə əsasən haqq tərəfdarları hansı xüsusiyyətlərə malikdirlər?!


İmam Sadiq (ə) buyurur: “Həqiqi imanın nişanəsi odur ki, haqqı zahirdə ziyanınıza olsa belə, qəbul edəsiniz. Batili faydanıza olsa belə, qəbul etməyəsiniz”.Haqq tərəfdarlarını bu nişanələr ilə tanımaq olar:
1. Qəzəbdən uzaq olarlar. Haqq tərəfdarı olan insan, həyatının üç halında: xoşluqda, qəzəbdə və qüdrətdə haqqa əməl etməkdən çəkinməz.
2. İnsanlara qarşı insaflı olar. Haqq tərəfdarı olan şəxsin nişanələrindən biri də insaflı olmaqdır. Hz Peyğəmbər (s): “Həqiqi mömin o kəsdir ki, insanlarla rəftarda insaflı olar”.
3. Nəsihəti qəbul edər. İmam Əli (ə) buyurur: “Nəsihəti qəbul etmək – insanın üstünlüyünün və müvəffəqiyyətinin nişanəsidir”.
4. Dindarlıq. İmam Səccad (ə) buyurur: “Heç bir ibadət, dinə elm və həmahənglikdən başqası ilə həyata keçməz”.Deyerler



Hz Peyğəmbərin (s) hədisinə əsasən Ən yaxşı ev hansıdır?


Əziz Peyğəmbərimiz (s) həmişə yetimlərə qarşı şəfqətli və mehriban olmuş, öz buyuruşlarında davamçılarını da bu əmələ dəvət etmişdir. Həzrət Peyğəmbərin (s) nəzərində ən yaxşı ev o evdir ki, orada yetimə məhəbbət olunar. Həzrət (s) buyurur: “Sizlərin ən yaxşı evi – o evdir ki, orada yetim ehsana və məhəbbətə malik olar. Ən pis ev isə o evdir ki, orada yetimə pis rəftar edilər və zülm edilər”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “O kəs ki, evində yetim saxlayar, onun tərbiyəsi üçün uşaqlıq işləri bitənə qədər hərtərəfli çalışar – Allah Təala behişti ona vacib edər”. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, yetimin himayəsini öhdəsinə götürər və onu öz evinə aparar, yeyəcək və içəcəklərdə öz şəriki edər – onun mükafatı behişt olar. Məgər o halda ki, bağışlanılmayan günaha düçar olmazsa”...


Hz Peyğəmbərin (s) hədisinə əsasən Ən yaxşı ev hansıdır?


Əziz Peyğəmbərimiz (s) həmişə yetimlərə qarşı şəfqətli və mehriban olmuş, öz buyuruşlarında davamçılarını da bu əmələ dəvət etmişdir. Həzrət Peyğəmbərin (s) nəzərində ən yaxşı ev o evdir ki, orada yetimə məhəbbət olunar. Həzrət (s) buyurur: “Sizlərin ən yaxşı evi – o evdir ki, orada yetim ehsana və məhəbbətə malik olar. Ən pis ev isə o evdir ki, orada yetimə pis rəftar edilər və zülm edilər”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “O kəs ki, evində yetim saxlayar, onun tərbiyəsi üçün uşaqlıq işləri bitənə qədər hərtərəfli çalışar – Allah Təala behişti ona vacib edər”. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, yetimin himayəsini öhdəsinə götürər və onu öz evinə aparar, yeyəcək və içəcəklərdə öz şəriki edər – onun mükafatı behişt olar. Məgər o halda ki, bağışlanılmayan günaha düçar olmazsa”...


Əllamə Seyyid Muhəmmədhüseyn Hüseyni Cinləri necə dəf etmək haqda hansı tapşırıqları etmişdir?!


Böyük İslam alimlərindən olan Əllamə Seyyid Muhəmmədhüseyn Hüseyni cinlərin dəf olunması mövzusu haqqında buyurmuşdur: “Şeytan davamlı olaraq öz cin və insdən olan ordusunu möminlərin yolunu bağlamaq üçün hərəkətə gətirər. Bu bəladan nicat yolu isə Allaha təvəkkül edib, Ondan qeyrisindən əlini üzməkdir. Çünki hər şey Onun qüdrətindən və iradəsindən asılıdır”. Alim buyurur: “Bununla yanaşı bəzi tövsiyələrim vardır ki, onlara əməl edəsiniz:
1. Yaxşı olar ki, hər namazdan əvvəl siz və ailəniz bu zikri deyəsiniz: أعوذُ بِاللهِ مِن هَمَزاتِ الشَّياطينَ و أعوذُ بِاللهِ أن يَحضُرونَ
2. Yaxşı olar ki, yaşadığınız mənzillər yerə yaxın olsun. Əgər çarəsiz yuxarı mərtəbələrdə yaşayırsınızsa, onda evinizin dörd küncünə “Ayətül-kürsü”nü yazıb yapışdırın.
3. Çalışın ki, həmişə dəstəmazlı olasınız. Səhər açılan zaman bir qədər kündür yandırın...


Evliliyin müvəffəq olması üçün Qurani-Kərimin hansı 5 meyarı buyurmuşdur?!


Qurani-Kərim, insanı səadətə çatdırmaq üçün nazil olmuşdur. İnsan ictimai varlıq olduğu üçün, onun ailəyə və dostlara ehtiyacı olar. Çünki bu zaman əskiklərini tamamlayar və kamala çatmaq üçün zəminələr əldə edər. Quranın nəzərinə görə, müvəffəq evliliyin bəzi meyarları vardır ki, hər bir müsəlman ona diqqət etməlidir. Əgər xoşbəxt ailəyə malik olmaq istəyiriksə, Quranın tövsiyələrinə əməl edək.
1- İslam və iman. Dinimizin nəzərinə görə, bir evliliyin müvəffəq olmasının ilk amili – İslam dinini qəbul etmək və imana malik olmaqdır. Ailə quran qız və oğlan eyni dinə və eyni əqidəyə malik olan zaman, xoşbəxt ailə qura bilərlər. “Müşrik qadınlarla, iman gətirməyincə evlənməyin. Əlbəttə ki, möminə bir kəniz azad və müşrik bir qadından – hətta o(nun camalı və malı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır. Həmçinin müşrik kişilərə iman gətirməyincə arvad verməyin. Əlbəttə ki, mömin bir qul azad və müşrik bir kişidən - hətta o(nun malı və məqamı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır...


Yalan danışmaq nə zaman haram və günah olmur?!


İmam Sadiq (ə) buyurur: “İnsanların səcdə və rükularının uzun olmasına baxmayın. Çünki mümkündür ki, onlar tərəfindən adət olsun. Belə ki, əgər onu tərk etsələr, narahat olarlar. Lakin doğru danışmaqlarına, əmanətdar olmaqlarına diqqət edin”. Lakin dinimiz bəzi hallarda yalan danışmağı caiz bilir. Bunlara nə aiddir?
Dinimiz əgər can təhlükəsi olarsa, düşmənin qarşısını almaq lazım olarsa, ya böyük ziyanın qarşısını almaq olarsa – o zaman insanın yalan danışmasına icazə verir. Bəzən iki qardaş arasında olan münaqişəni yatızdırmaq üçün də yalanın deyilməsi caiz hesab olunur. Dinimiz yalan danışmağa o zaman icazə verir ki, artıq başqa yolun olmur və əgər yalandan istifadə etməsən, can təhlükəsinə düşə bilərsən. Bu yollardan biri tövriyyədir. Tövriyyə o sözdür ki, ondan iki məna çıxartmaq olur. Bu mənalardan biri qulaq asan üçün aşkar olar, biri isə gizli.




İnsan dünya və axirətdə nədən ayrıla bilməz?!


\"Biz hər bir insanın əməlini öz boynundan asdıq. Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik. Kitabını oxu! Bu gün sənə öz-özünü hesaba çəkməyin yetər.\" (İsra, 13-14). İzah: İnsanın əməl dəftəri əlinə veriləndə ona müraciət olunar: “İlahi ədalət divanına gətirilmədən özün öz əməllərini hesaba çək”. Bu o deməkdir ki, onun müqəddəratına şahidlik edən dəlillər çox aydın olacaq. Belə ki, hətta özü də iqrar və etiraf edəcək. Heç şübhəsiz, buna görə də bir çox rəvayətlərdə insanın dünyada öz əməllərini hesaba çəkməsi tövsiyə olunmuşdur.
Hədis: İmam Baqir (ə) : “İnsan harada olursa olsun, onun yaxşı və pisi də onunladır. Qiyamətdə əməl dəftəri ona verilənə qədər onlardan ayrıla bilməz.”


Şəfaət haqqı Allahın əməlisaleh bəndələrinə lütflərindəndir!


Şəfaət haqqı Allahın əməlisaleh bəndələrinə lütflərindəndir!
Şəfaət edənlərin şərti:\"(Müşriklərin) Onu qoyub yalvardıqları (tanrılar) şəfaət edə bilməzlər. (Mənasını) bilərək haqqa şəhadət verənlər isə istisnadır.\" (Zuxruf, 86).
İzah: Yuxarıdakı ayəyə görə, yalnız iki əsas şərti özündə toplayan kəslərin şəfaət hüququ var. Bu iki şərt bunlardır: 1. Haqlı və düzgün şahidlik etsinlər. Yəni Allaha iman gətirib, iman və saleh əməllə Onun yeganəliyinə və öz bəndəliklərinə şahidlik etsinlər. 2. Kimlərin şəfaətə layiq olduğunu bilsinlər. Bu mətləb ötən ayədə də öz əksini tapmışdı ki, şəfaət istəyi Allahın razı olduğu və qəbul etdiyi sözlə birgə olsun. Bütün bunlardan aydın olur ki, şəfaət haqqı Allahın əməlisaleh bəndələrinə lütflərindəndir...


On ikinci İmam (ə.f) qeybdədir, ya doğulacaq?


Əhli-beyt (ə) ardıcıllarının etiqadına əsasən, Peyğəmbər (s) elminin varisi və ümmətə rəhbərlik edəcək şəxslərin sayı on ikidir. Bu on iki şəxs Həzrət Peyğəmbərin (s) nəslindən gələn və onun övladı hesab edilən on iki İmamdır. İslam Peyğəmbəri (s) ümmətinə on iki İmamı tanıtmışdır Məşhur sünni alimi İsmayıl Buxari \'\'Səhih Buxari\'\' kitabının 9-cu cild, 101-ci səhifəsində yazır: “Həzrət Peyğəmbər buyurmuşdur ki, sizin on iki əmiriniz olacaq və onların hamısı Qüreyşdəndir“\'. Tirmizi “Səhih”inin 2-ci cildində və Əhməd ibn Hənbəl “Müsnəd”ində (c. 1, səh.9; c. 2, səh.101; c. 5, səh.92) Cabirdən nəql edərək belə qeyd edirlər: “Peyğəmbər buyurdu ki, İslam dini hamısı Qüreyş qəbiləsindən olan və sizə xəlifəlik edəcək on iki şəxsiyyətlə sabit və daimi qalacaqdır”. Əhli-beyt ardıcılları Qüreyş qəbiləsindən olan və ümmətə rəhbərlik edəcək on iki şəxsin məhz Peyğəmbər nəslindən olacağını və sonuncu, on ikinci İmamın qeybdə olmasını qəbul edirlər.


İmam Mehdinin (ə.f) zühurunu haradan biləcəyik?


Biz xilaskarı qeyri-müəyyən yox, kоnkret bir şəxs kimi tanıyırıq. Yəni inanırıq ki, İmam Həsən Əskərinin (ə) Mehdi (ə.f) adlı övladı məlum zahiri və batini xüsusiyyətlərlə zühur edəcək. Bu səbəbdən də onu kimsə ilə səhv salmağımız mümkün deyil. Bundan əlavə, möcüzə də o Həzrətin vücudunu təsdiqləyir. Əhli-beytdən (ə) olan məsum İmamların hər biri İmam Mehdinin (ə.f) xüsusiyyətlərini qeyd etmişdir. Əlbəttə, bu inancdan sui-istifadə də edilə bilər. Necə ki peyğəmbərlik məqamından sui-istifadə edilmişdir. Əsrin İmamını Peyğəmbər (s) və məsum İmamlar (ə) tərəfindən qeyd edilmiş xüsusiyyətlərlə tanımaq bizim vəzifəmizdir. Yalnız belə bir tanışlıq sayəsində fırıldaqçılara aldanmarıq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter