9 çörək parçası və 9 kiçik balıq ilə 4700 nəfəri doyuzduran Peyğəmbər (ə)!!


Allah İsaya (ə) Tövrat kitabını öyrətmişdir və İncili öyrətmişdir. Özünün xüsusi elmini ona əta etmişdir. Allah adətən peyğəmbərlərini (ə) məbus edən zaman onlara möcüzə göstərmək qabiliyyətini verir ki, insanlar ona inansınlar. Hər bir peyğəmbərin (ə) özünəməxsus möcüzəsi olmuşdur. Qurani-Kərim Həzrət İsanın (ə) bir çox möcüzəsi barəsində xəbər vermişdir:
1. Həzrət İsa (ə) hələ kiçik yaşında danışmaq möcüzəsinə malik olur. Bu yolla anasını müdafiə edir və özünün peyğəmbər olduğunu sübut edir.
2. O, Allahın izni ilə insanlara evdə saxladıqları şeylərdən xəbər verərdi.
3. Səma süfrəsi və ya səma maidəsi həvarilərin istəyi ilə baş verir. Səmadan süfrə nazil olur və baxmayaraq ki, üzərində 9 çörək parçası və 9 kiçik balıq var idi, ancaq 4700 nəfəri doyuzdurur...


İnsanlar bərzəx aləmində ailə üzvlərindən xəbər tuturlarmı?


ikləri yaxınları barəsində xəbərdar olacaqlar. Onlara görə sevinəcək və ağlayacaqlar. Eyni zamanda dünyada olan insanların öz ölüləri üçün etdikləri dualar və sədəqələr qəbul olar və ölü üçün faydası olar. Ölü bu şeylərdən də xəbərdar olar və onlara görə sevinər. Əksinə, qoyub getdiyi yaxınları günah işlətsələr və haram tikə yesələr, onlara görə narahat olar və ağlayarlar. Bunu qeyd etmək lazımdır ki, dünya sevgisi ilə qəmi, bərzəx aləminin qəmi və sevgisi ilə fərqlidir. Bunu dərk etmək bizim üçün mümkünsüzdür. Alimlərin buyurduğuna görə, görməli və dadmalıdır, nəinki eşitməli və deməli. Bu dediklərimiz möminlərə aiddir. Ancaq peyğəmbərlər (ə) və övliyaların hesabı başqalarından ayrıdır.


Həm ağlayar və həm də gülərdi... – Həzrət İsanın (ə) ən bariz sifətləri


3 yaşında peyğəmbərliyə məbus olan bu insanın çox sayda fəzilətli sifətləri olmuşdur. O cümlədən:
1. Zahidlik. Həzrət İsanın (ə) ən bariz sifətlərindən biri – onun zahidliyi olmuşdur. O, özünü dünya təmtərağından və nemətlərindən uzaq saxlayırdı. O, öz işini özü görərdi və heç kəsə buyurmazdı. İmam Əli (ə) buyurur: “Balışı – daş, paltarı – kobud, yeməyi – ləzzətsiz idi”.
2. Qorxu və ümiddə etidala malik idi. İmam Rza (ə) bu haqda buyurur: “Həzrət isa (ə) həm ağlayar və həm də gülərdi. Ancaq Həzrət Yəhya (ə) ancaq ağlayardı və gülməzdi. İsanın malik olduğu hal, Yəhyanın halından daha yaxşıdır”.
3. Çox danışmaqdan çəkinmək. İmam Sadiq (ə) buyurur: “Məsih daima deyərdi: “O kəslər ki, çoxlu danışırlar – qəlbləri qəsavətə düçar olmuşdur, ancaq özəri bilmirlər””.


Böyük əxlaq ustadı olan Ayətullah Zahid Müttəqi hansı dörd şeydən çəkinməyi tapşırardı?!


Ayətullah Zahid Müttəqi vəfat etməzdən bir il əvvəl, Şeyx Hadi Talihi onu ziyarət edir. Nəql edir: \"Onun yanından çıxıb getmək istəyəndə, alim deyir: “Əyləş!”. Mən əyləşdim.
O, buyurdu: “Bismilləhir-Rahmənir-Rahim! Axund bizə deyərdi: dörd şeydən uzaq olun, uzaq olun!
1. Çoxlu danışmaqdan. 2. Çoxlu yeməkdən. 3. Çoxlu yatmaqdan. 4. Qəflətdə olan insanlarla çoxlu rabitə qurmaqdan.
Bu əməllərin yerinə Allahı zikr et gözəl adları ilə. Sükut et, müti ol, Allahla xəlvətdə münacat et və zikrini söylə”\". Bəli, hər kim həqiqi mömin olmaq istəyirsə, gərək bu dörd əməldən çəkinsin və alimlərin tövsiyə etdiyi əməlləri yerinə yetirsin. Ancaq o zaman həqiqi salik olar və Allah yoluna qədəm basmış olar.


İmam Baqir (ə) və İmam Sadiqin (ə) göstərişində böyük günahların bağışlanma yolu hansıdır?!


Ravəndi nəql edir: “Həzrət İmam Baqir (ə) oğlu İmam Sadiqlə (ə) Məkkəyə gəlirlər ki, həcc əməlini yerinə yetirsinlər. Məscidul-haramda Kəbəyə yaxın yerdə əyləşirlər. Bir nəfər onlara yaxınlaşır və deyir: “Sualım vardır”. İmam Baqir (ə) buyurur: “Oğlum Cəfərdən soruş!” Həmin şəxs deyir: “Böyük günahlara batan insanın hökmü nədir?”.
İmam Sadiq (ə) buyurur: “Ramazan ayında bilərəkdən orucunu yemişdir?”. Deyir: “Ondan daha böyük günah etmişdir”. İmam: “Ramazan ayında zina etmişdir?”.
Deyir: “Ondan da böyük günah etmişdir”. İmam: “Günahsız insanı öldürmüşdür?”. Deyir: “Ondan da böyüyünü”. İmam: “Əgər İmamları (ə) və Əmirəl-möminini (ə) sevənlərdəndirsə, gərək Kəbə evinə gəlib tövbə etsin. Sonra and içsin ki, artıq o cür günah işlətməyəcəkdir. Ancaq əgər müxaliflərdən olarsa, tövbənin qəbul olma yolu onun üçün olmaz...


Həzrət Zəhranın (s.ə) bütün xanımlar üçün ibrət olan 10 xüsusiyyəti nələrdir?!


Biz insanlar gərək Allahın bizim üçün təyin etdiyi hədəfə doğru hərəkət etməliyik. Bu yolda təcrübəsi olanlardan ibrət götürmək və dərs almaq bizim işimizi asanladıra bilər. Bir müsəlman qadın üçün ən gözəl örnək – Həzrət Zəhradır (s.ə). Xanımın (s.ə) bəşəriyyət üçün örnək sayılan bəzi xüsusiyyətləri ilə tanış olaq:
1. İbadət. Allah Təala buyurur: “Ey mənim mələklərim! Fatiməyə (s.ə) baxın ki, necə Mənim qarşımda dayanmışdır və Mənim qorxumdan bədəni titrəyir.
Mən onun qəlbini Öz ibadətlərimlə məşğul etmişəm. Şahid olun ki, Mən onun dostlarına və davamçılarına cəhənnəm atəşindən aman vermişəm”.
2. Qiyamət günündən qorxması. Xanım (s.ə) Qiyamət gününə görə həmişə nigaran olmuşdur. Atasına Qiyamətlə bağlı çoxlu suallar verərdi. O zaman ki, Həzrət Peyğəmbərə (s) “Hicr” surəsinin 44-cü ayəsi nazil olur, Həzrət (s) şiddətlə ağlayır. Səhabələri də o Həzrəti (s) bu vəziyyət görərək, ağlamağa başladılar. Ancaq heç kəs onun nə üçün ağladığını bilmirdi...


Namazı əvvəl vaxtda qılanın əldə etdiyi 6 fəzilət nələrdir?!


Namazı əvvəl vaxtında qılmaq – çox böyük fəzilətlərə malikdir. Bu fəzilətlər ilə tanış olaq:
1. İstəklər həyata keçər. İmam Həsən Əsgəri (ə) buyurur: “Həzrət Musa (ə) Allahdan soruşur: “Allahım! Namazını əvvəl vaxtda qılanların savabı nədir?”. Allah Təala buyurur: “İstəklərini yerinə yetirərəm. Behişti ona mübah edərəm”.
2. Problemlər aradan gedər. Həzrət Peyğəmbər (s) buyurur: “O bəndə ki, namazın vaxtına əhəmiyyət verər, mən üç şeyi onun üçün zəmanət edərəm:
- giriftarlıqların aradan qalxmasını, - ölən zaman rahat olmasını, - atəşdən nicat tapmasını”.


Cümə namazında niyə 2 qunut tutulur?


İlahi ibadət Allah bəndələri üçün həmişə xüsusi şövq və ləzzətə malik olmuşdur. Bu ibadətlər içərisində cümə namazının xüsusi yeri vardır.
İmam Sadiq (ə) bu haqda buyurur: “Bütün namazlarda qunutlar rükudan əvvəl olur. Cümə namazından başqa ki, birinci qunutu rükudan əvvəldir, ikinci qunutu isə rükudan sonradır”. Niyə cümə namazında iki qunut tutulur? Bəli, bu iki qunut cümə namazını başqa namazlardan fərqləndirir və əhkama yenilik qatır. Bu qunutların iki üstünlüyü vardır:
1. İnsanlar üçün yeni bir əməl olduğu üçün onu fərqli halla yerinə yetirirlər.
2. Onlara xatırladır ki, bu ibadət başqa ibadətlərdən daha üstündür...


Niyə mələklər insanların əməllərini yazırlar?


Bir nəfər İmam Sadiqdən (ə) soruşur: “Niyə mələklər insanın yaxşı və pis əməllərini yazmaqla vəzifələniblər? Halbuki bilirik ki, heç bir şey Allahdan gizli deyildir?”.
İmam (ə) cavabında buyurur: “Allah bu mələkləri Öz ibadətinə dəvət etmişdir. Onları bəndələrə şahid qərar vermişdir ki, bəndələr onların nəzarəti ilə daha çox İlahi ibadətə riayət etsinlər. Ona üsyan etməkdən daha çox narahat olsunlar. O qədər bəndələr vardır ki, günah etməyi qərara alırlar, sonra mələkləri yada salırlar və çəkinirlər.
Deyirlər: “Allah məni görür. Əməllərə hafiz olan mələklər də şəhadət verirlər”. Bundan başqa, Allah rəhməti və lütfü sayəsində onları bəndələrə məmur etmişdir ki, Allahın əmri ilə üsyankar şeytanları onlardan uzaq etsinlər. Həmçinin onların görə bilmədiyi yerdə olan vəhşi heyvanları və bəlaları uzaq etsinlər, o zamana qədər ki, onların ölümü gəlib çatar”.


Qurani-Kərimin nəzərinə görə Səadət-xoşbəxtliyin 6 açarı hansı əməllərdir?!


Quran səadətə çatan insanların bəzi sifətlərini bəyan etmişdir ki, təvqa əhli üçün onu bilmək çox mühümdür. Hər kim bu 6 sifətə malik olarsa, səadət əhlindən olar:
1. İbadət və xalis namaz. Quranın nəzərinə görə, o kəslər ki, həyatda olan zaman Allaha xaliscəsinə ibadət edə biliblərsə, onlar səadət əhlidirlər. “Həqiqətən (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar). O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar”. (“Muminun” 1-2
2. Yersiz işlərdən çəkinmək. “Və o kəslər ki, bütün pis və çirkin (iş)lərdən üz döndərirlər”. (“Muminun” 3). İnsanın kamala çatmasına mane olan amillərdən biri də yersiz işlərlə məşğul olmaqdır. Bura yersiz və faydasız fikirlər də daxildir.
3. Zəkat vermək. “Və o kəslər ki, zəkat verir və nəfslərini təmizləyirlər”. (“Muminun” 4). Hər kim dünya həyatında boynuna düşən Allah haqqını ödəyərsə, səadət əhlindən olar...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter