Haram ruzi insanın övladına nə kimi təsir edir?


Dini maarifə əsasən, mal və ruzinin insan ruhuna və canına təsiri vardır. O kəs ki, Allah deyən kimi yaşamaq istəyir – gərək ruzisini də halal yolla əldə etsin. Əks halda cəmiyyət süqut edər və haramzadələrin sayı artar. İmam Cəfər Sadiqin (ə) nəzərinə görə, haram malın insanın övladına və gələcək nəslinə mənfi təsirləri vardır. Həzrət (ə) buyurur:“Haram qazancın təsiri övladda və nəsildə zahir olar”.
Bu səbəbdəndir ki, Quran ayələri insanları halal ruzi qazanmağa dəvət edir və haram ruzini qadağan edir. “Ey iman gətirənlər, Allahdan qorxun və əgər imanınız varsa, sələmin qalanından (sərmayədən artıq aldığınız miqdardan) əl çəkin.
Və əgər belə etməsəniz (və sələmçiliyi davam etdirsəniz), onda Allah və Onun Peyğəmbəri tərəfindən olan müharibəyə yəqin edin (yəqin bilin ki, belə bir müharibə sizə üz tutacaqdır, haqq hökümət və ya partlayış həddinə çatmış cəmiyyət onu sizdən geri alacaqdır). Tövbə etsəniz isə, sərmayələriniz özünüzündür (aldığınız faizi geri qaytarın ki, belə olan surətdə) nə zülm edərsiniz, nə də zülmə məruz qalarsınız”. (“Bəqərə” 278-279)...


O kəs ki… – İmam Əlidən (ə) ayıldıcı buyuruşlar!!


İmam Əli (ə) kamil insanın sifətlərini bizə tanıtmışdır ki, onlarla tanış olaq. İmam (ə) buyurur: “O kəs ki, öz eybinə baxar və başqalarının eybini tutmaqdan geri qalar.
O kəs ki, Allahın ruzisinə razı olar – əlindən gedənlərə görə qəmlənməz. O kəs ki, zülm qılıncını çəkər – elə onunla öldürülər. O kəs ki, işində özünü əziyyətə salar – özünü həlak edər. O kəs ki, özünü bəlaya salar – qərq olar. O kəs ki, pis adı olan yerlərə addım atar – ittiham olunar. O kəs ki, çoxlu danışar – çoxlu səhv edər...


Həzrət Fatimənin (s.ə) əmr-be-mərufda 5 üslubu hansılardı?!


İslam dini – əmr-be-məruf və nəhy-əz-münkərə çox əhəmiyyət verən bir dindir. Həzrət Zəhra (s.ə) da kamil bir insan kimi bu həqiqəti qəbul etdiyi üçün insanları əmr be-məruf və nəhy-əz-münkər edərdi. Xanım (s.ə) bu haqda buyurardı: “İmanlı kişi və qadınlar bir-birinin dostudurlar və onlar bir-birini əmr-be-məruf və nəhy-əz-münkər edərlər”.İmam Əli (ə) buyurur: “Bütün yaxşı əməllər, hətta Allah yolunda cihad belə, əmr-be-məruf və nəhy-əz-münkərin qarşısında dənizin bir damcısı kimidir”. Bəli, əgər əmr-be-məruf və nəhy-əz-münkər olmasa, bütün yaxşı əməllər, o cümlədən Allah yolunda cihad etmək də belə, unudular. Bəs Xanımın (s.ə) nəzərində əmr-be-məruf və nəhy-əz-münkər necə olmalıdır?
1. Quran ayələrinə istinad etmək. O zaman ki, Fədəki Xanımdan (s.ə) qəsb edirlər, Xanım (s.ə) Peyğəmbər (s) məscidində xütbə deyir və buyurur: “Ey o insanlar ki, batilə tərəf tələsirsiniz! Çirkin və yersiz rəftarları görməməzliyə vurursunuz. Məgər Qurana baxmırsınız ki, buyurur: “Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü) vurmuşdur və onların gözlərində (qəflət) pərdə(si) vardır. Onlara böyük bir əzab veriləcəkdir”. (“Bəqərə” 7)”...


Mərhum Mirza Cavad Təbrizinin tapşırığına əsasən səcdədə deyilə biləcək ən üstün zikr?!


Mərhum Mirzə Cavad Məliki Təbrizi deyir: “Mən bir arif tanıyıram ki, onun kimi uca məqamda olanını görməmişəm. Ondan soruşmuşam ki, maarifi cəlb etmək üçün hansı əməlləri təcrübə etmək lazımdır? O, dedi: “Hər gecə və gündüz bir dəfə uzun səcdəyə getsin. Həmin səcdədə desin:
لا اله الا انت سبحانک انی کنت من الظالمین \"La ilahə illa ənt subhanəkə inni kuntu minəz-zalimin\".
Bu zikri deyən zaman özünü təbiətin zindanında təsəvvür etsin. Etiraf etsin ki, Allah ona zülmü rəva bilməmişdir. Əslində bu, bəndənin özüdür ki, özünə zülm edər.
Səcdənin ədəbi belədir ki, səcdəyə getmək istəyən zaman əvvəl dizləri əymək lazımdır və sonra əlləri yerə qoymaq lazımdır. Bu əməli Əllamə Təbatəbai Həzrət Peyğəmbərin (s) buyuruşu əsasında yerinə yetirərdi”.


Qurani Kərimdə çəkilən məsəllər hansı 3 məqsədləri çatdırmaq üçündür?!


“Məsəl” sözünün lüğətdəki mənası – bənzətmə, qissə, hüccət, ibrət, əlamətdir. Qurani-Kərimin məsəlləri insana ibrət vermək və qəflətdən oyatmaq üçün nazil olmuşdur. Misal üçün, qeybət etməyin qardaşın ətini yeməyə bənzədilməsi kimi. Məsəllərin növləri:
1. Təzəkkür verən məsəllər. “O, Rəbbinin izni ilə həmişə (münasib olan hər bir vaxtda) öz meyvəsini verir. (Bu ağacın meyvəsi dünyada ideal cəmiyyətin və ali ilahi bir ictimai həyatın gerçəkləşməsi, axirətdə isə kamil bir səadətə nail olmaqdır). Allah insanlar üçün (belə) məsəllər çəkir ki, bəlkə ibrət götürdülər”. (“İbrahim” 25).
2. Təfəkkür etməyə səbəb olan məsəllər. “Əgər Biz bu Qur’anı bir dağa nazil etsəydik, mütləq onun Allah qorxusundan zəlil olub kiçildiyini və parçalandığını görərdin. Və bu məsəlləri insanlar üçün çəkirik ki, bəlkə fikirləşələr”. (“Həşr” 21)...


İnsanın dəfn olunduğu yerin insanın qəbr hesabına nə belə təsiri vardır?!


Bilməliyik ki, insanın aqibəti üçün həyatda etdiyi əməllər, iman və etiqadı faydalıdır. Özündən sonra qoyduqları və özündən əvvəl axirət üçün göndərdikləri önəmlidir. BUnlar zəifdirsə, onun harada dəfn olunmağı az təsir edəcək. Nəzərə alaq ki, Həzrət Peyğəmbər (s) sakin olduğu evində dəfn olunmuşdur və indi həmin yer müsəlmanların ən müqəddəs məkanına çevrilmişdir. İmam Əli (ə) buyurmuşdu: “Üzərində cənazəm olan dəvəni boş buraxın və harada dayanıb əyləşərsə, elə həmin yer mənim qəbrimdir”.
İmam Həsən (ə) şəhid olan zaman onu babasının qəbrinin kənarında dəfn etmək istəyirdilər. Ancaq xilafəti qəsb edən zalım buna imkan vermədi. İş o yerə çatdı ki, hətta Həzrət İmam Həsənin (ə) mübarək cənazəsi olan tabutu da oxladılar. Ona görə də Həzrəti (ə) Bəqi qəbiristanlığında dəfn etdilər. İmam Hüseynin (ə) Kərbəla səhranın ortasında qətl etdilər və mübarək bədəni elə oradaca dəfn etdilər. İndi həmin yer onmilyonların ziyarətgahı olmuşdur. İmam Rzanı (ə) bir bağın içərisində torpağa tapşırdılar və indi bu müqəddəs yer – hamının ziyarət məkanıdır.


Qurani Kərimin ayələrində adı çəkilən \"Mütəhhirun\" kimlərdir?!


“Ona (həmin yazılmış lövhəyə cismanilik və günah tutqunluğundan) pak mələklərdən başqa heç kəs toxunmaz; bu Qur’anın xətlərinə (şəriətin buyurduğu qaydada paklanmış) paklardan başqa heç kəs toxunmaz; onun maariflərini əxlaqi rəzilətlərdən paklanmışlardan qeyrisi bilməz; onun arifanə həqiqətlərini yalnız, məbuddan qeyrisinə ürək bağlamayan paklar dərk edərlər”. (“Vaqiə” 79).... Bəs paklar dedikdə nə nəzərdə tutulur?
Şübhəsiz ki, paklar deyildikdə Məsumlar (ə) nəzərdə tutulur. Ona görə də toxunmaq sözü burada zahiri mənada olduğu kimi deyildir. Paklar deyildikdə, o kəslər nəzərdə tutulur ki, “Təthir” ayəsi onların barəsində nazil olmuşdur. Əllamə Təbatəbai bu ayənin təfsiri barəsində buyurur: “Qurani-Kərim hər bir bidətdən qorunmuşdur. Çünki elə kitabdır ki, Lövhi-məhfuzda qeyd olunmuşdur”. Beləliklə deyə bilərik ki, mütəhhərun o kəslərdir ki, Allah qəlblərini hər cür pislikdən və günahdan pak etmişdir. Bu insanlar hər bir xəbis sifətlərdən pak və təmizdirlər. Onlar mələklər qədər təmiz və pakdırlar.


İslam şəriətinə zidd rəftar edən şəxsin əmanətini qaytarmaq vacibdirmi?!


Bütün Məsum İmamlar (ə) Həzrət Peyğəmbərin (s) yolunu davam etdirərək, insanları hidayət edir və cəhalət zülmətindən nura tərəf aparır. Bu İmamlardan (ə) biri də İmam Həsən Əsgəridir (ə). İmamın (ə) Əhli-Beyt (ə) davamçılarına bir sıra çox dəyərli tövsiyələri vardır ki, onlarla tanış olaq:
1. Təqvalı olmaq və pak həyat yaşamaq. 2. Allah üçün səy göstərmək. 3. Əmanəti sahibinə geri qaytarmaq – əmanət sahibi istər yaxşı insan olsun, istərsə də pis insan.
4. Uzun səcdələr. 5. Qonşularla yaxşı rəftar etmək. 6. (Möminlər) bizim zinətimiz olsun, xəcalət mənbəyimiz deyil....


İmam Hadi (ə) Fatimə surəsində olan 7 sirri necə açıqladı?!


Roma Papası, Bəni-Abbas xəlifələri üçün belə bir məktub yazır: “Biz İncil kitabında oxumuşuq ki, hər kim ixlasla bu surəni oxuyarsa, Allah onun cəsədini atəşə haram edər. Bu surədə bu yeddi hərf olmaz: s, c, x, z, ş, za, f. Biz nə qədər axtardıqsa, belə bir surəni nə İncildə və nə də Tövratda tapmadıq. Sizin səma kitabınızda belə bir surə vardırmı?”.
Bu məktubu alan Abbasi xəlifəsi alimləri toplayır və bu məsələni onlarla müzakirə edir. Onlar cavab verməkdə aciz qaldılar. Nəhayət bu sualın cavabını İmam Hadidən (ə) soruşurlar.
Həzrət İmam Hadi (ə) cavabında buyurur: “Bu surə - “Həmd” surəsidir. Bu yeddi hərf onda yoxdur”. Soruşurlar ki, həmin hərflərin bu surədə olmamasının sirri nədədir?
Həzrət (ə) buyurur: “1. S hərfi – səbura (həlaka) işarədir. 2. C hərfi – cəhimə (cəhənnəmin adlarından biridir) işarədir. 3. X hərfi – xəbisə işarədir...


İslam maarifinə əsasən insanda ümid və Allaha təvəkkül nə həddə olmalıdır?!


İnsan həm namazında və həm də həyat mövzularında təvəssülə malik olmalıdır. Əhli-Beytdən (ə) istəməlidir ki, Qiyamət günü naqis namaz və ibadətlərinə görə ona şəfaət versinlər. Həmçinin ümidə malik olmalıdır ki, bu naqis ibadətlər Allahın izni ilə qəbul olacaqdır və bəndə behiştə gedə biləcəkdir. Çünki bu dünya tarladır və əkin yeridir. Heç kəs zəhmət çəkmədən Allahdan meyvə intizarında ola bilməz. Çünki əgər ağac olmazsa və ona qulluq edilməzsə, meyvə haradan olacaqdır ki?! Ancaq insan zəhmət çəkərsə, mütləq səyinin nəticəsini görər. Bir tələbə alim olmaq üçün dərs oxumalı və həyatının çox hissəsini təhsil almağa sərf etməlidir. Bunun üçün gecə və gündüz çalışmalıdır. Ancaq bundan sonra insanların xidmətində dura bilər. İnsan mütləq ümidə, rəcaya malik olmalıdır. Lakin bu ümid onu düzgün motivləndirməli, yersiz arxayınçılığa sövq etdirməməlidir. Həzrət Peyğəmbər (s) bir gün məsciddə əyləşmişdi və görür ki, bir şəxs gəlir və adi namaz qılır. Təqibatlarını etməmiş əlini dua üçün qaldırır və deyir: “Allahım! Məni behiştlik et və mənə huruleyni inayət et!”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter