Atasına kömək etməkdən imtina edən varlı cavana Peyğəmbərin (s) cəzası!!


Əmirəl-möminin (ə) nəql edir: “Bir gün bir qoca kişi oğlu ilə bir yerdə Peyğəmbərin (s) xidmətinə gəlirlər. Qoca kişi ağlayaraq deyir ki, “Mən oğlumu min əzab və əziyyətlə böyütmüşəm. Öz mal və sərvətimdən ona yardım etmişəm ki, müstəqil olsun. Ancaq bu gün ki, mən zəif və gücsüzəm və bütün malımı əldən vermişəm, o, mənə yardım etməyi əsirgəyir. Hətta bir tikə çörək belə vermir”. Həzrət (s) üzünü onun oğluna tutub buyurur: “Sənin bununla bağlı nə cavabın vardır?”. Deyir: “Ya Rəsulallah! Mənim ailəmin xərclərindən artıq heç nəyim yoxdur”. Həzrət (ə) atasına buyurur: “İndi sən nə deyirsən?”.
Qoca deyir: “Onun bir neçə buğda, arpa, kişmiş anbarı vardır. Dirhəm və dinarla dolu kisələri vardır”. Həzrət (s) oğluna buyurur: “Cavabın vardır?”. Deyir: “O, səhv edir, mənim heç bir şeyim yoxdur”. Həzrət (s) onun oğluna xitab edərək buyurur: “İlahi əzabdan qorx və sənin üçün bu qədər zəhmət çəkən atana yaxşılıq və ehsan et”. Oğlu deyir: “Mənim heç nəyim yoxdur”...


Alimin oğlu bir kisə soğanı özü ilə niyə gəzdirirdi?


Bir gün müdrik bir alim övladına deyir: “Sabah özünlə bir kisə götür və onun içərisinə sevmədiyin insanların sayı qədər soğan qoy”. Sabahı gün oğlu bu işi görür. Atası ona deyir: “Hara getsən, bu kisəni də özünlə apar”. Oğlu bu işdən bir neçə gün sonra yorulur və atasına şikayət edir ki, soğanlar xarab olmuş və pis iy verməkdədir. Onun iyi mənə əziyyət verir. Alim deyir: “Bu, ona bənzəyir ki, sən qəlbində başqalarının kinini saxlayırsan. Bu kin sənin qəlbini və ruhunu xarab edər. Hamıdan çox özün bundan əziyyət çəkərsən.
Ona görə də heç kəsin kinini qəlbinə alma. Həmişə mehriban ol. Hətta əgər heç kəs sənin bu mehribanlığının qədrini bilməsə də belə.
Bu, sənin fitrətinə qoyulmuşdur. Sənin elə Allahın vardır ki, hamıdan çox bu işi islah edəcəkdir”.


İslam dini Saleh övlad yetişdirmək üçün hansı 9 tövsiyəyə diqqət etməyi tapşırır?!


Saleh övlada malik olmaq üçün Məsumlarımızdan (ə) bəzi tövsiyələr gəlmişdir ki, onlarla tanış olaq:
1. Övladın saleh olması üçün valideynlərin saleh olması lazımlıdır.
2. Ailə həyatında İslami təlimlərə riayət etmək.
3. Qidanın halal və haram olmasına diqqət göstərmək.
4. Uşaqlarla əxlaq çərçivəsində rəftar etmək və onlara məkarim əxlaqı aşılamaq.
5. Hamiləlik zamanı, süd verən zaman və uşaq körpə olan zaman gigiyenaya xüsusi diqqət etmək lazımdır.
6. Uşaqlara ancaq Quranın təyin etdiyi müddət qədər süd vermək. Ondan artığını vermək bəyənilməzdir....


Qəbir sıxıntısı nə zaman başlayıb, nə zaman bitər?


Qəbir əzabı ancaq qəbrə qoyulanın ilk gecəsi olmaz. Hətta, insanın bərzəx aləmində olduğu bütün zamanı da belə, əhatə edə bilər. Hədislərimizin buyurduğu ilk qəbir gecəsi – bizim dünyada olan ilk gecə hesab olunmur. Çünki bərzəx aləmində gecə və gündüz olmur. Axı orada Günəş yoxdur ki, gündüz olsun. Hədislər buyurur ki, əgər meyiti səhər çağı dəfn edərlərsə, həmin anda mələklər onu sorğu-sual etmək üçün gələrlər. Bu əzab ilk sur çalınana qədər davam edər. Qəbir əzabını bərzəx bədəni çəkər. Əgər mömin az günahla dünyadan gedərsə, çox az qəbir əzabı çəkər. Ancaq bu, o demək deyildir ki, hər bir təqvalı insan qəbir əzabı çəkməz. Əgər Allah Təala möminə qəbir əzabı verirsə, zay etdiyi nemətlərə görə olar. Səd ibni Məazın qəbir əzabı kimi. Ailəsində kobud rəftar etdiyinə görə hətta Məaz kimi bir insan qəbir əzabı çəkmişdir. Allah Təala bizləri bu əzabdan amanda saxlasın!


Yezidin (lən) oğlu, ata-babalarının əməllərindən peşman oldumu?


Yezidin (lən) oğlunun adı Müaviyyə idi. Muaviyyə ibni Yezid (lən) ibni Müaviyyə (lən) adlı bu insanın anası – Bəni-Haşimdən olan Utbə ibni Rəbiyyənin qızı idi.
O, Yeziddən (lən) sonra 4 ay xəlifəlik etmişdir. Müaviyyə ibni Yezid (lən) insanlara dediyi xütbələrin birində bəyan edir: “Ey insanlar! Biz sizə giriftar olmuşuq və siz də bizə giriftar olmusunuz. Sizin bizə qarşı tüğyanınızdan xəbərsiz deyiləm. Bilin ki, cəddim Müaviyyə ibni Əbu Süfyan hökumət üstündə elə insanla döyüşə girdi ki, o, hökumət üçün daha layiqli idi. Müsəlman olmaqda daha çox ləyaqəti var idi. İlk mömin olan insan idi. O, Allahın göndərdiyi Rəsulun (s) əmisi oğlu idi və xatəm Peyğəmbərin (s) yadigarlarının atası idi. Onun sizinlə münasibətləri bilirsiniz. Siz də ona etdiklərinizi inkar edə bilməzsiniz. O zaman ki, atam hökuməti öz əlinə aldı, halbuki xəlifə olmağa layiq deyildi, həvəs atına mindi və öz səhvini yaxşı iş kimi tanıtdı. Günaha düçar oldu və etdiklərinin əsiri oldu”. Bu zaman Müaviyyə ibn Yezid ağladı və davamında dedi: “Bizim ən böyük dərdimiz budur ki, onun (Yezidin) yerinin necə pis olduğunu yaxşı bilirik. O, Peyğəmbərin (s) Əhli-Beytini (ə) öldürdü və hərəmin hörmətini aradan apardı. Kəbəni yandırdı.


Həzrət Adəmdən (ə) öncə insanlar olubmu?


Əmirəl-möminin (ə) buyurur: “O zaman ki, Allah əli ilə bir varlıq yaratmaq istəyir, cin və nasnası yaratdığından 7 min il sonra səmanın pərdəsini kənara çəkir və mələklərə buyurur: “Cin və nasnasın vəziyyətinə nəzər salın”. Mələklər yer üzərində haqsız qan tökülməsini görürlər və bu səhnələri görmək onlar üçün ağır olur. Ona görə qəzəblənir və Allaha deyirlər: “Allahım! Bu səhnələri görən zaman niyə intiqam almırsan?”. Buyurur: “Mən istəyirəm ki, Yer üzərində elə xəlifə qərar verəm ki, Mənim onlar üçün hüccətim olsun””.
Allah Təala Qurani-Kərimdə Həzrət Adəmdən (ə) əvvəl yaratdığı məxluqlar barəsində buyurmuşdur: “Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam». Dedilər: «Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi (canişin) qoyursan?! Halbuki biz Səni kamilliklərlə vəsf edərək zikr oxuyur və (bütün eyib və nöqsanlardan) pak bilirik». Allah buyurdu: «Şübhəsiz, Mən sizin bilmədiyiniz bir şey bilirəm»”. (“Bəqərə” 30)...


İmam Kazıma (ə) görə tökdüyü göz yaşları qəbirdə necə karına gəldi?


Təqva əhli olan bir nəfər nəql edir: “Mənim bir dostum var idi ki, indi dünyasını dəyişmişdir. Bir gün onu yuxuda gördüm və gözəl yerdə qərar tutduğunu müşahidə etdim. Ondan bu məqama çatmağın səbəbini soruşdum. Mənə dedi: “İmam Musa Kazımın (ə) məzlumiyyəti üçün tökdüyüm göz yaşlarına görə”. Dedim: “Necə?”.
Dedi: “Bu göz yaşlarım çox xaliscəsinə idi. Qəbrin ilk gecəsində mənə xitab olundu ki, göz yaşların çox xalis olduğu üçün bu göz yaşlarını qəbul etdik.
Belə ki, şəhərin böyük alimlərindən biri dünyasını dəyişmişdi. Bütün şəhərdə tətil idi. Şəhəri qara rəngə boyadılar və sinə vurmağa başladılar. Yüz mindən çox insandan ibarət toplum onun cənazəsinin ətrafını alıb, göz yaşı tökürdülər. Mən bu cənazə mərasimini görüb qəhərləndim və ürəyimdə düşündüm ki, görəsən İmam Kazımın (ə) cənazə mərasimi necə qəribcəsinə keçmişdir. Bir alim dünyadan gedib və insanlar bu qədər əza sxlayırlar. Ancaq İmam (ə) üçün bu cür göz yaşı tökülməmişdi....


Bütpərəstin İmam Zaman ağadan (ə.f) xahişi nə olmuşdur?!


Hindistanda yaşayan Əhli-Beyt (ə) davamçılarından olan bir seyid nəql edir: “Bir gün insanlar arasında etibara malik olan bütpərəst bir kişi mənə dedi: “Məni qətl etməklə ittiham edirlər. Hər nə qədər səy göstərdimsə, günahsız olduğumu sübut edə bilmədim. Məni bazar ertəsi günü edam edəcəklər. Əlimi hər şeydən üzmüşəm. Siz mənə yardım edə bilərsinizmi?”. Seyid deyir: “Öz-özümə düşündüm ki, axı bu insan bütpərəstdir, ancaq İmam Zaman ağa (ə.f) – hamının İmamıdır. Bu şəxs də insan olduğu üçün İmamın (ə.f) rəhmət bulağından bəhrələnə bilər. Ona görə də ona dedim: “Cümə gününün səhəri əyninə təmiz paltar geyin və müsəlmanların qəbiristanlığına get. Orada səslə: “Ya Əba Saleh Məhdi (ə.f)!”. Bizim əqidəmizə görə, hər kim çətinliyə düşərsə, İmam (ə.f) ona yardım edər. Sən də Həzrətə (ə.f) təvəssül et ki, nicat tapasan”. Bütpərəst belə də edir və sonra seyidə deyir: “Mən sənin dediklərini etdikdən sonra yanıma bir nəfər gəldi və buyurdu: “Çətinliyin nədədir?”. Ona başıma gələnləri danışdım. Dedim: “Məni Seyyid adlı bir nəfər sizə yönəltmişdir ki, sizə təvəssül edəm”...


Islam maarifinə əsasən İmamın olmasının hansı beş fəlsəfəsi vardır?!


İmamətin zəruriliyi və fəlsəfəsi həmin o şeydir ki, nübuvvətə aiddir. Bir fərqlə ki, yeni din gətirməz. İmamət nə üçün zəruridir?
1. Quranı təfsir etmək üçün. Həzrət Peyğəmbərin (s) vəzifələrindən biri Quran ayələrini insanlar üçün təfsir etmək və mənalandırmaq olmuşdur. Allah Təala Həzrət Peyğəmbərə (s) xitab edərək buyurur: “(Onları) aydın dəlillər (möcüzələrlə) və ibrətamiz səma kitabları ilə (göndərdik) və sənə də bu zikri (Qur’anı) nazil etdik ki, insanlara onlara nazil olanı açıqlayasan və bəlkə düşündülər”. (“Nəhl” 44).
2. Mübahisələr zamanı qazilik etmək. Yəni, əgər iki nəfər bir-biri ilə münaqişədə olarsa, onlara qazilik edib, haqlı olanı üzə çıxartmaqdır.
“(Şəriət sahibi olan peyğəmbərlərin göndərilmələrindən qabaq) bütün insanlar tək bir dəstə idilər (səmavi şəriətsiz öz ağıllarının tələbi əsasında yaşayırdılar. Amma yavaş-yavaş özlərinin dünya işlərində ixtilafa düçar oldular). Beləliklə Allah peyğəmbərləri (səmavi din və şəriətlə) müjdə verən və qorxudan olaraq göndərdi və onlarla birlikdə insanların arasında onların bir-birləri ilə ixtilafa düçar olduqları şey barəsində hökm çıxarmaq üçün haqq olaraq (və uca, ali və əqlani bir hədəf üçün səmavi) Kitab nazil etdi”. (“Bəqərə” 213)...


İslam maarifində Elmul-yəqin, eynul-yəqin, həqqul-yəqin istilahı nə deməkdir?!


Allaha mərifət əldə etməyin bir neçə mərhələri vardır ki, insan bu mərifət sayəsində yəqinliyə çatar. Yəqinliyin bir neçə mərhələsi vardır ki, onlarla tanış olaq.
1. Elmul-yəqin nədir? Elmul-yəqini izah etmək üçün belə bir misal çəkə bilərik. Fərz edin ki, bir nöqtədə atəş şölələnmişdir. Sizinlə bu atəş arasında bir divar vardır. Əgər siz tüstü və ya gələn istilik sayəsində divarın arxasından bu atəşin olduğunu dərk etsəniz – bu olur elmul-yəqin. Ona bənzəyir ki, bir nəfər Allahı tanıyar və Ona iman gətirər, ancaq əqli bürhan vasitəsilə.
2. Eynul-yəqin nədir? Əgər siz yuxarıda çəkdiyimiz misalda divarı keçə bilsəniz və atəşi yaxından görsəniz – bu olur eynul-yəqin. Bu mərhələ keçmiş mərhələdən daha üstündür. Ona görə də görmək, eşitməkdən daha üstün hesab olunur. Bu mərhələdə insan tövhidin təsirlərini həyatında əməli şəkildə müşahidə edər...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter