Hәzrәt Әli (ә) hədisində Allaha bəndəliyi neçə qismə bölmək olar?


Hәzrәt Әli (ә) hədisində Allaha bəndəliyi neçə qismə bölmək olar? İslаm tәlimlәrinә әsаsәn, bәndәlik buхоv vә mәhdudiyyәt dеmәk dеyil. Bәndәlik о dеyil ki, insаnın hеç bir şәхsi nәzәri оlmаsın. Bәndәliyin müхtәlif mәrtәbәlәri vаrdır. Hәzrәt Әli (ә) buyurur: “İbаdәt üç növdür: qullаrın ibаdәti, tаcirlәrin ibаdәti, аzаd insаnlаrın ibаdәti. Bir qrup insаn Аllаhа cәhәnnәm әzаbı qоrхusundаn ibаdәt еdirlәr - bu, qullаrın ibаdәtidir. Digәr bir qrup Аllаhа bеhişt tаmаhı ilә ibаdәt еdir - bu, tаcirlәrin ibаdәtidir. Bir qrup dа vаr ki, Аllаhа pәrәstişә lаyiq оlduğu üçün ibаdәt еdir - bu, аzаdlаrın ibаdәtidir.” İslаm bu ibаdәtlәrin hеç birini rәdd еtmir. Әsаs mәsәlә Аllаhın irаdәsinә tаbе оlmаqdır. Әlbәttә ki, әsl bәndә Аllаhı ibаdәtә lаyiq bilәrәk аzаdаnә ibаdәt еtmәlidir...


Yuxuya inanmaq olarmı?


Yuxuya inanmaq olarmı? Yuxu istər adi insanlar, istərsə də alimlərin daim diqqət mərkəzində olan məsələlərdəndir. Axı yuxuda gördüyümüz çirkin və gözəl, qorxulu və ürək açan səhnələr nədir? Bunlar keçmişəmi aiddir, yoxsa gələcəyə? Müxtəlif ayə və hədislərdən məlum olur ki, yuxuların əksəriyyəti gələcəyə aid olub, qaranlıq məsələlərin üstündən pərdəni qaldırır. «Yusuf/36-cı ayədə oxuyuruq: «(Yusifdən soruşuldu:) «Gəl bu yuxunu bizə yoz». Yusif dedi: «Yeyəcəyiniz təam gəlməmişdən əvvəl, mən onun mənasını sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir». Ayədən göründüyü kimi həqiqi, əsaslı və yozulası yuxular vardır. Hz Peyğəmbər (s) buyurur: «Yuxu üç qismdir: bir qismi Allah tərəfindən verilən müjdə, bir qismi şeytandan gələn qəm-qüssə, digər bir qismi isə, insanın bir iş barədə çox fikirləşməsinin nəticəsidir». («Biharul-ənvar», 14/s-411.) İslam dinində təbiri caiz bilinən yuxu, yalnız ilahi yuxulardır. O biri yuxuların təbiri batildir və həmin yuxulara inanmaq olmaz.


Dünya xoşbəxtliyində dinin rolu varmı?


Dünya xoşbəxtliyində dinin rolu varmı? Bəziləri elə düşünür ki, din yalnız axirət xoşbəxtliyi üçündür və insanın dindar olub-olmamasının, dünya xoşbəxtliyinə heç bir dəxli yoxdur. Hansı ki, din, axirət evindən əvvəl dünya evini qorumaq üçündür. Peyğəmbər (ə) öz qövmünə xitabən deyir: «Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, ... sizə mal-dövlət, oğul-uşaq əta edər. O, sizin üçün bağlar-bağçalar əmələ gətirər, çaylar axıdar». Nuh/10-12.) Yalanın, saxtakarlığın, oğurluğun, rüşvətxorluğun cəmiyyəti məhv etməsini kim inkar edə bilər?! Zülm və sitəmin bəşəriyyəti qara günə qoyduğunu kim inkar edə bilər?! Allaha etiqadlı, peyğəmbər göstərişlərinə əməl edən, insanpərvər bir cəmiyyətin xoşbəxtliyinə kimdə şübhə var?! «Hud/3-cü ayəsindəki «Ona tövbə edin ki, müəyyən bir müddət yaxşı gün-güzəran versin» buyuruğu bir daha təsdiq edir ki, din insanın əvvəlcə dünya, daha sonra isə axirət həyatının tənzimlənməsini nəzərdə tutur.


Həzrət Musa (ə) hansı hadisənin baş verməsinə görə tövbə etdi?


Həzrət Musa (ə) hansı hadisənin baş verməsinə görə tövbə etdi? Nisa/153: «(Ya Məhəmməd) kitab əhli sənin onlara göydən bir kitab endirməyini istəyirlər. Halbuki, onlar Musadan bundan daha böyüyünü istəmiş və «bizə Allahı aşkar göstər» demişdilər». Bəni-İsrailin bu axmaq istəyi qarşısında Musa (ə) Bəni-İsrailin nümayəndəsi olaraq «Ey Rəbbim, özünü mənə göstər», dedi. Musanın istəyi qarşısında, Allah-təala buyurdu: «Sən məni əsla görə bilməzsən. Lakin dağa bax. Əgər o yerində dura bilsə, sən də məni görə bilərsən». Quranda belə buyurulur ki, Allah-təala dağa təcəlli etdi və dağ parça-parça oldu. Musa huşunu itirdi. Ayılandan sonra isə bu yersiz istəyə görə tövbə etdi. Musa (ə) Bəni-İsrailin istəyini yerinə yetirdiyi halda, nə üçün özü tövbə etməli idi? Təfsirçilərin fikirincə, Musa Bəni-İsrailin nümayəndəsi olaraq onların tərəfindən tövbə edirdi.


Axirətdə müsibət yaradacaq əməllər hansılardır?


Axirətdə müsibət yaradacaq əməllər hansılardır? Pеyğәmbәr (s) buyurub: “Bеş şеy ахirәtin müsibәtlәrindәndir:
1. Nаmаz qılmаmаq;
2. Аlimin ölümü;
3. Dilәnçini ümidsiz еtmәk;
4. Аtа-аnаyа itаәtsizlik;
5. Zәkаt vеrmәmәk.” (“Әl-Mәvаizul-әdәdiyyә”, sәh. 262.)


Dini təmsil edən şəxslər (ruhanilər) əsasən nəyə diqqət yetiməlidrlər?


Dini təmsil edən şəxslər (ruhanilər) əsasən nəyə diqqət yetiməlidrlər? Başqalarını dindən qaçırtmayaq. Nəql edilir ki, Şeyx Muhəmməd Bafiqi Yəzdi uzun müddət ağlayır və şagirdi ona deyir: \"Müəllim, uzun zamandır ki, ağlayırsınız, niyə?\" Deyir: \"Göz yaşım dinə görədir ki, bu qədər dünyada dinsizlik və qeyri-müsəlmanlıq yaratmışam\". Şagirdi deyir: \"Nə əlaqəsi var? Sizin başqalarının dinsiz olmasında nə rolunuz olub ki?\" Alim deyir: \"Nalayiq əməllərimiz, yanlış rəftarlarımız, yersiz sözlərimiz bais olur ki, bu qədər qeyri-müsəlman dinə üz çevirməsin. Yanlış yola qədəm bassın. Əgər biz İmam Əli (ə) davamçıları dini təlimlərə düzgün əməl etsəydik, dünyada bir dənə də olsa qeyri-müsəlman qalmazdı. Hamı müsəlman olardı. Çünki insanlar fitrəti baxımında eşqi, sevgini, ədaləti, sədaqəti sevir. Əgər biz İslama əməl etsəydik, hamı müsəlman olardı\".


Mömin şəxs tərbiyədə birinci nəyə diqqət yetirməlidir?


Mömin şəxs tərbiyədə birinci nəyə diqqət yetirməlidir? Alimlərdən biri belə vəsiyyət edir ki, qəbir daşına bu sözləri yazsınlar: \"Uşaq olan zaman dünyanı dəyişdirməyə çalışırdım. O zaman ki, böyüdüm, gördüm ki, dünya çox böyükdür. Yaxşı olar ki, ölkəmi dəyişəm. Orta yaş həddində şəhərimi dəyişməyi qərara aldım. Onu da böyük gördüm. Yaşlaşan zaman ailəmi dəyişməyi qərara aldım. İndi ki, ölüm ayağındayam, başa düşdüm ki, gərək ilk gündən özümü dəyişdirməyi düşünərdim. Bəlkə o zaman dünyanı və başqalarını dəyişdirə bilərdim\".


Dünya qəflət, yoxsa təkamül vasitəsidir?


Dünya qəflət, yoxsa təkamül vasitəsidir? Hәzrәt Әli (ә) buyurur: “Dünyа оnа ibrәt gözü ilә bахаnlаrı bәsirәt sаhibi, оnun zinәtlәrinә аldаnаnlаrı isә kоr еtdi.” (“Nәhcül-bәlаğә”.) Dеmәk, dünyа hәm bәsirәt gözünü аçа bilәr, hәm dә kоr еdә bilәr. Dünyаyа vаsitә kimi bахаnlаrın bәsirәt gözü аçılаr. Dünyаnı özünә qiblә еdәnlәrin isә bәsirәt gözü tutulаr. Dünyа еynәk kimidir. Еynәkdәn bахаn hәqiqәti, еynәyә bахаn оnun şüşәsini görür. Bu insаn üçün еynәk kömәk yох, pәrdәdir. Әgәr insаn dünyа vә оndа оlаnlаrı Аllаhın nеmәti kimi qәbul еtsә, оnlаrа nәzәr sаldıqdа Аllаhı хаtırlаyаcаq. Аllаhı хаtırlаyаn insаn isә hаlаl-hаrаmа diqqәt yеtirib оlub, vәzifәlәrinә lаzımıncа әmәl еdәcәk. “Аli-İmrаn/92- “Sеvdiyiniz şеylәrdәn hаqq yоlundа sәrf еtmәyincә yахşılığа nаil оlmаyаcаqsınız.” İnsаn Аllаh yоlundа sеvdiyi şеylәrdәn sәdәqә vеrmәklә dünyа mаlınа mәhәbbәtdәn yаха qurtаrmаlıdır. İnsаn vаr-dövlәtә о qәdәr hәrisdir ki, sәdәqә vеrәndә dә әzik, cırıq mаnаtlаrı vеrir. Tәmiz vә şах pullаrı sәdәqә еtmәklә dünyаyа оlаn qоrхulu bаğlılıqdаn хilаs оlun. Әks tәqdirdә dünyаpәrәstlikdәn qurtulmаq çәtin оlаcаq.


Mömin qardaşa salam vermək haqda hədislərdə nə belə dəyər deyilmişdir?


Mömin qardaşa salam vermək haqda hədislərdə nə belə dəyər deyilmişdir? -Pеyğәmbәr (s) buyurub: “Bir mömin öz mömin qаrdаşınа sаlаm vеrәndә lәnәtlәnmiş İblis аğlаyаrаq dеyәr: “Vаy оlsun mәnә! Bunlаr bir-birindәn аyrılmаdıqları (müddət boyunca) günаhlаrı bаğışlаnacaq.” (“Müstәdrәkül-vәsаil”, c. 8, sәh. 359.) “Bir-birinizlә görüşәndә sаlаm vеrin ki, kinlәr qәlblәrdәn çıхsın.” (Nәhcül-fәsаhә/610.)
-Günаh аğаc yаrpаqlаrı kimi tökülür: İmаm Sаdiq (ә) buyurmuşdur: “Әgәr iki mömin bir-biri ilә görüşsә, Аllаh hәmişә оnlаrа rәhmәt gözü ilә bахаr. Оnlаrın günаhlаrı аğаc yаrpаqlаrı kimi tökülәr.” (Üsuli-kаfi/2,-182.)


Ey Allah bəndələrİ, bu dünyadan nə umursunuz?


Ey Allah bəndələrİ, bu dünyadan nə umursunuz? Bir müddət bu dünya evində qonaqsınız və bir can borclusunuz,o borc da sizdən alınacaq. Ömürləriniz sona yetəcək, əməlləriniz yazılıb göstəriləcək. Neçə adam var ki, bütün işlərini sahmana salmağa çalışır, bu mümkün deyil. Çəkdiyi zəhmət hədərdir, elə bir zamanda yaşayırsınız ki, şər xeyri üstələmişdir. Şeytan insanları həlak etmək ümidindədir.
İstədiyin tərəfə nəzər sal: yoxsulluğa düşmüş fəqirdən, Allahın ne`mətlərini küfrə dəyişmiş dövlətlidən, Allaha aid haqları malını çoxaltmağa sərf edən xəsisdən, qulağı nəsihət eşitməyən müddəidən başqa heç kimi görməyəcək-sən. Bəs haradadır mərdləriniz, təmiz adamlarınız, səxavət sahibləriniz, hər şeydə paklığı gözləyənləriniz? Hamısı bu alçaq dünyadan köçüb getdimi? Bu tez ötüb keçən dərdli, ələmli aləmi tərk etdilərmi? Onları düşünərkən heç kimsə dodağını belə qaçıra bilməz, onları yada salarkən başsağlığı belə diləyə bilməz...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter