Sual : Həzrət Məhəmməd (s) hansı ildə peyğəmbərliyə seçilmişdir?


Cavab: Bu barədə şiə və sünni təriqətləri arasında fikir ayrılığı var. Şiə alimləri arasında məşhur nəzəriyyə budur ki, o həzrətin besəti “Ammul-fil”in (Fil ilinin) 40-cı ili, rəcəb ayının 27-sinə təsadüf etmişdir və bütün şiə alimləri bunu təsdiq edir. (1)
Əhli-sünnə alimlərinin məşhur nəzərinə əsasən, Peyğəmbərin (s) besəti “Ammul-fil”in 40-cı ili, ramazan ayında olmuşdur, lakin ramazan ayının neçəsində baş verməsi haqda onlar arasında fikir ayrılığı yaranmışdır; bir qrup bu ayın 17-si, bir qrup 18-i, digər bir qrup isə 24-ünü besət tarixi kimi vurğulamışdır. Həmçinin, besətin gecə və ya gündüz olması barədə də öz aralarında ixtilafa düçar olmuşlar. (2) Bu qrupun müqbilində əhli-sünnə alimlərinin başqa bir dəstəsi rəbiul-əvvəl ayının 12-sini, digər bir dəstəsi isə həmin ayın 10-unu besət tarixi kimi qələmə almışlar. (3)...


Hüsnü-zənnin insana verdiyi 10 bərəkət nələrdir?!


Hüsnü-zənn cəmiyyətdə rabitələrə müsbət təsir qoyduğu kimi, özü ilə çox sayda bərəkət gətirir. İslam dini istəyir ki, cəmiyyətdə kamil şəkildə əmin-amanlıq təmin olunsun. Yəni, həm əməl baxımından və həm də fikir və düşüncə baxımından başqaları tərəfindən qəbul olunsunlar. Hüsnü-zənnin gətirdiyi bərəkətlərlə tanış olaq:
1. Məhəbbəti cəlb etmək. İmam Əli (ə) buyurur: “İnsanlara qarşı nikbin olmaq – onların dostluq və məhəbbətinə səbəb olar”.
2. Rahatlıq və əmin-amanlıq. Hüsnü-zənn insana ruhi və psixoloji rahatlıq və hüzur gətirir. İmam Əli (ə) buyurur: “Nikbinlik insanın qəmini azaldar və günahın ağırlığından xilas edər”.
3. Qəlbin pak və səfalı olması. Həzrət Peyğəmbər (s) buyurur: “Mömin qardaşlarınıza gümanlarınızı yaxşı edin. Çünki möminə hüsnü-zənn etmək – qəlbin saflığına və paklığına səbəb olar”...


Bir dəqiqə ərzində edə biləcəyimiz əbədi işlər!


Əməl edin və savab qazanın: Bir dəqiqədə beş dəfə «Fatihə» surəsini səlis oxuya bilərik. O «Fatihə» surəsi ki, bir dəfə oxunmasına 1400 savab verilir. Beş dəfə oxumaqla, 7000 savab qazanmış olarıq.
Bir dəqiqədə on dəfə «İxlas» surəsini oxuya bilərik. On dəfə «İxlas» surəsini ixlasla oxumaqla, üç dəfə Quranı xətm etmiş olarıq. Hər gün bir dəqiqə «İxlas» surəsinə ayırsaq, ayda üç yüz, ildə isə 3600 savab qazanmış olarıq ki, bu da 1200 Quran xətminə bərabərdir.
Bir dəqiqədə Quranın bir səhifəsini oxuya bilərik. Bir dəqiqədə qısa bir hədis, və ya qısa bir ayə əzbərləyə bilərik. Bir dəqiqədə 30 dəfə kəlmeyi-şəhadəti iqrar edə bilərik.
Bir dəqiqədə 12 dəfə «Subhanəllahi vəlhəmdulillahi və la ilahə iləllah» zikrini təkrar edə bilərik. Bu zikri ixlas və saf niyyətlə təkrarlayan şəxsin günahları böyük olsa belə, Allah onların üzərindən xətt çəkər...


Hədislərə əsasən insan qəlbini nuraniləşdirən əməllər nələrdir?!


Qəlbin nurani olması üçün bir çox yollar vardır ki, onlarla tanış olaq:
1. Elm və hikmət. İmam Əli (ə) buyurur: “Qəlbini moizə ilə dirçəlt və onu hikmətlə aydınlat”.
2. İman. İmam Əli (ə) buyurur: “İman qəlbdə ağ nöqtə əmələ gətirər. İman hər nə qədər çox olarsa, həmin nöqtə böyüyər”.
3. Yəqin. İmam Əli (ə) buyurur: “Yəqin – nur və aydınlıqdır”.
4. Düşünmək və ağlamaq. İmam Sadiq (ə) buyurur: “Qəlb aydınlığını axtardım və onu ağlamaqda və düşünməkdə tapdım”.
5. Gecə namazı qılmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Namaz nurdur”. İmam Sadiq (ə) buyurur: “Gecə namazı simanı aydın və nurani edər. Gecə namazı insanı xoş ətirli edər. Gecə namazı ruzi gətirər”...


Xəta edəndə, 7 saat ərzində bu zikri deyənə günah yazılmaz!! Məsumlardan hədislər


Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, tövbə edər, ancaq pis dostlarını dəyişdirməz – tövbə etməmiş olar”.
İmam Əli (ə) buyurur: “O kəs ki, tövbə edər, gərək cismi itaətin çətinliyini dadsın, necə ki, bu cisim günahın şirinliyini dadmışdır”.
İmam Sadiq (ə) buyurur: “Tövbənin şəraiti budur ki, tərk etdiyin vacibatın qəzasını yerinə yetirirsən”. İmam Əli (ə) buyurur: استغفر و الله ربي و اتوب اليه
\"Əstəğfirullahə Rabbi və ətubu iləyh\" zikri ilə batininizi xoş ətirli edin ki, günahın pis iyi sizi rüsvay etməsin”.
İmam Sadiq (ə) buyurur: “Hər kim günah edər, gündüzdən 7 saat ona möhlət verilər ki, (tövbə etsin). Əgər 3 dəfə desə: \"Əstəğfirullahəl-ləzi lə iləhə illə huvəl-həyyul-qayyum\" Həmin günah onun üçün yazılmaz”....


Quran Ayələrinə əsasən hansı 14 əməl sahibləri Behişt əhlidirlər?!


Allah kimlərə behişt müjdəsi vermişdir? Onlarla tanış olaq.
1. İmanda başqalarını qabaqlayanlar. “(Üçüncü dəstə, imanda) öncül (təqvada) qabaqcıllar! Onlar (Allahın dərgahına) yaxın olanlardır. (Onlar) nemət dolu cənnət və bağlarda olacaqlar”. (“Vaqiə” 10-12).
2. Saleh əməl sahibləri. “İman gətirən və yaxşı işlər görən kəslər Rəbbinin iznilə əbədi qalacaqları (və evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edilərlər”. (“İbrahim” 23).
3. Müqərrəbinlər. “Beləliklə, əgər (can verən həmin şəxs) (Allahın dərgahına) yaxınlardan olsa, onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu cənnət vardır”. (“Vaqiə” 88-89)....


Rəcəb ayının son cümə günü oxunan dua insana nə belə təsiri vardır?!


Transkripsiyası: Bismilləhir-Rahmənir-Rahim. Ya Əcəllə min kulli cəlil. Ya Əkrəmə min kulli kərim. Və ya Əəzzə min kulli əziz. Əğisni, ya Ğiyasəl-mustəğisin, bifəzlikə və cudikə və kərəmikə və muddə umrəna və həbləna min lədunkə umrən, bil afiyəti ya Zəl-Cəlali vəl-İkram\'\'.Tərcüməsi:
Rəhman və Rəhim olan Allahın adı ilə. Ey, bütün cəlillərdən (uca-əzəmətlilərdən) uca və əzəmətli olan Allah!Ey, bütün kərimlərdən (bağışlayanlardan) bağışlayan və kərim olan Allah!Ey, bütün əzizlərdən (izzətlilərdən) əziz (izzətli) olan Allah!Ey, fəryad çəkənlərin fəryadına çatan Allah, Öz fəzlin, səxavətin və kərəminə xatir, mənim fəryadıma çat və ömrümü uzat. Öz lütfündən mənə afiyətli və salamat ömür nəsib et, ey Cəlal və İkram sahibi!
Hər kəs Rəcəb ayının son cümə günündə bu duanı oxuyarsa, onun ömrünə 11 il artırılar.(Mənbə: \"Mənəvi xəzinələr\" kitabı, 84 səh. 25-ci dua)


Quran və hədislərə əsasən Tövbə üçün hansı yaş daha təsirlidir?


Hədislərimizin buyurduğuna görə, həqiqi tövbəkar o kəsdir ki, öz pis dostlarını dəyişdirər və onu Allah yoluna dəvət edənlər ilə dost olar. Getdiyi məclisləri dəyişdirər. Günah məclislərindən uzaq olar. Əgər belə məclisdə iştirak etsə, yenə günah etməz. Bəs tövbə üçün hansı yaş daha təsirlidir?
Həzrət Peyğəmbər (s) buyurur: “Allah yanında heç bir şey tövbə edən cavandan daha məhbub deyildir”. Deməli, cavanın etdiyi tövbənin təsiri daha çoxdur. Əlbəttə, insan hər yaşda tövbə edə bilər. Tövbəsini gərək heç bir zaman təxirə salmasın. Gözləyib cümə gecələrinin, Qədr gecələrinin intizarında olmasın. Fürsət tapan kimi tövbə etsin.
“Həqiqətən, Allah çox və tez tövbə edənləri, həmçinin pak olmağa çalışanları sevir”. (“Bəqərə” 222). Tövbə elə ruhi haldır ki, bir neçə söz ilə həqiqi mənasına qovuşmaz, bunun üçün daxili inqilabın baş verməsi lazımdır. İnsan şeytani hisslərindən təmizlənib, Allaha üz tutmalı və peşman halda yalvarmalıdır...


Ürəyimizin yorğunluğunu necə aradan qaldıraq?


Qəlb, ürək də yorula bilir. Bəs onun yorğunluğunu necə aradan apara bilərik? Onun üçün qəlbin nurani olması şərtdir. Bəs qəlbi necə nurani edək?
1. Quran oxumaq. Həzrət Peyğəmbər (s) buyurur: “İnsan qəlbi dəmir kimi paslanar, onun pasını aparmaq Quran vasitəsilə olar”.
2. Hikmət əldə etmək. İmam Əli (ə) buyurur: “Qəlblər də bədən kimi yorulur. Ona görə də yeni elm, hikmət kəsb etmək və yeni maarif və həqiqətləri əldə etməklə onun yorğunluğunu aradan aparın”.
3. İmanı möhkəmləndirmək. İmam Əli (ə) buyurur: “İmanla qəlbdə nurani bir nöqtə zahir olar, iman hər nə qədər artarsa, o nurani nöqtə daha aydın və daha çox olar”.
4. Davamlı olaraq Allahı zikr etmək. İmam Əli (ə) buyurur: “Allahı davamlı şəkildə zikr edin ki, qəlbi nurani edər”....


İnsanın mühiti onun taleyinə həlledici təsir edirmi?


Bəzən belə bəhanə gətirirlər ki, biz pis insanların əhatəsində olduğumuz üçün, özümüz də pis insan olmuşuq. Bu bəhanə axirətdə qəbul olunacaqdırmı?
İnsanlar işığı kəşf etməzdən əvvəl zülmət içində yaşayırdılar. Fitrətlərinə qoyulmuş axtarış hissinə görə işığı kəşf etdilər. İnsan zülməti öz kəşfi ilə aydınlada bilibdirsə, deməli küfr zülmətini də iman nuru ilə aydınlatmağa qadirdir. Heç kəs deyə bilməz ki, atam dinsiz olduğu üçün mən də dinsiz olmuşam. Burada söz çarəsizlikdən getmir, belə ki, Uca Allah peyğəmbərlər (ə) göndərərək insanın bu bəhanələrinə son qoymuşdur. Necə ki, Peyğəmbərinə (s) buyurmuşdu: “Sən onların üzərində hakim deyilsən (onların qəlbinə hakim deyilsən ki, onları iman gətirməyə məcbur edəsən, nə də onların cəmiyyətlərinə hakim deyilsən ki, zorla hökm yürüdəsən və nə onların talelərinə hakim deyilsən ki, onlara axirət cəzası verəsən)”. (“Ğaşiyə” 22). Tarixdə o qədər insan olmuşdur ki, zülmətli mühitdən nura doğru hərəkət edə bilmişdir. Onlardan biri də Fironun xanımı Asya olmuşdur...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter