Nə üçün bəzən moizə insana təsir etmir?


İmam Sadiq (ə) nəql edir ki, o zaman ki, Həzrət Peyğəmbər (s) Qiyamət barədə xəbər alardı, o kəs kimi olardı ki, güclü ordu tərəfindən anidən hücum təhlükəsi qarşısında qalmışdır. O zaman ki, cəhənnəmdən söz açılardı, mübarək üzü qızarardı. Çünki Peyğəmbər (s) “illiyinlər”in və “sicciyinlər”in əməllərinin nəticəsini müşahidə edərdi.
Ayətullah Cavadi Amuli buyurur: “Bəzi xətiblərin moizəsinin təsirsiz olmasının səbəbi budur ki, onlar dərd əhli deyildirlər. O kəs ki, atəşi görməz – onun sözləri təhlükə siqnalı verməz. Ancaq məadla tanış olanların bu sahəyə həm şühudi elmi vardır, həm də özləri atəşi görərlər. Onlar cəhənnəmdən xəbərdar insanlar olduqları üçün dərd əhlidirlər.
Əgər başqaları da Peyğəmbər (s) kimi bütün bunları görə bilsəydi, onlar da təhlükə siqnalı verərdilər. Bu siqnalın təsiri alimlərdə, xətiblərdə təzahür edərdi.
Əgər insana moizə, nəsihət təsir etmirsə, deməli qəlbi daşlaşmışdır. Əgər qəlbi daşlaşıbdırsa, heç bir xətibin sözü ona nüfuz edə bilməz”...


Qurani Kərim ayələrinə əsasən Günahkarların xeyir əməli qəbul olunurmu?


Qurani-Kərimdə buyurulur ki, Allah ancaq təqvalılardan qəbul edir. Bəs o kəs ki, təzə müsəlman olmuşdur və nəfsinin islahı ilə məşğuldur – onun xeyir əməllərinin hökmü necə olacaqdır? Allah tərəfindən qəbul olunacaq, yoxsa yox? Həzrət Adəmin (ə) övladlarının əhvalatında görürük ki, iki nəfərin qurbanı arasından, Allah Təala Habilin qurbanını qəbul edir. Quran bu əhvalatı bəyan edəndən sonra buyurur: “Adəmin iki oğlunun (Habil ilə Qabilin) qurbanlıq zamanı olmuş əhvalatını həqiqi və düzgün şəkildə onlara oxu (Habil dəvə kəsdi, Qabil isə bir az buğda gətirdi). Beləliklə birindən qəbul olundu və digərindən qəbul olunmadı. (Qabil) dedi: «Səni mütləq öldürəcəyəm». (Habil) dedi: «Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir»”. (“Maidə” 27)...
O ki, qaldı əməllərin qəbul olmasına, bəli əməllər təqva səviyyəsinə görə qəbul olar. Ancaq bu, o demək deyildir ki, günahkarların əməlləri qəbul olmaz. Bəlkə qəbul olar, ancaq onların təqvalarının dərəcəsinə uyğun olaraq. Ona görə də Allah hər bir xeyir əmələ görə müxtəlif cür mükafatlar verir. O şəxs ki, təzə İslamı qəbul etmişdir, onun xeyir əməli təqvasının dərəcəsi qədər qəbul olunar. Bu səbəbdən Allah Təala buyurur: “Allahdan bacardığınız qədər qorxun (yəni təqvaya malik olun)”. (“Təğabun” 16)...


İnsan necə xəlq olunub? – İmam Əlinin (ə) mübarək nəzəri


Allahın varlığını bir neçə yolla isbat etmək olar. Onlardan biri də xəlq etdiklərinin nə qədər qüdrətli və möcüzəvi xarakterə malik olmasıdır.
Allahın xəlq etdikləri içərisində insanın yeri başqadır. İmam Əli (ə) insanın xilqəti barəsində buyurur: “Əzəmətli Allah təbiətin müxtəlif torpaqlarından elə bir palçıq əldə etdi ki, torpaqdan yumşaq, hamarsızdır. Palçığa şirin və şor su tökdü və məhəbbət təri ilə onu yoğurdu. Ondan bir üz düzəltdi. Bədən və ayrı üzvlərini düzəltdi. Sonra onları birləşdirdi ki, vahid olsun. Bir müddət sonra sərtləşdi. Belə ki, əgər üzərindən külək əssəydi, səsi qulağa dəyərdi.
Sonra Öz ruhundan ona üfürdü ki, insan şəklinə düşsün. Allah ona elə zehin verdi ki, həmin zehni onun üçün işə salsın, elə düşüncə verdi ki, onunla Ona təslim olsun, elə əl və ayaq verdi ki, ona xidmət etsin...


Qurani Kərimə əsasən Allah hər yerdədirsə, bəs qiblənin nə mənası vardır?


Allah Təala Quranda buyurur: “Şərq və qərb (Yer kürəsi, eləcə də şərq və qərbi olan bütün planetlər) Allaha məxsusdur. Odur ki, (bütün dua və ibadətlərdə) hansı tərəfə üz tutsanız, Allahın üzü (səmti) oradır. Şübhəsiz Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir”. (“Bəqərə” 115).
İbni Abbas deyir: “Bu ayə qiblənin dəyişməsinə aiddir. O zaman ki, müsəlmanların qibləsi Beytul-müqəddəsdən Kəbəyə tərəf dəyişdi, yəhudilər inkar etməyə başladılar. Müsəlmanlara irad tutdular ki, məgər qibləni dəyişmək olarmı? Bu ayə nazil oldu və bəyan etdi ki, dünyanın şərqi də, qərbi də Allaha məxsusdur”.
Hədislərin birində oxuyuruq ki, bu ayə müstəhəb namaz barəsində nazil olmuşdur. O zaman ki, insan ata minər, hansı tərəfə getsə – o tərəfə namaz qıla bilər...


İnsan öz qəlbindəki dünya sevgisi ilə necə mübarizə aparsın?


Əgər insan bu dünyanın həqiqətini doğru tanıyarsa və fani olmasına qəlbi ilə inanarsa, o zaman dünya sevgisindən xilas olmağa çalışar. Bu insan yaxşı bilər ki, əbədi həyat axirətdədir, bu dünyada deyil. Ona görə də ona ürək bağlamağı mənasız bilər. “Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, Axirət evi əbədi həyatdır (onun yeri, göyü, cəmadat və nəbatatı belə) əbədilik diridir (və elə bil ki, həyatın özüdür). Kaş biləydilər!”. (“Ənkəbut” 64).
Bu dünyanın sevgisindən xilas olmaq istəyənlərə bəzi tövsiyələr: - Uzun arzular qurmaqdan çəkinin. - Bər-bəzəyi çox olan məclislərdə iştirak etməkdən çəkinin.
- Sadə həyat yaşamağa çalışın. - Həyatınızda ibadət proqramı olsun...


Qurani Kərimin Sad surəsi Əbu Cəhlin hansı əməlinə görə nazil olmuşdur?!


İmam Baqir (ə) buyurur: “Əbu Cəhl və Qureyşdən olan bir dəstə camaat Peyğəmbərin (s) əmisi Əbu Talibin yanına gəlirlər və deyirlər: “Qardaşınız oğlu bizə əziyyət verir və bizim tanrılarımızı narahat edir. Onu çağır və ona əmr et ki, bizim tanrılarımızdan əl çəksin”. Əbu Talib bir nəfəri Peyğəmbərin (s) dalınca göndərir. O zaman ki, Peyğəmbər (s) evə daxil olur və ətrafa baxır, Əbu Talibin yanında müşriklərdən başqasını görmür. Buyurur: “Salam o kəslərə ki, hidayət ardıncadırlar”. Sonra da əyləşir. Əbu Talib onların sözlərini Həzrətə (s) deyir. Peyğəmbər (s) cavabında buyurur: “Onlar bir cümlə ilə mənimlə razılaşmağa hazırdırlarmı ki, onun sayəsində bütün ərəbləri qabaqlasınlar və hökumət etsinlər”.
Əbu Cəhl vəcdə gəlib deyir: “Bəli, razıyıq. Məqsədin hansı cümlədir?”. Həzrət Peyğəmbər (s) buyurur: “Deyin ki, Allahdan başqa məbud yoxdur”. Onlar bu cümləni eşidən zaman o qədər dəhşətə gəldilər ki, əllərini qulaqlarına qoyub evdən xaric oldular. Dedilər: “Belə bir şeyi indiyə qədər eşitməmişdik, bu, bir yalandır”. Elə bu zaman “Sad” surəsi nazil olur”.


İnsan nə üçün Quranda həm mədh, həm də məzəmmət edilmişdir?!


İnsan sözü Quranda 65 dəfə işlənmişdir. Quran bu insanı bəzən mədh etmiş və bəzən də məzəmmət etmişdir. Allah Təala bəzən bu insanı Öz canişini elan edərək, mələklərdən və bütün varlıqlardan üstün bilmişdir, bəzən də dördayaqlı heyvanlardan belə alçaq kimi səciyyələndirmişdir. Bəs niyə? Bu haqda Şəhid Mütəhhəri buyurur: “Həqiqət budur ki, bu mədh və məzəmmət ona görə deyildir ki, insanın iki tərəfi vardır. Bir tərəfi mədh olunandır, bir tərəfi məzəmmət olunan. Quranın nəzərinə görə insanın bütün kamal sifətləri vardır və onlar bilqüvvədirlər. Onları feliyyətə keçirtmək lazımdır və bu, insanın özüdür ki, öz memarı olar. İnsanın kamala qovuşmasının ilk şərti – imandır. İman vasitəsilə elm əmmarə nəfsin əlindən nalayiq alət olmaqdan xaric olar və faydalı bir alətə çevrilər. Ona görə də həqiqi insan – Allahın xəlifəsidir. Hər şey onun üçündür. O, bütün insani kamallara malikdir. İnsan imanlı olmalıdır, nəinki iman + insan. İman + insan olarsa, naqis olar. Bu cür insan həris, kafir, qantökəndir və heyvandan da alçaqdır”. Əllamə Təbatəbai buyurur: “Allah heç bir zaman məzəmmət olunan sifətləri insan varlığında qərar verməmişdir. İnsanın sifətləri o zaman məzəmmət olunan olur ki, insan öz mənfi tədbirinə görə etidal haldan xaric olar, ifrat və təfritə düşər”....


Həzrət Yusif (ə) Peyğəmbər hakimiyyətə çatan zaman nə arzu etmişdi?


Həzrət Yusif (ə) o zaman ki, hakimiyyətə çatır, belə bir dua edir: “Ey Rəbbimiz, biz(im qəlblərimiz)ə (bolluca) səbir endir və bizi müsəlman olaraq öldür”. (“Əraf” 126).
Həzrət Yusif (ə) o zaman ki, hakimiyyətə çatı,r Allaha dua edir ki, İlahi əmrlərə təslim olsun və müsəlman olan halda ölsün. Bu yolla öz hökumətini hər bir fitnə və fəsaddan qorumuş və onu İlahi inayət sayəsində sığorta etmiş olur.
Həzrət Yusifin (ə) bu duası onu göstərir ki, hökumət başında olanlar dövləti elə idarə etməlidir ki, Allahın əmrini yerinə yetirmiş olsunlar....


Qiyamət günü kimin əməl dəftəri ağır gələrək onu nicat verər?!


“Beləliklə kimin ölçülmüş (etiqad, əxlaq və əməl)ləri ağır və dəyərli olsa, belələri həqiqətən nicat taparlar”. (“Muminun” 102).
O zaman ki, Qiyamət gəlib çatar, bütün insanlar qəbirlərindən qalxaraq, hesab vermək üçün sıraya düzülərlər. Növbə əməllərin ölçülməsinə gəlib çatar. O kəsin ki, əməlləri daha ağır və dəyərli olar – onlar nicat tapar və Allahın nemətlə dolu behiştinə daxil olarlar. Ancaq o kəslərin ki, əməlləri yüngül və dəyərsiz olar – ziyan çəkənlərdən olarlar.
Qiyamət günü insanların əməllərini ölçən tərəzi nəinki insanların əməllərini ölçər, əslində batini həqiqətlərindən də xəbər verər. Çünki, əməllərin əsil mənbəyi batindən gələr. Əslində həmin tərəzi insanın batinini ölçər və dəyər verər.
Əlbəttə ki, bu ölçü meyarlarının əsil sahibləri – peyğəmbərlər (ə) və Məsum İmamlar (ə) olacaqdır. Yəni, onların əməlləri, rəftar və əxlaqları bu tərəzinin həqiqi ölçü meyarı olacaqdır. Qalan insanların rəftar və əməlləri onların əməlləri ilə müqayisə olunacaq və dəyərləndiriləcəkdir....


İmam Səccad (ə) Həsən Bəsrini necə hidayət etdi?


İmam Səccadın (ə) zamanında saraya xidmət edən alimlərdən biri də Həsən Bəsri idi. İmam Səccad (ə) öz dövrünün bu cür alimləri ilə mübarizə aparır və onları haqq yola dəvət edirdi. Həsən Bəsri Minada moizə deməklə məşğul idi. Bu zaman İmam Səccad (ə) həmin yerdən keçirdi. Ona buyurur: “İndi özünlə Allah arasında malik olduğun vəziyyətdən razısanmı? Əgər bu halda ölümün gəlib çatsa, heç nigaran deyilsənmi?”. Həsən Bəsri deyir: “Xeyr, razı deyiləm”. İmam buyurur: “Öz nəfsinin hesabını çəkirsənmi ki, vəziyyətini dəyişəsən? Razı olmadığın bu vəziyyətdən çıxasa?. Razı olduğuna daxil olasan?”. Həsən başını aşağı salır və sonra deyir: “Mən onu indiki vəziyyətin əksinə dedim”.
İmam buyurur: “Deməli, Həzrət Muhəmməddən (s) sonra peyğəmbərin gələcəyini gözləyirsən?”. Deyir: “Xeyr, belə bir gözləntim yoxdur”. Buyurur: “Deməli bu dünyadan qeyrisinə daxil olub, orada vəzifələrinə əməl etməyi gözləyirsən?”. Deyir: “Xeyr, əməl etmək üçün bu dünyadan qeyrisini tanımıram”....


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter