Haqqun-nası, tövbə edərək aradan qaldıra bilərikmi?


Haqqun-nası iki hissəyə bölürlər: maddi olan haqqun-nas və maddi olmayan haqqun-nas. Əgər insan bir başqasının malını zay etsə və ya haqqını yesə – bu olur maddi haqqun-nas. Əgər insan bir başqasının abırını aparır və onu rüsvay edirsə – bu olur qeyri-maddi haqqun-nas. Maddi haqqun-nası yerinə yetirən insan gərək birincisi tövbə etsin və əməlinə görə peşman olsun. Sonra zay etdiyi malın əvəzini versin. O kəs ki, qeyri-maddi haqqun-nas edirsə, o da gərək birincisi tövbə etməli və sonra həmin şəxsdən halallıq alıb abırını bərpa etməlidir.
Hər bir haqqun-nas, Haqqullah hesab olunur. Səbəbi də budur ki, insan qeybət edən zaman həm qarşı tərəfin abırını aparır və həm də Allahın qadağasına itaətsizlik edir. Ona görə də haqqun-nası olan insanın razılığını almaqla yanaşı, Allahın da razılığını almalıdır. Bunun üçün isə dua və istiğfar etməlidir...


Məsumların hədislərinə əsasən 9 əməl insanın kasıblamasına səbəb olar!


Yoxsul olmaq ümumilikdə eyb deyildir. O şey ki, bəyənilmir odur ki, insan öz ixtiyarı ilə yoxsulluğa düçar olar. Başqalarını əziyyətə salar. Bəs bu bəladan necə nicat tapmaq olar ki? İnsan üç növ yoxsulluq ilə mübarizə aparar. Biri odur ki, bəzi dini göstərişləri tərk etdiyi üçün düçar olmuşdur. Digəri - o yoxsulluqdur ki, möminlərin günahının kəffarəsidir. Üçüncüsü - o yoxsulluqdur ki, möminin dərəcənin artması üçündür.
1. İnsanın ən çox yoxsulluğa düçar edən amil - günahdır. Allah vədə verir ki, əgər insanlar təqvalı olsalar, xeyir və bərəkət səmadan yağar. “Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq. Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq”. (“Əraf” 96)....


Necə edək ki, yalanı tamamilə tərk edək? Hz Peyğəmbərin (s) hədisi


Yalan elə kəbirə günahlardandır ki, başqa günahlar ondan mənbə alırlar. Misal üçün, Həzrət Peyğəmbərdən (s) belə nəql edirlər: “Məsxərənin kökü – yalançılara etimad etməkdədir”. Əlbəttə, ancaq məsxərə deyildir, buraya başqa kəbirə günahlar da daxildir. O cümlədən: təkəbbür, başqalarının təhqir edilməsi, qeybət, töhmət, böhtan...
Bəs necə edək ki, bu xəstəlik bizi tərk etsin?
1. Ümumi qayda. Başqa günahlarda olduğu kimi, həmin günahın nə qədər çirkin olmasını və nəfsimizin nə qədər alçaq olmasını dərk etməliyik.
Həzrət Peyğəmbər (s) buyurur: “Yalançı, nəfsinin alçaqlığına görə yalan danışır”. Bu həqiqəti dərk edən insan, öz varlığının nə qədər şərəfli bir varlıq olması barəsində düşünməli və xilqətinin hədəfini tanımağa çalışmalıdır. Bilməlidir ki, Allah insanı behişt üçün xəlq etmişdir, cəhənnəm üçün deyil....


Bütün gecə ibadətlərinin savabı, xəstəyə 1 gecə qulluq etməyin savabından kiçikdir?


Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bir gecə və gündüz xəstəyə qulluq edərsə Allah onu İbrahim Xəlil (ə) ilə məhşur edər və Sirat körpüsündən işıq sürəti ilə keçər”.
Xəstəyə bir gün baxmaq – insanı Siratdan keçirən əməllərdəndir. Hər kimin bu körpüdən sağ-salamat keçmək qorxusu vardırsa, onda bu əməl ilə özünü sığortalaşmış olar. Xəstəyə qulluq etmək asan bir iş deyildir, ancaq insan əgər bu işi boynuna götürürsə, onu gərək canla-başla yerinə yetirsin. Sadəcə axirət niyyətilə deyil, həm də xəstəni şad edib, sevindirmək niyyətilə yerinə yetirməlidir. Çalışmalıdır ki, onun könlünü alsın və dərdini kiçik də olsa, azaltsın.
Xəstəyə xidmət etmək o qədər əhəmiyyətli bir mövzudur ki, Əllamə Təbatəbai buyurmuşdur: “Mən, bütün gecə namazlarımın savabını bir gecə xəstəyə qulluq etməyin savabı ilə dəyişməyə hazıram”...


Şəban ayını daha gözəl yaşamaq üçün hansı 11əməl tövsiyə olunur?!


Şəban ayı Allahın xüsusi üç ayından biridir ki, bunda Öz rəhmətini yerə nazil edər və bəndələrinə rəhmət gözü ilə nəzər salar. Hüccətil-İslam Seyyid Abbas Musəvinin bu ayla bağlı bizlərə tövsiyəsinə diqqət edək:
“1. Çalışın bu ayda həm dildə, həm əməldə və həm də qəlbdə tövbənizi təzələyəsiniz.
2. “Məfatih”də yazılan “Şəbaniyyə” duasını və bu aya aid başqa duaları oxumağı tövsiyə edirəm.
3. Bir müəllimim mənə demişdi: “Yunusiyyə” duasının həmişə təsiri vardır. Ancaq Şəban ayında onun təsiri bir neçə qat artar”.
4. Çalışın Şəban ayının hər günündə az da olsa sədəqə verəsiniz...


Şaban ayının xüsusi günlərinin əməlləri vardırmı?!


Bu ayın xüsusi günlərinin əməlləri:
1. Şəban ayının ilk gününün orucu çox fəzilətlidir və İmam Sadiqin (ə) buyurduğuna görə, insanı behiştlik edər.
2. Şəban ayının üçüncü günü barəsində oxuyuruq ki, İmam Həsən Əsgəri (ə) buyurur ki, İmam Hüseyn (ə) bu gündə dünyaya gəlmişdir, ona görə də həmin günü oruc tutmağın savabı böyükdür.
3. Bu ayın 13, 14, 15-ci günlərini oruc tutmaq. Çünki bu günlər “Əbyəz” günləridir. Rəcəb ayında olduğu kimi, Şəban ayının bu günlərində də oruc tutmaq böyük fəzilətə səbəb olar....


Şaban ayında ən çox tapşırılan əməllər hansılardır?!


Böyük İslam Peyğəmbəri (s) buyurur: “Şəban – şərəfli bir aydır və o, mənim ayımdır. Ərşi həml edənlər onu böyük tutarlar və haqqını tanıyarlar. Bu, elə aydır ki, Ramazan ayında olduğu kimi, bəndələrin ruzisi artar”. Şəban ayının müştərək əməlləri ilə tanış olaq:
1. Hər kim 70 dəfə deyək: “Əstəğfirullahəlləzi lə iləhə illə huvər-rahmənur-rahim əl-həyyul qayyum və ətubu iləyh”. (Rəhman, Rəhim, Həyy və Qəyyum olan Allahdan bağışlanmaq istəyirəm və ona tərəf qayıdıram).
3. Bütün ay boyu deyək: “Lə iləhə illəllah və lə nə’budu illə iyyəhu muxlisinə ləhud-dinə və ləv kərihəl muşrikun”. (Allahdan başqa məbud yoxdur, müşrüklərin xoşuna gəlməsə də, dini yalnız Allaha məxsus edərək ona ibadət edirik)...


İnsanı özünü günahdan qorumaq üçün hansı yolla mübarizə aparmalıdır?!


Biz insanların əksəriyyəti istəyir ki, dünyada səadət və xoşbəxt halda yaşayıb, axirətdə İlahi qürb məqamında qərar tutsun. Ancaq bu ali hədəfə çatmaq yolunda bəzən çox sayda günahlara düçar oluruq. Hər nə qədər günah etməməyə qərar versək də, yenə də ayağımız bəzən büdrəyir və yıxılırıq.
Bəs biz günahla necə mübarizə apara bilərik? - Fikir və düşüncələrimizə kontrol edərək. - Gözümüzə və qulağımıza kontrol edərək.
- Sözlərimizə kontrol edərək. - Evlənərək. - Hicaba riayət edərək. - İbadət və dua ilə....


Qiyamət gününün ağır mərhələlərindən ən ağır keçid mərhələsi hansıdır?!


Qiyamət günü hesab vermək və əməllərinə görə cavab vermək ən çətin mərhələdir. Ondan da çətin mərhələ əgər boynunda haqqun-nas varsa ona görə hesab verməkdir. Allah Təala Qiyamət günü Öz haqqından keçər, ancaq haqqun-nasdan keçməz. Ona görə də Qiyamətin ən çətin mərhələsi – məhz bu mərhələdir.
Hədislərdə oxuyuruq ki, bir taciri gətirərlər və ona deyərlər ki, sən bu insanı iş görmək üçün tutmuşdun, ancaq onun muzdunu verməmisən. İndi məhşər səhrasında qal və onun muzdunu ver.
İmam Rza (ə) buyurur: “O kəs ki, sizin üçün iş görür – alnının təri qurumamış onun muzdunu verin. Məgər özü istəsə ki, onun pulu sizin yanınızda əmanət qalsın”.
Əgər kimsə işçisinin muzdunu verməzsə, Qiyamət günü onu məhşərdə saxlayarlar. Deyərlər: “Onun muzdunu ver”...


Çətinliklərin asan olması üçün nə edək?


“Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər; şübhəsiz, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir”. (“Təlaq” 3). Bütün insanlar həyatları boyu kiçik və böyük çətinliklərlə üzləşirlər. Onların bəziləri hətta insanı sındırır və həyatdan küsdürür.
Ancaq təqvalı insanlar səbir etdikləri üçün bu çətinliklər onlar üçün asan olar. “Kim Allahdan qorxsa, Allah onun işlərini asan edər”. (“Təlaq” 4).
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim dünyaya rəğbətsiz olar, çətinliklər onun üçün asan olar”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə Əbuzərə buyurur: “Mən elə ayə bilirəm ki, əgər insanlar ona çəng vursalar, onlara kifayət edər. O, ayə budur: “Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar”. (“Təlaq” 2)”.
Təfsirçilərin nəzərinə görə bu ayə Peyğəmbərin (s) dostu olan Auf ibni Malik haqqında nazil olmuşdur. İslam düşmənləri onun oğlunu əsir götürmüşdülər. O, Peyğəmbərin (s) yanına gəlir və bu mövzuya görə Həzrətə (s) şikayət edir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter