Mübarək Ramazan ayında xüsusi diqqət edilməli lazım olan 4 əməl!


Mübarək Ramazan ayını əziz tutmalıyıq. Bu ayda Allah Təala ilə daha yaxın ola bilər və daha yaxın rabitə qura bilərik. Əgər bu ayın fəzilətirini dərk etməsək, bu fürsəti əldən vermiş olarıq. Ona görə də elə ilk gündən özümüz üçün xüsusi bir proqram quraq və ona əməl etməyə çalışaq.
Ramazan ayı – orucun vacib olduğu aydır. Bundan əlavə, məsləhət görülən bir sıra əməllər də var. Əziz Peyğəmbərimiz (s) bizə bu ayda dörd əməli tövsiyə edir. (Tebyan)
1. Dua. Seyyid ibni Tavus İmam Sadiqdən (ə) və İmam Kazımdan (ə) nəql edir ki, buyurublar: “Ramazan ayının ilk günündən son gününə qədər vacibatlardan sonra bu duanı oxu: “Allahummərzuqni həccə bəynəkəl hərami fi ami haza və fi kulli am”. Həmçinin hər bir vacib namazdan sonra bu duanı oxu: “Ya Əliyyu, ya Əzim, ya Ğəfuru, ya Rahim”.
2. Quran qiraət etmək. Ramazan ayının gündüzlərində, gecələrində ən yaxşı əməl - Quran qiraət etməkdir. Belə ki, Quran Ramazan ayında nazil olmuşdur. Hər bir şeyin baharı vardır və Quranın baharı - Ramazan ayıdır....


Ramazan ayında Hər bir müsəlmana bu sual maraqlıdır! Nə üçun oruc tutmalıyam?!


Ramazan ayında oruc tutmağımın fəlsəfəsini belə düşünürəm:
1 - Çünki bu, mənim Yaradanımın mənə yönəli buyuruşudur. O, məni mənim özümdən yaxşı tanıyır və mənim yalnız xeyrimi istəyir.
2 - Çünki bu, məni daha sağlam edir. Oruc mənim orqanizmimin yenilənməsinə səbəb olur və həyat resurslarını səfərbər edir.
3 - Çünki, oruc mənim orqanizmimi təravətləndirir. Gün ərzində bədəninim həzm prosesindən tam dincəlməsi orqanizmin fizioloji matrisasının tam bərpasına xidmət edir.
4 - Çünki, oruc mənim iradəmi möhkəmləndirir. Mən, heç kəsin görmədiyi və bilmədiyi bir şəraitdə belə, digər vaxtlarda mənə halal olan nemətlərdən könüllü və şüurlu olaraq imtina edirəm...


Niyə oruc məhz Ramazan ayında vacib edilmişdir, başqa aylarda deyil? İmam Rzanın (ə) cavabı


İmam Rzaya (ə) sual verən zaman ki, niyə oruc məhz Ramazan ayında vacib edilmişdir, başqa aylarda deyil, Həzrət (ə)buyurmuşdur: “Çünki Ramazan ayı – elə bir aydır ki, Allah onda Quranı nazil etmişdir. Bu ayda haqla batil bir-birindən ayrılar. Belə ki, Allah buyurur ki, Ramazan ayı Quranın nazil olduğu aydır. Quran isə insanları hidayət edər və haqla batili bir-birindən ayırar. Ramazan ayında Peyğəmbər (s) öz nübuvvət xəbərini almışdır.
Ramazan ayında elə gecə vardır ki, min aydan daha üstündür. Həmin gecədə bütün işlər Allahın hikməti əsasında tənzim və təyin olunar. O gecə ilin başlanğıcıdır ki, bir illik təqdirlər: xeyir, şər, ziyan, mənfəət, ruzi, ömür möhlətləri... ölçülüb biçilər. Buna görədir ki, onu Qədr gecəsi adlandırıblar. Yəni, ölçülüb-biçilmək gecəsi”.


Ramazan ayında Allaha itaət olan oruc tutmaqdan qaçmaq istəyənlərin 7 bəhanəsi!!


Bəhanə: Mən hesab edirəm ki, ən başlıcası – insanın qəlbinin təmiz olmasıdır. Oruc tutmaq isə o qədər də vacib deyil.
Cavab: Mübarək dinimiz də qəlbin təmizliyini əsas amillərdən sayır. Amma məhz elə oruc həmin bu qəlb təmizliyinə nail olmağın zəruri elementlərindəndir.
Bəhanə: Mən Allaha inanıram və məncə bu kifayətdir. Oruc tutmağa isə ehtiyac görmürəm.
Cavab: Çox gözəl. Amma iş burasındadır ki, sənin inandığın o Uca Allah oruc tutmağı sənə vacib bilir. “Ey, iman gətirənlər! Sizdən əvvəlkilərə yazıldığı kimi, sizə oruc yazıldı və qərara alındı ki, bəlkə təqvalı olasınız” (Qurani-Kərim, 2:183-184).
Bəhanə: Yayda oruc tutmaq mümkün deyil.
Cavab: Bəs onda, orucluğun yay aylarına təsadüf etdiyi saysız-hesabsız hallar necə olsun? Bəs, isti iqlimi olan ölkələrdə oruc tutanlar necə? Sözsüz ki, milyardlarla oruc tutan insanın nümunəsi dediyinizin əksini sübut edir...


Ramazan ayında şeytanın zəncirə vurulması nə deməkdir?


Sonra üzünü insanlara tutub buyurardı: “Ey müsəlmanlar! O zaman ki, Ramazan ayının hilalı görünər, qovulmuş şeytan zəncirə vurular. Səmanın qapıları, behiştin qapıları və rəhmət qapıları açılar. Cəhənnəmin qapıları bağlanar. İstəklər yerinə yetər. Hər iftar zamanında Allahın azad etdikləri vardır ki, onları cəhənnəm aətşindən azad edər. Hər axşam carçı car çəkər: “İstəyən vardırmı? Bağışlanma diləyən vardırmı?”””. Bu hədisdə də gəldiyi kimi, Ramazan ayı başlayan kimi insanlara tələ quran şeytanlar zəncirə vurular. Bunu qeyd etmək lazımdır ki, şeytanın zəncirə vurulması o demək deyildir ki, onun tərəfindən bizim əleyhimizə heç bir iş görülməyəcəkdir. Peyğəmbərin (s) kəlamı bir metafora ola bilər və bu mənaya işarə edir ki, bu mübarək ayda şeytanın fəaliyyəti məhdud olduğu üçün əvvəlki kimi vəsvəsə edə bilmir. Lakin buna baxmayaraq, o lənətliyin ardıcılları çox olduğu üçün, şeytanın işini yerinə yetirə bilirlər. İnsan bu hədisə görə arxayın olmamalı və diqqətini əldən verməməlidir.
Sadəcə, bu ayda şeytan (ə) zəiflədilir və insanın islahı üçün maneələr azalır. Yəni, insanın vücudi fürsətləri artır...


Hz Peyğəmbərin (s) nafilə namazlarının qılınmasını tapşırmasının sirri nədədir?!


.... İmam Sadiq (ə) buyurdu: “Nafilələrin qılınması – vacib namazların təkidi üçündür. Belə ki, əgər insanların namazları ancaq dörd rükət zöhr olsaydı, ona görə mütləq səhlənkarlıq edərdilər. Bu həddə ki, bəzən vaxtını belə keçirərdilər və onu qılmazdılar. Ancaq o zaman ki, vacib namazlardan başqası haqlarına (boyunlarına) qoyular, namazın çox olmasına görə sürətlənərlər ki, bəlkə hamısını vaxtında yerinə yetirə bilsinlər.
Həmçinin (bu mövzu) əsr namazının əvvəlində olan nafiləyə də aiddir. Yəni, (nafilə) namazı təyin edildikdən sonra insanlar sürətləndilər ki, həm nafiləni qıla bilsinlər və həm də vacib namazı. Həmçinin məğrib namazından sonra qılınan 4 rükət nafilə də o cür. Gecə namazının gecənin sonunda qılınmasına ona görə göstəriş verilmişdi ki, sübh namazının qılınması üçün sürətlənsinlər. Ona görə də bu səbəbdən namazlar bu keyfiyyətlə vacib buyurulmuşdur”.


Böyük arif Hüseynəli Həmədaninin möminlərə yemək və zikrlər haqda tövsiyələri nə olmuşdur?!


Molla Hüseynəli Həmədani.- Alim buyurur: “Ən mühümü – haram yeməklərdən qaçın. Halaldan başqasını yeməyin. Yeməyi az yeyin və həddini aşmayın. Nə o qədər ye ki, səni ağırlaşdırsın və əməldən saxlasın, nə də o qədər az yemə ki, səni zəiflətsin. Zəif insan ibadətdən çəkinər.
Müstəhəb aylarda bacardığın qədər oruc tut. Bir şərtlə ki, gecə gündüzün yerini doldurmayasan.
Namaza dayanan zaman müti və başıaşağı halda, qəlb hüzuru ilə dayan. Sübh namazından sonra 70 dəfə istiğfar et və “Lə iləhə illəllah”ı yüz dəfə de. Məşhur “Sabah” duasını oxu. Xanımın (s.ə) təsbihini unutma. Hər gün bacardığın qədər dəstəmazlı və diqqətli halda Quran oxu...


Nə üçün Allah Taala (c.c) oruc tutmağı 30 gün vacib etmişdir?!


Həzrət Peyğəmbər (s) bu sualın cavabında buyurmuşdur: “O zaman ki, Adəm (ə) qadağan olunmuş ağacın meyvəsindən yeyir, həmin meyvənin təsiri bədənində 30 gün qalır. Ona görə də Allah onun övladlarına 30 günlük aclıq və susuzluq çəkməyi vacib etmişdir”. Sonra Həzrət (s) bu ayəni tilavət edir: “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”. (“Bəqərə” 183).
İmam Rza (ə) buyurur: “Əgər kimsə soruşsa ki, niyə oruc bir aydır, nə çox və nə də az müddətdə? Ona deyərəm: Çünki insan növlərinin qüvvət və qüdrəti ki, zəiflər və güclülər onda müştərəkdirlər – elə bu miqdardadır. Allah vacibatı insanların qüdrət və təbiətinə əsasən vacib buyurmuşdur. Ondan sonra icazə vermişdir ki, zəif gücü çatdığı qədər onu yerinə yetirsin. O kəsin ki, daha çox qüdrəti və gücü vardır, təşviq etmişdir ki, savabını (müstəhəb əməllərlə) artırsın. Əgər bəndələrin faydasını bundan az müddətdə görsəydi, ondan azaldardı. Əgər bundan artığına ehtiyac olsaydı, ona əlavə edərdi”....


Orucun nə faydası vardır ki, Uca Allah ona əməl etməyə təkid edir?


Mübarək Ramazan ayı gəlməkdədir və Allah Təala bu ayda hər bir sağlam bəndəsinə oruc tutmağı əmr etmişdir. Bəs orucun nə faydası vardır ki, Uca Allah bu qədər ona əməl etməyə təkid edir?
1. Oruc insanın təqvasını gücləndirər və ixlaslı olmasına səbəb olar. İmam Sadiq (ə) buyurur: “Allah Təala buyurmuşdur: “Oruc Məndəndir və mükafatını də Mən verirəm””. Həzrət Zəhra (s.ə) buyurur: “Allah orucu, ixlası möhkəmləndirmək üçün vacib buyurmuşdur”.
2. Dünya və axirət əzabına mane olar. İmam Əli (ə) buyurur: “Oruc mədəni daraldar, əti tökər və cəhənnəmin yandırıcı istisindən uzaq tutar”.
3. Cismə və ruha hüzur gətirər. Oruc tutan insan bir ay boyunca bədənində olan toksin və zərərli maddələrdən təmizlənər. Eyni zamanda ruhu da hüzur tapar və Ramazan ayının bərəkətləri ruhunu paklaşdırar. Ona görə də Həzrət Peyğəmbər (s) buyurur: “Oruc tutun ki, sağlam qalasınız”...


Namazın bəzi əməllərinin fəlsəfəsi İmam Əlinin (ə) mübarək izahında ...


Bir nəfər Həzrət Əlidən (ə) soruşdu: “Təkbirətul-ehram” deyən zaman əlləri yuxarı qaldırmağın mənası nədir?’’. İmam (ə) buyurdu: “Mənası budur ki, Allah böyukdur, yeganədir, heç bir oxşarı yoxdur, zahiri idrak və hiss orqanları ilə dərk olunmaz”.
Soruşdu: “Ruku halında boynu (yuxarı) dartmağın mənası nədir?’’. İmam (ə) buyurdu: “Mənası budur ki, Allaha iman gətirdim, hətta boynumu vursalar belə”.
Soruşdu: “Birinci səcdənin mənası nədir?”. İmam (ə) buyurdu: “Mənası budur ki, “Pərvərdigara! Sən bizi torpaqdan yaratmısan”; başı səcdədən qaldırmağın mənası budur ki, “Pərvərdigara! Sən bizi torpaqdan çıxartmısan”. 2-ci səcdənin mənası budur ki, “Pərvərdigara! Sən bizi torpağa qaytaracaqsan”; başı 2-ci səcdədən qaldırmağın mənası budur ki, “Pərvərdigara! Sən bir daha bizi (Qiyamət gunundə)yerdən çıxardacaqsan”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter