Niyə namazlarımızın hamısında “Fatihə” surəsini oxuyuruq?


Məsumların (ə) nəzərinə görə, “Fatihə” surəsində dünya və axirətin xeyiri və hikməti cəm olmuşdur və heç bir şey onu əvəzləyə bilməz. Ona görə də o namaz ki, “Həmd” surəsi olmadan qılınar – naqis hesab olunar.
Bu səbəbdən “Həmd” surəsinin başqa surələrlə fərqi vardır. Çünki, bütün surələr Allahın adındandır, ancaq bu surə - bəndələrin adındandır.
Bəndə bu surəni oxuyan zaman hiss edər ki, Allaha yaxın olar və Allahla münacat edər. Bu səbəbdən də “Həmd” surəsini hər bir namazda oxumağın tərbiyəvi əhəmiyyəti vardır. İmam Sadiq (ə) buyurur: “İki halda İblis çox narahat olmuşdur: 1. Peyğəmbərin (s) besət hadisəsində. 2. “Həmd” surəsi nazil olan zaman”...


Namazda qəlb hazırlığının 5 mərtəbəsi necə olur?!


Mərifət əhlinin nəzərinə görə, qəlb hüzurunun beş mərtəbəsi vardır ki, onlarla tanış olaq:
1. Birinci mərtəbədə namazqılan bilməlidir ki, Allahla söhbət edir. Onu həmd və sitayiş edir, baxmayaraq ki, sözlərin mənasına diqqət etməsə belə. Rəhmətlik İmam (r) müəllimi Şahabadidən nəql edir ki, buyurmuşdur: “Bu mərtəbə ona bənzəyir ki, insan dahi bir insan haqqında qəsidə qoşur. Onu mənasını bilməyən uşaqlara verir ki, onun yanında oxusunlar. Uşaqlara başa salır ki, bu dedikləri həmin şəxsin mədhi üçün yazılmışdır”.
2. İkinci mərtəbədə insan gərək sözlərin mənasına da diqqət etsin. Bilsin ki, namazda nə deyir. Bu mərhələ - qəlbə tabe olan dil mərhələsidir.
3. Üçüncü mərtəbədə ibadətin, zikrlərin həqiqətini, həmdin və başqa sözlərin sirrini dərk edər. Namazda bu deyilənlərə diqqət edər. Yaxşı bilir ki, nə deyir və Kimə deyir...


Haradan bilək ki, orucumuz qəbul olub, yoxsa olmayıb?


Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, Həzrət (s) buyurur: “İstəyirsinizmi ki, sizi elə şeydən agah edəm ki, əgər onu yerinə yetirsəniz, şeytan sizdən uzaq olacaqdır. Necə ki, şərq qərbdən fasilədədir?”. Deyirlər: “Buyurun”. Həzrət (s) buyurur ki, oruc – şeytanın üzünü qaraldar.
İki nəfər Peyğəmbərə (s) xəbər göndərir ki, oruc bizi taqətdən salmışdır. Həzrət (s) buyurur: “Əgər siz orucsunuzsa, niyə ət yeyirsiniz?”. Deyirlər: “Biz orucuq, heç nə yeməmişik”.
Həzrət (s) buyurur ki, təşt gətirsinlər və onlara buyurur: “Qaytarın”. Və onlar qaytardılar. Təştin içinə ət parçaları töküldü. Bu zaman Həzrət (s) buyurur: “Bu, o ətdir ki, siz bu gün yemisiniz. Siz oruc tutan deyilsiniz. Elə ki, həmin möminin qeybətini etdiniz – murdar əti yediniz”....



Orucun yetmiş bərabəri olan oruc necə olur?


Həzrət Peyğəmbər (s) Şəbaniyyə xütbəsində buyurur: “Ey insanlar! Bu ayda behiştin qapıları üzünüzə açılacaqdır. Allahdan istəyin ki, onları üzünüzə bağlamasın.
Cəhənnəmin qapıları bağlanacaqdır. Allahdan istəyin ki, onları sizin üzünüzə açmasın. Şeytanlar zəncirdədirlər. Allahdan istəyin ki, onları təkrar sizə hakim etməsin”.
Əgər Həzrətin (s) buyurduqlarına diqqətlə baxsaq, görərik ki, bu dəyərli sözlərdə həqiqi oruc tutanın sifətləri gizlənmişdir. Həzrət Peyğəmbər (s) bizə buyurur ki, həqiqi oruc tutan necə rəftar edib, necə dualar etməlidir. Həzrətin (s) bizə tövsiyələrində oxuyuruq ki, buyurur: “Dillərinizi saxlayın. Gözlərinizi halal olmayana bağlayın. Qulaqlarınızı haram söz və səs eşitməkdən qoruyun”. İmam Sadiq (ə) buyurur: “Əgər orucunun iftarını qardaşının evində etsən, savabı əsas orucun yetmiş bərabəri qədər olar”.


Orucun nə faydası vardır ki, Uca Allah ona əməl etməyə təkid edir?


Əhli-beytin (ə) hədislərinə əsasən oruc tutmağın faydaları:
1. Oruc insanın təqvasını gücləndirər və ixlaslı olmasına səbəb olar. İmam Sadiq (ə) buyurur: “Allah Təala buyurmuşdur: “Oruc Məndəndir və mükafatını də Mən verirəm””. Həzrət Zəhra (s.ə) buyurur: “Allah orucu, ixlası möhkəmləndirmək üçün vacib buyurmuşdur”.
2. Dünya və axirət əzabına mane olar. İmam Əli (ə) buyurur: “Oruc mədəni daraldar, əti tökər və cəhənnəmin yandırıcı istisindən uzaq tutar”.
3. Cismə və ruha hüzur gətirər. Oruc tutan insan bir ay boyunca bədənində olan toksin və zərərli maddələrdən təmizlənər. Eyni zamanda ruhu da hüzur tapar və Ramazan ayının bərəkətləri ruhunu paklaşdırar. Ona görə də Həzrət Peyğəmbər (s) buyurur: “Oruc tutun ki, sağlam qalasınız”.
İmam Baqir (ə) buyurur: “Oruc və həcc qəlblərə hüzur verər”....


Hədislərə əsasən hansı növ inadkarlıq bəyənilir?!


Həzrət Peyğəmbər (s) buyurur: “Əgər istəyirsən ki, Allah səni sevsin, Ondan qorx. Həyatında dindarlığı öz yolun qərar ver. Əgər insanların arasında sevimli olmaq istəyirsənsə, əvvəl onlara yaxşılıq və xidmət et. İkincisi onların mal-dövlətinə ümid və tamahın olmasın ki, həmişə başıuca və əziz olasan”.
Həzrət (s) başqa yerdə buyurur: “Hər kim haqlı olmağına baxmayaraq, inadkarlıqdan çəkinərsə, behiştin yuxarısında onun üçün ev inşa edilər. Hər kim batildir, inadkarlığa göz yumarsa, behiştin ortasında onun üçün ev inşa edilər”.
Beləliklə deyə bilərik ki, Allah sevgisini əldə etmək üçün inadkarlıq etmək nəinki qadağan olunmamış, bəlkə mədh də edilmişdir. Məsumlar (ə) buyurur: “Allah hacətində inadkarlıq edəni sevər. O kəs ki, hacətini ən azı üç dəfə təkrar edər və onun qəbul olmasının ardınca olar”...


Ölüm vaxtını bilmək insanın xeyrinədirmi?


Bu zamanın insan üçün məchul olmasının iki nəticəsi vardır:
1. Allah insanı elə xəlq etmişdir ki, həmişə cavidanlıq – həmişəyaşarlıq ardınca olmuşdur. Ona görə də insan gələcək həyata həmişə ümid bəsləyərək, yaşayar. Əgər bu hal ondan alınarsa, həyatı sönər. Hədislərin birində deyilir: “Arzu - ümmətimin rəhmətidir. Əgər insandan arzunu alarlarsa, ana öz körpəsinə süd verməz. Bağban bağçanı əkməz. Əgər insan öz ölümündən xəbərdar olarsa, ölümünə yaxınlaşan illərdə qəm və qüssə bütün vücudunu əhatə edər. Fikri pərişan olar. Bütün səy və çalışmalardan əl çəkər”.
2. Ölüm vaxtını bilməməyin başqa bir faydası budur ki, insan düzgün yolu seçməkdə azad olar. İnsan imanı seçə və ya onu tərk edə bilər. Əgər imanı öz iradə və ixtiyarı ilə seçərsə, ruhi sevinc əldə edər...


Peyğəmbər (s) və Əhli-behtin (ə) hədislərinə əsasən övladın qiyamət üçün nə faydaları vardır?!


1. Allahın Peyğəmbərini (s) şad edər. Çünki müsəlman övladlarının sayının çoxluğuna görə Həzrət (s) başqa ümmətlərə fəxr edəcəkdir. Bu da Həzrəti (s) sevindirəcəkdir. Əziz Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Hər kim məni sevindirər – Allahı sevindirmiş olar”.
2. Günahların bağışlanması. O zaman ki, valideyn layiqli övladlar tərbiyə edər, başqa insanlar həmişə onun valideyninə yaxşı dualar edərlər və deyərlər ki, Allah atası ilə anasına rəhmət eləsin. Bu dualar insana həm qəbirdə, həm də Qiyamət günü yardım edər.
3. Əməl dəftəri açıq qalar. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman Adəm övladı ölsə, əməl dəftəri bağlanar, məgər üç haldan başqa: saleh övlad ki, onun üçün dua edər. O elm ki, başqaları ondan fayda apararlar. Cariyə sədəqəsi”...


Ramazan ayı üçün 10 bənddən ibarət tutumlu gündəlik proqram hansı əməllərdən olmalıdır?!


O zaman ki, insan qarşısına çıxan bir fürsətin dəyirini bilər, onun qədrini daha yaxşı başa düşər və həmin fürsətdən bacardığı qədər istifadə etməyə çalışar. Ramazan ayı da müsəlmanların qarşısına çıxan ən böyük fürsətlərdən biridir ki, hər kim onu dərk edər, mütləq onun qədrini bilər və ondan bacardığı qədər daha çox istifadə edər.
Bu fürsətdən daha çox necə istifadə edə bilərik?
1. Gün ərzində işimizi elə qurmalıyıq ki, azı bir dəfə, yaxşısı – bir neçə dəfə Quran tilavəti ilə məşğul ola bilək.
2. Namazları vaxtında və diqqətlə qılmağa səy edək.
3. Bu günün duasını mütləq oxuyaq və Ramazan ayında oxunması müstəhəb olan duaları bir neçə hissəyə bölüb, gün ərzində oxumağa çalışaq.
4. Bacardığımız qədər Allahı zikr edək. Bu və digər zikrlərin içindən seçib, gün ərzində deyə bilərik:“Subhənallah”,“Əlhəmdulilləh”,“Allahu Əkbər”,...


Nə edək ki, orucumuz qəbul olsun? Əhli-Beytin (ə) tapşırıqları


Nə edək ki, orucumuz qəbul olsun? Hədislərimizdə oxuyuruq ki, oruc - mühüm bir ibadətdir. Allah dərgahında qəbul olan oruc təkcə gün ərzində ac və susuz qalmaq deyildir. Orucun əsas qəbul olma şərti - bədəni və ruhu günahlardan uzaqda tutmaq deməkdir. İmam Əli (ə) buyurur: “O qədər oruc tutan var ki, aclıqdan başqa faydası yoxdur”.
Həzrət Əli (ə) yenə buyurur: “Nəfsin orucu - beş hiss orqanını günahlardan saxlamaq və qəlbi bütün pisliklərdən boşaltmaq deməkdir”.
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, qeybət və söz gəzdirmək orucu pozar. Haqq sahibi razı olmayınca, namaz və oruc 40 gün qəbul olmaz.
İmam Sadiq (ə) buyurur: “Oruc tutdunsa - gərək gözün, qulağın, dilin də oruc olsun. Gözünüzü harama baxmaqdan, qulağınızı haram eşitməkdən və dilinizi yalan və fəhşadan saxlayın”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter