Bəşər tarixində İlk oruc tutan insan kim olmuşdur?!


Hədislərimizin nəql etdiyinə görə, ilk oruc tutan insan Həzrət Adəm (ə) olmuşdur. Hədisdə oxuyuruq: “O zaman ki, Həzrət Adəm (ə) qadağan olmuş meyvədən yedi, o meyvə 30 gün onun mədəsində qaldı. Ona görə də Allah Adəmin (ə) nəslinə 30 gün ac və susuz qalmağı vacib etdi. Əgər gecəni bir şey yeyilirsə, Allah tərəfindən olan lütfə görədir”.
Bu hədisdən aydın görmək olur ki, ilk oruc tutan insan Həzrət Adəm (ə) olmuşdur.O da aydın olur ki, oruc tutmağın mühüm hədəflərindən biri – aclıq və susuzluq vasitəsilə ruha əziyyət verən xəta ləkələrindən təmizlənməkdir...


Oruc tutarkən özümüzü axirətə bağlı bilməliyik! İmam Sadiqin (ə) tövsiyəsi


İmam Sadiq (ə) gözəl bir hədisdə oruc tutanlara belə tövsiyələr vermişdir: “Oruc tutan zaman halın elə halda olsun ki, özünü axirətə müşərrəf görəsən. Halın təvazökar, müti, xar halda olsun. Halın mövlasından qorxan qulun halı kimi olsun.Qəlbin eyiblərdən pak və batinin hiylə və məkrdən təmiz olsun. Allahdan qeyrisindən bezar olasan.
Orucunda Allah üçün olan vilayətini xalis edəsən. Qəhhar Allahdan qorxasan. Can və bədənini Ona məhəbbət və zikr üçün ayırasan. Bədənini Onun əmrlərinə əməl etmək üçün və o şeyə ki, səni dəvət etmişdir – hazır edəsən.
Əzalarını xata və müxalifətlikdən, xüsusilə də dilini mücadilə etməkdən və and içməkdən saxlayasan.Əgər sənin üçün bəyan olunanlara əməl etsən, həqiqətən oruc tutan üçün haqq olan şeyə əməl etmiş olarsan. Əgər bunlarda səhlənkarlıq etsən, orucunun fəzilətindən azaltmış olarsan”....


Yeməkdən öncə və sonra əlləri yumaq ruzi və ömrü artırar?! İmam Sadiqin (ə) hədisi


Əlləri yumaq sadə bir adətdir ki, çox az çalışmalara ehtiyac duyur. Xüsusi təchizata da ehtiyac yoxdur. Amma bu yolla insan bir çox xəstəliklərdən amanda olur.
Həkimlərin dediyinə görə əgər yeməkdən əvvəl və sonra əllər düzgün şəkildə yuyularsa, bir çox xəstəliklərin qarşısını alınmış olar. Bu məsələyə diqqət etmək həm uşaqlar və həm də böyüklər üçün zəruridir.
Bu haqda İslam dinində də çox sayda hədis vardır. İmam Baqir (ə) nəql edir: “Yeməkdən əvvəl və sonra dəstəmaz almaq - yoxsulluğu aradan aparar”. İmam Əli (ə) buyurur: “Yeməkdən əvvəl və sonra əlləri yumaq - ruzinin artmasına səbəb olar”.
İmam Sadiqdən (ə) nəql edirlər ki, buyurub: “Yeməkdən əvvəl və sonra dəstəmaz almaq ruzini artırar”. Həzrət (ə) başqa yerdə buyurur: “Hər kim istəyirsə ki, evinin bərəkəti çox olsun, yeməkdən əvvəl dəstəmaz alsın”...


İmam Rza (ə) iftar zamanı nə cürə dua etməyi tövsiyə edir?!


“İlahi! Sənin tövfiqinlə Sənə xatir oruc tutdum. Sənin əmrinlə, verdiyin ruzi ilə iftar etdim. Ona görə onu bizdən qəbul et və bizi bağışla”.
Nəql edilir ki, İmam Rza (ə) nə zaman Ramazan hilalını görərdi, üzü qibləyə əyləşir və əllərini səmaya qaldırardı. Allaha dua edərdi ki, ona oruc tutmaq tövfiqini, sağlam bədən və Allaha itaət etməyi nəsib etsin.
İmam Rzadan (ə) nəql edilir ki, buyurub: “Hər kim iftar zamanı desə: “Allahım! Sənin tövfiqinlə Sənə xatir oruc tutdum. Sənin əmrinlə verdiyin ruzi ilə iftar etdim. Ona görə onu bizdən qəbul et və bizi bağışla. Həqiqətən, Sən çox bağışlayan və mehribansan” - Allah da hər bir eyb və ya nöqsanına görə orucuna təsir edən günahları bağışlayar”...


Niyə Qədr gecəsi məhz Ramazan ayında olur?


Qədr gecəsi Ramazan ayında olur və Quran da bunu açıq şəkildə bəyan etmişdir. Bu gecənin belə adlanmasının sirri ondadır ki, “qədr” sözü “ölçmək” deməkdir. Qədr gecəsi – insanların ölçüldüyü gecədir. Allah Təala o gecədə insanların birillik taleyini təqdir edər. Həyatlarını, ölümlərini, ruzilərini, səadət və bədbəxtliklərini...
Ancaq Ramazan ayı insanların ölçülməsi üçün layiqli bir aydır. Çünki, bu ayda lənətlik şeytan zəncirə vurular və insanın etdiyi əməllərdə onun dəxaləti olmaz. İnsan bu mübarək ayda oruc tutaraq paklanar və fitrətinin hədəfinə qayıdar. Allaha yaxınlaşar, Qurana yaxınlaşar, yoxsulların əziyyətini görməyi bacarar, qəflətdən ayılar, bir insanın vəzifələrini dərk edər. Bu səbəbdəndir ki, Müqəddəs Qurani-Kərim bu mübarək ayda nazil olmuşdur.
Beləliklə deyə bilərik ki, Ramazan ayı on bir ayın sultanı olduğu üçün, Qədr gecəsinin, yəni insanların dəyərinin ölçüldüyü və talelərinin həll olduğu gecənin bu ayda olması məntiqli və daha münasibdir.


Niyə Allahın qonaqları içməkdən və yeməkdən çəkinməlidir?


Həzrət Peyğəmbər (s) buyurur: “Bu ay – o aydır ki, siz Allah qonaqlığına dəvət olunmusunuz”. Bu iki qonaqlıq (insanla Allahın qonaqlığının) arasındakı fərq ondadır ki, insanların qonaqlığında bədən qonaq olar. Bədənə qulluq edilər. O şeyin ki, bədənin ehtiyacı vardır və bədən ondan ləzzət alır – ixtiyarına qoyular. (İslami saytlara istinadən)
Ancaq Allah qonaqlığında bədən qonaq deyildir, ruh qonaqdır. Mənəvi qonaqlıqdır. Ona görə də qulluq da fərq edir. Allah bu ayda insanın ruhuna qulluq edir. Çünki oruc tutanın nəfəs almağını zikr və təsbih, yatmağını ibadət və bütün əməllərini qəbul etmiş qərar verir...


Ramazan ayının başqa aylara nisbətdə hansı 7 mənəvi üstünlüyü vardır?!


O zaman və məkan ki, Uca Allahın adına aid olar – xüsusi əzəmət və məqama malik olar. Kəbəni, Allahın evi adlandırırlar. Ona görə də ora xüsusi əzəmətə və müqəddəsliyə malik olan məkandır. Ramazan ayı Allaha məxsus olduğu üçün, xüsusi əzəmətə malikdir. Bu ayın fəzilətləri başqa aylardan fərqlənir. Bu mübarək ayın fəzilətləri ilə tanış olaq:
1. Günahların məhv olduğu aydır. Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan ayı ona görə belə adlandırılmışdır ki, günahları yandırar”.
2. Atəşdən nicat ayıdır. Peyğəmbər (s) buyurur ki, Ramazan ayı elə aydır ki, əvvəli – rəhmət, ortası – bağışlanma və sonu –cəhənnəm atəşindən nicatdır. İmam Sadiq (ə) buyurur ki, bu ayın hər gecəsində cəhənnəmdən günahkar bəndələr nicat taparlar.
3. Behiştin qapılarının açıldığı aydır. Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan ayının hilalı görünən zaman səmanın qapıları, behiştin qapıları, rəhmət qapıları açılar. Cəhənnəmin qapıları bağlanar”...


Qəflətdə olub-olmadığımızı haradan bilək?


Bizlər haradan bilək ki, qəflətdəyik, ya yox? Eyni bu sualı Peyğəmbərə (s) və Məsumlara (ə) da verərdilər. Bir neçə xüsusiyyətlər var ki, əgər onlar bizdə davamlı olsa, narahat olmalıyıq ki, bu xəstəliyə yoluxmuşuq.
Peyğəmbərimizin (s) hüzuruna bir məsihi gəlir, qafillərin, qəflətdə olanların əlamətlərini soruşur. Peyğəmbərimiz (ə) ona qəflətdə olanların dörd əlamətini təqdim edir. Birinci əlamət – korluqdur. Söhbət fiziki korluqdan getmir. Adam ola bilər ki, fiziki əlil olsun, amma bizdən də yaxşı görsün. Varlıq aləminin koru – o şəxsdir ki, həqiqətlərdən kor qalıb. Bu xəstəlik hər birimizdə ola bilər. Bəzən həqiqətlər göz qabağındadır, amma görmür. Kərbəlada Aşura günü o müsibətlər ona görə yaşandı ki, insanlar göz qabağında olan sadə həqiqətləri görə bilmədilər. Deməli, qəflətin ən ciddi xüsusiyyətlərindən biri – vücudi korluqdur....


İmam Sadiqin (ə) hədisinə əsasən həqiqi orucun əsas şərti nədir?!


İmam Sadiq (ə) buyurur: “Oruc ancaq yemək və içmək orucu deyildir, oruc üçün şərt vardır ki, gərək onu qoruyasan ki, orucun kamil olsun. O şərt – varlığının sükutudur. Eşitməmisən ki, Məryəm binti İmran (s.ə) demişdir: “Nəzir etmişəm ki, bu gün oruc olam və insanla bu gün danışmayam”. Yəni, sükut halındayam. Ona görə də o zaman ki, oruc tutdunuz dilinizi yalandan saxlayın, gözünüzü naməhrəmə yumun, bir-birinizlə dava etməyin, bir-birinizə həsəd aparmayın, qeybət etməyin, bir-birinizlə düşmənçilik etməyin, bir-birinizə yalan deməyin, bir-birinizə qarşı qəzəbdən, pis sözlərdən, məsxərə etməkdən, dava və düşmənçilik etməkdən, zülm etmək və əziyyət verməkdən çəkinin. Allahı yada salmaqdan və namazdan qəflət etməyin. Dilə aid olan hər bir günaha qarşı sükuta riayət edin. Səbir, mətanət və sadiqliyə riayət edin...


Quranı üzündən oxumaq savab üçün kifayət edirmi?


Qurani-Kərim – Allah Təalanın kəlamıdır. Hər kim ərəb dilini bilməsə də belə, ona qulaq assa və ya üzündən oxusa – böyük savaba malik olar. Günahları bağışlanar, qəlbi nurani olar, axirət savabına malik olar. İmam Sadiq (ə) buyurur ki, Qurana baxmaq belə, ibadətdir. Hər kimin evində Quran olar, şeytan (lən) oradan uzaq olar.
Həzrət Peyğəmbər (s) buyurur: “Evlərinizi Quran oxuyaraq nurani edin. O evdə ki, Quran çoxlu tilavət olunar – o evin xeyiri çox olar və onun əhli rifahda olarlar. O ev səma əhli üçün nur saçar, necə ki, ulduzlar yer əhli üçün nur saçarlar”. Əgər hədislərimizə nəzər salsaq, görərik ki, Quran oxumaqla yanaşı, onun ayələri haqqında düşünməyə dəvət edirlər. Hər kim Quran ayələrinin mənası haqqında düşünər – dünya və axirətin uca qalasını fəth etmiş olar. Çünki Quran insanları hidayət etmək üçün gəlmişdir. Hər kim Quranın mənasını bilsə, onun nə demək istədiyi haqqında düşünsə – hidayət tapar. Qurana əməl edər. Ona görə də o kəslər Qurana daha çox əməl edərlər ki, onlar Quran barəsində təfəkkür edərlər...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter