Allah Taalanın (c.c) feili tövhidi peyğəmbərlərin möcüzələri ilə zidiyyət təşkil etmirmi?!


Tövhid və möcüzələr - İlahi peyğəmbərlərin əncam verdikləri bütün xariqüladə işlər və möcüzələr (ölü diriltmək, anadangəlmə koru sağaltmaq və s.) yalnız Allahın icazəsi, iznilə baş tutur. Və bu möcüzələrin tövhidi-əfali ilə heç bir ziddiyyəti yoxdur. Necə ki, Qurani-kərim İsa (ə)-a buyurur: \"Anadan gəlmə kora və (əlacı mümkün olmayan) alaca xəstəliyinə tutulmuşa mənim iznimlə şəfa verirdin. Və ölüləri mənim əmrimlə dirildirdin.” (Maidə, 110)
Süleyman (ə)-ın vəzirlərindən biri barəsində Qurani-kərimdə belə buyurulur: İlahi kitabından bir az elmi bəhrəsi olan şəxs dedi: \"Sən gözünü qırpmamışdan öncə mən onu sənin yanına gətirərəm.” Süleyman (ə) taxtı öz yanında görcək dedi: \"Bu, Tanrımın mərhəmətindəndir.” (Nəml, 40)
Beləliklə, Quran aşkar şəkildə əlacı mümkün olmayan xəstələrə şəfa vermək, ölüləri diriltmək və s. bu kimi möcüzələri, yalnız Allahın izninə bağlayır. Və bu iş tövhidlə ziddiyyət daşımayaraq, əslində onun eynidir...


Allah-Taala (c.c) dünayda və ya axirətdə gözlə görünə bilərmi?!!


Biz inanırıq ki, Allah-təala heç bir vaxt gözlə görülməz. Çünki gözlə görülmək cismin xüsusiyyətlərindəndir. Gözlə görülən hər bir varlıq, məkan və zaman hüdudlarında qərarlaşmalı, müəyyən bir rəngə və surətə malik olmalıdır. Bütün bu xüsusiyyətlər Allahın yaratdığı cisimlərə, varlıqlara məxsus olan xüsusiyyətlərdir. Allah-təala isə öz yaratdığı məxluqların maddi xüsusiyyətlərindən uzaq və pakdır. Deməli, Allah-təalanı görməyə, müşahidə etməyə olan etiqad, bir növ şirkə düçar olmaq deməkdir. Qurani-kərim buyurur; \"Gözlər Onu görməz. Lakin O, bütün gözləri görür. O, bağışlayan və mehribandır.” (Ənam, 103)
Məhz elə buna görə də, Bəni-İsrail qövmünün bəhanə axtaran baş bilənləri Musa (ə)-a Allahı görmək istədiklərini bildirdilər. Və ondan Allahı onlara göstərməsini tələb etdilər; \"Əgər Allahı aşkar olaraq görməsək, sənə iman gətirməyəcəyik!” (Bəqərə, 55) Musa (ə) onları Tur dağına apardı və onların tələblərini Allaha söylədi. Allah-təala isə onlara belə cavab verdi: \"Əsla (heç vaxt) məni görə bilməyəcəksən! O dağa bax. Əgər o, yerində salim qalarsa, sən də, məni görəcəksən. Sonra Rəbbi dağa təcəlli edib, onu yerlə-yeksan etdi. Musa bayılıb yerə düşdü. O, özünə gələrkən dedi: \"Ey Tanrım, Sən gözlə görülməkdən uzaq və paksan! Sənə tərəf qayıtdım. Mən iman gətirənlərin ilkiyəm.” (Əraf, 143)...


İslam dini Digər səmavi dinlərin ardıcılları ilə münasibətin necə olmasını tapşırır?!


Biz İslam dinini hazırkı zamanda Allahın yeganə həqiqi dini olaraq, qəbul edirik. Quranın əqidəsinə əsasən İslam dini Adlah dərgahında qəbul olan, yeganə haqq dinidir. Amma bununla belə biz, digər səmavi dinlərin ardıcılları ilə də, qarşılıqlı anlaşma, təfahumlə (istər İslam ölkələrinin daxilində, istərsə də, bu ölkələrdən qeyri yerlərdə) birgə yaşamağa və əlaqələr qurmağa əqidəliyik (Lakin İslam və müsəlmanlarla mübarizəyə girişən digər dinlərin nümayəndələri istisna olunaraq buraya aid edilməməlidir). Qurani-kərim buyurur; \"Allah sizi din \"İslam” üstündə sizinlə vuruşmayan, və sizi yurdunuzdan qovmayan adamlara yaxşılıq etməkdən və onlarla ədalətlə davranmaqdan çəkindirmir (qadağan etmir). Çünki Allah ədalətliləri sevir.” (Muhəmməd, 8) Biz inanırıq ki, sağlam məntiqə malik olan elmi bəhslərlə İslam dininin həqiqətini və təlimlərini bütün dünya xalqlarına açıqlayaraq, onlara tanıtdıra bilərik. Və İslam dininin o qədər cazibədar və güclü olduğuna inanırıq ki, əgər bu ilahi din dünya xalqlarına düzgün şəkildə və olduğu kimi tanıtdırılarsa, saysız- hesabsız insanlar bu dinə üz gətirəcəkdir. Məxsusən indiki müasir dünyamızın düşünən beyinləri İslam həqiqətlərini qəbul etməyə daha da, çıxarlıdır....


İslam Peyğəmbərinin (s) nübuvvətinə iman gətirmək deyildə nə nəzərdə tutulur?!


Sonuncu Peyğəmbər Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-dən sonra isə bir daha Peyğəmbər gəlməyib və heç vaxt gəlməyəcəkdir. Buna görə də ona «Хatəmül-ənbiya», yəni «Peyğəmbərlərin sonuncusu» deyirlər. Necə ki, Qurani-Kərimdə buyurulur:«Lakin o, Allahın Rəsulu (elçisi) və Peyğəmbərlərin sonuncusudur.»
Bu haqda hədislərimiz çoxdur. Nümunə olaraq İmam Sadiq (əleyhis-salam)-ın mübarək kəlamlarından birinə işarə edirik: «Həqiqətən Allah-taala sizin Peyğəmbəriniz ilə Peyğəmbərləri sona çatdırdı, beləliklə də ondan sonra əsla heç bir Peyğəmbər gəlməyəcəkdir».
İslam Peyğəmbəri bütün Peyğəmbərlərin sonuncusu olduğu kimi, eləcə də bütün Peyğəmbərlərin daha üstünüdür. Buna görə də Ona «Әşrəfül-Әnbiya» yəni, «Peyğəmbərlərin ən şərəflisi» deyirlər. Bu Peyğəmbərin Allah yanında çox böyük məqamı və uca mərtəbəsi vardır. Biz müsəlmanlar isə Onun ümməti sayılır beləki, Onun dinini qəbul edib əməl edənlər və Onun yolu ilə gedənlərik. Peyğəmbərlik haqqında əsas məsələlərdən biri də onların məsum, yəni, hər hansı bir günah, eyb və nöqsandan pak olmasından ibarətdir...


İslam ümmətinin imamlığı deyildikdə nə başa düşülür?!


İlahinin göndərdiyi sonuncu din olan İslam dini, müxtəlif xurafatlardan qurtulmaq üçün İmamlara daim ehtiyaclıdır. Elə bu səbəbdən də, biz İslam Peyğəmbərindən (s) sonra hər bir əsrdə və zamanda İmamın mövcud olduğuna inanırıq. Qurani-kərim Tövbə surəsinin 119-cu ayəsində buyurur: \"Ey iman gətirən şəxslər! Təqvalı olun və Sadiqlərlə (doğru söz danışanlarla) birgə olun!” Bu ayə müəyyən bir zamana məxsus deyildir. Və daim sadiqlərlə birgə olmağı əmr edir. Heç bir qeyd-şərt olmadan sadiqlərlə olmaq, onlara itaət etmək isə hər bir zamanın özünə məxsus İmamı olduğunu yetirir. Və bu İmamlara itaət etməyin vacib olduğunu çatdırır. Belə ki, Sünni və Şiə müfəssirlərinin20 əksəriyyəti yuxarıdakı ayənin şərhində, ona işarə ediblər. Fəxr Razi bu ayənin barəsində ətraflı bəhs etdikdən sonra, yazır: \"Ayə hər \"səhv edə biləcək” bir şəxsin \"məsum, günahsız” bir şəxsə itaət etməsinin vacibliyini yetirir. Məsum şəxslər isə həmin Allahın \"Sadiqlər” adlandırdığı insanlardır! Bu o deməkdir ki, hər \"səhv edə biləcək” şəxs, məsum bir şəxslə birgə olmalı və ona itaət etməlidir ki, məsum şəxs onu səhvlərdən uzaqlaşdırsın. Və bu müəyyən bir zamana məxsus olmayaraq, hər bir zamanda olmalıdır! Deməli, hər bir zamanın özünəməxsus \"Məsumu” vardır.


Hər imam özündən sonra gələcək imam haqda xəbər vermişdirmi?!


12 İmamın hər biri özündən əvvəlki İmamın vasitəsilə təyin olunmuşdur. Onların əvvəlincisi (Peyğəmbər (s.ə) tərəfindən təyin olunmuş) Həzrət Əli (ə), sonra onun oğlu İmam Həsən Müctəba (ə), sonra onun qardaşı İmam Hüseyn ibn Əli Seyyidüş-şühəda (ə) (şəhidlərin ağası) sonra onun övladı Əli ibn Hüseyn (ə), sonra onun oğlu Məhəmməd ibn Əli Baqir (ə), sonra onun oğlu Cəfər ibn Məhəmməd Sadiq (ə), sonra onun oğlu Musa ibn Cəfər (ə), sonra onun oğlu Əli ibn Musa Rza (ə), sonra onun oğlu Məhəmməd ibn Əli Təqi (ə), sonra onun övladı Əli ibn Məhəmməd Nəqi (ə), sonra oğlu Həsən Bin Əli Əsgəri (ə), və sonnuncu Məhəmməd ibn Həsən Mehdi (ə) Sahibəz-zəmandır. Biz etiqadlıyıq ki, o hələ də, sağdır.....


İmam Həsən Əsgəridən (ə) Həftə içi hər günə məxsus çox fəzilətli namazlar


1-ci günün namazı -- İmam Həsən Əsgəridən (ə) nəql olunmuşdur ki, “Düşənbə günü” 10 rəkət namaz qılıb,onun hər rəkətində “Həmd” surəsini və 10 dəfə “İxlas” surəsini oxuyan şəxsə Allah-Təala qiyamət günü elə bir nur verər ki,muqəfi işıqlandırar və o gündə məxluqların hamısı ona qibtə edər.
2-ci günün namazı -- Həzrəti İmam Həsən Əsgəridən (ə) nəql olunmuşdur ki,Allah-Təala çərşənbə axşamı günü6 rəkət namaz qılıb,hər rəkətdə “Həmd”dən sonra “Amənərrəsul” ayəsini axıra qədər və 1 dəfə “İza Zulzilətil” surəsini oxuyan şəxsin günahlarını bağışlayar,dünyaya gəldiyi gün kimi günahlardan paklanar...


Səkkizinci İmam Əli ibn Musadan (ə) nəsihət dolu səkkiz hədis!


1.İmam Rza (ə) buyurmuşdur: \"Mömin üç xislətə sahib olmayınca mömin ola bilməz: 1. Rəbbinin bir adətinə sahib olsun; 2. Peyğəmbərinin (s) bir adətinə sahib olsun; 3. İmamının bir adətinə sahib olsun. Amma Rəbbinin adəti sirri qorumaq və faş etməmək, Peyğəmbərin adəti insanlarla gözəl və mülayim davranmaq, İmamın adəti isə yoxsulluq və çətinlik zamanı səbirli olmaqdır.”(\"Tuhəful-uqul”, səh.442.)
2.İmam Rza (ə) buyurmuşdur: \"Allah-Taalanın dərgahında vacib əməllərdən sonra möminin qəlbini sevindirməkdən dəyərli əməl yoxdur.”(\"Əl-fiqhul-mənsub iləl-İmamir-Riza (ə)”, səh.339.)
3.İmam Rza (ə buyurmuşdur:\"Yaxşılıq edən məxluqa təşəkkür etməyən böyük Allaha da şükür etməz.”(\"Mizаnul-hikmәt”, 5-ci cild, sәh.153.)...


Allah-Taala (c.c) qüdsi hədisdə Həqiqi bəndəni hansı xüsusiyyətləri ilə tanıtdırır?!


Merac görüşünün hədisində gəlmişdir! Allah-Taala (c.c) Hz Peyəmbər (s) buyurdu: \"Ey Əhməd! Aya bilirsənmi necə həqiqi bəndə olmaq olar?!
Hz Peyğəmbər (s) cavab verərək dedi: Bilmirəm! Uca və Əzəmətli Allah (c.c) buyurdu: Hər kimdə 7 sifət toplanarsa o həqiqi bəndə və abid olar:
1-Təqvası (daxili çəkinmə qüvvəsi) ki, onu günah və çirkinliklərdən çəkindirə!
2-Sakit dura bilməsi ki, onu aid olmayan işlərə qoşulmadan çəkindirə!
3-Qorxu ki, onun göz yaşını və əməllərinin az olmasına qəm edə!
4-Həyası ki, gizlində və tək olanda Məndən qorxmasına və günaha bulaşmaqdan çəkindirə!...


İmam Hadi (ə) Zalim Abbasi xlifəsi Mütəvəkkilə hansı üç məsələni xatırlatdı?!


10-cu İmam Əli ən-Nəqi əleyhissalam bir gün Abbasi xəlifəsi Mütəvəkkilə belə buyurdu:
\"Kinli olduğun (və nifrət etdiyin) adamdan saflıq (səmimiyyət) gözləmə, Aldatdığın (xəyanət etdiyin) adamdan vəfa və dürüstlük gözləmə, Bədgümanlıq etdiyin (və barəsində pis fikirdə olduğun) adamdan xeyirxahlıq gözləmə. Bil ki, sənin qəlbin (fikir və düşüncələrin) başqaları barədə necədirsə, başqalarının da qəlbləri (fikir və düşüncələri) sənin barəndə elə o cürdür.\" Biharul ənvar 75-ci cild 370-ci səhifə
Tarix kitablarının yazdıqlarına əsasən Abbasi xəlifəsi Mütəvəkkil çox bic, riyakar və hiyləgər idi. İnsanlarla üz-üzə gələrkən yalandan üzlərinə gülər və özünü həmin adamı sevən kimi göstərərdi. Ondan uzaqlaşandan sonra isə həmin adamın əleyhinə min kələk qurardı. Mütəvəkkil günlərin birində İmam Əliyyən Nəqi əleyhissalam ilə qarşılaşdı və İmamdan (ə) nəsihət və moizə istədi. İmam Əliyyən Nəqi əleyhissalam da yuxarıdakı hikmətli kəlamları Mütəvəkkilə eşitdirdi...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter