`Müsibətə ağlamaq olmazmış` deyirlər. BƏS Peyğəmbərin (s) sünnəti bunu təsdiqləmişdirmi?!


1. Həzrət Həmzənin şəhadətində Həzrət Peyğəmbərin ağlaması-- Əbd əl-Müttəlibin oğlu Həmzə İslamın qəhrəman və seçilmiş simalarından idi. O, Uhud döyüşündə şəhadətə çatdı. Allah Rəsulu əmisinin şəhadətə çatmasına çox qəmgin oldu. Həzrət əmisi Həmzəni “Seyyidüş-şühəda” (şəhidlər sərvəri) adlandırdı və onun ayrılığına ağladı. Uhud döyüşündə Həzrət Peyğəmbərin (s) əmisi Həmzənin şəhadət xəbəri Həzrətin (s) qəlbində dərin bir təsir qoydu. Çünki Həzrət (s) tövhid məktəbinin ən böyük müdafiəçilərindən və özünün düzgün himayəçilərindən birini əldən vermişdi. Buna görə də bu dərdli hadisənin müqabilində haqq olan Allahın elçisinin reaksiyası onun tabeçiləri üçün əbədi nümunədir.
2. Cəfər ibn Əbi Talibin (Cəfər Təyyar) şəhadətində Həzrət Peyğəmbərin ağlaması -- Cəfər ibn Əbi Talib Təyyar Mutə döyüşünün komandirlərindən idi. Allahın Rəsulu (s) Cəfərin şəhadət xəbərini eşidən kimi onun övladlarının yanına getdi. Evə daxil olan kimi Cəfərin uşaqlarını səslədi. Mübarək gözlərindən yaş axa-axa o uşaqları iylədi.
Cəfərin həyat yoldaşı nəyinsə baş verdiyini hiss etdiyi üçün Həzrətdən (s) soruşdu: “Atam-anam sənə fəda olsun, sizi ağladan nədir? Cəfər və onun yoldaşlarından sizə bir xəbərmi yetişib?” Buyurdu: “Bəli, onlar bu gün şəhid oldular. Ağlayanlar gərək Cəfər kimilərinə ağlasınlar.” (6 İbn Əbd əl-Birr, əl-İstiab, c.1, s.313; İbn əl-Əsir, Usd əl-ğabə, c.1, s.241; İbn Həcər əl-Əsqəlani, əl-İsabə, c.2, s.238; İbn əl- Əsir, əl-Kamil fi ət-tarix, c.2, s.420)...


`Müsibətə ağlamaq olmazmış` deyirlər. BƏS, Quran və sünnənin cavabı ....


Şəkk yoxdur ki, şadlıq və əzadarlıq məclisləri təşkil etmək fitri bir məsələdir. Belə ki, əvvəldən tayfa və millətlər arasında rəvac tapıb və ilahi dinlər də bu prinsipin doğru olduğuna imza atıblar. Amma hər il Məhərrəm ayı gəldikdə İslam düşmənləri özləri İslamda olmadıqları halda, guya dinin qeydinə qalırlarmış kimi ağlamağın, əzadarlıq məclislərinin dinə zidd olduğunu söyləyirlər. Amma gəlin görək, İslami mənbələr nə deyir.
1. Quranda ağlamaq --Bidətin mənalarında olan məsələləri nəzərə alsaq, ağlamaq barəsində Quranda ağlamağın mədh və ya məzəmmət olunmasını müəyyən etmək üçün Quranda olan nöqtələrə işarə edirik. Ağlayan gözlərə işarə edən ayələr:
“Buna görə də gərək (küfr və itaətsizlikdən) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) az gülsünlər və çox ağlasınlar. [Və ya: Buna görə də gərək (küfr və itaətsizliklə) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) dünyada azacıq gülsünlər və axirətdə çox ağlasınlar.]” (Tövbə, 82) Allah-Təala yuxarıdakı ayədə elə bir işə əmr edir ki, əgər Özü o işə razı olmasaydı, ona əmr etməzdi. Allah-Təala Öz peyğəmbərlərini belə mədh edir: “Rəhman olan Allahın ayələri (səma kitablarının ayələri və ya Onun tovhid və əzəmət nişanələri) onlara oxunan zaman ağlar və səcdə edən halda üzü üstə düşərdilər.” (Məryəm, 58)...


Ramazan və Qurban bayramları arasında evlənməyin qadağan olunması haradan qaynaqlanır?!


İslamın yayıldığı ilk vaxtlarda ilin ayları haqqında qədimdən qalmış səhv anlayışlara görə Ramazan və Qurban bayramlarının arasında yer alan Şəvval ayında evlənməyə icazə verilmirdi. (Şəvval sözünü \"məhv etdi\" mənasına gələn \"işalə\" kökündən gəldiyinə inanırdılar. Əl-Qari, \"Mirkatul-Məfat\", \"Şərhi Mişkatil-Məsabih\", c.10,s.81) Onlara görə, bu ayda evlilik yaxşı nəticə verməz, boşanma və ya gözlənilməz ölümlə nəticələnərdi. İbni Əbil-Hədid \"Nəhcul-Bəlağə\"nin şərhində Peyğəmbərin həyat yoldaşı Ayişəyə aid hadisələrə aid etdiyi fəsildə belə deyir: \"Peyğəmbər şəvval ayında Ayişə ilə evləndi. Ayişə bu ayda gənclərin ailə qurmalarını tövsiyə edərdi. Və belə deyərdi: \"Mən şəvval ayında evlənməyimə baxmayaraq, Peyğəmbərin həyat yoldaşları arasında məndən daha xoşbəxt olanı varmı?\"\"
Sonra İbn Əbil-Hədid davamında belə yazır: \"Ayişə bu sözləri ilə İslamın ilk illərində bəzi adamların iki bayram arasına düşən şəvval ayında baş tutan evliliyin yaxşı olmadığı ritorikasını tənqid etməkdə və rədd etməkdədir. (İbn Əbil-Hədid, \"Şərhi Nəhcul-Bəlağə\", c.9, s.190)...


Kərbəla şəhidlərinə niyə yas tutulur?


Hər il Məhərrəm ayı gəldikdə, \"Əgər İmam Hüseyn (ə) qələbəyə nail olubsa, niyə bunu bayram etmirik, niyə ağlayırıq, bu böyük zəfər qarşısında bu qədər ağlamaq yaraşırmı\", - deyə sual edirlər. Ağlamaq və insanın qəlbinin bacası olan gözdən yaş damcıları tökmək dörd formada ola bilər:
1. Şövq və sevinc ağlaması: Canı qədər sevdiyi balasını itirib, illər sonra tapan ananın ağlaması və ya bir ömür boyu məşuqundan ayrı qalıb, onu tapdıqda sevincdən ağlayan bir aşiqin ağlaması kimi. Kərbəladakı igidliklərin böyük bir hissəsi şövq yaradıcıdır. Məhz buna görə də bu cür igidlik, qəhrəmanlıq, fədakarlıq, şücaət, azadlıq ardıcılları olanlar əsir kişi və qadınların coşdurucu söhbətlərini eşidərək, gözündən şövq yaşı axıdır. Bu ağlamalar məğlubiyyətdənmi irəli gəlir, yoxsa şövq və sevinc göz yaşıdırmi?
2. Duyğusal ağlamalar: İnsanın sinəsində daş deyil, bir ürək var. Və bu qəlb insani duyğu dalğalarını əks etdirir. İnsan bir qış gecəsi anasının qucağında dayanan yetim uşağı gördükdə tükləri biz-biz olur və gözündən yaş axıdaraq insani duyğularla dolub-daşan canlı bir ürəyə sahib olduğunu göstərir...


Kərbəlaya piyada getməyi ilk dəfə kim başladıb?


Ərbəin səfəri uzun tarixə malikdir. Bəzi zamanlar olub ki, Ərəbinə gedənləri həbs və edam ediblər. Lakin indi dünyanın ən böyük illik toplantısına çevrilib.
Bəzi mənbələr göstərir ki, İmam Hüseynin (ə) qəbrini ilk dəfə Aşuradan 40 gün sonra Xanım Zeynəb (s.ə), İmam Səccad (ə), Cabir ibn Abdullah Ənsari və Bəni-Haşim qəbiləsindən olan bir qrup ziyarət edib. Sonrakı illərdə şiələr onların bu addımını təkrarlayıblar. Əsrlər boyu Ərbəin yürüşü, xüsusən də Nəcəfdən Kərbəlaya qədər olan məsafəni piyada qət etmək İslamın böyük alimləri tərəfindən təbliğ olunub. Səfəvilər hakimiyyəti dövründə də Ərbəin ziyarəti alimlər tərəfindən təbliğ edilib və və Şeyx Ənsari, Axund Xorasani və başqa alimlər şagirdləri ilə birlikdə piyada Ərbəin ziyarətinə gediblər.Kərbəlaya səfər maşınla daha da asanlaşdıqdan sonra piyada səfər etmək tamamilə unudulmaq üzrə olub. Lakin Ayətullah Seyyid Mahmud Şahrudi şagirdləri ilə birlikdə Kərbəla ziyarətinə piyada gedib və bu cür ziyarət yenidən gündəmə gəlib. Onun bu hərəkəti ilə yeni bir hərəkat başlayıb. Yürüş simvolik mənəvi hərəkata çevrilib...


Sünni mənbələrində salavat barədə belə yazılıb!


Sevimli peyğəmbərimiz Həzrət Məhəmməd (s) buyurub: \"Cümə günü günlərinizin ən fəzilətlisidir. Çünki Cümə günü Adəm (ə) xəlq edildi, Cümə günü vəfat etdi, Cümə günü (ruhların məhşərə toplanması üçün) Sur çalınacaq (ən-nəfxətu), Cümə günü bütün canlıların ölməsi üçün \"səs\" (əs-sə`qətu) qopacaq. Belə isə Cümə günü mənə çox salavat göndərin. Həqiqətən də sizin salavatlarınızın mənə çatdırılır\".Soruşdular: \"Ey Allahın Rəsulu! Bizim salavatımız sənə neçə çatdırılacaq, halbuki sənin sümüklərin də çürüyüb (və torpağa qarışıbsan)?\" Peyğəmbər (s) buyurdu: \"Allah-Taala peyğəmbərlərin cəsədlərini yerə haram etmişdir – (yəni torpaq onların bədənlərini çürütmür)\".
1). Əhli-Sünnə İmamı Əhməd ibn Hənbəl (vf. 241 hq), \"əl-Müsnəd\", c.26, s.84, hədis:16162.
2). Əhli-Sünnə hədis alimi İmam Darimi (vf. 255 hq), \"əl-Müsnəd\" (əs-Sünən), c.2, s.981, bab:206, Cümə gününün fəziləti babı, hədis: 1613 – (Darul-Müğni çapı, Ərəbistan).


Sirat körpüsü və əməl tərəzisi islam maarifində necə izah olunur?!


Sirat cəhənnəmin üzərindən çəkilən bir körpüdür ki, hamı onun üzərindən keçib, getməlidir. Deməli, behiştin yolu cəhənnəmin üzərindən keçdikdən sonradır. Qurani-kərim: \"Sizin hamınız cəhənnəmə daxil olacaqsınız! (Sirata). Bu Allahın tərəfindən verilən qəti hökmdür. Sonra təqvalıları qurtaracağıq. (Nicat verəcəyik.) Və zülmkarları elə oradaca diz üstə çökmüş halda buraxacağıq!” (Məryəm, 71-72) Bu körpüdən keçməyin asanlığı və çətinliyi əməllərin yaxşı və pis olmasına bağlıdır.
Qiyamət gününün tərəzisi dedikdə isə, insanların yaxşı və pis əməllərinin ölçülməsi və qiymətləndirilməsi deməkdir. Ənbiya surəsinin 46-cı ayəsində belə buyurulur: \"Biz ədalət tərəzilərini, Qiyamət günü bərpa edəcəyik. Və heç bir kəsə azacıq olsa da belə, zülm olunmayacaqdır. Əməl (yaxşı və ya pis əməl) bir xardal ağırlığı qədər balaca da olsa, yenə hesaba alarıq. Çünki biz hesablaşmağa yetərliyik!” Yaxud Qariə surəsinin 6-9-cu ayələrində buyurulur; \"Lakin kimin (yaxşı) əməl tərəziləri ağır olsa razı, bəyənilmiş bir yaşayışda olacaqdır. Tərəziləri yüngül olanlar isə cəhənnəmə atılacaqdır!”...


Qurani Kərim \"Bərzəx” aləmi. (dünyası) olması haqda nə buyurmuşdur?!


Biz inanırıq; bu dünya və Axirət dünyasından əlavə, üçüncü bir dünya vardır ki, \"Bərzəx” adlanır. İnsanlar öldükdən sonra, onların ruhları məzh Bərzəxdə yerləşdirilir. Və qimət gününə qədər orada qalırlar. Qurani-kərim bu barədə buyurur: \"Onların arxasında (ölümdən sonra) Qiyamət gününədək Bərzəx vardır!” (Muminun, 100)
Əlbəttə, biz Bərzəx aləmi barəsində (onun necə bir aləm olduğuna) dəqiq məlumata malik deyilik. Amma bilirik ki, yaxşıların və mömin insanların ruhu (şəhidlər kimi) Bərzəx aləmində müxtəlif nemətlərə qərq olmuşdur! Ali-İmran surəsi, 169-cu ayədə oxuyuruq; \"Allah yolunda öldürülənləri (şəhidləri) əsla ölü sanma, onlar diridirlər. Və Rəblərinin yanında onlara ruzi (nemətlər) verirlər!” Həmçinin zalım, tağut və günahkar insanlar və onları müdafiə edənlərin ruhları Bərzəx aləmində əzabdadırlar. Qurani-kərim buyurur: \"Onların əzabı (Bərzəxdə cəhənnəm) odudur! Hər sübh və şam vaxtı onunla cəzalanarlar. Qiyamət günü gəlib çatdıqda isə (buyurular): \"Ali-Fironu ən şiddətli əzabla cəzalandırın!” (Ğafir, 46)...


Qiyamət günü \"şəfaət” məsələsi kimlər tərəfindən hansı şəxslərə olunacaq?!


Biz inanırıq ki, Qiyamət günü peyğəmbərlər, məsum İmamlarımız və Allahın dostları (yaxşı bəndələri) Allahın izni ilə bəzi günahkar insanlara şəfaət edəcək. Onları bağışladacaqlar. Amma unutmayın ki, Allah bu icazəni öz mənəvi əlaqələrini Allah-təala və onun dostları ilə kəsməyən layiqli insanlara bəxş edəcəkdir. Deməli şəfaət məsələsi, heç də, hesab-kitabsız deyildir. Şəfaət də, bir növ insanların niyyətlərinə və əməllərinə bağlıdır. Ənbiya surəsində oxuyuruq: \"Onlar Allahın razı olmadığı şəxslərdən başqasına şəfaət etməzlər!” (28-ci ayə) Nübuvvət bəhsində söylədik ki, şəfaət məsələsi, bir növ insanları tərbiyə etmək yoludur. Və Allah və onun layiqli bəndələri, dostlarından rabitəni kəsməmək və günahdan uzaqlaşmaq üçün bir vəsilədir. Yəni nəticədə günahkar insan, Allaha ümidvar olaraq, bir daha günah etmir və sonrakı ömür yolunu paklıqla başa vurur. Şübhəsiz, İslam Peyğəmbəri (s) Həzrət Məhəmməd (s.ə) \"Əzəmətli şəfaət” məqamına malikdir. Ondan sonra isə digər peyğəmbərlər, məsum İmamlar (ə) və hətta alimlər, şəhidlər, arif möminlər... insana şəfaətçi olacaqlar. Qurani-kərim və saleh əməllər də, insana şəfaət edəcəkdir...


Qiyamət günü Mənəvi və maddi mükafatlar deyildikdə necə başa düşmək olar?!


Biz inanırıq ki, məad həm ruhi və həm də cismi səciyyə daşıyır. Elə buna görə də, Axirətdə insanlara bəxş olunacaq mükafatlar, həm mənəvi, həm də cismi olacaqdır.
Qurani-kərimdə buyurulan bu ayələr: \"Ağaclarının altından arxlar axan behişt bağları” (Tövbə, 89), \"Behişt bağları, onun kölgə və meyvəsi qurtaran deyil” (Rəd, 35) \"İmanlı şəxslər üçün pak zövcələr” (Ali-İmran, 15) və həmçinin, \"cəhənnəmin qaynar-yandırıcı odu və ağır əzabları” barəsində gələn ayələr maddi mükafatın, maddi cəzanın nümunələridir. Lakin bunlardan daha əhəmiyyətlisi mənəvi ləzzətlərdir; ilahi mərifətinin nuru, Allah-təalaya mənəvi yaxınlıq, onun Cəlal və Cəmal sifətlərinin cilvələridir. Bütün bunlar vəsf oluna bilməyən dərəcədə ləzzətbəxş və gözəldir....


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter